Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1850/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2023 saylı 01 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür NZ seriyalı ******* saylı xx.xx.1972-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus 3T-İ seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1983-cü illərdə, xx.xx.1984-xx.xx.1992ci llərdə, xx.xx.1992-xx.xx.1995-ci illərdə, xx.xx.1995-xx.xx.2000-ci illərdə, xx.xx.2000xx.xx.2004-cü illərdə müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin ******* saylı xx.xx.1997-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 3 fevral 1997-ci il tarixdə Can Dis Ticarət LTD Şirkətinə operator vəzifəsinə təyin edilmiş, xx.xx.2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı 26 fevral 2022-ci il tarixli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş xx.xx.1975-ci il tarixli 3T-İ № ******* saylı və xx.xx.1997-ci il tarixli ******* saylı əmək kitabçalarının və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğu dövr) 21 il təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 1 ay sığorta stajına uyğun olaraq 14088,05 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 857,12 manat olmaqla, ümumilikdə 14946,18 təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 16742,88 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (116,27 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Adına tərtib olunmuş xx.xx.1975-ci il tarixli 3T-İ № ******* saylı və AZE seriyalı 151776 saylı xx.xx.1997-ci il tarixli əmək kitabçalarında qeyd olunmuş xx.xx.1995-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçalarında qeyd olunmuş "xxxx" firmasının xx.xx.1995-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək, “Samirə" şirkətinin xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək, “Can Diş Ticarət” LTD-nin xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan imtina məktublarından narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, 1972-ci ildən 1974-cü ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1975-ci ildən xx.xx.1995-ci ilə kimi Gürcüstan SSR-in Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində yerləşən 2 saylı orta məktəbdə sinif müəllimi vəzifəsində işləmiş, xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilə kimi “Can Diş Ticarət” LTD türk şirkətində operator vəzifəsində çalışmış, ayda 300 manat əmək haqqı almışdır. 2007-ci ildə “Can Diş Ticarət” LTD türk şirkəti Türkiyəyə köçmüş və hazırda orada fəaliyyət göstərir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2020-ci ildən 2021- ci ilə kimi işləmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh 26 fevral 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi xx.xx.1975-ci il tarixli 3T-İ seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli və xx.xx.1997-ci il tarixli ******* saylı əmək kitabçalarının və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixənədək hərbi xidmətdə olduğunu dövr) 21 il təşkil edir. Lakin cavabdeh təşkilat xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilə kimi “Can Diş Ticarət” LTD türk şirkətində operator vəzifəsində işləməsini və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2020-ci ildən 2021-ci ilə kimi işləməsini nəzərə almamışdır. Hazırda 67 yaşı var və əmək stajı 30 il təşkil edir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2023 saylı 01 fevral 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajıbıb təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci maddəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçının iddia ərizəsinin nəticəvi hissəsində tələbi “onun yaşa görə əmək pensiyası hüququ ilə bağlı öhdəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə olduğu üçün onun hüquqi marağı “cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Odur ki, məhkəmə kollegiyası iddiaçının tələbini “ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul etmişdir. İşdən görünür ki, qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “onun xx.xx.1995-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" firmasında, xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" şirkətində və xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək “Can Diş Ticarət” LTD-də işləməsinə dair faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş. Lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1954-cü ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun 63 yaş 6 aydan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini və əmək kitabçalarını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.1972-ci il tarixdən xx.xx.1974cü il tarixədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Bununla yanaşı, qanunvericiliyin yuxarıda bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus hərbi bilet, 1975-ci və 1997-ci ilin əmək kitabçalarından müəyyən olunur ki, onun xx.xx.1972- xx.xx.1974-cü illərdə həqiqi hərbi xidmətdə olduğu dövr – 2 il, xx.xx.1975-xx.xx.1983-cü illərdə 7 il 4 ay 11 gün, xx.xx.1984-xx.xx.1992-ci llərdə 7 il 5 ay 1 gün, xx.xx.1992-xx.xx.1995-ci illərdə 3 il 4 ay 1 gün və xx.xx.1997-xx.xx.2004-cü illərdə 7 il 8 ay 29 gün işlədiyi dövrlər nəzərə alınmaqla ümumi iş stajı 27 il 10 ay 12 gün təşkil edir. Qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən iddiaçının hesablanmış 27 il 10 ay 12 gün ümumi stajına cavabdeh inzibati orqanın mübahisələndirdiyi dövrlərdən- "xxxx" firmasında işlədiyi xx.xx.1995-xx.xx.2000-ci illər və "xxxx" şirkətində işlədiyi xx.xx.2000-xx.xx.2004-cü illər onun “Can Diş Ticarət” LTD şirkətində işlədiyi xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlə üst-üstə düşdüyü üçün həmin dövrlərdəki staj (xx.xx.1995-xx.xx.2000; xx.xx.2000-xx.xx.2004) daxil edilməmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının 27 il 10 ay 12 gün iş stajına mübahisələndirilən- “Can Diş Ticarət” LTD şirkətində işlədiyi xx.xx.1997-xx.xx.2004-cü illər daxil edilmişdir. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərkən iddiaçının “Can Diş Ticarət” LTD müəssisəsindəki xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan iş stajını mübahisələndirmiş və göstərmişdir ki, həmin müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyildir. İşə birinci instansiyası qaydasında baxmış məhkəmənin müvafiq sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 28 iyun 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan "xxxx" firmasının, "xxxx" şirkətinin və “Can Dış Ticarət” LTD-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 01 iyul 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" firması adı ilə 6 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan biri 27 iyul 1996-cı tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır, 5-i isə müvafiq olaraq 05 və 23 (2 statistik vahid) iyul, 13 avqust 1996-cı il və 04 mart 1997-ci il tarixlərində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" şirkəti adı ilə 2 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 1-i 13 mart 2000-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır, digəri isə 02 iyun 2000-ci il tarixində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Can Dış Ticarət LTD”-yə dair məlumat mövcud deyildir. "xxxx" Firması 13 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nörməsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 10 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" Firması və "xxxx" Şirkəti adlı bir neçə fərqli kommersiya hüquqi şəxs aşkar edilmişdir. Dövlət reyestrinə əsasən xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının (VÖEN **********) ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. Göründüyü kimi, İddiaçı "xxxx" firmasında işlədiyi xx.xx.1995-xx.xx.2000-ci illər və "xxxx" şirkətində işlədiyi xx.xx.2000-xx.xx.2004-cü illər və “Can Diş Ticarət” LTD şirkətində işlədiyi xx.xx.1997- xx.xx.2004-cü illər cavabdeh tərəfindən mübahisələndirildiyi halda bu məsələ ilə bağlı işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən araşdırma tam aparılmamışdır. Hazırki işin apellyasiya baxışı zamanı "xxxx" firmasının (VÖEN: **********) hüquqi şəxs kimi ilk dəfə dövlət qeydiyyatından keçməsini təsdiq edən sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş "xxxx" firmasının Nizamnaməsindən görünür ki, müəssisə ilk dəfə hüquqi şəxs kimi 1995-ci il tarixdə qeydiyyatdan keçmişdir. Həmçinin 11/2765 saylı 06.10.200-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kommersiya Təşkilatlarının dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" firması 457 saylı qeydiyyat nömrəsi ilə xx.xx.1995-ci il tarixdə qeydiyyatdan keçmiş, xx.xx.2005-ci il tarixdə nizamnaməsinə dəyişiklik edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.1997xx.xx.2004-cü illərdə işlədiyi "xxxx" firmasının mövcudluğu və dövlət qeydiyyatına alınması öz təsdiqini tapmışdır. Bu barədə məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının müraciət etdiyi zaman qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1972xx.xx.1974-cü illərdə həqiqi hərbi xidmətdə olduğu dövr – 2 il, xx.xx.1975-xx.xx.1983-cü illərdə 7 il 4 ay 11 gün, xx.xx.1984-xx.xx.1992-ci llərdə 7 il 5 ay 1 gün, xx.xx.1992xx.xx.1995-ci illərdə 3 il 4 ay 1 gün və xx.xx.1997-xx.xx.2004-cü illərdə 7 il 8 ay 29 gün iş stajı nəzərə alınmaqla, ümumi iş stajı 27 il 10 ay 12 gün təşkil etdiyindən o, cavabdehdən yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı olmuşdur. Kollegiya iddiaçının tələb olunan 25 ildən artıq iş stajının mübahisəli -“Can Diş Ticarət” LTD şirkətində işlədiyi xx.xx.1997- xx.xx.2004-cü illər də daxil edilməklə tamamlandığını nəzərə alaraq cavabdeh tərəfindən digər mübahisələndirilən- "xxxx" firmasında işlədiyi xx.xx.1995-xx.xx.2000-ci illər və "xxxx" şirkətində işlədiyi xx.xx.2000xx.xx.2004-cü illər üzrə araşdırma aparılmasına lüzum görmür. Həm də bu zaman kollegiya onu da nəzərə almışdır ki, həmin dövrlər iddiaçının “Can Diş Ticarət” LTD şirkətində işlədiyi xx.xx.1997- xx.xx.2004-cü illərlə demək olar ki, üst-üstə düşür. Beləliklə, iddiaçının qanunla tələb olunan 25 ildən artıq iş stajı olduğuna görə qanunun digər şərtinin- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdehin “iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin saxlandığı ünvanın müəyyən edilməməsi” barədə dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Belə olan halda apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2023 saylı 01 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli, iddiaçıya 63 yaş 6 aydan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2023 saylı 01 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 63 yaş 6 aydan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin.. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1850/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1850/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver