Məhkəmə qərarları › İş №2-1(103)-1852/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1852/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1852/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-2523/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu xx.xx.2021-ci ildən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.1964-cü ildə doğulmuş, xx.xx.2021-ci ildə 57 yaşı tamam olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər texniki peşə məktəbində təhsil almış, ona elektrik qaz qaynaqçısı peşəsi üzrə ixtisas verilmişdir. xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Bakı neft emalı zavodunda mexaniki-təmir sexində xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər və xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər elektrik qaz qaynaqçısı, Güzgüfurnitur zavodunda xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilə qədər elektrik qaz qaynaqçsı, Bakı “Poladkonstruksiya” quraşdırma idarəsində xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər elektrik qaynaqçısı, “Azərsovetkurort” ATM-də xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər elektrik qaz qaynaqçısı, "xxxx" Nəqliyyat Müəssisəsində xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilə qədər elektrik qaz qaynaqçısı, xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə qədər “Qara Qaplan” hərbi vətənpərvərlik idman klubunda təlimatçı, “Qum adası” Neft-Qazçıxarma İdarəsində xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilə qədər istismar avadanlıqlarının təmiri sexində 5-ci dərəcəli qazla kəsən, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə qədər həmin sexdə elektrik qaz qaynaqçısı, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər dizel elektrik stansiyaları sexində elektrik montyoru, xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilə qədər həmin sexdə usta, BEOCL şirkətinin Azərbaycan Nümayəndəliyində xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər dizel elektrik stansiyaları sexində böyük usta, xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilə qədər həmin sexdə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru işləmiş, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə qədər Suraxanı rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olaraq işsizlik müavinəti almışdır. xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə qədər "xxxx" Şirkətlər qrupu MMC-də “Elektromaşzavodu”n metalkonstruksiya sexində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər "xxxx" MMCdə sürücü işləmişdir. Ümumi iş stajı hərbi xidmətdə olduğu, işsiz kimi müavinət aldığı və texniki peşə məktəbində təhsil aldığı müddətlər nəzərə alınmaqla 34 il 5 ay 14 gün təşkil edir. Həmin müddətin xx.xx.2006-cı il tarixinə iş stajı hərbi xidmətdə olduğu və texniki peşə məktəbində təhsil aldığı müddətlər nəzərə alınmaqla 26 il 1 ay təşkil edir. Bu müddətin 15 ilini (xx.xx.2006-cı ilə qədər) elektrik qaz qaynaqçısı işləmişdir ki, həmin peşə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində (Ümumi peşələr) “elektrik qaz qaynaqçısı” güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir. Ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməyərək, ona 06 sentyabr 2021-ci il tarixdə imtina məktubu təqdim edilmişdir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının ümumi iş stajı xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı 02 il 10 ay, xx.xx.1982ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmət keçdiyi 02 il, əmək kitabçasına əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək işlədiyi 02 ay 08 gün, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi 06 ay 06 gün, xx.xx.1985- ci il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi 03 il 10 ay 21 gün, xx.xx.1989-cu il tarixdən xx.xx.1989cu il tarixədək işlədiyi 01 ay 20 gün, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi 01 il 02 ay 14 gün , xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi 01 il 11 ay 04 gün, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi 03 il 11 ay 30 gün, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi 02 il 30 gün və xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi 05 il 09 ay 18 gün müddətdir ki, ümumilikdə 24 il 09 ay təşkil edir. İddiaçının güzəştli iş stajı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 02 ay 08 gün, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 06 ay 07 gün, xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək 08 il 06 ay 04 gün və 04 gün və xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 05 il 09 ay gün müddətdir ki, bu da ümumilikdə 15 il 05 gün təşkil edir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli 101 və 102 nömrəli arayışlarında xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində İddiaçı 4 ay (xx.xx.1992xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il və xx.xx.1997-xx.xx.1997- ci il tarixləri arasındakı dövrlər) üzrə əmək haqqı ödənilmədiyi qeyd edilmişdir. 24 dekabr 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1999-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Qara Qaplan” hərbi vətənpərvərlik idman klubunda işlədiyi qeyd olunmuşdur. Qeyd olunan dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinqi)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan sözügedən dövrləri onun ümumi stajına daxil etmək mümkün deyil. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-2523/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, xx.xx.1979-cu ildə Bakı şəhəri 11 №-li orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1982-ci ildə məktəbin “elektrik qaz qaynaqçısı” peşəsi üzrə tam kursunu bitirərək ümumi orta təhsil almış, xx.xx.1982-xx.xx.1984-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. O, xx.xx.1982-xx.xx.1982, xx.xx.1984-xx.xx.1985-ci illərdə Bakı neft emalı zavodunda mexaniki-təmir sexində, xx.xx.1985-xx.xx.1989-cu illərdə Güzgü furnitur zavodunda elektrik qaz qaynaqçısı, xx.xx.1989-xx.xx.1989-cu il tarixlərdə Bakı “Poladkonstruksiya” quraşdırma idarəsində elektrik qaynaqçısı, xx.xx.1989- xx.xx.1990-cı il tarixlərdə “Azərsovetkurort” ATM-də elektrik qaz qaynaqçısı, xx.xx.1990- xx.xx.1999-cu illərdə "xxxx" Nəqliyyat Müəssisəsində elektrik qaz qaynaqçısı, xx.xx.1999-xx.xx.2000-ci illərdə “Qara Qaplan” hərbi vətənpərvərlik idman klubunda təlimatçı, xx.xx.2000xx.xx.2000-ci il tarixlərdə “Qum adası” Neft-Qazçıxarma İdarəsində istismar avadanlıqlarının təmiri sexində 5-ci dərəcəli qazla kəsən, xx.xx.2000- xx.xx.2001-ci illərdə həmin sexdə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.2001-xx.xx.2006-cı illərdə dizel elektrik stansiyaları sexində elektrik montyoru, xx.xx.2006-xx.xx.2010-cu illərdə həmin sexdə usta, xx.xx.2010-xx.xx.2011-ci illərdə BEOCL şirkətinin Azərbaycan Nümayəndəliyində dizel elektrik stansiyaları sexində böyük usta, xx.xx.2011-xx.xx.2014-cü illərdə həmin sexdə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, xx.xx.2016-xx.xx.2016-cı illərdə "xxxx" Şirkətlər qrupu MMC-də “Elektromaşzavodu”nun metalkonstruksiya sexində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.2020-xx.xx.2021-ci illərdə "xxxx" MMC-də sürücü işləmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-100 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışının təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən, iddiaçı yanvar 1991-ci il tarixdən 7 №-li Avtobus parkına elektrik qaz qaynaqçısı vəzifəsinə işə qəbul olunmuşdur. Aprel 1999cu il tarixədək həmin vəzifədə işləmişdir. 1990-1999-cu illər üzrə 7 №-li Avtobus parkının əmr kitabları tam şəkildə Nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. "xxxx" Baş ofisin Mərkəzi Arxivinin 15 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2000-ci ildə (əmr № 78/k, xx.xx.2000-ci il) “Qum adası” Neft və Qazçıxarma İdarəsinin İstismar avadanlıqlarının təmiri sexinin 2 saylı briqadasına 5-ci dərəcəli qazla kəsən işinə qəbul edilmişdir. xx.xx.2000-ci ildə (əmr № 110/k, xx.xx.2000-ci il) “Qum dəniz” yatağına xidmət edən 2 saylı briqadanın qazla kəsəni həmin briqadada 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmişdir. xx.xx.2001-ci ildə (əmr № 47/k, xx.xx.2001-ci il) Dizel elektrik stansiyaları sexinə mədən elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.2001-ci ildə (əmr № 260/ş, xx.xx.2001-ci il) 4-cü dərəcə təyin edilmişdir. xx.xx.2004-cü ildə (əmr № 168/k, xx.xx.2004-cü il) 5-ci dərəcə təyin edilmişdir. xx.xx.2006cı ildə (əmr № 41/k, xx.xx.2006-cı il) həmin sexdə 12- ci dərəcəli usta vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu ildə (əmr № 519/k, xx.xx.2010- cu il) 12-ci dərəcəli böyük usta Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar işdən azad olunmuşdur. Haqqhesab cədvəllərində peşəsi 2006-2007-ci illərdə 12-ci dərəcəli böyük usta, 2008-ci ildə 12ci dərəcəli NQÇ ustası, 2009-cu ildə 12-ci dərəcəli böyük usta, 2010-cu ildə 12-ci dərəcəli NQÇ ustası olaraq göstərilmişdir. "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına X4 19 aprel 2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Mexaniki təmir sexində elektrik qaz qaynaqçısı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarla təsdiq edilmiş 2 №-li siyahısına əsasən zərərli peşədə işləməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-102 nömrəli, xx.xx.2021-ci il tarixli və MA-101 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışlarının təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı 1991-ci ilin yanvar ayından 1999-cu ilin aprel ayınadək alıdığı əmək haqqı barədə məlumatlar göstərilmiş, 4 ay (1992ci ilin sentyabr və dekabr ayları, 1993-cu ilin yanvar ayı,1997-ci ilin fevral ayı) üzrə əmək haqqı qeyd edilməmişdir. (əsas əmək haqqı cədvəlləri). Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuş MA-09 nömrəli xx.xx.2022-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı yanvar 1991-ci il tarixdən 7 №-li Avtobus parkına elektrik qaz qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş, aprel 1999-cu il tarixədək həmin vəzifədə işləmişdir. 1990-1999-cu illər üzrə 7 №-li Avtobus parkının əmr kitabları tam şəkildə nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. 1992-ci il sentyabr, dekabr; 1993-cü il yanvar; 1997-ci il fevral ayları üzrə şəxsi vərəqələrdə ona verilmiş əmək haqqı barədə məlumatlar öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuş MA-10 nömrəli xx.xx.2022-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı yanvar 1991-ci il tarixdən 7 №-li Avtobus parkına elektrik qaz qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş, aprel 1999-cu il tarixədək həmin vəzifədə işləmişdir. 1990-1999-cu illər üzrə 7 №-li Avtobus parkının əmr kitabları tam şəkildə nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. xx.xx.1964-cü il təvəllüdlü vətəndaş İddiaçı çalışdığı peşələrin (vəzifələrin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə (vəzifələrlə) uyğunluq təşkil edibetməməsi barədə (kodlara istinad edilməklə) məlumatın və bununla əlaqədar zərərli iş barədə arxiv arayışının verilməsi nazirliyin Mərkəzi Arxivinin səlahiyyətinə aid deyildir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" “Azneft” İB-nin 27 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən o, “Qum adası” Neft və Qazçıxarma İdarəsinin İstismar avadanlıqlarının təmiri sexində xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “qazla kəsən”, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “elektrik qaynaqçısı”, Dizel elektrik stansiyaları sexində xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “elektrik montyoru”, həmin sexdə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək “usta” vəzifəsində (peşəsində) işləmişdir. İddiaçı işlədiyi “qazla kəsən” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 33-cü (XXXİİİ) “Ümumi peşələr” bölməsində 23200000-11618 kodu ilə qeyd olunmuş “qazla kəsicilər” peşəsinə, “elektrik qaynaqçısı” peşəsi isə həmin siyahıda 23200000-19906 kodu ilə qeyd olunmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur. İddiaçı həmin idarənin Dizel elektrik stansiyaları sexində işlədiyi “elektrik montyoru” peşəsi və “usta” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” və “Ümumi peşələr” bölmələrində qeyd edilən peşələrlə (vəzifələrlə) eynilik təşkil etmir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının 17 iyun 2021-ci il tarixli müraciətinə cavab olaraq 30 iyul 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiaçıya dair xx.xx.2021-ci il tarixli 101 və 102 nömrəli arayışlarında xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində ona 4 ya (xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il və xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) üzrə əmək haqqı ödənilmədiyi qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəblərdən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 9 ay (xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3-ci maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Cavabdehin mübahisələndirdiyi məsələ Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli 101 və 102 nömrəli arayışlarında xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya 4 ay (xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il və xx.xx.1997- xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) əmək haqqı ödənilməməsi ilə bağlıdır. Cavabdeh əlavə olaraq iddiaçının xx.xx.1999-xx.xx.2000-ci il tarixləri arasında dövr ərzində işlədiyi “Qara Qaplan” hərbi vətənpərvərlik idman klubunun Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmaması və məcburi dövlət sosial sığorta haqları ödəməməsi göstərilmişdir. Qeyd edilən dövrlər çıxılmaqla 24 il 9 ay ümumi stajının olması göstərilmişdir. Bununla əlaqədar, qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin “Əmək pensiyaları haqqında” Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (xx.xx.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid edilməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki, “Əmək pensiyaları haqqında” Qanun qəbul olunanadək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqının ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli, 305 nömrəli Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti 6 daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdehin mübahisələndirdiyi dövrlər üzrə məcburi sosial sığorta haqqının ödənilməməsi ilə bağlı imtina dəlili əsaslı deyildir. Beləliklə, iş materiallarında olan hərbi biletin, diplomun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İddiaçı işlədiyi “qazla kəsən” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 33-cü (XXXİİİ) “Ümumi peşələr” bölməsində 23200000-11618 kodu ilə qeyd olunmuş “qazla kəsicilər” peşəsinə, “elektrik qaynaqçısı” peşəsi isə həmin siyahıda 23200000-19906 kodu ilə qeyd olunmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən imtina məktubunda və iddiaya etirazda və apellyasiya şikayətində iddiaçının xüsusi stajla bağlı şərti ödəməsi mübahisələndirilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-2523/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar