Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-185/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(112)-3377/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya hüququnun yarandığı 22 sentyabr 2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 22 sentyabr 2018-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri barədə aşağıdakıları diqqətə çatdırırlar: iddiaçı 26 oktyabr 2020-cu il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsində səyyar kompressorların maşinistləri vəzifəsi; Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı (24) bölməsində qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifəsi; Ümumi peşələr bölməsində (35) avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri; qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 01.08.1980-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçasında qeyd olunan 01.07.1987-26.04.1989-cu il tarixləri arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya” İdarəsində səyyar kompressorların maşinisti vəzifəsində, 01.09.1999-02.07.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də Kimya sexində baş usta vəzifəsində, 01.09.2001- 30.05.2008-ci il tarixləri arasındakı dövr ərzində isə “Azərbaycan DRES”-də Kimyəvi Avadanlıqların Xüsusi Təmir sexində usta və böyük usta vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi sahələr Siyahıda qeyd olunan sahələrə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Bundan başqa, 26.04.1984-01.07.1987-ci il və 26.04.1989-31.12.1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya” İdarəsində iddiaçının kompressor qurğuları maşinisti vəzifəsində işlədiyi zərərli maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(112)-3377/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı, 22.09.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 22 sentyabr 2018-ci il tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyator şikayətində qeyd edir ki, iddiaçının işlədiyi sahələr Siyahıda qeyd olunan sahələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Apellyasiya şikayətinin əsas məğzini təşkil edən bu hala münasibətdə məhkəmə kollegiyasının diqqətinə aşağıdakıları çatdıraraq bildirmək istəyirik ki, cavabdeh tərəfindən qeyd edilənlərin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı 01 avqust 1980-ci ildən əmək fəaliyyətinə başlamış və bu günədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmaqdadır. İddiaçının iddianın qaldırıldığı günədək günə-gün 40 il 17 gün ümumi iş stajı olmuşdur. İddiaçının 40 il 17 günlük əmək fəaliyyətinin (ümumi iş stajının) 24 il 05 gününü zərərli və ağır işlərdə (güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı) çalışmışdır. İddiaçının əmək fəaliyyətinə başladığı 01.08.1980-ci ildən iddia qaldırıldığı günədək fəaliyyət göstərdiyi, güzəştli iş stajı verən ağır və zərərli iş yerləri, məşğul olduğu vəzifə və fəaliyyət göstərdiyi müddətlər aşağıdakı kimi olmuşdur (əmək kitabçasına və işlədiyim idarə və müəssisələrdən verilmiş arayışlara əsasən a) “Cənubenerjimexanizasiya” İdarəsi - kompressor qurğularının maşinisti vəzifəsi (əmək kitabçasına, "xxxx" firmasının işin xarakteri haqqında Arayışına və “Cənubenerjimexanizasiya ” idarəsinin Əmək Şəraiti üzrə X9 Xəritəsinə əsasən 3-4-cü sinif təhlükəli və zərərli iş): 26.04.1984 - 31.12.1991-ci illər ümumilikdə 7 il 8 ay 05 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). b) “Azərenerjimexanizasiya” İdarəsinin Kiçik Mexanizasiya İdarəsi - qırçı-izolyatorçu və çilingər vəzifəsi (əmək kitabçası və "xxxx" firmasının işin xarakteri haqqında Arayışı): 02.01.1992 - 01.07.1993-cü illər - qırcı-izolyatorçu - ümumilikdə 1 il 6 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş); 01.07.1993-01.07.1995-ci illər - çilingər ümumilikdə 2 il (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). "xxxx" Azərbaycan-X7 - qazan avadanlığının təmiri üzrə çilingər (əmək kitabçası və "xxxx" Azərbaycan-X5 17.12.2016-cı il tarixli, 81 nömrəli Güzəştli arayışı): 03.07.1995 — 01.04.1996-cı illər — ümumilikdə 9 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). "xxxx" SG Eİ və OB Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsi - çilingər və usta vəzifəsi (əmək kitabçası və "xxxx" MMC-nin 18.09.2019-cu il tarixli, 201-26 nömrəli “Arxiv Arayışı”): 01.04.1996 - 01.05.1996-cı illər - Qazan-Turbin Quraşdırma sexində çilingər — ümumilikdə 1 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş): 01.05.1996 - 01.09.1999-cu illər - Qazan-Turbin Quraşdırma sexinin Qazan şöbəsində usta — ümumilikdə 3 il 4 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş): 01.09.1999 - 02.07.2001-ci illər - Kimya sexində böyük usta - ümumilikdə 1 il 10 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). “Azərbaycan DRES” - Qazan təmiri sexində böyük usta. Qazan və Turbin sexlərində yerləşən X4 Duzsuzlaşdırma Qurğularında, Reagent Təsərrüfatında, Qazan və Turbin Sexlərinin turşu ilə yuyulma sahələrində təmir üzrə usta və böyük usta vəzifələri (əmək kitabçası. "xxxx" MMC-nin 18.09.2019-cu il tarixli, 205-43 nömrəli “İşin xarakteri haqqında Arayış”ı və "xxxx" MMC-nin 15.05.2020-ci il tarixli, 100/02-01-124 nömrəli “Arayış”ı): 02.08.2001-01.09.2001-ci illər- Qazan təmiri sexində böyük usta- ümumilikdə 1 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş): 01.09.2001-28.06.2004-cü illər - Qazan və Turbin sexlərində yerləşən Kimyəvi Avadanlıqların Xüsusi Təmiri sexində İİ qrup usta - ümumilikdə 2 il 9 ay 28 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş): 28.06.2004 — 30.05.2008-ci illər- Qazan və Turbin sexlərində İİ qrup böyük usta-ümumilikdə 3 il 11 ay 2 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş. Bu müddətin 1 il 6 aylıq hissəsi “Əmək pensiyaları haqqında” AR Qanununun qüvvəyə mindiyi günədək - 01.01.2006-cı il tarixinədək olmuşdur). İzah edilmiş işin faktiki hallarından da göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək olan ümumi əmək stajının 21 il 7 ay 5 gününü məhz əmək şəraiti ağır və zərərli olan işlərdə (kompressor qurğularının maşinisti, qırçıizolyatorçu, qazan avadanlığının təmiri üzrə çilingər, Qazan-turbin sexində çilingər, usta, böyük usta vəzifələrində) çalışmışdır. İddiaçının çalışdığı yuxarıda qeyd edilmiş sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) aşağıdakı bəndlərinə uyğundur: a) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “a” bəndinin 28-ci abzasına əsasən “2140000а—18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, b) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 2-ci abzasına əsasən “2140000b—23362 - avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama)”, c) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 3-cü abzasına əsasən “2140000b—23398 - qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları, d) “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 27-ci bölməsinin “a” bəndinin 1, 2, 3 və 7-ci abzaslarına əsasən “2290000a— 11140 - asfalt — betonçular; 2290000a—11141 - asfalt beton bişirənlər; 2290000a— 11200 - bitumçular və 2290000a—12520 – izolyasiyaçılar, e) “Ümumi Peşələr” adlı 33-cü bölməsinin 18-ci abzasına əsasən “23200000—33775 təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri” vəzifəsi. İddiaçının çalışdığı yuxarıda qeyd edilmiş sahələr həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Giizəstli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və söstəricilərin Siyahısı”nın aşağıdakı bəndlərinə uyğundur: a) “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” bəndinin 26-cı abzasına əsasən “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri”, “b” bəndinin 4 və 5-ci abzaslarına əsasən “avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları, b) “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 29-cu bölməsinin “a” bəndinin 1,2,3 və 7-ci abzaslarına əsasən “asfalt- beton döşəyənlər, asfalt-beton bişirənlər, bitumçular və izolyasiyaçılar, c) “Ümumi peşələr” adlı 35-ci bölməsinin 36-cı abzasına əsasən “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri” vəzifəsi. Bütün qeyd edilənlər və onları təsdiq edən yazılı sübutlar apellyatorun şikayətinin əsassızlığını birmənalı olaraq təsdiq edir. Apellyator şikayətində daha sonra qeyd edir ki: “Bundan başqa 26.04.1984-01.07.1987 və 26.04.1989-31.12.1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya” İdarəsində iddiaçının kompressor qurğuları maşinisti peşəsində işlədiyi zərərli maddələrin təhlükəlilik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır”. Apellyatorun bu arqumenti ilə əlaqədar nəzərinizə çatdırmaq istəyirik ki, iddiaçı yuxarıda qeyd edilən iradlarla bağlı işlədiyi müəssisə və təşkilatlardan əmək fəaliyyəti ilə məşğul olduğu sahələrin zərərli və ağır sahələrə aid olduğunu və həmin sahələrin təhlükəlilik sinifinə dair müvafiq sənədlər əldə edilərək 22 oktyabr 2020-ci il tarixində (məktub idarədə 26 oktyabr 2020-ci il tarixində qeydiyyata alınıb) cavabdeh orqana geniş və hərtərəfli izah edilmiş ərizə ilə müraciət etmiş və ona 22.09.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsini bir daha xahiş etmişdir. Lakin cavabdeh orqan iddiaçının müraciətinə əlavə etdiyi sənədlərə ümumiyyətlə baxmamış və bu səbəbdən də iddiaçı həmin sənədlərini də əlavə etməklə cavabdeh orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı tərəfindən cavabdehə müraciət edildiyi zaman 26.04.1984- 01.07.1987 və 26.04.1989-31.12.1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya” İdarəsində iddiaçının kompressor qurğuları maşinisti peşəsində işlədiyi zərərli maddələrin təhlükəlilik sinifi və həmin sinifi müəyyən edən "xxxx" Firması tərəfindən verilmiş “İşin Xarakteri haqqında Arayış” və “Cənubenerjimexanizasiya” İdarəsinin Əmək Şəraiti üzrə X9 Xəritəsi cavabdeh orqana təqdim edilmişdir. İşçinin işlədiyi zərərli maddələrin təhlükəlilik sinifi və həmin sinifi müəyyən edən əsas sənəd Əmək Şəraiti üzrə X9 Xəritəsidir. Apellyator əlavə olaraq qeyd edir ki: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirik ki, cavabdeh son arqumentində də digərləri kimi məhkəməyə yalan məlumat verməyə çalışmışdır. Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayina bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının 30 noyabr 2018ci il tarixli 1362-VQD nömrəli Qanunu 01 yanvar 2019-cu il tarixindən qüvvəyə minmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 22 sentyabr 2018-ci il tarixində yaranmış və o, 2020-ci ildə bu barədə cavabdeh orqana müraciət etmişdir. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yarandığı tarixdə - 22.09.2018-ci il tarixində “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsində hazırda mövcud olan ikinci cümlə yox idi. Həmin maddənin ikinci cümləsi 30 noyabr 2018-ci il tarixində qəbul edilmiş və 01 yanvar 2019-cu ildən qüvvəyə minərək tətbiq edilməyə başlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - “ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, 01.09.1979-cu ildən 17.07.1980-ci il tarixədək təhsil almış (attestata əsasən), 01.08.1980ci ildən – 16.10.1980-ci il tarixədək SSRİ Qara Metallurgiya Nazirliyinin nəzdində Mərkəzi Domna Təmir Trestinin Sumqayıt İxtisaslaşdırılmış Xüsusi Tikinti Quraşdırma İdarəsində dülgər vəzifəsində işləmiş, 19.11.1980-ci ildən 16.12.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, 11.02.1983-cü ildən 13.04.1984-cü il tarixədək SSRİ Qara Metallurgiya Nazirliyinin nəzdində Mərkəzi Domna Təmir Trestinin Sumqayıt İxtisaslaşdırılmış Xüsusi Tikinti Quraşdırma İdarəsində montajçı vəzifəsində, 26.04.1984-cü il tarixdən 31.12.1991-ci il tarixədək “Cənubenerjimexanizasiya” İdarəsində kompressor qurğularının maşinisti vəzifəsində, 02.01.1992-ci ildən 01.07.1993-cü il tarixədək “Azərenerjimexanizasiya” İdarəsinin Kiçik Mexanizasiya İdarəsində qırçı-izalyatorçu və çilingər vəzifəsində, 01.07.1993-cü ildən 01.07.1995-ci il tarixədək isə həmin İdarədə çilingər vəzifəsində, 03.07.1995-ci ildən 01.04.1996-cı ilədək "xxxx" Azərbaycan-X1 avadanlığının təmiri üzrə çilingər vəzifəsində, 01.04.1996-cı ildən 01.05.1996-cı il tarixədək "xxxx" SG Eİ və OB Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində çilingər və usta vəzifəsində, 01.05.1996-cı ildən 01.09.1999-cu il tarixədək həmin müəssisədə Qazan-Turbin Quraşdırma sexinin Qazan Şöbəsində usta, 01.09.1999-cu ildən 02.07.2001-ci il tarixədək həmin müəssisədə kimya sexində böyük usta vəzifəsində, 02.08.2001-ci il tarixdən 01.09.2001-ci il tarixədək “Azərbaycan DRES” Qazan təmiri sexində böyük usta vəzifəsində, 01.09.2001-ci il tarixdən 28.06.2004-cü il tarixədək Qazan və Turbin sexlərində yerləşən Kimyəvi Avadanlıqların Xüsusi Təmiri sexində İİ qrup usta vəzifəsində, 28.06.2004-cü il tarixdən 30.05.2008-ci il tarixədək qazan və turbin sexlərində İİ qrup böyük usta vəzifəsində, 30.05.2008-ci ildən hal-hazıradək köməkçi avadanlıqların istismarı və təmiri sexində rəis müavini vəzifəsində işləmişdir. "xxxx" Firması tərəfindən verilmiş “işin xarakteri haqqında” arayışdan görünür ki, İddiaçı 26.04.1984-cü il tarixdən 01.07.1987-ci il tarixədək “Cənubenerjimexanizasiya” İdarəsində 4-cü dərəcəli kompressor qurğuları maşinisti vəzifəsində, 01.07.1987-ci il tarixdən 26.04.1989-cu il tarixədək həmin idarədə 3-cü dərəcəli səyyar kompressor qurğuları maşinisti vəzifəsində, 26.04.1989-cu il tarixdən 31.12.1991-ci il tarixədək 4-cü dərəcəli kompressor qurğuları maşinisti vəzifəsində işləmişdir. 31.12.1991-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu “Azərenerijmexanizasiya” İdarəsinin kiçik Mexanizasiya İdarəsinə keçdiyi üçün işdən azad edilmişdir. 02.01.1992-ci i ltarixdən 01.07.1993-cü il tarixədək köçürmə yolu ilə “Azərenerijmexanizasiya” İdarəsinin kiçik Mexanizasiya İdarəsində 4-cü dərəcəli qırçı izolyatorçu vəzifəsində, 01.07.1993-cü il tarixdən 01.07.1995-ci il tarixədək həmin sexdə 5-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. 01.07.1995-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 37-ci maddəsinə əsasən (işçinin öz xahişi ilə) işdən azad edilmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr, mq/m3, 3-4 sinif təhlükəli, səs-küy, titrəmə, havanın hərəkət surəti, iş yerində havanın tempraturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 26.04.1984-cü il tarixdən 01.07.1995-ci il tarixədən aylıq məvacibinin 12 %-i miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanununvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. 30.08.1993-cü il tarixli, 21/K nömrəli əmrə əsasən “Azərenerjimexanizasiya” İdarəsi “Azərenerjitikintiquraşdırma Dövlət Şirkətinin” Kiçik Mexanizasiya idarəsi adlandırılmışdır. 1997-ci il tarixdən “Azərenerjitikintiquraşdırma Dövlət Şirkətinin” Kiçik Mexanizasiya İdarəsi – "xxxx" Firması adlandırılmışdır. "xxxx" Azərbaycan-X10 tərəfindən verilmiş 81 nömrəli, 17.12.2016-cı il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən "xxxx" Azərbaycan-X6 03.07.1995-ci il tarixdən qazan avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. 01.04.1996-cı ildən ƏM-nin 36-cı maddəsinə əsasən köçürmə yolu ilə işdən azad edilmişdir. Bu vəzifələr Azərbaycan Rspublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə pensiya hüququ verilməsi haqda 320 saylı, 21.06.1993-cü il tarixli Qərarının 2 saylı Siyahısının Xİİİ yarımbölməsinin 1-ci bəndinə əsasən güzəştli sayılır (kod 2140100a-18455). “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər kabinetinin 122 saylı, 23.01.2007-ci il tarixli, Qərarının 24-cü bəndində qeyd edildiyi kimi bu vəzifələr güzəştli şərtlərlə pensiya hüququna malikdir. "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş 201-26 nömrəli, 18.09.2019-cu il tarixli "xxxx" MMC-nin arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 01.04.1996-cı il tarixində Xüsusiləşdirilmiş Təmir-X2-Turbin Quraşdırma sexinə 3-cü dərəcəli çilingər vəzifəsində işə qəbul edilmişdir. 01.06.1996-cı il tarixdə Qazan-turbin Quraşdırma sexinin Qazan şöbəsinə usta vəzifəsinə keçirilmişdir. 01.09.1999-cu il tarixdə Kimya sexinə baş usta vəzifəsinə keçirilmişdir. 02.07.2001-ci il tarixdən müəssisənin ləğvi ilə əlaqədar işdən azad olunmuşdur. "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş 100/02-01-124 nömrəli, 15.05.2020-ci il tarixli arayışın surətindən görünür ki, həqiqətən 01.09.1999-02.07.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" SG Eİ və OB Xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsində və 01.09.2001- 30.05.2008-ci il tarixləri arasındakı dövr ərzində isə “Azərbaycan DRES”-də işlədiyi müddət Qazan və Turbin sexlərində yerləşən X4 Duzsuzlaşdırma Qurğularında, Reagent Təsərrüfatında, Qazan və Turbin sexlərinin turşu ilə yuyulma sahələrində təmir üzrə usta və böyük usta vəzifəsində çalışmışdır. Azərbaycan DRES, Azərbaycan İES MMC və “Cənubenerjimexanizasiya” İdarəsi tərəfindən verilmiş əmək şəraiti üzrə X9 xəritəsinin surətindən görünür ki, iddiaçıya həmin müəssisələrdə güzəştli əmək şəraitində işlədiyinə görə 12 % miqdarında əlavə əmək haqqı hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir İddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq, ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 mart 2000-ci il tarixli, 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən “Bu Qaydalara uyğun keçirilən əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri aşağıdakı məqsədlərlə istifadə olunur: qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması; işçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə (kontrakta) daxil edilməsi”. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən “Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına hazırlıq bütün iş yerlərinin siyahısının tutulmasından və instrumental qiymətlənməyə aid olan istehsalat mühitinin təhlükəli və zərərli amillərinin, onların parametrlərinin faktiki dəyərləndirilməsi məqsədi ilə aşkara çıxarılmasından ibarətdir”. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən “Hər bir iş veri üçün (və yaxud görülən işlərin xüsusiyyətləri və əmək şəraitinin oxşarlığı üzrə qrup iş yerlərinə) əmək şəraiti üzrə X9 xəritəsi tərtib edilir (əlavə olunur)”. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən “Əmək şəraiti üzrə iş yerlərinin attestasiyası zamanı iş yerində mövcud olan bütün təhlükəli və zərərli istehsalat amilləri, əməyin ağırlığı və gərginliyi qiymətləndirilməlidir”. İddiaçı tərəfindən ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə çalışmasına dair güzəştli və işin xarakteri barədə arayışlar təqdim edilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş, "xxxx" MMC-nin 29.10.2021-ci il tarixli, 07- 45 saylı güzəştli arayışına əsasən, İddiaçı 01.04.1996-cı il tarixdən "xxxx" SC El və ÖB Xüsusiləşdirilmiş Təmir - Quraşdırma müəssisəsinə köçürmə yolu ilə Qazan Turbin Təmiri sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul olunmuşdur. (Əmr № 03/K 01.04.1996). 01.05.1996-cı il tarixdən həmin müəssisədə usta vəzifəsində işləmişdir (Əmr № 10/K 30.04.1996). 01.09.1999-cu il tarixdən həmin müəssisədə böyük usta vəzifəsində işləmişdir (Əmr № 94/K 01.09.1999). 02.07.2001-ci il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğvi) işdən azad edilmişdir. (Əmr № 80 21.06.2001) İddiaçı işlədiyi zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr, mq/m3, 3-4 sinif təhlükəli, səs - küy, titrəmə, havanın hərəkət surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 26.04.1984-cü il tarixdən 01.07.1995-ci il tarixədək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunverciliyinə əsasən onun əmək məzuniyyətinə əlavə gün verilmişdir. İddiaçının çalışdığı yuxarıda qeyd edilmiş sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin 12.01.2007 - ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) aşağıdakı bəndlərinə uyğundur: a) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13 - cü bölməsinin “a” bəndinin 28 - ci abzasına əsasən “2140000а - 18455 - qazanxana, turbin (buxar - qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri. b) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13 - cü bölməsinin “b” bəndinin 2 ci abzasına əsasən “2140000b - 23362 - avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-turbini) yanacaq ötürmə, tozhazırlama)”. "xxxx" Firması tərəfindən verilmiş “işin xarakteri haqqında” arayışdan görünür ki, İddiaçı 26.04.1984-cü il tarixdən 01.07.1987-ci il tarixədək “Cənubenerjimexanizasiya” İdarəsində 4-cü dərəcəli kompressor qurğuları maşinisti vəzifəsində, 01.07.1987-ci il tarixdən 26.04.1989-cu il tarixədək həmin idarədə 3-cü dərəcəli səyyar kompressor qurğuları maşinisti vəzifəsində, 26.04.1989-cu il tarixdən 31.12.1991-ci il tarixədək 4-cü dərəcəli kompressor qurğuları maşinisti vəzifəsində işləmişdir. 31.12.1991-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu “Azərenerijmexanizasiya” İdarəsinin kiçik Mexanizasiya İdarəsinə keçdiyi üçün işdən azad edilmişdir. 02.01.1992-ci i ltarixdən 01.07.1993-cü il tarixədək köçürmə yolu ilə “Azərenerijmexanizasiya” İdarəsinin kiçik Mexanizasiya İdarəsində 4-cü dərəcəli qırçı izolyatorçu vəzifəsində, 01.07.1993-cü il tarixdən 01.07.1995-ci il tarixədək həmin sexdə 5-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. 01.07.1995-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 37-ci maddəsinə əsasən (işçinin öz xahişi ilə) işdən azad edilmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr, mq/m3 , 3-4 sinif təhlükəli, səs-küy, titrəmə, havanın hərəkət surəti, iş yerində havanın tempraturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 26.04.1984-cü il tarixdən 01.07.1995-ci il tarixədən aylıq məvacibinin 12 %-i miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanununvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. 30.08.1993-cü il tarixli, 21/K nömrəli əmrə əsasən “Azərenerjimexanizasiya” İdarəsi “Azərenerjitikintiquraşdırma Dövlət Şirkətinin” Kiçik Mexanizasiya idarəsi adlandırılmışdır. 1997-ci il tarixdən “Azərenerjitikintiquraşdırma Dövlət Şirkətinin” Kiçik Mexanizasiya İdarəsi – "xxxx" Firması adlandırılmışdır. İddiaçının çalışdığı yuxarıda qeyd edilmiş sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin 12.01.2007 - ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) aşağıdakı bəndlərinə uyğundur: a) “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 27-ci bölməsinin “a” bəndinin 1, 2, 3 və 7-ci abzaslarına əsasən “2290000a— 11140 - asfalt — betonçular; 2290000a—11141 asfalt beton bişirənlər; 2290000a— 11200 - bitumçular və 2290000a—12520 – izolyasiyaçılar, b) “Ümumi Peşələr” adlı 33-cü bölməsinin 18-ci abzasına əsasən “23200000—33775 - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri” vəzifəsi. İddiaçının çalışdığı kompressor qurğularının maşinisti, qırçı-izolyatorçu, qazan avadanlığının təmiri üzrə çilingər, Qazan-turbin sexində çilingər, usta, böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13cü bölməsinin “a” bəndinin 28-ci abzasına əsasən “2140000а—18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, b) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 2-ci abzasına əsasən “2140000b—23362 avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama)”, c) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 3-cü abzasına əsasən “2140000b—23398 - qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları, d) “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 27-ci bölməsinin “a” bəndinin 1, 2, 3 və 7-ci abzaslarına əsasən “2290000a— 11140 - asfalt — betonçular; 2290000a—11141 - asfalt beton bişirənlər; 2290000a— 11200 - bitumçular və 2290000a—12520 – izolyasiyaçılar, e) “Ümumi Peşələr” adlı 33-cü bölməsinin 18-ci abzasına əsasən “23200000—33775 - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri” vəzifələrinə uyğundur. İddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə Siyahıda bilavasitə nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahəsi, iş, vəzifə, peşə arasındakı, habelə həmin iş, vəzifə və peşənin icra olunduğu əmək şəraitləri arasındakı eyniliyi təsdiq edən güzəştli və işin xarakteri barədə arayışlar təqdim olunmuşdur. İddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayış barəsində qeyd olunan vəzifə və onun icra olunduğu əmək şəraiti arasındakı uyğunluğu (eyniliyi) təsdiq edir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif istehsalat sahələrində (hazırkı halda, nəqliyyat və istehsal sahələrində) işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin və əmək şəraitinin eyniliyinin, deməli, həm də əmək şəraitinin xüsusilə ağırlığına və zərərliliyinə dair eyni və ya oxşar əsasların, faktiki halların mövcudluğunun təsdiq olunmasından gedir. Bundan başqa, müəyyən peşə üzrə zərərli maddələrin təhlükəlilik sinifi və həmin sinifi müəyyən edən əsas sənəd X9 xəritəsidir ki, “Cənubenerjimexanizasiya” İdarəsi tərəfindən təqdim edilmiş Əmək Şəraiti üzrə X9 Xəritəsinə əsasən müəyyən edilir ki, “Kompressor qurğuları maşinisti peşəsi (vəzifəsi) 3-4-cü sinif təhlükəli is olub əmək şəraitinə görə 12% güzəşt tətbiq edilir”. Kollegiya qeyd edir ki, İddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (22.09.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddiaçıya pensiyanın təyin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ olması barədə düzgün nəticəyə gəlmişdir. Lakin iddiaçıya 22 sentyabr 2018-ci il tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının tələbinə uyğun deyildir. Cavabdeh apellyasiya şikayətində ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi məsələsini də mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu hisəddə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi keçmiş müddət üçün alınmamış pensiya məbləğinin bidəfəyə ödənilməsi vəzifəsini müəyyən edən norma yoxdur. Əksinə, “Əmək pensiyaları haqqında” qanunun 32.1-1-ci müddəsinin ikinci cümləsində deyilir ki, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən-“22 sentyabr 2018-ci il tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(112)-3377/2021 saylı qərarı qismən “22 sentyabr 2018-ci il tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-185/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-185/2022
14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver