Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-185/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxslər X6 və X7) “sərəncamın ləğv edilməsi” tələbinə dair idiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-282/2024 saylı 29 fevral 2024-cü il tarixli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 23 aprel 1971-ci il tarixli 103609 saylı orderə əsasən Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, sahəsi 75,3 kv.m olan 5 otaqlı, 56 saylı mənzil 8 nəfər ailə tərkibi olan X9 ayrılmışdır. İddiaçı X6 1998-ci ildə Nizami Rayon Məhkəməsində iddia qaldıraraq mübahisəli mənzilə köçürülməsini və mənzilin bölünərək sahəsi 12.8 kv.m. və 12.5 kv.m. olan 2 otağın ona, sahəsi 14.9, 14,7 və 16,4 kv m olan 3 otağın isə İddiaçı ailəsinə verilməsini xahiş etmişdir. Cavabdehlər ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddia verərək M.M.Omarovanın mübahisəli mənzilə hüququnun itirilmiş hesab olunmasını xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə M.M.Omarovanın iddiası qismən təmin edilərək, sonuncunun mübahisəli mənzilə köçürülməsi və mənzilin bölünərək sahəsi 11.5 kv.m olan 1 otağın ona verilməsi təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Bu qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdehlər kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin yenidən məhkəmə baxışına göndərilməsini xahiş etmişlər. Bakı Şəhər Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.1998-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsini bu iş üzrə olan xx.xx.1998-ci il tarixli qətnaməni ləğv edilmiş, iş hakimlərin başqa tərkibdə yenidən baxılması üçün həmin rayon məhkəməsinə göndərilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərardadı ilə tərəflər heç bir səbəb olmadan məhkəmə iclasına gəlmədiyi üçün adı çəkilən mülki iş baxılmamış saxlanılmışdır. Bundan sonra Məhmuzər Omarovanın müraciəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, İ.Məmmədov küçəsi, 2 saylı evin 56 saylı mənzilinin bir otağına M.M.Omarovanın adına ayrıca kirayə müqaviləsinin bağlanılması haqqında” 10/1 saylı 20 fevral 2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, İsmayıl Məmmədov küçəsində yerləşən 2 saylı evin 56 saylı mənzilinin sahəsi 11,5 kv.metr olan bir otağına X1 adına ayrıca kirayə müqaviləsinin bağlanılması və onun həmin yaşayış sahəsinin kirayəçisi hesab olunması qeyd edilmişdir. Sərəncamın qəbul edilməsinə əsas kimi Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli 2-578-1998 saylı qətnaməsi göstərilmişdir. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüftatı Birliyinin 143 saylı İstismar Sahəsinin 410 nömrəli xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 2-ci evin, sahəsi 75,3 kv.m olan 5 otaqlı, 56 saylı mənzilin icarəçisi İddiaçıdur. Həmin mənzildə İddiaçı, onun arvadı Q.C.Omarova, uşaqları X11, X12, X14 və bacısı M.M.Omarova pasport qeydiyyatındadır. DƏDRX-in 1 saylı ünvan 3 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ümumi sahəsi 11.5 kv/m. olan ünvan 4 ünvanı X2 adına 31 saylı NO-nun xx.xx.2020-ci il tarixli, 4ə-67 nömrəli bağışlama müqaviləsinə əsasən qeydiyyata alınmış və hazırda sonuncunun mülkiyyətindədir. ünvan 5 ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmuş xx.xx.2020-ci il tarixli hədiyyə verən X6 ilə hədiyyə alan X7 arasında bağlanmış bağışlanma müqaviləsindən görünür ki, hədiyyə verən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 11.5 kv.m olan mənzilin tam mülkiyyət üzrə on(lara)a məxsus hissəsindən aşağıda göstərilən hissəsni (hissələri) ”Hədiyyə alanın” mülkiyyətinə verir (lər):- Hədiyyə verən X6(11,5 kv/m) bacısı olan hədiyyə alan X7. Bağışlanan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə X3 verilmiş **********19-05101-093082 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət 11.5 kv/m. Bundan sonra İddiaçı cavabdehlər X3, X4 və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı “sərəncamın, sərəncam əsasında verilmiş çıxarışların və əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, lakin sonradan onun ərizəsinə əsasən məhkəmənin 2(007)-1577/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı cavabdehlər X3, X4, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, İ.Məmmədov küçəsi, 2 saylı evin, 56 saylı mənzilinin bir otağına M.M. Omarovanın adına ayrıca kirayə müqaviləsinin bağlanılması haqqında 10/1 saylı, 20 fevral 2020- ci il tarixli Sərəncamın ləğv edilməsi; Sərəncam əsasında ƏMDK-nın yanında DƏDRX tərəfindən xx/xx/2020-ci il tarixdə X3 verilmiş **********19-05101-093082 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən 11.5 kv.m sahəyə verilmiş Çıxarışın ləğv edilməsi; cavabdeh X6 tərəfindən bacısı olan X4 11.5 kv.m sahə ilə bağlı xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin ləğv edilməsi; həmin bağışlanma müqaviləsi əsasında X4 verilmiş xx/xx/2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışın ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının “Bakı şəhəri, İ.Məmmədov küçəsi, 2 saylı evin 56 saylı mənzilinin bir otağına M.M.Omarovanın adına ayrıca kirayə müqaviləsinin bağlanılması haqqında 10/1 saylı 20 fevral 2020-ci il tarixli sərəncamın ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1325/2023 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1325/2023 nömrəli qərardadı ilə cavabdeh X6, X7 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində iş üzrə prosessual iştirakına xitam verilmiş, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-282/2024 nömrəli qərardadı ilə iş üzrə X6 və X7 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, barəsində mübahisə edilən mənzil 23 aprel 1971-ci il tarixində 103609 saylı orderlə iddiaçının atası X9 verilmişdir. İddiaçının atası vəfat etdikdən sonra Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 2-ci evin, sahəsi 77,3 kv.m olan 5 otaqlı, 56 saylı mənzilin icarəçisi hazırki iş üzrə İddiaçı olmuş, mənzildə İddiaçı, onun arvadı Q.C.İsayeva, uşaqları Lamiyə, Xəyalə, Kənan və cavabdeh M.M.Omarova pasport qeydiyyatında olmaqla yaşamış, sonradan sonuncu ailə həyatı quraraq mübahisəli mənzili tərk etmişdir. İddiaçı X6 1998-ci ildə Nizami Rayon Məhkəməsində iddia qaldıraraq mübahisəli mənzilə köçürülməsini və mənzilin bölünərək sahəsi 12.8 və 12.5 kv.m olan 2 otağın ona, sahəsi 14.9, 14,7 və 16,4 kv m olan 3 otağın isə İddiaçı ailəsinə verilməsini xahiş etmişdir. İddiaçı M.M.Omarova iddia tələbini onunla əsaslandırmışdır ki, həmin vaxt cavabdehlər münaqişə, dava salaraq onun mübahisəli mənzildə yaşamasını dözülməz etmiş, buna görə də o, mənzildən getməyə məcbur olmuşdur. Cavabdehlər ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddia verərək M.M.Omarovanın mübahisəli mənzilə hüququnun itirilmiş hesab olunmasını xahiş etmişdirlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə M.M.Omarovanın iddiası qismən təmin edilərək, sonuncunun mübahisəli mənzilə köçürülməsi və mənzilin bölünərək sahəsi 11.5 kv.m olan 1 otağın ona verilməsi təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Bu qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdehlər kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin yenidən məhkəmə baxışına göndərilməsini xahiş etmiş, Bakı Şəhər Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.1998-ci il tarixli qərardadı ilə Bakı Şəhər Nizami Rayon Məhkəməsini bu iş üzrə olan xx.xx.1998-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş hakimlərin başqa tərkibdə yenidən baxılması üçün həmin rayon məhkəməsinə göndərilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərardadı ilə tərəflər heç bir səbəb olmadan məhkəmə iclasına gəlmədiyi üçün bu iş baxılmamış saxlanılmış, bundan sonra heç bir məhkəmə qərarı qəbul edilməmişdir. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh M.M.Omarova Bakı şəhəri, İ.Məmmədov küçəsində yerləşən 2 saylı evin, 5 otaqlı, 56 saylı mənzilinin 11.5 kv.m olan 1 otağının Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi əsasında əldə etmişdir. Belə ki, həmin qətnamə də Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli 2- ***-**** saylı qətnaməsilə Bakı şəhəri, İsmayıl Məmmədov küçəsində yerləşən 2 saylı evin, 5 otaqlı, 56 saylı mənzilinin şəxsi maliyyə hesabı bölünərək, yardımçı sahələri ümumi istifadədə saxlanılmaqla, sahəsi 11.5 kv.m olan bir otaq hazırki iş üzrə cavabdeh X1 və 19.7 kv.m, 16.4 kv.m, 12.8 kv.m, 14.9 kv.m olan digər 4 otaq isə 5 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 qızı və oğlu) hazırki iş üzrə İddiaçı istifadəsinə verilməklə, həmin yaşayış sahələrinə dair onların adına ayrıca kirayə müqaviləsinin bağlanılması qət edilmiş, bundan 22 il sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-578-1998 saylı məktubla adı çəkilən məhkəmə qətnaməsi kirayə müqaviləsi bağlanması hissəsində icra olunması üçün göndərilmişdir. Bakı şəhəri, İsmayıl Məmmədov küçəsi, 2 saylı evin, 56 saylı mənzilinə dair Məhmuzər Omarova ərizə ilə Bakı Şəhər Mənzil-Komunal Təsərrüfatı Departamentinə müraciət edərək, qeyd edilən məhkəmə qətnaməsinə müvafiq olaraq öz adına ayrıca kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş, yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.1998-ci il tarixli, 2- ***-**** saylı məhkəmə qətnaməsinə əsaslanaraq Bakı şəhəri, İsmayıl Məmmədov küçəsində yerləşən 2 saylı evin 56 saylı mənzilinin sahəsi 11.5 kv.m olan 1 otağına hazırki iş üzrə cavabdeh X1 adına ayrıca kirayə müqaviləsi bağlanılmış və o, həmin yaşayış sahəsinin kirayəçisi hesab edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh X6 qeyri qanuni, saxta yollarla mübahisəli mənzilin 11.5 kv.m olan 1 otağını əldə edərək öz mülkiyyətinə qəbul etmiş, sonradan da həmin mənzili bacısı hazırki iş üzrə cavabdeh X4 bağışlamaqla onun mülkiyyətinə keçirtmişdir. Təqdim olunmuş sənədlərdən də görünür ki, Bakı şəhəri, İsmayıl Məmmədov küçəsi, 2 saylı evin, 56 saylı mənzilinin 1 otağına Məhmuzər Omarovanın adına ayrıca kirayə müqaviləsinin bağlanması haqqında Bakı Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli 2-578-1998 saylı qətnaməsi Bakı Şəhər Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.1998-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin bu iş üzrə olan xx.xx.1998-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş hakimlərin başqa tərkibdə yenidən baxılması üçün həmin rayon məhkəməsinə göndərilmiş, həmin məhkəmənin xx.xx.1998-ci il tarixli qərardadı ilə həmin miilki iş tərəflər məhkəmə iclasına gəlmədiyi üçün baxılmamış saxlanılmışdır. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh X1 adına yəni, 11.5 kv.m olan 1 otağına kirayə müqaviləsinin bağlanılmasına əsas olmuş, Bakı Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi mövcud olmamış, yəni həmin qətnamə ləğv edilmiş, lakin bundan neçə illər sonra ləğv edilmiş həmin qətnamə Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-578-1998 saylı məktubla ləğv edilmiş məhkəmə qətnaməsi kirayə müqaviləsi bağlanması hissəsində icra olunması üçün göndərilmiş, ləğv edilmiş məhkəmə qətnaməsi əsasında Bakı şəhəri, İsmayıl Məmmədov küçəsində yerləşən 2 saylı evin, 56 saylı mənzilini sahəsi 11.5 kv.m olan 1 otağına hazırki iş üzrə cavabdeh X1 adına ayrıca kirayə müqaviləsi bağlanılmış və o həmin yaşayış sahəsinin kirayəçisi hesab olunmuşdur. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh X6 mübahisəli mənzilin 11.5 kv.m olan yaşayış sahəsini tam qeyri-qanuni yollarla əldə etməklə, qanunsuz olaraq öz mülkiyyətinə keçirtmişdir. Azərbaycan Resublikamsı Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli Vəkil Bürosunun sorğusuna göndərilən cavabdan da görünür ki, ümumi sahəsi 11.5 kv.m olan ünvan 7 ünvanı hazırki iş üzrə cavabdeh X2 adına 31 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-67 reyestr nömrəli Bağışlanma müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-282/2024 saylı 29 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin Bakı şəhəri, İ.Məmmədov küçəsi, 2 saylı evin 56 saylı mənzilinin bir otağına M.M.Omarovanın adına ayrıca kirayə müqaviləsinin bağlanılması haqqında 10/1 saylı 20 fevral 2020-ci il tarixli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs X7 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması və iddia tələbinin rədd olunması barədə qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını belə əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-578-1998 saylı qətnaməsi ləğv edilsə də, cavabdeh inzibati orqan tərəfindən ləğv edilmiş, yəni mövcud olmayan qərar əsasında hazırda mübahisələndirilən 10/1 saylı 20 fevral 2020-ci il tarixli sərəncam qəbul edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, müvafiq inzibati akt mövcud olmayan məhkəmə qətnaməsinə əsaslanaraq qəbul edildiyindən həmin Sərəncam maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən müəyyən edilir ki, hazırda mübahisələndirilən Sərəncam qəbul edilərkən Bakı şəhəri, İsmayıl Məmmədov küçəsində yerləşən 2 saylı evin 56 saylı mənzilin icarəçisi İddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmişdir. İddiaçı 20 fevral 2020-ci il tarixli sərəncamı 3 ildən sonra mübahisələndirmiş, qərar qəbul edən məhkəmə isə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti nəzərə almamışdır. Eyni zamanda vicdanlı alıcı kimi mənzilin bir hissəsinin onun mülkiyyətində ollmasını nəzərə almamışdır. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Üçüncü şəxslər X6 və X4 ünvanlanmış məhkəmə iclasına dair bildirişin olduğu zərflər “həmin ünvanda yaşamır” və “ünvan tam tam deyil” qeydləri ilə poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılmışdır. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki işə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsinin, üçüncü şəxslər X1 və X2 iştirakları olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri) düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İş materiallarından görünür ki, iddiaçı mübahisəli sərəncam barəsində ünvan 5 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubu sayəsində məlumatlı olmuş, bundan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsində cavabdehlər X3, X4 və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı “sərəncamın, sərəncam əsasında verilmiş çıxarışların və əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia qaldırmış, lakin sonradan həmin iddiasını geri götürdüyü üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1577/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Bundan sonra iddiaçı hazırki tələblə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarını pozduğunu iddia etdiyi sərəncamdan məlumatlı olduğu andan qanunla müəyyən edilmiş müddət daxilində hazırki iddia tələbi ilə aidiyyatı məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçı tərəfindən məhkəməyə müraciətetmə müddəti ötürülmədiyi üçün iddia mümkündür. Kollegiya onu da nəzərə alır ki, mübahisələndirilən sərəncamın təsdiq edilmiş surəti birinci instansiya məhkəməsinin sorğusuna əsasən daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi sərəncamdan daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin sərəncamın təqdim edilməsi sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq iddia müddətinin ötürülməməsi qənaətinə gəlmişdir. Odur ki, bu barədə apellyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız sayır. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı tələbi “Bakı şəhəri, İ.Məmmədov küçəsi, 2 saylı evin 56 saylı mənzilinin bir otağına M.M.Omarovanın adına ayrıca kirayə müqaviləsinin bağlanılması haqqında 10/1 saylı 20 fevral 2020-ci il tarixli sərəncamın ləğv edilməsi” barədədir. İş üzrə birinci instansiya məhkəməsi müvafiq inzibati aktın –sərəncamın mövcud olmayan məhkəmə qətnaməsinə əsasən qəbul edildiyini nəzərə alaraq və mübahisəli inzibati akt qəbul edilərəkən inzibati icraat haqqında hüquq normalarının pozulmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, mübahisəli Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, sahəsi 75,3 kv.m olan 5 otaqlı, 56 saylı mənzil 23 aprel 1971-ci il tarixli 103609 saylı orderə əsasən 8 nəfər ailə tərkibi olan X9 (iddiaçının atasına) ayrılmışdır. İddiaçının ləğv edilməsini tələb etdiyi Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 10/1 saylı 20 fevral 2020-ci il tarixli sərəncamının qəbul edilməsinə əsas kimi Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-578-1998 saylı qətnaməsi göstərilmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, həmin qətnamə Bakı Şəhər Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.1998-ci il tarixli qərardadı ilə ləğv edilmiş, iş hakimlərin başqa tərkibində yenidən baxılması üçün həmin rayon məhkəməsinə göndərilmişdir. Bundan sonra isə Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərardadı ilə tərəflər heç bir səbəb olmadan məhkəmə iclasına gəlmədiyi üçün bu iş baxılmamış saxlanılmışdır. Cavabdeh inzibati orqan isə hüquqi qüvvəsini itirmiş, yəni yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş məhkəmə qətnaməsinə istinad edərək 20 fevral 2020ci il tarixli sərəncamla Bakı şəhəri, İsmayıl Məmmədov küçəsində yerləşən 2 saylı evin 56 saylı mənzilinin sahəsi 11,5 kv.metr olan bir otağına X1 adına ayrıca kirayə müqaviləsinin bağlanılması və onun həmin yaşayış sahəsinin kirayəçisi hesab olunmasını qərara almışdır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti məhkəmənin sorğusuna cavab olaraq 10/1 saylı 20 fevral 2020-ci il tarixli sərəncamın təsdiq edilmiş surətini və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin surətlərini təqdim etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq ünvan 8 ünvanına dair arxiv qovluğunda olan sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-578, 1998 saylı qətnaməsi ilə M.M.Ömərovanın ilkin iddiası qismən təmin idilmiş və H.M.Ömərovun və Q.Ç.İsayevanın qarşılıqlı iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalaraq ilkin iddia üzrə cavabdehlər kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yeni məhkəmə baxışına göndərilməsini xahiş etmişlər. Bakı şəhər məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 01 sentyabr 1998-ci il tarixli, 3K-710/1998 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş hakimlərin başqa tərkibində yenidən baxılması üçün həmin rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1998-ci i tarixli, 2852/1998 saylı qərardadı ilə tərəflər məhkəmə iclasına gədmədikləri üçün mülki iş baxılmamış saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırda mübahisələndirdiyi inzibati akt faktiki olaraq qüvvədə olmayan məhkəmə qətnaməsinin icrası ilə bağlı qəbul edilmişdir ki, bu zaman da qeyd olunan məsələlər araşdırılmadan belə sərəncamın qəbul edilməsi ilə “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxslərin inzibati icraata cəlb edilməsi və onların dinlənilməsi “İnzibati icraat haqqında” Qanunda birbaşa olaraq inzibati orqanın vəzifəsinə aid edildiyindən bu vəzifənin lazımi qaydada həyata keçirilməməsi xırda pozuntu kimi deyil, ciddi prosessual pozuntu kimi qəbul edilir və bu hal sonda qəbul edilmiş inzibati aktın qanunsuz hesab olunması üçün əsas yaradır. Hazırki işin nə birinci instansiya, nə də apellyasiya instansiyasında araşdırılması zamanı cavabdeh orqan mübahisələndirilən inzibati aktı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etdiyini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, inzibati orqan ona təqdim olunan məhkəmə qətnaməsinin qüvvədə olub-olmaması məsələsini də öz xidməti vəzifəsi olaraq araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş sərəncamın ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillərə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-282/2024 saylı 29 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-282/2024 saylı 29 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X16 Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-185/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-185/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver