Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1851/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-7063/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajının xx.xx.2006-cı il tarixdən deyil, xx.xx.2007-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 62 yaşının tamam olduğu, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonundan olan məcburi köçkündür. Füzuli rayonu işğal olunanadək, o, orada işləmiş və xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Füzuli şəhəri işğal olunduqdan sonra Bakı şəhərinə gələrək, 07 sentyabr 1993-cü il tarixdən 11 saylı Yük Avtomobil İdarəsində işə başlamışdır. İşğal dövrünə düşsə də, iş stajında fasilə olmamışdır. İşdən çıxmamaqla köçürmə yolu ilə Bakı şəhərində işə başlamışdır. Yaşa görə əmək pensiyasına çıxmaq üçün 2 saylı Bakı “Asan xidmət” Mərkəzinə müraicət etmişdir. Onun ərizəsi bu təşkilatdan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Filialdan ona verilən cavab məktubunda qeyd edilmişdir ki “Təqdim etdiyi ИТ-0092574 saylı əmək kitabçasına və ona əlavə edilmiş sənədlərə əasən onun xx.xx.2006-cı il tarixinə kimi sosial sığorta stajı 24 il 5 ay olmaqla qanunvericilikdə tələb olunan müddətdən 25 ildən az təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır”. Həmçinin cavab məktubunda qeyd edilir ki, bununla razılaşmadıqda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüquqları vardır. Bildirmək istəyir ki, ona ünvanlanan cavab məktubunda qeyd edildiyi kimi, onun sosial sığorta stajı 2006-cı il tarixədək deyil, xx.xx.2007-ci il tarixədək hesablanmalıdır ki, bu halda, tələb olunan 25 ildən artıqdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı sığorta stajının xx.xx.2006-cı il tarixədək deyil xx.xx.2007-ci il tarixədək hesablanmasını və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materiallarına əsasən iddiaçı cavabdeh orqana xx.xx.2021-ci il tarixində müraciət etmişdir. Müraciət ərizəsinə cavab olaraq Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubunda bildirilmişdir ki, idddiaçının təqdim etdiyi ИT-İ № ******* nömrəli əmək kitabçasına və ona əlavə edilmiş sənədlərə əsasən iddiaçının xx.xx.2006-cı il tarixinə kimi 24 il 5 ay sosial sığorta stajı vardır və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı müəyyən olunmamışdır. Göstərilən səbəblərə görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması qanuna uyğun deyildir. Hesab edirlər ki, imtina əsaslıdır və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməməlidir. Belə ki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Maddənin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1. vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, xx.xx.2021-ci ildə yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixdədək olan dövr və xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyini iddia etdiyi dövr mübahisələndirilir. İşin faktiki hallarına əsasən, iddiaçının xx.xx.1978-ci il tarixli ИТ-l № ******* nömrəli əmək kitabçasına əsasən 24 il 5 ay sosial sığorta stajı mövcuddur (xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (1 il 8 ay 1 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək (13 il 9 ay), xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (9 il) işlədiyi dövrlər nəzərə alınmaqla). İş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasındakı qeydlərdə xx.xx.1999-cu il tarixdə iddiaçının “Bakı-Yük- Avtonəqliyyat-11” Açıq tipli Səhmdar Cəmiyyətinə köçürmə yolu ilə kadrlar şöbəsinin rəisi təyin edilməsi, xx.xx.2007-ci il tarixli 07 nömrəli əmrlə işdən azad edilməsi göstərilmişdir. Bu qeydlərdən də aydın olduğu kimi, iddiaçı xx.xx.2007-ci il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu halda “Sığorta AS”-də onun adına ödənilən məcburi dövlət sığorta haqları göstərilməli, yığılmış pensiya kapitalı əks olunmalı idi. Lakin göstərilən heç bir hal baş verməmiş, iddiaçının adına ödənilən heç bir məcburi dövlət sosial sığorta haqqı qeydə alınmamışdır. Belə ki, tərəflərindən işin hərtərəfli, obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə iddiaçının xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barəsində məlumatın əldə edilməsi üçün 2021-ci il 22 iyun tarixli **********2 nömrəli xidməti məktub ünvanlanmışdır. Fərdi uçota nəzarət və sosial sığorta departamentinin xx.xx.2021ci il tarixli, **********7 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin “X1 Sistemi”nin Sığorta (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündən əldə edilən məlumatlara əsasən X8 (FİN: xxxxxxx) sığortaolunan kimi uçota alınmamışdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Sözügedən Qanunun 25ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Yuxarıda qeyd olunanlara əsasən bildirirlər ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün adına ödənilən məcburi dövlət sosial sığorta haqqı olmadığından xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan işlədiyini iddia etdiyi dövrlər sosial sığorta stajına daxil edilə bilməz. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının 8ci səhifəsindəki 10-cü qeyddə gözlə görüləcək şəkildə düzəlişlər edilmişdir. Həmin qeyd kiril qrafikalı əlifba ilə yazıldığı halda növbəti sətirdə latın qrafikalı əlifba ilə “təyin edilsin, düzəlişə inanılsın” qeydi aparılmışdır. Əlavə olaraq əmək kitabçasının 15-ci səhifəsində iddiaçının xx.xx.1993-cü il tarixli 65 nömrəli əmrlə işdən azad edildiyi qeyd olunmuşdur. Belə ki, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək iddiaçının "xxxx" Dövlət Konserninin 11 №li X4 işləməsi ilə əlaqədar hər hansı qeyd əmək kitabçasında öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.1993-cü il tarixdən, xx.xx.1997-ci il tarixədək iddiaçının işlədiyi iddia etdiyi dövrlər sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə, İddiaçı tələb olunan pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına və 25 il sığorta stajına malik olmadığından iddiaçının yaşa görə görə pensiya almaq hüququ yaranmayacaqdır. İşin hərtərəfli, obyektiv və tam araşdırılması məqsədi ilə tərəflərindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğular ünvanlanmışdır. Hazırki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyini iddia etdiyi müəssisələrlə bağlı həmin sorğular cavablandırıldıqdan sonra, etiraza əlavə məhkəməyə təqdim olunacaqdır. İddiaçı tərəfindən cavabdehin etirazına münasibət təqdim edilərək bildirilmişdir ki, Fondun hazırlayıb məhkəməyə təqdim etdiyi məktubda onun iş stajına 24 il 5 ay hesablanmışdır. Belə ki, o, 05 aprel 1978-ci ildən, xx.xx.2007-ci il tarixədək fasiləsiz iş stajına malikdir ki, bu da, 29 il 8 ay 23 gün ümumi iş stajı edir. Deməli, xx.xx.1978-ci ildən, xx.xx.2006-cı il tarixədək olan dövr onun ümumi iş stajının 27 il 8 ay 26 gününü təşkil edir. Deməli, xx.xx.1978-ci ildən, xx.xx.2006-cı il tarixədək onun stajı ƏƏSMF-nin hesabladığı kimi 24 il 5 ay yox, 27 il 8 ay 26 gündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas götürülən - 1. vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır tələbinə uyğundur. xx.xx.1959-cu il təvəllüdlüdür və xx.xx.2021-ci ildə Qanuna əsasən o, pensiya almaq hüququna malikdir. 2. İkinci əsasla bağlı qeyd etməlidir ki, iş stajı ilə bağlı mübahisələr vardır. Belə ki, o, 05 aprel 1978-ci ildən, 06 avqust 1984-cü ilədək SSRİ Su Təsərrüfatı və Meliorasiya Nazirliyinin “Azərkənd təssərüfatı su kəməri çəkilişi tikintisi” X11 2 №li X2 (2 № li SMD) müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1984-cü ildən isə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Füzuli Sərnişin X3 Şöbəsinin rəisi vəzifəsində işləmişdir. 23 avqust 1993-cü il tarixdə Füzuli rayonu ermənilər tərəfindən işğal edildiyində, o, Bakı şəhərinə gəlmiş və 07 sentyabr 1993-cü ildən AR "xxxx" Dövlət Konserninin Bakı şəhəri, Montin qəsəbəsindəki 11 saylı Yük X3 Şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.1993-cü ildə isə Beyləqan rayonuna gedərək Füzuli SANM-dən işdən azad olunmasını rəsmiləşdirmişdir (Əmr N 65, xx.xx.1993). xx.xx.1993-cü il tarixdən (Əmr N 57, xx.xx.1993) Bakı şəhəri 11 saylı YANM-də işləmişdir. Əmək kitabçasında öz səhvi ucbatından Kadrlar Şöbəsinin rəisi vəzifəsinə təyin olunsun əvəzinə səhvən azad olunsun yazılmış və sonradan səhvə düzəliş edilərək müəssisənin möhürü ilə təsdiq edilmişdir. Sosial Müdafiə Fondunun hesabladığı iş stajında həmin qaralamaya əsasən onun iş stajı mübahisəli sayılaraq 24 il 5 ay hesablanmışdır. Onun xx.xx.2006-cı ildən sonra Sosial Sığorta Ödənişinin olmadığı ilə razıdır. Lakin, xx.xx.2006-cı ilə qədər olan iş stajının pensiya almaq hüququ verdiyi üçün əmək kitabçasında olan qaralamaya aydınlıq gətirmək məqsədilə lazım olan sənədləri təqdim edir. Onun məcburi köçkünlüyünü, tənha qadın olmasını, şəkər və zob xəstəsi olmasını, ona Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin olunmuş 130 (yüz otuz manat) sosial yardımın minimum istehlak zənbili xərcindən xeyli aşağı olduğunu nəzərə alaraq, pensiya hüququnun bərpa edilməsində ona lazımi köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, faktiki hallarına əsasən, iddiaçının xx.xx.1978-ci il tarixli, ИT-İ № ******* nömrəli əmək kitabçasına əsasən 24 il 5 ay sosial sığorta stajı mövcuddur (xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (1 il 8 ay 1 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1993- cü il tarixədək (13 il 9 ay), xx.xx.1997-ci il tarixdən 01.01,2006-cı il tarixədək (9 il) işlədiyi dövrlər nəzərə alınmaqla). İddia tələbinə əsasən iddiaçı xx.xx.1993-cü il tarixdən, xx.xx.1997-ci il tarixədək (3 il 3 ay 7 gün), xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək (1 il 11 ay 27 gün) "xxxx" Dövlət Konserninin 11 №li Yük Avtonəqliyyat müəssisəsi”-də işlədiyini iddia edir. İddiaçının yaşa görə pensiya hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının mübahisələndirilməyən ümumi sığorta stajı 24 il 5 aydır. İddiaçının mübahisələndirilən sosial sığorta stajı 5 il 3 ay 3 gündür (2006-çı il tarixədək 3 il 3 ay 7 gün). Fərdi uçota nəzarət və sosial sığorta departamentinin xx.xx.2021-ci il tarixli **********7 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin “X1 Sistemi”nin Sığorta (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) sığortaolunan kimi uçota alınmamışdır. İddiaçı 2006-2020-ci illər ərzində hər hansı sığortaedən tərəfindən xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, İddiaçı xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək hər hansı sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaların 4.2.2-ci bəndinə əsasən, yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən Qaydalara müvafiq olaraq İddiaçı sosial sığorta stajına münasibətdə pensiya kapitalı aşağıdakı kimi indeksləşdirilməlidir: 1. (24 il x 306 manat) + ( 306 manat: 12 ay x 5 ay ) = 7344 + 127,5 = 7471,5 manat; 2. 2007-ci il üzrə: 7471,5 + 8,3% = 8091.63 manat; 3. 2008-ci il üzrə: 8091.63 + 16,7% = 9442.937manat; 4. 2009-cu il üzrə: 9442.937 + 20,8% = 11407.068 manat; 5. 2010-cu il üzrə: 11407.068 + 1,5% = 11578.174 manat; 6. 2011-ci il üzrə: 11578.174 + 5,7% = 12238.13 manat; 7. 2012-ci il üzrə: 12238.13 + 7,9% = 13204.94 manat; 8. 2013-cü il üzrə: 13204.94 + 1,1% = 13350.19 manat; 9. 2014-cü il üzrə: 13350.19 + 2,4% = 13670.601 manat; 10. 2015-ci il üzrə: 13670.601 + 1,4% = 13861.99 manat; 11. 2016-cı il üzrə: 13861.99 + 4% = 14416.469 manat; 12. 2017-ci il üzrə: 14416.469 + 12,4% = 16204.11 manat; 13. 2018-ci il üzrə: 16204.11 + 5,7% = 17127.74 manat; 14. 2019-cu il üzrə: 17127.74 + 3%= 17641.578 manat; 15. 2020-ci il üzrə: 17641.578 + 16.6%= 20570.08 manat. İddiaçınm 24 il 5 aya münasibətdə 20570.08 manat pensiya kapitalı mövcuddur. Mübahisələndirilən 3 il 3 ay 7 günə (xx.xx.2006-cı il tarixədək) münasibətdə 2737.99 manat pensiya kapitalı hesablanır. Beləliklə, yuxarıdakıları ümumiləşdirərək qeyd edirlər ki, İddiaçı tələb olunan pensiyanın minumum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına və 25 il sığorta stajına malik olmadığından onun yaşa görə əmək pensiya almaq hüququ yaranmayacaqdır. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-7063/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 62 yaşından, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək (SSRİ Su Təsərrüfatı və Meliorasiya Nazirliyinin “X14 Kəməri Çəkilişi Tikintisi” X11 2 nömrəli X2 (2 nömrəli SMD-də), xx.xx.1984-cü il tarixdən, xx.xx.1993-cü il tarixədək (X9 Müəssisəsində), 07 sentyabr 1993-cü ildən, xx.xx.2007-ci il tarixədək "xxxx" Dövlət Konserninin 11 saylı Yük Avtonəqliyyat İdarəsində) işləmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 12 mart 2021-ci il tarixli, **********5 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sosial sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasına və ona əlavə edilmiş sənədlərə əsasən onun xx.xx.2006-cı il tarixinə kimi sosial sığorta stajı 24 il 5 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan digər şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olmasıdır. İddiaçının əmək kitabçasında xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək (SSRİ Su Təsərrüfatı və Meliorasiya Nazirliyinin “X14 Kəməri Çəkilişi Tikintisi” X11 2 nömrəli X2 (2 nömrəli SMD-də)), xx.xx.1984-cü il tarixdən, xx.xx.1993-cü il tarixədək (X9 Müəssisəsində), 07 sentyabr 1993-cü ildən, xx.xx.2007-ci il tarixədək "xxxx" Dövlət Konserninin 11 saylı Yük Avtonəqliyyat İdarəsində) işləməsinə dair qeydlər mövcuddur. İddiaçının əmək kitabçasının 8-ci və 10-cu səhifələrində olan qeydlərin mötəbərliliyinin sübut edilməsi, eləcə də, xx.xx.1993-cü il tarixli, 65 nömrəli əmrlə işdən azad edilməsi məsələsinin aydınlaşdırılması məqsədilə, iddiaçı tərəfindən məhkəməyə yazılı mülahizə və "xxxx" ASC-yə məxsus olmuş 1993 və 1999-cu il tarixli əmrlər kitabı təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, 06 avqust 1984cü ildən Füzuli Sərnişin X3 Şöbəsinin rəisi vəzifəsində işləmişdir. 23 avqust 1993-cü il tarixdə Füzuli rayonu erməni işğalçıları tərəfindən işğal edildiyinə görə, o, Bakı şəhərinə gəlmiş və 07 sentyabr 1993-cü ildə "xxxx" Dövlət Konserninin 11 saylı Yük Avtonəqliyat X5 rəisi vəzifəsinə təyin olunmuş, xx.xx.1993-cü ildə isə Beyləqan rayonuna gedərək Füzuli SANM-dən işdən azad olunmasını rəsmiləşdirmişdir (əmr № 65, xx.xx.1993). xx.xx.1993cü il tarixdən (əmr № 57, xx.xx.1993) 11 saylı X7 işləmişdir. Əmək kitabçasında öz səhvi ucbatından Kadrlar Şöbəsinin rəisi vəzifəsinə təyin olunsun əvəzinə səhvən azad olunsun yazılmış və sonradan səhvə düzəliş edilərək müəssisənin möhürü ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının yazılı mülahizəsində göstərilənlərin həqiqiliyinin araşdırılması və iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin mötəbərliliyinin qiymətləndirilməsi məqsədilə iddiaçıya məxsus əmək kitabçasına, 11 saylı X10 (sonradan "xxxx" ASC-yə) məxsus olmuş 1993-cü il tarixli və 1999-cu il tarixli əmrlər kitabı ilə birgə baxış keçirmiş və müəyyən etmişdir ki, həqiqətən iddiaçının 07 sentyabr 1993-cü il tarixdən 11 saylı X10 Kadrlar Şöbəsinin rəisi vəzifəsinə təyin olunması barədə Müəssisənin 57 nömrəli, xx.xx.1993-cü il tarixli əmri, eləcə də, onun xx.xx.1999-cu il tarixdə yeni strukturanın tətbiqi ilə əlaqədar olaraq xx.xx.1999-cu il tarixdən işdən azad edilməsi barədə xx.xx.1999-cu il tarixli, 02 nömrəli əmri və yeni strukturanın təşkili ilə əlaqədar olaraq "xxxx" ASC-yə kadrlar şöbəsinin rəisi vəzifiəsinə təyin edilməsi barədə xx.xx.1999-cu il tarixli, 10 nömrəli əmri mövcuddur. İddiaçı xx.xx.1993-cü il tarixdən isə 11 saylı X6 deyil, Füzuli SANM-dən işdən azad olunmuşdur. İddiaçının əmək kitabçasında olan qeydlərin mötəbərliliyini şübhə altına alan hərhansı bir əsasın mövcud olması müəyyən edilməmişdir. Göstərilən hal, isə cavabdehin iddiaçının sığorta stajının mötəbər sayılmaması ilə bağlı dəlillərini əsassız etmişdir. Cavabdehin digər bir qənaətinə görə, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2007ci il tarixədək işlədiyi dövrdə adına ödənilən məcburi dövlət sosial sığorta haqqı olmadığından, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan işlədiyini iddia etdiyi dövrlər sosial sığorta stajına daxil edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X4) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad edilən Qaydalarda, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Həmçinin, həmin Qaydalarda xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. Bu imperativ qayda “Əmək pensiyaları haqqında” Qanun 21.1-ci maddəsinin də tələbindən irəli gəlir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının adına xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən edilməsə də, iddiaçı xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olduğundan, həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi üçün məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi əhəmiyyət daşımır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. Apellyasiya baxışı zamanı iddiaçıya məxsus əmək kitabçasına, 11 saylı X10 (sonradan "xxxx" ASC-yə) məxsus olmuş 1993-cü il tarixli və 1999-cu il tarixli əmrlər kitabı ilə birgə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən iddiaçının 07 sentyabr 1993cü il tarixdən 11 saylı X10 Kadrlar Şöbəsinin rəisi vəzifəsinə təyin olunması barədə Müəssisənin 57 nömrəli, xx.xx.1993-cü il tarixli əmri, eləcə də, onun xx.xx.1999-cu il tarixdə yeni strukturanın tətbiqi ilə əlaqədar olaraq xx.xx.1999-cu il tarixdən işdən azad edilməsi barədə xx.xx.1999-cu il tarixli, 02 nömrəli əmri və yeni strukturanın təşkili ilə əlaqədar olaraq "xxxx" ASC-yə kadrlar şöbəsinin rəisi vəzifiəsinə təyin edilməsi barədə xx.xx.1999-cu il tarixli, 10 nömrəli əmri mövcuddur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 62 yaşından, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-7063/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1851/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1851/2022
02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver