Məhkəmə qərarları › İş №2-1(103)-1851/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1851/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1851/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7377/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********167529 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cəmiyyət barəsində **********151082 nömrəli xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlamasının nəticələri haqqında akt tərtib etmişdir. Bundan sonra cavabdehin **********167529 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Cəmiyyət vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. Belə ki, cavabdeh Cəmiyyətin 2018-2020-ci illər üzrə istehsal həcmini qaz sərfiyyatı əsasında müəyyən edərək əlavə dəyər vergisinin azaldıldığı barədə nəticəyə gəlmiş, o cümlədən, sözügedən müəssisə barəsində maliyyə sanksiyası tətbiq etmişdir. Hesab edirlər ki, cavabdehin həmin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Daha sonra məhkəmə çıxışında bildirilmişdir ki, cavabdehin **********167529 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda, əlavə hesablanmış 1.808.713,23 manat vergi məbləğinin vergi orqanı tərəfindən "xxxx" İB-dən aldığı məlumata və həmin məlumatın əsasında mütəxəssisin hazırladığı rəyə əsasən hesabladığı qeyd edilmişdir. "xxxx" MMC yoxlanılan dövr ərzində "xxxx" İB-dən ümumilikdə 254.034,46 manat təbii qaz almış və müvafiq olaraq təqdim olunmuş mallara görə "xxxx" İB tərəfindən elektron qaimələr təqdim edilmişdir. Mütəxəssisin rəyində qeyd edilmişdir ki, guya "xxxx" İB-nin verdiyi məlumata əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi "xxxx" MMC-yə 712.282,03 manat dəyərində təbii qaz satmışdır. Tərəflərindən "xxxx" İB-nin qeyd edilən məktubunun vergi orqanı tərəfindən təqdim olunması xahiş edilsə də, bu günə kimi "xxxx" MMC-yə təqdim edilməmişdir. Mütəxəssis rəyini tərtib etmiş şəxsin Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən dəvət olunmuş mütəxəssis xüsusi biliyini təsdiq edən sənədin və iş təcrübəsi barədə sənədin surətlərini təqdim olunması barədə xx.xx.2022-ci il tarixli məktubla vergi orqanına müraciətləri cavabsız qalmışdır. Səyyar vergi yoxlaması aktında "xxxx" MMC tərəfindən yoxlanılan dövr üzrə sənədlərin yoxlamaya təqdim olunmaması qeyd edilmişdir. Bildirilmişdir ki, yoxlamanı həyata keçirən vergi orqanının əməkdaşlarına tələb olunan sənədlər kağız daşıyıcıda və elektron formada tam olaraq təqdim edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının iddia ərizəsində qeyd olunan dəlili ilə bağlı bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********151036 saylı qərarına əsasən "xxxx" MMC-də (VÖEN: **********) sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) və nəticəsi xx.xx.2022-ci il tarixli **********151082 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə aşağıdakı faktlar aşkar edilmişdir: Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq asfalt istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, kommunal göstəricilərin məlumatları, ƏDV-nin depozit subhesabı üzrə məlumatları, mütəxəssis rəyi, ekspert rəyi, vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparılaraq aşağıdakı vergilər hesablanmışdır: Əlavə dəyər vergisi üzrə: Yoxlama zamanı mütəxəssis tərəfindən xx.xx.2022-ci il tarixli MB 15/1070№-li rəy verilmişdir. Mütəxəssis tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MB 15/1070№-li rəyə əsasən müəssisənin real asfalt istehsalı 2018-ci ildə 146184,01 m3, 2019-cu ildə 109142,11 m3, 2020-ci ildə 122917,92 m3 və 2021-ci ildə 105477,94 m3 müəyyən edilmişdir. Eyni zamanda, yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən rəsmi satış göstərilmədiyi və ya bununla bağlı yoxlamaya hər hansı sənəd təqdim edilmədiyi üçün vergi ödəyicisi tərəfindən təqdim edilən asfaltın real bazar qiymətini müəyyən etmək üçün ekspertiza təyin edilmiş və ekspert tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən asfaltın 1 tonunun real bazar qiyməti 60,0 (altmış) manat (ƏDV ilə) müəyyən edilmişdir. Beləliklə, mütəxəssis tərəfindən verilmiş asfaltın istehsal həcminə uyğun ekspert tərəfindən verilmiş asfaltın bazar qiyməti tətbiq edilməklə vergilər hesablanmışdır. Belə ki, sənədlərə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV hesabatlarında 2018-ci ilin noyabr-dekabr aylarındakı dövriyyənin 196 272,40 manat (ƏDV-siz) olması deyil, 1 449 569,30 manat (ƏDV-siz) olması, 2019-cu ilin yanvar-dekabr aylarındakı dövriyyənin 364 733,85 manat (ƏDV-siz) deyil, 4 381 486,90 manat (ƏDV-siz) olması, 2020-ci ilin yanvar- dekabr aylarındakı dövriyyənin 373 588,16 manat (ƏDV-siz) deyil, 5 151 945,10 manat (ƏDV-siz) olması və 2021-ci ilin yanvar- oktyabr aylarında isə dövriyyənin olmaması müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, mütəxəssis dəvət edilməsi barədə və ekspertiza təyin edilməsi barədə Qərarlarda xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr göstərilsə də və həmin dövr üzrə rəylər verilməsinə baxmayaraq, vergilərin hesablanması zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr götürülmüşdür. Eyni zamanda, 2020-ci ilin mənfəət vergisi ilə əlavə dəyər vergisi bəyannamələri arasında yaranmış fərqin səbəbi, müəssisənin xx.xx.2022-ci il tarixdə (AVİS: xx.xx.2022-ci il tarixli **********938200 nömrəli) vergi orqanına ünvanladığı məktubda "xxxx" ASC-nin 74 295,0 manat debitor borcunun olması və müəssisənin ASCyə birləşməsi ilə əlaqədar olaraq 74295,0 manat debitor borcunun 2020-ci ilin oktyabr ayında dövriyyəyə daxil edilməsidir. Beləliklə, ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən ƏDV üzrə dövriyyənin azaldılmasına görə yoxlama ilə ümumilikdə 1 808 713,23 manat əlavə vəsait hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 908 424,26 manat məbləğində, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən isə 1,07 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə: Yoxlama ilə 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunur. Müəssisə tərəfindən gəlir və xərclər hesablama metoduna əsasən formalaşmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü, 108-ci, 134-cü, 135-ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, mütəxəssis rəyi, ekspert rəyi, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tututlan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparmasını təmin etməyə borcludur. Həmçinin, aparılmış araşdırmalarla analoji olaraq "xxxx" MMC (VÖEN **********), “Azital İnşaat” (VÖEN **********) və “Taleh-A.T.” müəssisəsinin (VÖEN **********), sadalanan analoji vergi ödəyicilərindən başqa vergi ödəyici tapılmadı, həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin həmin müəssisələrin işçi sayının, dövriyyəsinin və digər göstəriciləri eyni olmadığı üçün analoji müəssisə olaraq təsdiq etmək mümkün olmadı, yoxlama üçün naməlum olan gəlirlərin və ya xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Vergi ödəyisinin təqdim etdiyi 2018-ci ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 613 420,70 manat, ümumi gəlirdən çıxılan xərclər 1 466 426,91 manat göstərilmiş, 853 006,21 manat zərər hesablanmışdır. Keçmiş illərin zərəri isə 5 744 747,40 manat qeyd edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2018-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 1 866 717,60 manat (yanvar-oktyabr ayları üzrə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə 417 148,30 manat və noyabr-dekabr ayları üzrə ekspert rəyinə əsasən 1 449 569,30 manat) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2018-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən, müəssisənin 2018- ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə 2018-ci il üzrə müəssisənin əldə etdiyi 1 866 717,60 manat (yanvar-oktyabr ayları üzrə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə 417 148,30 manat və noyabr-dekabr ayları üzrə ekspert və mütəxəssis rəylərinə əsasən 1 449 569,30 manat) gəliri əsasında (1 866 717,60 /100+20 x 20= 311 119,60) hesablanmış 311 119,60 manat mənfəətdən keçmiş illərin zərəri 5 744 747,40 manat olduğuna görə mənfəət vergisi hesablanmamışdır. Vergi ödəyicisinin təqdim etdiyi 2019-cu ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 364 733,85 manat, ümumi gəlirdən çıxılan xərclər 979 227,11 manat göstərilmiş, 614 493,26 manat zərər hesablanmışdır. Keçmiş illərin zərəri isə 6 597 753,61 manat qeyd edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2019-cu ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 4 381 486,90 manat (ekspert və mütəxəssis rəylərinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2019-cu ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Yoxlama ilə 2019-cu il üzrə müəssisənin əldə etdiyi 4 381 486,90 manat (ekspert və mütəxəssis rəylərinə əsasən) gəliri əsasında (4 381 486,90/100+20 x 20= 730 247,82) hesablanmış 730 247,82 manat mənfəətdən keçmiş illərin zərəri 5 744 747,40 manat olduğuna görə mənfəət vergisi hesablanmamışdır. Vergi ödəyicisinin təqdim etdiyi 2020-ci ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 1 094 705,10 manat, ümumi gəlirdən çıxılan xərclər 809 713,12 manat göstərilmiş, vergiyə cəlb olunan 284 991,98 manat 1 094 705,10 - 809 713,12) mənfəətdən keçmiş illərin zərəri olduğuna görə mənfəət vergisi hesablanmamışdır. Səyyar vergi yoxlaması zamanı 2020-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 5 077 650,00 manat (ekspert və mütəxəssis rəylərinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2020-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Yoxlama ilə 2020-ci il üzrə müəssisənin əldə etdiyi 5 077 650,00 manat (ekspert və mütəxəssis rəylərinə əsasən) gəliri əsasında (5 077 650,00/100+20 x 20= 846 275,00) hesablanmış 846 275,00 manat mənfəətdən keçmiş illərin zərəri 5 744 747,40 manat olduğuna görə mənfəət vergisi hesablanmamışdır. Eyni zamanda, 2020-ci ilin mənfəət vergisi ilə əlavə dəyər vergisi bəyannamələri arasında yaranmış fərqin səbəbi, müəssisənin xx.xx.2022-ci il tarixdə (AVİS: xx.xx.2022-ci il tarixli **********938200 nömrəli) vergi orqanına ünvanladığı məktubda "xxxx" ASC-nin 74 295,0 manat debitor borcunun olması və müəssisənin ASC-yə birləşməsi ilə əlaqədar olaraq 74295,0 manat debitor borcunun 2020-ci ilin oktyabr ayında dövriyyəyə daxil edilməsidir. Yoxlama ilə ümumilikdə ƏDV üzrə dövriyyənin azaldılmasına görə 1 808 713,23 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 908 424,26 manat məbləğində və Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən isə 1,07 manat maliyyə sanksiyası əlavə vəsait hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7377/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********167529 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7377/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya etirazla oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə işi düzgün araşdırmayaraq qərar qəbul etmişdir. Qeyd edilmişdir ki, əlavə vergi yoxlaması tədbirlərinin həyata keçirilməsi, ekspertizanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməməsi ilə bağlı bildirilir ki, Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edə bilər. Belə ki, vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cü maddəsi ilə ona verilmiş səlahiyyətindən istifadə etməklə səyyar vergi yoxlaması zamanı yoxlama aktındakı çatışmazlıqların aradan qaldırılması üçün əlavə araşdırma həyata keçirmək hüququ var. Vergi Məcəlləsinin 44.1-ci maddəsi ilə zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına istinad edərək bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinin tələbindən də göründüyü kimi bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yəni, vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cü və 44.1-ci maddələri ilə ona verilmiş səlahiyyətindən istifadə etməklə səyyar vergi yoxlaması aktında mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerə getmədən, səyyar vergi yoxlaması zamanı əldə olunmuş sənədlər əsasında səyyar vergi yoxlaması aktındakı çatışmazlıqların və səyyar vergi yoxlaması ilə vergi ödəyicisindən əldə olunmuş sənədlər arasında olan uyğunsuzluqların aradan qaldırılması üçün əlavə araşdırmanın həyata keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 2.1-ci maddəsinə əsasən həmin qanunun müddəalarının təsiri altına düşmür. Yuxarıda sadalanan Qərarlar çıxarılarkən müvafiq məlumatların Reyestrdə əks olunmaması ilə bağlı bildirilir ki, Əsasnamədə əlavə vergi yoxlaması tədbirlərinin və ekspertizanın keçirilməsi barədə məlumatların Reyestrə daxil edilməsi ilə bağlı birbaşa müddəalar mövcud deyil, yalnız Əsasnamənin 3.4.18-ci bəndində qeyd olunmuşdur ki, yoxlamanın nəticəsi barədə məlumatlar Reyestrə daxil edilməlidir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə yoxlamanın son nəticəsi kimi qiymətləndirilməməlidir və Reyestrə yoxlamanın son nəticəsi barədə məlumatlar daxil edilməlidir. Eyni zamanda, Vergi Məcəlləsinin 49.1-2-ci maddəsinə əsasən bu Məcəllənin 49.1.3cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz. Bundan əlavə, faktiki olaraq yoxlamanın nəticəsi barədə məlumatlar Əsasnamənin 5.1-ci bəndinə uyğun olaraq sahibkarlıq subyektinə təqdim edilən Reyestrdən çıxarışda əks etdirilməli məlumatlar sırasında yer almamışdır. Göründüyü kimi, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi və ekspertizanın keçirilməsi yoxlamanın son nəticəsi hesab olunmur, eyni zamanda yoxlamanın davamı barədə məlumatların Reyestrə daxil edilməsi, habelə hər iki məlumatın (həm yoxlamanın son nəticəsi, həm də yoxlamanın davamı barədə məlumatların) ümumiyyətlə sahibkarlıq subyektinə təqdim edilən Reyestrdən çıxarışda əks etdirilməsi Əsasnamədə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanun”un 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə qərarında qeyd etmişdir ki, “Vergi qanunvericiliyi səyyar vergi yoxlamasının keçirilməsinin müddətlərini dəqiq müəyyən etmişdir. Həmçinin, inzibati orqanlar tərəfindən keçirilən icraatın konkret müddətlər ilə məhdudlaşdırılması inzibati icraatın iştirakçılarını onların hüquqlarının müdafiəsi ilə bağlı və ya onların hüquqlarına müdaxilə təşkil edə biləcək proseslərdəki həddən artıq gecikdirmələrdən (həmçinin suiistifadə hallarından) qorumaq, o cümlədən inzibati icraatın səmərəliliyinə nail olmaq məqsədlərinə xidmət edir. Odur ki, qanunvericilikdə hər bir inzibati orqanın fəaliyyətində ağlabatan müddətlər müəyyən edilmiş və inzibati orqanların həmin müddətlər çərçivəsində hərəkət etməsi öhdəlik kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericilik, o cümlədən vergi qanunvericiliyi müddətlərlə bağlı müəyyən istisnalar da nəzərdə tutmuşdur ki, həmin istisnalarda Vergi Məcəlləsinin 38.2-ci maddəsində təsbit edilmiş, həmçinin yoxlamanın hansı hallarda dayandırıla biləcəyi VM-nin 38.7-ci maddəsində öz əksini tapmışdır. Hazırki halda isə cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu tam olaraq əsaslandırmamışdır. Əlavə olaraq məhkəmə araşdırması zamanı səyyar vergi yoxlamasının müddətinin dayandırılması və müddət uzadılması barədə qərarların əsaslı olmasını müəyyən etmək mümkün olmamışdır. Ümumiyyətlə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etiraz ərizəsində də, səyyar vergi yoxlamasının müddətinin uzadılmasına əsas olmuş hallar, aparılmış inzibati icraat çərçivəsində qəbul edilmiş aralıq inzibati aktlar barədə mötəbər sübutlar təqdim edilməmişdir. Sadəcə mübahisəyə mahiyyəti üzrə yanaşılmaqla qanunvericiliyin normalarına istinad edilməklə kifayətlənilmişdir. Cavabdeh tərəfindən "xxxx" MMC üzrə xx.xx.2021-ci il tarixli, **********151036 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarla noyabr 2018 - oktyabr 2021-ci il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2021-ci il tarixdə başlayıb, xx.xx.2021-ci il tarixdə başa çatmalı olmasına baxmayaraq, VM-nin 38.2ci maddəsinin tələblərinə zidd olaraq xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə başa çatmışdır. Həmçinin, Əsasnamənin 1.5-ci bəndində qeyd olunmuşdur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Mövcud praktika bütün hallarda səyyar vergi yoxlaması yalnız Reyestrdə qeydə alındıqdan və xüsusi yoxlama kodu verildikdən sonra keçirilir, digər məlumatlar isə Reyestrdə artıq qeydiyyata alınmış yoxlama ilə bağlı daxil edilən əlavə informasiya kimi qiymətləndirilməlidir. Belə ki, Əsasnamənin 4.8-ci bəndinə əsasən Reyestrdə qeydiyyata alınan hər bir yoxlamaya xüsusi alqoritm əsasında vahid və təkrarlanmayan yoxlama kodu verilir. Eyni zamanda, Əsasnamənin 2-ci hissəsində Reyestrin aparılması prinsipləri göstərilmiş və yoxlamanın Reyestrdə qeydiyyata alınması və Reyestrdəki məlumatların daxil edilməsi, dəyişdirilməsi və silinməsi ayrıca hallar kimi nəzərdə tutulmuşdur. Habelə, praktiki olaraq da bir sıra məlumatların Reyestrdə qeydiyyata alınmış yoxlama ilə bağlı əlavə informasiya kimi daxil edildiyi aydın şəkildə görünür”. Apellyasiya şikayətində bildirilmişdir ki, bir sıra məlumatlar əlavə informasiya xarakterli olduğu üçün onların bəzi istisna hallarda hər hansı səbəbdən (texniki xəta, diqqətsizlik və sair) Reyestrdə daxil edilməməsi hərfi məna rəhbər tutulmaqla normativ hüquqi aktların tələblərinin pozulması hesab edilməməlidir (çünki, ümumilikdə yoxlamanın Reyestrdə qeydiyyata alınması və Reyestrdə məlumatların daxil edilməsi, dəyişdirilməsi və silinməsi tələblərinə əməl olunur, sadəcə məlumatların daxil edilməsində texniki xəta nəticəsində natamamlıq mövcud ola bilər) və bu cür halların baş verməsi yoxlamaların hüquqi nəticəsinə təsir etmir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211686423 saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması və yoxlama müddətinin artırılması barədə qərarlar qeydiyyata alınmışdır. Məhkəmənin qeyd edilən dəlili ilə əlaqədar bildirilmişdir ki, səyyar vergi yoxlamasının dayandırmanın əsası vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ilə bağlı olmuşdur. Vergilərin hesablanmasının əsasının ekspert və mütəxəssis rəyləri təşkil etməsinə baxmayaraq, məhkəmə əsassız olaraq yoxlamanın dayandırıldığını qeyd etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə iş materiallarında olan sübutları qiymətləndirməmiş, cavabdehin mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətlənmişdir. Yoxlama zamanı mütəxəssis tərəfindən xx.xx.2022-ci il tarixli MB 15/1070NQ-İİ rəy verilmişdir. Mütəxəssis tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MB 15/1070N°-li rəy əsasən müəssisənin real asfalt istehsalı 2018-ci ildə 146184,01 m3, 2019-cu ildə 109142,11 m3, 2020-ci ildə 122917,92 m3 və 2021 -ci ildə 105477,94 m3 müəyyən edilmişdir. Eyni zamanda, yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən rəsmi satış göstərilmədiyi və ya bununla bağlı yoxlamaya hər hansı sənəd təqdim edilmədiyi üçün vergi ödəyicisi tərəfindən təqdim edilən asfaltın real bazar qiymətini müəyyən etmək üçün ekspertiza təyin edilmiş və ekspert tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən asfaltın 1 tonunun real bazar qiyməti 60,0 (altmış) manat (ƏDV ilə) müəyyən edilmişdir. Beləliklə, mütəxəssis tərəfindən verilmiş asfaltın istehsal həcminə uyğun ekspert tərəfindən verilmiş asfaltın bazar qiyməti tətbiq edilməklə vergilər hesablanmışdır. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq, qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 12-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 3.5.4-cü bəndinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və xüsusi biliyinə uyğun olaraq qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Hazırki iş üzrə məhkəmənin istinad etdiyi ekspert rəyində ekspert tərəfindən rəy verilmiş suallara münasibətdə qeyd olunur ki, ekspertin rəydə yoxlama ilə ƏDV-nin düzgünlüyünün müəyyən olunmamasına dair gəldiyi nəticə əsassızdır. Belə ki, rəyin tədqiqat hissəsindən göründüyü kimi ekspert həmin suallar üzrə gəldiyi nəticəni rəydə əsaslandırmamışdır. Göründüyü kimi ekspert aydınlaşdırılmalı olan halları araşdırmamış və suallara mahiyyəti üzrə cavab verməmiş, məhkəmə isə əsassız ekspert rəyinə əsasən qərar qəbul etmişdir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması barədə vəsatət vermək də ekspertin hüquqlarına aid edilmişdir. Göründüyü kimi ekspert ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməmişdir. Məhkəmə qərardadında göstərilən suallara əsaslandırılmamış və qeyri-müəyyən cavablar verməklə qanunvericiliyin tələblərinə əməl etməmişdir. Həmçinin, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Bilindiyi kimi vergilərin hesablanmasının əsasını "xxxx" İB-dən əldə edilmiş qaz sərfiyyatı barədə məlumat olmuşdur. Həmçinin, ekspert əsassız olaraq sərfiyyatın həmin müəssisəyə aid olmamasını bildirmiş, məhkəmə qərarı ilə isə bu halı təsdiq etmişdir. Halbuki, "xxxx" İB-dən iddiaçıya məxsus aylar üzrə sərfiyyat baş idarəyə təqdim olunmuşdur. Bildiririk ki, məhkəmənin iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xidməti müqaviləyə istinad etməsinin əsası yoxdur. Belə ki, qeyd olunan xidməti müqavilə səyyar vergi yoxlaması zamanı cavabdehə təqdim edilməmiş, xidməti müqavilənin mötəbərliyi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmənin iddiaçı müəssisəyə aid olmayan qaz sərfiyyatının hesablanmasının əsasını təşkil etməsi ilə bağlı bildiririk ki, "xxxx" İB-dən əldə olunmuş xx.xx.2022-ci il tarixli qaz sərfiyyatı barədə məlumat “AKKORD ASFALT" MMC-yə məxsusdur. Məhkəmənin istinad etdiyi ekspert rəyində qeyd olunmuşdur ki, "xxxx" MMC-yə məxsus olan asfalt istehsal avadanlığının vergi yoxlamasının aparıldığı dövr ərzində istehsal həcminin nə qədər olmasının müəyyənləşdirilməsi məhkəmə-mühasibatlıq ekspertizasının predmetinə aid olmamışdır. Ekspertin suala cavabından görünür ki, ekspert ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməyərək, suala cavab verməkdən yayınmışdır. Ekspert rəyində qeyd edir ki, faktiki istehsal edilmiş asfaltın faktiki maya dəyəri və maya dəyərini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən avadanlığın istehsal həcmi və enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyil və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Bildirilir ki, məhkəmə kollegiyası sübutların qiymətləndirilməsi üzrə, o cümlədən ekspert rəyinin qiymətləndirilməsi üzrə hər hansı fəaliyyət göstərməmiş, sadəcə sübutu qiymətləndirmədən ekspert rəyinin mövqeyini qərarına olduğu kimi köçürmüşdür. Məhkəmənin VM-nin 67-ci maddəsinin tətbiqi ilə bağlı qeyd etdiklərinin əksinə bildirilmişdir ki, aparılmış araşdırmalarla analoji olaraq "xxxx" MMC (VÖEN **********), “Azital İnşaat” (VÖEN **********) və “Taleh- A.T.” müəssisəsinin (VÖEN **********) sadalanan analoji vergi ödəyicilərindən başqa vergi ödəyici tapılmamış, həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin həmin müəssisələrin işçi sayının, dövriyyəsinin və digər göstəriciləri eyni olmadığı üçün analoji müəssisə olaraq təsdiq etmək mümkün olmadı, yoxlama üçün naməlum olan gəlirlərin və ya xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Bildirilmişdir ki, yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2018-ci, 2019-cu, 2020-ci illərdə iddiaçı gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Bildirilmişdir ki, yoxlama ilə 2018-ci, 2019-cu, 2020-ci illər üzrə müəssisənin əldə etdiyi gəliri əsasında hesablanmış mənfəətdən keçmiş illərin zərərləri olduğuna görə mənfəət vergisi hesablanmamışdır. Apellyasiya şikayətinə iddiaçının etirazı: İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilərək bildirilmişdir ki, ümumi olaraq apellyasiya şikayəti sadəcə söz yığınıdır, Zavodun fəaliyyətindən xəbərdar olmadan hazırlanmışdır, reallıqdan kənardır, Vergi Orqanının qanun pozuntularını ört basdır etmək cəhdi edilmişdir və Vergi Orqanının vergi ödəyicisinin qanuni hüquqlarının pozulması ilə müşayiət olunur. Etirazda bildirilmişdir ki, cavabdeh tərəfindən "xxxx" MMC üzrə xx.xx.2021-ci il tarixli, **********151036 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarla noyabr 2018 - oktyabr 2021-ci il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və bu yoxlama Vergi Məcəlləsinin və qanunvericiliyin digər tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə başlayıb, xx.xx.2021-ci il tarixdə başa çatmalı olmasına baxmayaraq, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə zidd olaraq xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə başa çatmışdır. Yoxlama prosesində yoxlama 9 dəfə olmaqla 223 gün dayandırılmış, hər biri 30 gün olmaqla 2 dəfə müddəti uzadılmış, 30 gün aktın tərtibi müddəti uzadılmış, 60 gün müddətinə isə əlavə yoxlama tədbiri keçirilmişdir. Faktiki olaraq xx.xx.2021-ci il tarixində başlamış yoxlama üzrə məsuliyyətə cəlb etmə barədə qərar 1 il 1 ay sonra xx.xx.2022-cü ildə qəbul edilmişdir. Vergi qanunvericiliyi səyyar vergi yoxlamasının keçirilməsinin müddətlərini dəqiq müəyyən etmişdir. İnzibati orqanlar tərəfindən keçirilən icraatın konkret müddətlər ilə məhdudlaşdırılması inzibati icraatın iştirakçılarını onların hüquqlarının müdafiəsi ilə bağlı və ya onların hüquqlarına müdaxilə təşkil edə biləcək proseslərdəki həddən artıq gecikdirmələrdən (həmçinin sui-istifadə hallarından) qorumaq, o cümlədən inzibati icraatın səmərəliliyinə nail olmaq məqsədlərinə xidmət edir. Odur ki, qanunvericilikdə hər bir inzibati orqanın fəaliyyətində ağlabatan müddətlər müəyyən edilmiş və inzibati orqanların həmin müddətlər çərçivəsində hərəkət etməsi öhdəlik kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericilik, o cümlədən vergi qanunvericiliyi müddətlərlə bağlı müəyyən istisnalar da nəzərdə tutur. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz və müstəsna hallarda yoxlamanın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.7-ci maddəsi yoxlamanın hansı hallarda dayandırıla biləcəyini təsbit edir. Vergi Orqanının yoxlamanın 9 dəfə dayandırılması, 2 dəfə müddətinin uzadılması, 1 dəfə aktın tərtibi müddətinin uzadılması, ümumilikdə 1 il 1 ay davam etməsi qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla aparmışdır. Qərarda da qeyd edildiyi kimi, qərarlardan bəziləri (xx.xx.2022-ci il tarixdən sonra qəbul edilmiş, müddətin uzadılması, əlavə vergi yoxlaması tədbirlərinin həyata keçirilməsi, ekspertizanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarlar) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir. KY211686423 saylı reyestrindən çıxarışdan görünür ki, Əlavə vergi yoxlaması tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar reyestrdə qeydiyyata alınmamışdır. Cavabdeh bunu öz şikayət ərizəsində etiraf edir (səhifə 9) və bunu “bir sıra məlumatlar əlavə informasiya xarakterli olduğu üçün onların bəzi istisna hallarda hər hansı səbəbdən (texniki xəta, diqqətsizlik və sair) Reyestrdə daxil edilməməsi hərfi məna rəhbər tutulmaqla normativ hüquqi aktların tələblərinin pozulması hesab edilməməlidir (çünki ümumilikdə yoxlamanın Reyestrdə qeydiyyata alınması və Reyestrdə məlumatların daxil edilməsi, dəyişdirilməsi və silinməsi tələblərinə əməl olunur, sadəcə məlumatın daxil edilməsində texniki xəta nəticəsində natamamlıq mövcud ola bilər...” Nəzərə almaq lazımdır ki, əlavə vergi yoxlaması tədbirlərinin Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi qanunvericilikdə aşkar olunaraq tənzimlənmişdir və bu tənzimlənmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, yəni cavabdehin əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”-nin tələblərinə uyğun olaraq reyestrdə qeydə alınmamışdır. İstinad olunan həmin Əsasnamənin 1-5-ci bəndinə görə, Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi yoxdur. Bu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolleqiyası tərəfindən də təsdiq edilmişdir (xx.xx.2023-cü il tarixli İş № 2-1(102)-810/2023). Həmin qərarda qeyd edilir: 34.Bununla bağlı nəzərə almaq lazımdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən də Ali Məhkəmənin oxşar işlər üzrə qəbul edilmiş çoxsaylı qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair birbaşa müddəa nəzərdə tutulmasa da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və istinad olunan Əsasnamənin normalarının ümumi təfsiri və təhlili, eləcə həmin qanunvericiliyin məqsədləri baxımından əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq şəxsin iqtisadi maraqları sferasına müdaxilə imkanlarına görə ilkin səyyar vergi yoxlamasından fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Eyni zamanda əlavə vergi yoxlaması tədbirləri ilə bağlı vergi orqanı səyyar vergi yoxlaması zamanı malik olduğu bütün hüquqlara malikdir. (bax:2-1(102)-1958/2023) 35.«Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin müddəalarına əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirilən yoxlamalar Reyestrdə qeydə alınmalıdır. 40.Beləliklə, hazırkı mübahisəyə münasibətdə əlavə vergi yoxlaması tədbirlərinin yoxlamaların Reyestrində qeydə alınmadığı iş üzrə materiallarla təsdiq olunur. Cavabdeh özü də əlavə vergi yoxlaması tədbirlərinin qeydə alınmadığını etiraf edir. Nəzərə almaq lazımdır ki, əlavə vergi yoxlaması tədbirlərinin Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, yəni cavabdehin əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq reyestrdə qeydə alınmamışdır. İstinad olunan həmin Əsasnamənin 1.5-ci bəndinə görə, Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Eyni zamanda iş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixində Əlavə vergi yoxlaması keçirilməsi barədə qərar qəbul edildikdən cəmi 1 gün xx.xx.2024-cü il tarixində **********165012 saylı “Ekspertizanin təyin edilməsi barədə” qərara əsasən "xxxx" MMC-nin nümayəndəsi ekspert kimi dəvət edilmiş və ekspert qarşısında “«Akkord Asfalt” MMC tərəfindən xx.xx.2018-xx.xx.2021-ci illər ərzində satılmış asfaltın 1 tonun real bazar qiymətinin müəyyənləşdirilməsi” sualı qoyulmuşdur. Qeyd olunan ekspert tərəfindən isə cəmi 1 gün sonra xx.xx.2022-ci il tarixindən “Ekspert rəyi” verilmiş, həmin rəy əsasında isə xx.xx.2022-ci il tarixində svy aktı tərtib edilmişdir. Ekspert rəyi vergi ödəyicisinə svy aktı ilə eyni gündə xx.xx.2022-ci il tarixində **********070200 saylı məktubla göndərilmişdir. Bildirilmişdir ki, müəssisə qeyd olunan dövrdə asfalt istehsalı və satışı ilə deyil asfalt bişirilmə xidməti ilə məşğul olduğundan ekspert qarşısında sual düzgün qoyulmamışdır. xx.xx.2019-cu il tarixli ASFX 118/0719 nömrəli Xidmət Müqaviləsinə və təqdim edilmiş elektron-qaimə fakturalara əsasən müəssisə yalnız asfalt bişirilməsi xidməti ilə məşğul olmuşdur. Digər tərəfdən, cəmi 1 gün ərzində bazar araşdırmasının aparılması və asfaltın satış qiymətinin müəyyənləşdirilməsi praktiki olaraq mümkün deyildir. Bu o deməkdir ki, ekspert tərəfindən vergi orqanın qeyri-rəsmi olaraq verdiyi qiymətlər təsdiq edilərək geri qaytarılmışdır. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən: 44.7. Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: 44.7.1. ekspertə etiraz etmək; 44.7.2. ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; 44.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; 44.7.4. ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; 44.7.5. ekspertin rəyi ilə tanış olmaq. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən ekspert rəyi vergi ödəycisinə göndərildiyi gündə yəni ki, xx.xx.2022-ci il tarixində səyyar vergi yoxlaması aktı çıxarılmış və bununla da iddiaçının ekspertin rəyi ilə tanış olmaq hüququ pozulmuşdur. Ümumiyyətlə cavabdehin apellyasiya şikayətində də, səyyar vergi yoxlamasının müddətinin uzadılması lazımi şəkildə əsaslandırılmamış və aparılmış inzibati icraat çərçivəsində qəbul edilmiş aralıq inzibati aktlar barədə mötəbər sübutlar təqdim edilməmişdir. Bundan başqa, cavabdeh səyyar vergi yoxlamasının keçirilməsi əsası kimi iddiaçının mənfəətini birbaşa müəyyən etməyin mümkün olmadığını göstərmiş və Vergi Məcəlləsinin 89.3-cü maddəsinə istinad etmişdir. Halbuki, iddiaçı bütün sənədləri vergi orqanına təqdim etmiş və bütün alış və satış sənədləri (bütün müqavilələr, hesablar, aktlar, elektron qaimə-fakturalar və sair) cavabdehdə mövcuddur. Yəni vergi orqanı bu sənədləri əldə etdiyinə görə hansı əsasla mənfəəti birbaşa müəyyən edə bilmədiyi iddiaçıya aydın olmamışdır. Həmçinin, keçirilən yoxlama zamanı nə mütəxəssis, nə də ekspert rəyi heç bir vasitə ilə iddiaçıya təqdim edilməmişdir. Vergi Məcəlləsinin 44.6-cı maddəsinə əsasən ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. Vergi Məcəlləsinin 44.9-cu maddəsinə əsasən isə ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verilir. Həmin şəxsin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır. Vergi Məcəlləsinin 45.5-ci maddəsinə əsasən isə vergi ödəyicisi vergi yoxlamasının aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda, bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər. Cavabdeh yoxlama aktına mütəxəssis rəyini əlavə etməmişdir. Yalnız bu fakt Aktın ləğv olunması üçün kifayət edir. Həmçinin, cavabdeh tərəfindən qərarlardan bəziləri (xx.xx.2022-ci il tarixdən sonra qəbul edilmiş, müddətin uzadılması, əlavə vergi yoxlaması tədbirlərinin həyata keçirilməsi, ekspertizanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarlar) vahid məlumat sisteminə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə zidd olaraq əlavə edilməmişdir. Cavabdeh apellyasiya şikayətində bunu etiraf etsə də, müxtəlif bəhanələrlə Əsasnamənin tələblərinə zidd hərəkət etməsini əsaslandırmağa çalışır. Apellyasiya şikayətinin 9-cu səhifəsində qeyd edilir ki “Mövcud praktika bütün hallarda səyyar vergi yoxlaması yalnız Reyestrdə qeydə alındıqdan və xüsusi yoxlama kodu verildikdən sonra keçirilir, digər məlumatlar isə Reyestrdə artıq qeydiyyata alınmış yoxlama ilə bağlı daxil edilən informasiya kimi qiymətləndirilməlidir.” “Bu baxımdan hesab edirik ki, bir sıra məlumatlar əlavə informasiya xarakteri olduğu üçün onların bəzi istisna hallarda hər hansı səbəbdən (texniki xəta, diqqətsizlik və sair) Reyestrə daxil edilməməsi hərfi məna rəhbər tutulmaqla normativ hüquqi aktların tələblərinin pozulması hesab edilməməlidir....”. Göründüyü kimi, cavabdeh Əsasnamənin tələblərinə riayət edilməməsini etiraf edir, lakin bu tələblərdən kənara çıxmağa çalışır. Mübahisəli vergi borcu məbləğinə münasibətdə isə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli **********167529 saylı “Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə tamamilə əsassız vergi borcu hesablanmışdır. Qeyd edilən qərardan görünür ki, vergi orqanı "xxxx" ASC-nin göstəricilərinə əsasən qaz sərfiyyatını müəyyən etmiş və həmin qaz sərfiyyatına əsasən istehsal edilən məhsulun maya dəyərini və istehsal həcmini əsas götürərək iddiaçıya 1 816 848,51 manat məbləğində ƏDV-nin az hesablandığı qənaətinə gəlmişdir. İlk öncə, bildirilməlidir ki, vergi orqanı öz apellyasiya şikayətində malın maya dəyərinin yalnız qaz sərfiyyatı əsasında müəyyən edilməsinin düzgün olmadığını etiraf edir. Apellyasiya şikayətinin 17-ci səhifəsində vergi orqanı maya dəyərinin hansı xərclər (material xərcləri, əlavə xərclər, enerji xərcləri, işçilərin məvacibi və s.) əsasında müəyyən edildiyini bildirir. Aktda isə yalnız qaz sərfiyyatı əsas gətirələrək maya dəyəri müəyyən edilmiş və buna əsasən artıq vergi hesablanmış və əlavə olaraq maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, vergi orqanı apellyasiya şikayətinin 14-cü səhifəsində aşağıda qeyd edilənləri bildirir: “Eyni zamanda yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən rəsmi satış göstərilmədiyi və ya bununla bağlı yoxlamaya hər hansı sənəd təqdim edilmədiyi üçün vergi ödəyicisi tərəfindən təqdim edilən asfaltın real bazar qiymətini müəyyən etmək üçün ekspertiza təyin edilmiş və ekspert tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən asfaltın 1 tonunun real bazar qiyməti 60.0 (altmış) manat (ƏDV ilə) müəyyən edilmişdir.” Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı yalnız rəsmi xidmət göstərmişdir. Vergi orqanı heç bir əsas və sübut olmadan iddiaçını qeyri-rəsmi satış həyata keçirməkdə ittiham edir. Bu isə cavabdehin iddiaçıya qarşı qərəzli münasibətinə dəlalət edir. İddiaçı bütün satışlarını rəsmi həyata keçirdiyi üçün bütün sənədəşmələr (müqavilələr, hesablar (invoyslar), qaimələr, üzləşmə aktları və sair) mövcuddur, bütün elektron qaimələr elektron sistem üzərindən həyata keçirilmişdir, bütün ödənişlər bank vasitəsi ilə baş vermişdir. Bütün bu sənədləşmələr vergi orqanında olmasına baxmayaraq, (elektron qaimələr, bank çıxarışları, ƏDV depozit hesabının hərəkəti və sair), iddiaçı tərəfindən bir daha bütün sənədlər həm cavabdehə vergi yoxlaması zamanı, həm araşdırma zamanı məhkəməyə təqdim edilmişdir. Məhkəməyə və ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli ASFS 070/0717 saylı “Alqı-satqı müqaviləsi” rəsmiləşdirilmiş 1 ton bişirilmiş asfaltın dəyəri ƏDV- siz 45,0 manat, ƏDV-li 53,1 manat müəyyən edilmişdir. İstehsal həcminə münasibətdə isə bildirilməlidir ki, iddiaçı asfalt istehsalından başqa prime coat, tack coat (asfalt altı və arası yapışdırıcı) qatqıların istehsalı və asfalt bişirilməsi xidmətlərini göstərmişdir. Bütün bu xidmətlər üzrə təsdiqedici sənədlər (müqavilələr, hesablar, aktlar) cavabdehə təqdim edilmiş, qaimə-fakturalar isə elektron sistemdə mövcuddur (yəni Vergi Orqanı bütün bunları elektron qaydada görə bilir və həmçinin bir daha məhkəmə sənədlərinə əlavə olunmuşdur). İddiaçı bütün bu fəaliyyətdən gəlirləri bəyan etmiş və müvafiq vergilərə cəlb etmişdir. Bundan başqa, iddiaçı yoxlamalar ilə əhatə edilən dövrün əsas hissəsini asfalt bişirib satmaqla deyil, məhz asfalt bişirmə xidməti ilə məşğul olmuşdur. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli 041/0117 nömrəli və xx.xx.2019-cu il tarixli ASFX 118/0719 nömrəli Xidmət Müqavilələri rəsmiləşdirilmişdir. xx.xx.2017-ci il tarixli 041/0117 nömrəli xidmət müqaviləsi üzrə xidmət haqqı bişirilmiş asfaltın 1 tonu 6 manat 45 qəpik (ƏDV daxil), həmin müqaviləyə edilmiş xx.xx.2018-ci il tarixli əlavə saziş üzrə xidmət haqqı bişirilmiş asfaltın 1 tonu 8 manat 40 qəpik (ƏDV daxil) müəyyən edilmişdir. Müqavilə şərtlərinə əsasən "xxxx" MMC Sifarişçiyə asfalt bişirilməsi xidməti göstərir. xx.xx.2019-cu il tarixli ASFX 118/0719 nömrəli Xidmət Müqaviləsinin 1.3 bəndinə əsasən sifariş edilən asfaltın hazırlanması üçün tələb olunan bütün xammal materialların və kommunal xidmətlərin alışını “Sifarişçi” təmin edir, bununla əlaqədar bütün kommunal xərclərini ödəyir. Göründüyü kimi, müəssisə "xxxx" MMC-ilə bağlanmış müqavilə üzrə asfalt bişirilməsi xidməti üzrə fəaliyyət göstərməsinə və qaz (və digər materiallar) "xxxx" MMC tərəfindən təchiz edilməsinə və müvafiq qaydada "xxxx" MMC tərəfindən ödənilməsinə baxmayaraq, mütəxəssis tərəfindən tərtib edilmiş asfaltın istehsal həcminin müəyyən edilməsi ilə bağlı rəydə istehsal həcminin "xxxx" ASC-nin göstəriclərinə əsasən qaz sərfiyyatı nəzərə alınmaqla hesablandığı öz əksini tapmışdır. Cavabdeh tərəfindən sözügedən hallar nəzərə alınmayaraq, yalnız iş üzrə təqdim edilmiş mütəxəssis rəyinə istinad edilməklə işin halları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə müvafiq olaraq hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. İş materiallarına əlavə olunan elektron qaimə-fakturaların siyahısından da görünür ki, müəssisə tərəfindən xx.xx.2019-cu il tarixindən sonra yalnız “Asfalt bişirilmə ximdəti”nə görə elektron qaimə-fakturalar təqdim edilmişdir. Aktda istinad edilən mütəxəssis rəyi ilə bağlı aşağıdakılar bildirilməlidir: - Yeni asfalt zavodunun texniki göstəricilərinə əsasən istehsal gücü 1 ton asfalt istehsalı üçün 6.3-10.8 m3 qaz sərfiyyatı olduğu halda mütəxəssis öz hesablamalarında qaz sərfiyyatını 5.9 m3 (5% istehsal prosesində yaranan itkilər daxil olmaqla) ilə hesablamışdır. Hesabatda mütəxəssis mövsümü (yəni payız və qış aylarında) qaz sərfiyyatının daha yüksək olmasını nəzərə almamışdır. Halbuki, müəssisənin asfalt zavodu 1996-cı ildə istehsal olunub və 2006-ci ildə alınmışdır və onun istehsal gücü və qaz sərfiyyatı amortizasiya səbəbindən texniki göstəricisindən xeyli artıqdır. Mütəxəssis bunu nəzərə almamış və istehsal həcmlərini düzgün olmayaraq həddindən artıq hesablamışdır. - Vergi orqanının təyin etdiyi mütəxəssis yalnız ofis avadanlıqlarının, əl qızdırıcı cihazları və s. qaz istifadəsi üzrə cəmi 10% sərfiyyat nəzərə alıb. Lakin mütəxəssis aşağıdakıları nəzərə almamış və nəticə etibarı ilə düzgün olmayan hesablamalar etmişdir: a) Asfalt istehsalı vaxtaşırı olub, lakin bitumun isti qalması üçün çənlərin daimi isidilməsinə sərf olunan (bitumun bərkiməməsi üçün) qaz sərfiyyatı nəzərə alınmayıb; b) Qurğuların (asfalt zavod, tack coat qurğusu və sair) yenidən isidilməsi üçün qaz sərfiyyatı nəzərə alınmayıb; c) Digər xidmətlər üçün qaz sərfiyyəti nəzərə alınmayıb (prime coat, tack coat (asfalt altı və arası yapışdırışı qatqılar). Qaz sərfiyyatında bu məhsulların hazırlanması heç nəzərə alınmamışdır. Lakin bu məhsulların satışından gəlir müəssisə tərəfindən bəyan edilmiş və müvafiq vergi öhdəlikləri yerinə yetirilmişdir (bütün kəsilmiş elektron qaimələr iş materiallarına əlavə olunub). Yuxarıdakılardan tam aydın olur ki, cavabdehin cəlb etdiyi “mütəxəssis” nə Zavod haqqında məlumata malik olub, nə də konkret bu istehsal və istehsal məhsulları haqqında biliyi olub və nəticədə hazırladığı “rəy”-i vergi orqanı “real” istehsal həcmi kimi qiymətləndirir. Belə bir yanaşmanın vergi orqanının tətbiq etməsi bütün qanunları pozmaq və vergi ödəyicilərinin hüquqlarını pozmaqdan başqa bir hərəkət kimi qiymətləndirməmək olmaz. Bu yanaşma (yəni qaz sərfiyyatı əsasında vergi ödəyicisinin gəlirinin hesablanması) Azərbaycan Respublikası qanunvericiliyi (o cümlədən vergi qanunvericiliyi) ümumiyyətlə nəzərdə tutulmamışdır və nəticə etibarı ilə qanuni sayıla bilməz və hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (xx.xx.2022-ci il tarixli, №:2-1(102)-532/2022 nömrəli) analoji qərarı ilə təsdiq edilmişdir. Həmin qərarda deyilir:

36. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz, belə ki, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır.

37. Digər tərəfdən qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirləri istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, №:2-1(102)-386/2022 iş üzrə qərarında analoji hal ilə bağlı deyilir:

34. İddiaçının sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyəsinin 223.006,16 manat təşkil etməsi xronometraj üsulu ilə deyil, avadanlıqların işgörmə qabiliyyəti əsasında hesablanmış qaz və elektrik enerji sərfiyyatına əsasən müəyyən edilmişdir ki, bu da yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir və həmin tələblərin pozulması deməkdir. Bundan əlavə, apelyasiya şikayətinin 16-cı səhifəsində qeyd edilir ki, “Bilindiyi kimi vergilərin hesablanmasının əsasını "xxxx" İB-dən əldə edilmiş qaz sərfiyyatı barədə məlumat olmuşdur”. Bununla bağlı bildirilməlidir ki, “məlumat”-ın mötəbərliyi iddiaçıda sual doğurur və bu “məlumatın” rəsmi sənəd və ya ilkin mühasibat uçotu sənədi hesab edilməsi mümkün deyil. "xxxx" İstehsalat Birliyi tərəfindən qaz sərfiyyatına görə elektron qaiməfakturalar (yəni qanunvericilk ilə təsdiq olunmuş rəsmi sənəd) "xxxx" MMC-nə təqdim edilmişdir. Bu sübut edir ki, qazı “Bakı 1 №-li Yol İstismarı" MMC təchiz etmişdir və bu səbəbdən "xxxx" İstehsalat Birliyi qaimələri “Bakı 1 №-li Yol İstismarı" MMC-yə göndərmişdir. Eyni zamanda, alınmış qaz sərfiyyatına görə "xxxx" İstehsalat Birliyinə ödəniş yalnız "xxxx" MMC tərəfindən edilmişdir. İddiaçı 1 fevral 2019-cu il tarixdən sonra "xxxx" İstehsalat Birliyinə heç bir ödəniş etməmişdir. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, Müəssisənin xx.xx.2019-cü il tarixdən dövlət büdcəsinə (DSMF) borcu mövcud olmuşdur və əmək haqqı, DSMF və vergi borcundan başqa heç bir ödənişlər etməmişdir. "xxxx" İstehsalat Birliyi isə bu səbəbdən fevral 2019-cü ildən sonra Asfalt MMC-nin qaz təchizatını tamamilə dayandırmışdır. Vergi orqanı bu faktları ört-basdır edir və Aktın heç bir yerində bunu qeyd etməmişdir. Bu hərəkətin vergi orqanı tərəfindən atılması bir daha sübut edir ki, vergi orqanının məqsədi vergi ödəyicisinin hüquqlarının pozulmasıdır və məsələnin reallığını analiz etmək deyil. Vergi Məcəlləsinin 15.2-ci maddəsinə əsasən: “Vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.1.-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifəsidir. Lakin yuxarıda qeyd edilənlərdən göründüyü kimi, vergi yoxlaması zamanı bunun əksi baş vermiş və düzgün hesablanmış vergiləri vergi orqanı qəbul etməmiş və qanunla nəzərdə tutulmamış vasitələr ilə (ekspertin və mütəxəssisisin cəlb olunması ilə) reallıqda öz əksini tapmayan vergilər hesablanmış və əlavə olaraq maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyi də vergi orqanlarının vəzifəsi müəyyən edir. Lakin vergi orqanı bu vəzifəni nəinki yerinə yetirmiş, bunun əksinə olaraq iddiaçının hüquqlarını kobud şəkildə pozmuş və qanunamüvafiq olmayan vergiləri və maliyyə sanksiyalarını hesablamışdır. Beləliklə, yuxarıda göstərilənlər cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu tam təsdiq edir. İddiaçı tərəfinfdən Bakı İnzibatı Məhkəməsinin müvafiq qərarının qüvvədə saxlanılması xahiş edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, həmçinin nümayəndəsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş reyestrdən çıxarışa əsasən "xxxx" ASC xx.xx.2014-cü il tarixdə ********** nömrəli VÖEN ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən: - xx.xx.2021-ci il tarixli **********151036 nömrəli qərarla "xxxx" MMC- də səyyar vergi yoxlamasıın keçirilməsi qərara alınmışdır. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 27 oktyabr 2021-ci il tarixli KY211686423 nömrəli çıxarış təqdim edilmişdir. Həmin çıxarışa əsasən "xxxx" MMC-də xx.xx.2018-xx.xx.2021-ci il dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsi barədə qərar reyestrə daxil edilmiş, yoxlamanın müddəti xx.xx.2021-xx.xx.2021 göstərilmişdir. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 08 avqust 2022-ci il tarixli, 08 iyul 2022-ci il tarixli, 20 may 2022-ci il tarixli, 28 mart 2022-ci il tarixli, 01 mart 2022-ci il tarixli, 27 oktyabr 2021-ci il tarixli çıxarışlar təqdim edilmişdir. - xx.xx.2022-ci il tarixli **********151082 nömrəli “Səyyar vergi yoxlaması” aktına əsasən "xxxx" MMC-də yoxlama xx.xx.2021-ci il tarixdə başlamış, xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Yoxlama dövründə xx.xx.2021-ci il tarixli “müddətin uzadılması”; xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli “müvəqqəti dayandırma”; xx.xx.2022-ci il tarixli “müddətin uzadılması”; xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022ci il tarixli “müvəqqəti dayandırma”; xx.xx.2022-ci il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” barədə qərarlar qəbul edilmişdir. Yoxlama üzrə Cəmiyyətinin ƏDV üzrə 1 808 713,23 manat kənarlaşması müəyyən edilmiş, Cəmiyyətə 50% miqdarında, 908 425.33 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. - Səyyar vergi yoxlaması aktında yoxlama dövründə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar istisna edilməklə digər qərarların surətləri məhkəməyə təqdim edilmişdir. - “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********167529 nömrəli xx.xx.2023-cü il tarixli qərara əsasən Cəmiyyət ƏDV üzrə 1 808 713,23 manat kənarlaşma və 50% miqdarında, 908 425.33 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi nəticəsində vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. -"xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyi. -İddiaçı tərəfindən məhkəmə araşdırmasına və ekspertiza tədqiqatına mübahisə ilə bağlı aidiyyəti sənədlər (elektron qiamələr, müqavilələr, təqdim edilmiş iş və xidmətlərin siyahısı, şəxsi hesab vərəqəsindən çıxarış və s.) təqdim edilmişdir. -Məhkəmənin 2-1(112)-7377/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasnın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 21 noyabr 2023-cü il tarixli 9/6884 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən, birinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu və onuncu sualar üzrə - rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarına əsasən xx.xx.2022-ci il tarixli **********151082 səyyar vergi yoxlaması ilə ƏDV üzrə vergi ödəyicisinə aparılmış 1.808.713,23 manat məbləğində əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur. Həmçinin, qeyd edilmişdir ki, iddiaçı "xxxx" MMC-nin yoxlamanın əhatə etdiyi dövrlər üzrə bəyannamələri ilə təqdim edilmiş sənədlər arasında fərq müəyyən olunmur. İkinci sual üzrə - "xxxx" MMC-yə məxsus olan asfalt istehsal avadanlığının vergi yoxlamasının aparıldığı dövr ərzində istehsal həcminin nə qədər olmasının müəyyənləşdirilməsi məhkəmə-mühasibatlıq ekspertizasının predmetinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmamışdır.

Əsaslandırıcı hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş reyestrdən çıxarışa əsasən "xxxx" ASC xx.xx.2014-cü il tarixdə ********** nömrəli VÖEN ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********151036 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.8-ci maddəsinə (vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda) əsasən noyabr 2018 oktyabr 2021-ci il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə daxil edilmişdir (KY2********). Səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunmuşdur ki, səyyar vergi yoxlaması cəmi 223 gün olmaqla 9 dəfə dayandırılmış, hər biri 30 gün olmaqla 2 dəfə müddət uzadılmış, xx.xx.2022-ci il tarixli **********164985 saylı qərara əsasən isə 60 gün müddətində Əlavə vergi yoxlama tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehin səyyar vergi yoxlamasının dayandırılması barədə qərarları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə Əsasnamə ilə müəyyən edilmiş müddətdə daxil edilsə də, yoxlama müddətinin uzadılması barədə qərarların reyestrə Əsasnamə ilə müəyyən edilmiş müddətdə daxil edilməmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********152309 saylı yoxlama müddətinin uzadılması barədə qərarı reyestrdə 3 gün sonra xx.xx.2021-ci il tarixində, xx.xx.2022-ci il tarixli **********8044 saylı yoxlama müddətinin uzadılması barədə qərarı isə reyestdə 1 gün sonra xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Eyni zamanda, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********164985 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarının sahibkarlıq sahəsində yoxlamaların vahid reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan hal apellyasiya şikayətində etiraf edilərək bildirilmişdir ki, “bir sıra məlumatlar əlavə informasiya xarakterli olduğu üçün onların bəzi istisna hallarda hər hansı səbəbdən (texniki xəta, diqqətsizlik və sair) Reyestrdə daxil edilməməsi hərfi məna rəhbər tutulmaqla normativ hüquqi aktların tələblərinin pozulması hesab edilməməlidir (çünki, ümumilikdə yoxlamanın Reyestrdə qeydiyyata alınması və Reyestrdə məlumatların daxil edilməsi, dəyişdirilməsi və silinməsi tələblərinə əməl olunur, sadəcə məlumatların daxil edilməsində texniki xəta nəticəsində natamamlıq mövcud ola bilər) və bu cür halların baş verməsi yoxlamaların hüquqi nəticəsinə təsir etmir”. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən “inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır”. İnzibatı Prosesual Məcəllənin 70.1-ci maddəsinə əsasən “İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.” Nəzərə almaq lazımdır ki, istinad olunan normaya görə, mübahisələndirmə haqqında iddianın əsaslılığı ilə bağlı məhkəmə inzibati aktın qanunauyğunluğunu iki aspektdən formal və maddi-hüquqi aspektlərdən yoxlayır və iddiaçının hüquqlarının pozulubpozulmaması faktını müəyyən edir. İnzibati aktın formal qanunauyğunluğunun yoxlanılması zamanı inzibati aktın səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilməsi, lazımi inzibati icraat nəticəsində qəbul edilməsi, inzibati aktın forması və inzibati aktın “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılması, icraat pozuntuları mövcud olduğu hallarda, onların “İnzibati icraat haqqında” Qanunun 63-cü maddəsinə əsasən aradan qaldırılmasının mümkünlüyü, İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinin 2-ci cümləsi baxımından inzibati icraat normalarının pozulmasının inzibati orqanın qərarının mahiyyətinə təsiri müəyyən edilir. Bu qərarda istinad edilən hüquq normalarının birgə təfsiri baxımından, cavabdeh ilk növbədə inzibati icraat hüququnun tələblərinə cavab verən düzgün və lazımi inzibati icraat apardığını və qərarını həmin icraat nəticəsində qəbul etdiyini sübuta yetirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə cavabdeh bunu sübut edə bilməmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmadığına, işin hallarına düzgün qiymət verilmədiyinə istinad edir. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin müəyyən etdiyi bu tələblər eyni zamanda və həm də hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Belə yanaşmanın məqsədi hüquqi dövlətdə inzibati orqan tərəfindən qanunauyğun, hərtərəfli və obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Məhkəmə yalnız obyektiv qərarın qəbulu üçün zərurət olduğu hallarda əlavə sənədlər və sübutlar tələb etməli, müvafiq prosessual hərəkətləri həyata keçirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Hazırkı iş üzrə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən müəyyən edilmişdir ki, yoxlamanın dayandırılması və müddətinin uzadılması barədə qərarlar Reyestrdə qeydiyyata alınsa da, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar həmin Reyestrdə qeydiyyatdan keçməmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən də Ali Məhkəmənin oxşar işlər üzrə qəbul edilmiş çoxsaylı qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair birbaşa müddəa nəzərdə tutulmasa da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və istinad olunan Əsasnamənin normalarının ümumi təfsiri və təhlili, eləcə də həmin qanunvericiliyin məqsədləri baxımından əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq şəxsin iqtisadi maraqları sferasına müdaxilə imkanlarına görə ilkin səyyar vergi yoxlamasından fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Eyni zamanda, əlavə vergi yoxlaması tədbirləri ilə bağlı vergi orqanı səyyar vergi yoxlaması zamanı malik olduğu bütün hüquqlara malikdir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin müddəalarına əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirilən yoxlamalar Reyestrdə qeydə alınmalıdır. Vergi qanunvericiliyinin müddəalarına əsasən, vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri də səyyar vergi yoxlamasının aparılmasıdır. Həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır və səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir. Səyyar vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarın qəbul edilməsi vergi orqanın səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib etdiyi əvvəlki aktın öz əhəmiyyətini itirməsi, yenidən yoxlama keçirilməklə yeni aktın tərtib olunması və bunun üzərindən məsuliyyət qərarının qəbul edilməsi ilə nəticələnir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır və vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıb-hesablanmadığını yoxlayır. Bu mənada əlavə vergi yoxlaması tədbiri vergi nəzarəti mexanizmi olaraq mahiyyət etibarı ilə səyyar vergi yoxlamasından fərqlənmir. Yəni həmin nəzarət tədbiri də vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda həmin nəzarət tədbiri vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir. Odur ki, əlavə vergi yoxlaması tədbiri də yoxlamaların Reyestrində qeydə alınmalıdır. Belə yanaşma “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun məqsədlərindən də irəli gəlir. Qeyd olunmalıdır ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarət üsullarından biridir. Beləliklə, hazırkı mübahisəyə münasibətdə əlavə vergi yoxlaması tədbirlərinin yoxlamaların Reyestrində qeydə alınmadığı iş üzrə materiallarla təsdiq olunur. Cavabdeh özü də əlavə vergi yoxlaması tədbirlərinin qeydə alınmadığını etiraf edir. Nəzərə almaq lazımdır ki, əlavə vergi yoxlaması tədbirlərinin Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, yəni cavabdehin əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq reyestrdə qeydə alınmamışdır. İstinad olunan həmin Əsasnamənin 1.5-ci bəndinə görə, Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin analoji qərarları ilə də təsbit edilmişdir (2-1(102)-826/2023, 2-1(102)-155/2023, 2-1(102)-810/2023, 2-1(102)-669/2022, 2-1(102)- 827/2023, 2-1(102)-1090/2023, 2-1(102)-1741/2023, 2-1(102)-1174/2023, 2-1(102)- 2063/2023 №-li işlər üzrə qərarlar ) Ali Məhkəmənin 2-1(102)-1197/2024 saylı xx.xx.2024-cü i tarixli (kassasiyanın mümkünlüyü; əlavə vergi yoxlamasının reyestrdə qeydə alınmaması; hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillərin kassasiya şikayətində lazımi qaydada əsaslandırılmaması) barədə qərardadına əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin yuxarıda qeyd olunan normalarının tələbləri yoxlayıcı orqan tərəfindən pozulduğundan, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, vergi ödəyicisi barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuzdur”. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə üzrə icarəyə verilmiş daşınar və daşınmaz əmlakların real bazar qiymətinin müəyyənləşdirmək məqsədilə cavabdehin "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********153645 nömrəli Qərarına əsasən "xxxx" MMCdən ekspert dəvət edilmiş, lakin vergi ödəyicisi tərəfindən ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlər təqdim olunmadığından ekspert rəy verməkdən imtina etmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə real asfalt hasilatının dövriyyəsini müəyyənləşdirmək məqsədi ilə xx.xx.2022-ci il tarixli **********158644 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmışdır. Mütəxəssis tərəfindən xx.xx.2022-ci il tarixli MB 15/1070-№-li rəy verilmişdir. Mütəxəssis tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MB 15/1070J №-li rəyə əsasən müəssisənin real asfalt istehsalı 2018-ci ildə 146184,01 m3, 2019-cu ildə 109142,11 m3, 2020-ci ildə 122917,92 m3 və 2021-ci ildə 105477,94 m3 müəyyən edilmişdir. Həmçinin, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixdək olan vergi dövrü üzrə satılmış asfaltın 1 tonunun real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********165012 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərara əsasən "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi ekspert qismində dəvət edilmişdir. Ekspert tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən asfaltın 1 tonunun real bazar qiyməti 60,0 (altmış) manat (ƏDV ilə) müəyyən edilmişdir. Ekspert və mütəxəssis rəyləri əsas götürülməklə vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV hesabatlarında 2018-ci ilin noyabr-dekabr aylarındakı dövriyyənin 196.272,40 manat (ƏDV-siz) olması deyil, 1.449.569,30 manat (ƏDV-siz) olması, 2019-cu ilin yanvar-dekabr aylarındakı dövriyyənin 364.733,85 manat (ƏDV-siz) deyil, 4.381.486,90 manat (ƏDV-siz) olması, 2020-ci ilin yanvar-dekabr aylarındakı dövriyyənin 373.588,16 manat (ƏDV-siz) deyil, 5.151.945,10 manat (ƏDV-siz) olması və 2021-ci ilin yanvar-oktyabr aylarında isə dövriyyənin olmaması müəyyən edilmişdir. Vergilərin hesablanması zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr götürülmüşdür. Beləliklə, səyyar vergi yoxlaması ilə ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 159.1-ci maddəsinə (Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir) əsasən ƏDV üzrə dövriyyənin azaldılmasına görə yoxlama ilə ümumilikdə 1.808.713,23 manat əlavə vəsait hesablanmış və ƏDV-nin azaldılmasına görə 908.425,33 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin qeyd olunan maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının 3-cü şəxslərə səyyar vergi yoxlaması aktı və mütəxəssis rəyi ilə müəyyən edilmiş 28.531.318,98 manat (ƏDV daxil) dəyərində mallar təqdim etməsi və ƏDV dövriyyəsini azaltması Vergi Məcəlləsinin və “İnzibati İcraat haqqında” qanunun tələblərinə uyğun olaraq əsaslandırılaraq sübut edilməmişdir. İş materialları ilə müəyyən olunur ki, 10 oktyabr 2022-ci il tarixli “mütəxəssis rəyi”nə əsasən isteshal həcmi və dövriyyəsi barədə mütəxəssis rəyi verilmişdir. Mütəxəssis rəyindən görünür ki, rəydə istehsal olunan asfaltın satış qiyməti 1 ton üçün 60 manat (ƏDV daxil), asfalt bişirilmə xidməti 1 ton üçün 17 manat (ƏDV daxil) müəyyən olunaraq asfaltın satış dövriyyəsi müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər”. Məhkəmə kollegiyası hesab edir ki, mütəxəssis tərəfindən ən yaxşı halda asfaltın istehsal həcmi barədə rəy verilə bilərdi, mövcud halda isə mütəxəssis tərəfindən xüsusi bilik və təcrübəsinə uyğun olaraq davranılmadan asfalt satışı və asfalt bişirmə xidmətinin qiyməti, buna uyğun olaraq cəmiyyətin ƏDV daxil 28.531.318,98 manat dövriyyəsi müəyyən olunmuşdur. Cavabdeh tərəfndən isə mütəxəssisin xüsusi bilik və təcrübəsi sahəsinə aid olmadan apardığı hesablamalar əsasında cavabdehə külli miqdarda əsassız vergilər hesablanılmışdır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********152169 saylı Vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməsi Vergi ödəyicisinin ərazisinin, binalarının, nəqliyyat vasitələrinin habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında aşağıdakı protokollar tərtib olunaraq vergi ödəyicisinin ünvan 1 ünvanına baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, yoxlamanın dayandırıması barədə qərarlar Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən ekspert və ya mütəxəssis dəvət edilməsi əsası ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ekspert və mütəxəssis rəyləri Vergi Məcəlləsinin tələbləri pozulmaqla tərtib edilmişdir və vergilərin hesablanması üçün əsas qismində çıxış edə bilməz. İlk öncə qeyd edilməlidir ki, iş materialları ilə mütəxəssis və yoxlayıcı tərəfindən müəssisənin “real asfalt hasilatının dövriyyəsini müəyyənləşdirilməsi” məqsədi ilə cəmiyyətin balansında olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən Asfalt zavoduna baxış keçirilməsi müəyyən olunmamışdır. Müəyyən olunur ki, mütəxəssis tərəfindən tərtib edilmiş asfaltın istehsal həcminin müəyyən edilməsi ilə bağlı rəydə istehsal həcminin "xxxx" ASC-nin göstəriclərinə əsasən qaz sərfiyyatı nəzərə alınmaqla hesablandığı öz əksini tapmış, asfalt istehsalı avadanlıqlarının istehsal gücü, köhnələməsi və digər texniki göstəriciləri nəzərə alınmamış, yerində sınaq istehsal təcrübəsi aparılmamışdır. Mütəxəssis və yoxlayıcının istehsal avadanlıqları ilə hər hansı formada tanış olması və onlara baxış keçirməsi iş materialları ilə təsdiq olunmur. Belə olduğu halda tərtib olunmuş mütəxəssis rəyi vergilərin hesablanması üçün mötəbər sübüt kimi qəbul edilə bilməz. Həmçinin, mütəxəssis tərəfindən istehsal həcmi ilə bağlı rəy verilərkən yeni asfalt zavodunun texniki göstəriciləri əsas götürülmüşdür. Halbuki, müəssisənin asfalt zavodu 1996-cı ildə istehsal olunub və 2006-ci ildə alınmışdır və onun istehsal gücü və qaz sərfiyyatı amortizasiya səbəbindən texniki göstəricisindən xeyli azdır. Mütəxəssis bunu nəzərə almamış və istehsal həcmlərini düzgün olmayaraq həddindən artıq hesablamışdır. Hesabatda həmçinin mövsümü (yəni payız və qış aylarında) qaz sərfiyyatının daha yüksək olmasını nəzərə alınmamışdır. Həmçinin, mütəxəssis rəyində istehsal avadanlıqlarının texniki göstəriciləri ilə bağlı hər hansı qeyd mövcud deyildir. İş materiallarına əlavə olunmuş elektron qaimə-fakturalardan həmçinin görünür ki, mütəxəssis tərəfindən yalnız ofis avadanlıqlarının, əl qızdırıcı cihazları və s. qaz istifadəsi üzrə cəmi 10% sərfiyyat nəzərə alıb. Halbuki, asfalt istehsalı xidməti vaxtaşırı aparıldığından, bitumun isti qalması üçün çənlərin daimi isidilməsinə sərf olunan (bitumun bərkiməməsi üçün) qaz sərfiyyatı və qurğuların (asfalt zavod, tack coat qurğusu və sair) yenidən isidilməsi üçün qaz sərfiyyatı nəzərə alınmamışdır. Elektron qaimə-fakturalardan həmçinin görünür ki, müəssisə tərəfindən digər xidmətlər (prime coat, tack coat (asfalt altı və arası yapışdırışı qatqıların hazırlanması xidməti) göstərilmişdir. Qaz sərfiyyatında bu məhsulların hazırlanması nəzərə alınmamışdır. Məhkəməyə və ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli ASFS 070/0717 saylı “Alqı-satqı müqaviləsi” rəsmiləşdirilmiş 1 ton bişirilmiş asfaltın dəyəri ƏDV-siz 45,0 manat, ƏDV-li 53,1 manat müəyyən edilmişdir. Bundan başqa, tərəflər arasında xx.xx.2017-ci il tarixli 041/0117 nömrəli Xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin 2.1-ci maddəsinə əsasən “icraçı”, “Sifarişçi” yə “asfalt bişirilməsi” xidməti göstərmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən “xidmət haqqı bişirilmiş asfaltın 1 tonu 6 manat 45 qəpik (ƏDV daxil) olaraq müəyyənləşdirilmişdir.” Həmin müqaviləyə edilmiş xx.xx.2018-ci il tarixli 01 saylı spesifikasiya və xüsusi şərtlərə əsasən “asfalt bilrilməsinin 1 tonunun qiyməti 8.40 manat (ƏDV daxil) müəyyən edilmişdir”. Bundan sonra, tərəflər arasında xx.xx.2019-cu il tarixli ASFX 118/0719 nömrəli Xidmət Müqaviləsi bağlanılmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən “xidmət haqqı bişirilmiş asfaltın 10 manat (ƏDV daxil) müəyyən edilmişdir”. Müqavilə şərtlərinə əsasən "xxxx" MMC Sifarişçiyə asfalt bişirilməsi xidməti göstərir. Müqavilənin 1.3 bəndinə əsasən “sifariş edilən asfaltın hazırlanması üçün tələb olunan bütün xammal materialların və kommunal xidmətlərin alışını “Sifarişçi” təmin edir, bununla əlaqədar bütün kommunal xərclərini ödəyir”. Göründüyü kimi, müəssisə "xxxx" MMC-ilə bağlanmış müqavilə üzrə asfalt bişirilməsi xidməti üzrə fəaliyyət göstərməsinə və qaz (və digər materiallar) "xxxx" MMC tərəfindən təchiz edilməsinə və müvafiq qaydada "xxxx" MMC tərəfindən ödənilməsinə baxmayaraq, mütəxəssis tərəfindən tərtib edilmiş asfaltın istehsal həcminin müəyyən edilməsi ilə bağlı rəydə istehsal həcminin "xxxx" ASC-nin göstəriclərinə əsasən qaz sərfiyyatı nəzərə alınmaqla hesablandığı öz əksini tapmışdır. Buna səbəb də qaz sayğacının mülkiyyətçi olaraq "xxxx" MMC-nin adına olması olmuşdur. İş materiallarına əlavə olunmuş elektron qaimə-faktura və bank hesablarından çıxarşlara əsasən qaz sərfiyyəti ilə bağlı bütün ödənişlərin "xxxx" MMC tərəfindən ödənildiyi təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə yazılmış elektron qaimə-fakturaların “mal, iş və xidmətlərin adı” hissəsində “ASFALT BİŞİRMƏ XİDMƏTİ” yazılması müəyyən olunmuşdur. Qeyd olunanlar ilə bağlı olaraq məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin qaz sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz, belə ki, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır. Digər tərəfdən qeyd edilməlidir ki, vergi ödəyicisində qaz sərfiyyatı yalnız istehsalata aid edilə bilməz, burada başqa, o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirləri istifadə olunan qaz sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır. İddiaçının ƏDV-yə cəlb olunan dövriyyəsinin 28.531.318,98 manat təşkil etməsi xronometraj üsulu ilə deyil, avadanlıqların işgörmə qabiliyyəti əsasında hesablanmış qaz sərfiyyatına əsasən müəyyən edilmişdir ki, bu da yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir və həmin tələblərin pozulması deməkdir. Qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin oxşar işlər ilə bağlı məhkəmə qərarları ilə də təsbit edilmişdir (xx.xx.2022-ci il tarixli, №:2-1(102)-386/2022, xx.xx.2022-ci il tarixli, №:2- 1(102)-532/2022). Həmçinin, mütəxəssis tərəfindən istehsal həcmi yalnız qaz sərfiyyatına əsasən hesablanmış, lakin, istehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatına əsasən istehsal olunan məhsulun maya dəyəri yalnız qaz sərfiyyatı xərclərindən ibarət olmayıb, kompleks xərc elementlərindən ibarətdir. Cavabdeh müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara söykənən mütəxəssis rəyi əsasında asfalt zavodunda istehsal həcmini müəyyənləşdirərək buna münasib vergi məbləğləri hesablamış, nəticədə iddiaçıya əsassız olaraq vergi məbləği hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, iddiaçının asfalt zavodunda asfalt istehsalı və satışı fəaliyyəti ilə deyil, sirafiş əsasında asfalt bişirilməsi xidməti ilə məşğul olmasını nəzərə almamışdır. Kollegiya eləcə də qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması zamanı mütəxəssisin iştirakı ilə müəssisədə inventarizasiya və istehsal sahəsinə baxış keçirilməmişdir. Səyyar vergi yoxlaması aktında yoxlanılan dövrdə müəssisə tərəfindən bəyannamələrin vergi orqanına vaxtında təqdim edildiyi qeyd edilmiş, bəyannamə məlumatları ilə kameral bəyannamə məlumatları arasında fərq olmamışdır. Yoxlamanın əhatə etdiyi dövlər üzrə bəyanamələri ilə təqdim edilmiş sənədlər arasında fərq mövcud olmamışdır. Həmçinin, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan vergi dövrü üzrə satılmış asfaltın 1 tonunun real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********165012 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərara əsasən "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi ekspert qisminə dəvət edilmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdehin barəsində xx.xx.2022-ci il tarixli “səyyar vergi yoxlaması aktı” tərtib edilmişdir. Akt vergi ödəyicisi tərəfindən imzalanmadığından cavabdeh tərəfindən Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar qəbul edildikdən 1 gün sonra xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin nümayəndəsi ekspert qisminə dəvət edilmiş, onun tərəfindən isə cəmi 1 gün sonra 2018-2021-ci illər ərzində 1 ton asfaltın bazar dəyərinin 60 manat (ƏDV daxil) olması barədə rəy verilmişdir. Ekspert rəyindən görünür ki, asfaltın bazar qiymətinin müəyyən olunması zamanı ekspert tərəfindən qiymətləndirmənin hansı meyar əsasında aparılması, bazar araşdırmasının hansı üsullarla aparılması barədə heç bir qeyd mövcud deyildir, illər ərzində tələb və təklifin dəyişib dəyişməməsi, 3-cü şəxslərin qiymətləri, internet resurslarındaki qiymətlər barəsində heç bir araşdırma aparılmamış, ümumi şəkildə qiymət yazılmaqla kifayətlənilmişdir. Vergi Məcəlləsinin 44.8-ci maddəsinə əsasən “Ekspert rəyi öz adından verir və imzalayır. Ekspertin rəyində onun tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar əks etdirilir”. Mövcud halda ekspert tərəfindən Vergi Məcəlləsinin qeyd olunan maddəsinin tələblərinə uyğun davranılmamışdır. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, ekspert və mütəxəssis qismində eyni qiymətləndirici şirkətin eyni əməkdaşı dəvət edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq, mənfəət vergisi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və VM-nin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də, müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçıya hesablanmış vergi məbləğini müəyyən edərkən VM-nin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər-hansı sübut məhkəməyə təqdim etməmiş, həqiqətən əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər-hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan təqdirdə, cavabdehin hazırkı vergi yoxlamasında VM-nin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi VM-nin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Beləliklə, Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********167529 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7377/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar