Məhkəmə qərarları › İş №2-1(103)-1853/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1853/2023

07.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1853/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-487/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 345 №li qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət və Bağ Sahələrinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin nəzdində fəaliyyət göstərən X5 və İstismarı Birliyinin 50 № li Kooperativinin 23 № li orderi əsasında onun adına ayrılmış X15 0.12 ha ərazisi olan 320 “B” № li bağ sahəsinin Dövlət Reyestri Qeydiyyatından keçirərək həmin bağ sahəsinə plan və ölçülərin tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər Əhaliyə Xidmət və Bağ Sahələrinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin nəzdində fəaliyyət göstərən X5 və İstismarı Birliyinin 50 № li Kooperativinin 23 № li orderi üzrə ona Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 345 № li qərarına əsasən X15 0.12 ha ərazisi olan 320 “b” № li bağ sahəsi ayırmışdır. Qeyd edilən bağ sahəsi hal-hazırda onun istifadəsindədir. O, xx.xx.2021-ci il tarixdə ********** № li ərizə ilə cavabdeh ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək 320 “b” № li nömrəli bağın X10 alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Lakin, cavabdehin xx.xx.2021-ci il tarixli, **********94 № li bildirişi ilə 320 “b” № li bağın Dövlət Reyestrində Qeydiyyata alınmasına imtina verilmişdir. İmtinaya səbəb qeyd olunan ünvanda yerləşən bağ sahəsinin ümumi hasar daxilində yerləşməklə, bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, ərazidə yerləşən bağ sahələrinin nömrə ardıcılıgına uyğun gəlməməsi və Bakı Səhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 345 № li sərəncamın arxiv arayışında ad, ata adının tam geyd edilməməsi bildirilmişdir. X5 və İstismarı Birliyinin 50 № li Kooperativinin 23 №li orderində bağın nömrəsi 320 “b” kimi göstərilmişdir, lakin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 345 №li sərəncamın arxiv arayışında həmin bağın nömrəsi 32a “b” kimi qeyd edilmişdir. Bu da “0” rəqəminin “a” kimi yazılmasından irəli gəlib. Bundan əlavə 320 “b” № li bağ 319 № li bağ sahəsi ilə mişar daşı ilə aradan bölünmüşdür. 319 № li bağ sahəsi onun oğlu X8 məxsusdur və həmin bağ X10 alınmış və ********** qeydiyyat nömrəsi ilə Çıxarış verilmişdir. 320 “b” №li bağ sahəsi onun yaxın qohumu, X1 istifadəsində olan 350 № li bağ sahəsi ilə ümumi hasar daxilində yerləşir və 1954- cü ildə tərtib edilmiş sxematik xəritəyə əsasən həmin 350 № li bağ sahəsinin cizgisində 320 “b” № li bağ sahəsi arasında yol mövcud olmuşdur. Lakin bu illər ərzində bağların hasarlanmasına icazə olmadığı üçün 1990-cı ildən başlayaraq vətəndaşların istifadəsində olan bağlar, o cümlədən iddiaçının və onun yaxın qohumu X1 razılqı ilə 350 № li bağın şimal-qərb hissəsindən yol ayıraraq 320 “b” və 350 №li bağ sahəsi X5 və İstismarı Birliyi tərəfindən razılaşdırılmadan aralarındakı yol ilə birlikdə hasara alınmış və fərdi yaşayış evi tikimişdir. Bu səbəbdən 1954-cü ildə tərtib edilmiş bağların bölgüsünə dair sxematik xəritədə və cizgisində uyğunsuzluq əmələ gəlmişdir. 1954-cü ildən hazırki vaxtadək 320 “b” və 350 № li bağ sahəsi, fərdi yaşayış evi mübahisəsiz onun və qohumu X1 istifadəsindədir. Beləliklə, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 № li Sərəncamı ilə Bakı Şəhər İH-nin nəzdində fəaliyyət göstərən X5 və İstismarı Birliyinin fəaliyyəti ləğv edildiyindən yenidən müqavilə bağlamaq, sxematik xəritədə düzəlişlər etmək mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-487/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 345 №li qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət və Bağ Sahələrinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin nəzdində fəaliyyət göstərən X5 və İstismarı Birliyinin 50 №li Kooperativinin 23 №li orderi əsasında ayrılmış X15 0,12 ha-dan ibarət 320 “b” №li bağ torpaq sahəsinin Daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmaqla, həmin bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşməklə, bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərazidə yerləşən bağ sahələrinin nömrə ardıcıllığına uyğun gəlmir. Bundan əlavə, təqdim edilən bağ sahəsinin ayrılması haqqında olan Bakı Şəhər icra Hakimiyyəti Başçısınin xx.xx.1996-cı il tarixli, 345 nömrəli sərəncamın arxiv arayışında ad, ata adı tam qeyd edilməmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apellyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər Əhaliyə Xidmət və Bağ Sahələrinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin nəzdində fəaliyyət göstərən X5 və İstismarı Birliyinin 50 № li Kooperativinin 23 № li orderi üzrə ona Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 345 № li qərarına əsasən X15 0.12 ha ərazisi olan 320 “b” № li bağ sahəsi ayırmışdır. İddiaçı qeyd edilən bağ sahəsinin özəlləşdirilməsi üçün cavabdehə müraciət etsədə, tələbinin təmin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə nəticələnmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbini təmin edilməsi ilə yekunlaşan qərarının qanuni və əsaslı olmasını hesab edərək, məhkəmənin mövqeyilə razılaşır və öz mövqeyini aşağıda qeyd edilənlərlə əsaslandırır : İş materiallarında olan sənədlər : - Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X5 və istismarı birliyinin Maştağa bağlar sahəsindəki 50 №-li kooperativi tərəfindən verilmiş 23 №-li orderin surətindən müəyyən olunur ki, Mirzəyev X14 Bakı şəhər icraiyyə komitəsinin 8 aprel 1996-cı il tarixli 345 №-li qərarına əsasən Maştağa bağlar sahəsində 50 № BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 320 “b” №-li bağ sahəsi ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyətinin 7-5255/17 №-li xx.xx.2021-ci il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinə göndərilmiş arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1996-cı ilə dair sərəncamlar kitablarında 50 №-li BTK tərkibində olan Maştağadakı 42a b №-li (sənəddə olduğu kimi) bağ sahəsinin Nümayəndə istifadəsinə verilməsi qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********05 №-li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş X1 müraciətinin əsasının təşkil edən hüquqmüəyyənedici sənəd olaraq, Bağ sahələrinin, binaların uzunmüddətli icarəyə verilməsinə dair 2660 №-li, 02 mart 1983-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X2 Maştağa bağ sahəsində sahəsi 0,24 ha olan 350 №-li bağ sahəsi ayrılmışdır. Qeyd olunan məktubla Bakı şəhəri, Sabunçu rayonu, Maştağabağ massivinsə yerləşən 315-325 nömrəli bağ sahələrinin sxematik xəritəsi və 50 saylı BTK üzvlərinin xx.xx.1989-cu ildə tərtib olunmuş siyahısı məhkəməyə təqdim olunmuşdur. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********07 №-li xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, hazırda istinad edilən mövcud bazada Bakı şəhəri, Sabunçu rayonu, X15 yerləşən 320 “B” saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar olunmamışdır. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********61 №-li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Maştağa bağ sahəsində 32 a b №-li bağ sahəsinə baxış keçirilərkən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə 1200,0 kv. m., faktiki sahəsinin də 1200,0 kv. m. olduğu, bir neçə sahənin ümumi bir hasar daxilində olduğu, göstərilən sahənin metal tor ilə ayrılaraq sərhədləndiyi, sahədə “A” gözətçi evi və “B” “C” İ həyət tikililərinin olduğu, qeyd olunan bağ nömrəsinin sxematik xəritəyə əsasən göstərilən sahəyə aidiyyətinin olmadığı, mövcud vəziyyətin cizgi və koordinatlarının əlavə olunduğu qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 319 “B” saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə ********** Qeydiyyat nömrəsi (Reyestr № **********18) ilə X4 adına qeydiyyata alınmışdır. ünvan 1 ünvanında qeydiyyatda olan X9 notarial qaydada təsdiq olunmuş ərizəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1200 kv. metr olan 320 “B” saylı bağ sahəsinin sənədləşdirilməsinə, özəlləşdirilməsinə, adına mülkiyyət sənədi rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. - ünvan 2 ünvanında qeydiyyatda olan X3 notarial qaydada təsdiqənmiş ərizəsində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 345 №-li qərarına əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət və Bağ Sahələrinin Tikintisi üzrə Bağ İstehsalat İdarəsinin nəzdində fəaliyyət döstərən X5 və istismarı Birliyinin 50 №-li Kooperativinin 23 №-li orderi əsasında Mirzəyev X12 adına ayrılmış X15 yerləşən 0,12 ha ərazisi olan 320 “B” №-li bağ sahəsinə çıxarışın verilməsinə etiraz etmədiyini, razı olduğunu və həmin əmlaka dair bir iddiası və tələbinin olmadığını qeyd etmişdir. Tətbiq edilən hüquq normaları : Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan orpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunan hüquq normalarına nəzərən və iş materiallarına əsasən Kollegiya hesab edir ki, iddiaçı öz tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi tərəfindən tələbin təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyularaq düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin “iddiaçı tərəfindən göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşməklə, bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir” dəlili əsassızdır və iddiaçının hüquqlarının təmin edilməsinə maneə yaratmamalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin” 3.029-cu bəndinə uyğun olaraq qeyd edilən uyğunsuzluqların aradan qaldırılması Xidmətin vəzifəsidir. Apellyasiya şikayətinin “təqdim edilən bağ sahəsinin ayrılması haqqında olan Bakı Şəhər icra Hakimiyyəti Başçısınin xx.xx.1996-cı il tarixli, 345 nömrəli sərəncamın arxiv arayışında ad, ata adı tam qeyd edilməmiş” dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş orderin surətindən açıq-aydın görünür ki, mübahisəli bağ sahəsi Mirzəyev X14 ayrılmışdır. Cavabdeh tərəfindən həmin orderin mötəbərsizliyinə dəlalət edəcək hər hansı sübut təqdim edilməmişdir. İnzibati İcraat Haqqında Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların hər hansı biri müəyyən edilmədiyindən, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan Kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-487/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar