Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1854/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik vəziyyətinin qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1036/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlillik vəziyyətinin qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya uşaqlıqdan 18 yaşına kimi xəstəliyi ilə əlaqədar olaraq müavinət təyin olunmuş,18 yaşı tamam olandan sonra isə 2-i dərəcəli əlillik diaqnozu qoyularaq pensiya təyin olunmuşdur. Xəstəliyinin anadangəlmə olması və Səhiyyə İdarəsinin qeydiyyatında olmağını təsdiq edən Tibbi Sosial Ekspert Komissiysının müvafiq göndərişləri mövcuddur. İddiaçı bu xəstəliklə əlaqədar Azərbaycan Respublikasında müxtəlif xəstəxanalarda müayinə və müalicə olunmuşdur 29 dekabr 2020-ci il tarixdə təkrar müayinə olunduqdan sonra imtina cavabı almışdır. İmtinanın səbəbi isə 2016-cı ildə iddiaçının adına VÖEN və aktiv əmək müqaviləsi olması qeyd olunmuşdur. İddiaçı bildirir ki, 2016-cı ildə onun adına VÖEN açılması tamamilə formal xarakterli olmuşdur. Uzun müddətdir ki, səhhəti ilə əlaqədar olaraq heç bir yerdə işləmir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti Bakı 1 saylı Şəhər Poliklinikasının xx.xx.2006-ci il tarixli tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05- İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Revmatizm fəal faza aktivlik dərəcəsi 1 Revmokardit latant gedişli. Mitral qapaq çatmamazlığı.Revmoensofalopatiya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəlikləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.Daha sonra həmin Poliklinikanın xx.xx.2011 -ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi.Mitral qapaqların iltihabdan sonrakı fibrozu və prolapsı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ürəyin xroniki revmatik xəstəliyi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin Poliklinikanın xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi.Mitral qapaqların iltihabdan sonrakı fibrozu və prolapsı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəliyi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Poliklinikanın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05- İ09 Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi.Mitral qapağın iltihabdan sonrakı fıbrotik dəyişikliyi; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəlikləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05- İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığ; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi.Mitral qapağın iltihabdan sonrakı fibrotik dəyişikliyi; Meyar: 2 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəlikləri" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci ildə 2782003AABXR saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 105-109 - Ürəyin xroniki revmatik xəstəlikləri => 105 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz İ05 Mitral qapağın revmatik xəstəliyi, Ürəyin xroniki revmatik xəstəliyi. Ağırlaşma İ05 Mitral qapağın revmatik xəstəliyi, Mitral qapaqların fibrozu və çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər A16.2 Ağ ciyər vərəmi, bakterioloji və ya histoloji təsdiq olunması, Keçirilmiş ağ ciyər infetrativ vərəmi.(xx.xx.2015- ci ildə 3 saylı Vərəm əleyhinə dispanserdə İİİ B qrupu üzrə dispanser qeydiyyatındadır). Yanaşı xəstəliklər H34 Tor qişanın damarlarının okklyüziyası, OU- Torlu qişanın angiopatiyası. Yanaşı xəstəliklər H52.1 Miopiya, OU-Miopiya-0,5D; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin əmək müqaviləsi var əmək qabliyyətinin itirilmə günləri reysterdə qeyd olunmayıb" səbəbi ilə imtina verilmişdir. xx.xx.2021 -ci ildə 2782003AABYR saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni:Əsas diaqnoz İ05 Mitral qapağın revmatik xəstəliyi, Ürəyin xroniki revmatik xəstəliyi. Ağırlaşma İ05 Mitral qapağın revmatik xəstəliyi, Mitral qapaqların fibrozu və çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər J35.0 Xroniki tonzillit, Xroniki tonzillit. Yanaşı xəstəliklər G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri.Xoriotik hiperkinezlərlə. Yanaşı xəstəliklər K73 Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit, Xronik hepatit; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müayinə və müalicə müddəti yetərli deyil. Xəstənin vəziyyətini dəqiqləşdirmək üçün Respublika Kardiologiya inistutunda müayinə və müalicəsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1036/2022 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya uşaqlıqdan 18 yaşına kimi xəstəliyi ilə əlaqədar olaraq müavinət təyin olunmuşdur. 18 yaşı tamam olandan sonra isə 2-ci dərəcəli əlillik diaqnozu qoyularaq pensiya təyin olunmuşdur. Aşağıdakı xəstəliklərə görə ona əlillik dərəcəsi verilməlidir: ürəyin revmatik xəstəliyi, mitral qapağın revmatik xəstəliyi, mitral qapaqların fibrozu və çatışmamazlığı, Xroniki tonzilit, enzefalopatiya xroniki hiperkinezlərlə. İddiaçı dəfələrlə həkimlərlə görüşmüş və xəstəliyi ilə əlaqədar sənədləri göstərmişdir. Həkimlər də qeyd etmişdirlər ki, Xidmətin imtina məktubu əsassızdır, eyni zamanda subyektiv fikrə əsaslanır. O, həkimlərin bu sözlərini Xidmətə çatdırdıqda onlar yenə öz mövqelərində qaldılar. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının uşaqlıqdan əlilliyi olmuşdur, “Psixonevroloji Uşaq evin”də qeydiyyatda olmuş, həmçinin əlilliklə bağlı müavinəti davamlı olaraq almışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, iddiaçıya əvvəl revmatizm ilə bağlı əlillik təyin edilmişdir. Onu da bildirir ki, iddiaçı tərəfindən yanakı xəstəliklər kimi qeyd edilən xəstəliklər sadəcə müəyyən bir səviyyəyə çatdıqda, əlillik təyini üçün əsas olan əlamətləri daşıdıqda o zaman iddiaçıya əlillik təyin edilə bilər. Vətəndaşın müraciətinə əsasən idarə tərəfindən yoxlama aparılır, vətəndaşda başqa hansısa xəstəliyin olmasını idarə müəyyən etmir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının tələbi “əlillik vəziyyətinin qiymətləndirilməsi” kimi qeyd edilsə də, məhkəmə araşdırmaları zamanı iddiaçının nümayəndəsi iradə ifadəsinin məhz iddiaçıya (oğluna) əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olduğunu qeyd etmişdir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1 -ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-nin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddianın mahiyyəti üzrə Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; - 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. - 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. - 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. - 1.4-ci bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); İşin araşdırılan hallarından görünür ki, İddiaçı əlillik vəziyyəti Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021 -ci ildə 2782003AABYR saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni:Əsas diaqnoz İ05 Mitral qapağın revmatik xəstəliyi, Ürəyin xroniki revmatik xəstəliyi. Ağırlaşma İ05 Mitral qapağın revmatik xəstəliyi, Mitral qapaqların fibrozu və çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər J35.0 Xroniki tonzillit, Xroniki tonzillit. Yanaşı xəstəliklər G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri.Xoriotik hiperkinezlərlə. Yanaşı xəstəliklər K73 Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit, Xronik hepatit; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müayinə və müalicə müddəti yetərli deyil. Xəstənin vəziyyətini dəqiqləşdirmək üçün Respublika Kardiologiya inistutunda müayinə və müalicəsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. İş materiallarında olan sənədlərin təhlili göstərir ki, cavabdeh səhiyyə müəssisəsinin xx.xx.2021 -ci ildə 2782003AABYR saylı göndərişi əsasında iddiaçının iştirakı olmadan qiymətləndirilərək göndərişin Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul etmişdir. Şəxsin əlilliyin ilk növbədə və bilavasitə səhiyyə müəssisəsi tərəfindən təqdim olunmuş məlumatlar əsasında qiymətləndirməli olan cavabdeh, iddiaçı barədə gəldiyi nəticəni, məhz natamam məlumatlar əsasında təsbit etmişdir. Cavabdeh tərəfindən inzibati icraat qaydasında hər hansı əlavə araşdırma aparıldığı barədə məlumat mövcud deyil. İşə baxan birinci instansiya məhkəməsi iddiaçıda hal-hazırda olan xəstəliklər və qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan tam əsaslı olaraq iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsini zəruri hesab etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 T 289/2021 nömrəli,16 noyabr 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: «1.2. İ.Ə. Ağacanovun tibbi sənədlərinə əsasən o,xx.xx.2021-ci il tarixdə Elmi-Tədqiqat Kardiologiya institutunda müayinə olunmuş və ona “revmatizmqeyri-aktiv faza. MÇ-İ dərə,poliartrit, keçirilmiş neyroinfeksiyanın davamlı qalıq əlamətləri (AF-57%)” diaqnozu qoyulmuşdur. Onun əziyyət çəkdiyi həmin xəstəliklər və onların fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Bundan başqa, apellyasiya baxışı zamanı iş üzrə ətraflı araşdırmanın aparılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Birliyi” publik hüquqi şəxsi ali dərəcəli məhkəmə-tibbi eksperti, tibb üzrə fəlsəfə doktoru X4 məhkəməyə dəvət edilərək dinlənilmişdir. 22 sentyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ekspert X4 öz izahatında bildirmişdir ki, revmatizm özü yunan sözü olub, oynaqlara maye toplanması deməkdir. Bu xəstəliyin əsas yaranma səbəbi iltihablanmanın olmasıdır. Mitral qapağın iltihabdan sonra fibrotik dəyişikliyi ilə bağlı onu qeyd etmişdir ki, ürəyin iki taylı, üç taylı qapaqlarına mitral qapaqlar deyilir. İnfeksiyanın təsirindən nəticədə ürəyin qidalanma rejimi də pozulur. Onu da bildirir ki, bu xəstəliklər sağalan xəstəliklərə aid deyildir. Belə ki, ümumi terapevtik xəstəliklərin adı altında olan heç bir xəstəlik sağalmır, sadəcə ağırlaşmanın qarşısı alınır. Qeyd edilən xəstəliklər yalnız müəyyən bir səviyyəyə çatdıqdan sonra əlliyin təyini üçün əsas ola bilər. İddiaçı canlı müayinə olunmuş və nəticəyə gəlinmişdir ki, şəxsdə əlilliyin təyininə əsas verən ağırlaşmalar yoxdur. Göründüyü kimi, ekspert də iddiaçıda olan xəstəliklərin ona əlilliyin müəyyən edilməsinin mümkün olmadığını təsdiq etmişdir. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut nə işin birinci instansiya məhkəməsində araşdırma zamanı, nə də ki, apellyasiya baxışı zamanı təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Həmçinin, apellyasiya baxışı zamanı iddiaçının “Psixonevroloji Uşaq evin”də qeydiyyatda olub-olmaması ilə bağlı məlumatlar “X6” PHŞ-dən tələb edilmiş, lakin hər hansı bir məlumatın mövcud olmadığı bildirilmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1036/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1854/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1854/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver