Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1854/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4609/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən ödənilməmiş 16941.79 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 360000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə yaranan 16941.79 manat borcuna görə 360000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2021-ci il tarixli **********2 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən 16941.79 manat məcburi dövlət sosial sığorta haqqları üzrə ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4609/2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın mümkün sayılmamasının əsası kimi qərardadında qeyd edir ki, məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-40549/2023 nömrəli məktubda bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən qeyri-yaşayış binası (“Xəzər” kafesi) Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud vəziyyətdə cavabdehin mülkiyyətində “Dostluq” kafesi adında əmlakın olması müəyyən edilmədiyindən iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olması, yəni iddiçının cavavdehə qarşı tələbinin əsaslandırılmış tələb olması müəyyən edilmədiyindən iddia mümkün iddia kimi qiymətləndirilə bilməz. Məhkəmənin bu mövqeyini əsassız sayaraq bildirlər ki, daşınmaz əmlaka çıxarış alınarkən əmlakın adının “Xəzər” kafesi olması və çıxarışda elə qeyd olunması məhkəməyə əsas vermir ki, iddianı mümkün saymasın. Belə ki, “Əmlakın siyahıya alınması haqqında” protokolda qeyd olunanlardan da göründüyü kimi vergi ödəyicisinə məxsus 200 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi siyahıya alınmışdır. Siyahıya alınma prosesi həyata keçirilən zaman çıxarışda qeyd olunmuş ərazidə yerləşən qeyri-yaşayış sahəsinin adı “Dostluq” restoranı olduğundan protokolun “Siyahı” hissəsində qeyri-yaşayış sahəsi yazılmış və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009 olan çıxarışa istinad edilmişdir. Məhkəmənin ünvanlar eyni olduğu və əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi halda ad fərqinə görə iddianı mümkün saymaması qanunsuz və əsassız olmuşdur. Belə ki, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi onu istədiyi formada adlandıra və həmin adı əmlakın fasadında əks etdirə bilər. Faktiki olaraq çıxarışda qeyd olunan əmlak siyahıya alınma zamanı artıq “Xəzər” kafesi deyil, “Dostluq” kafesi adlandırılmışdır. Lakin məhkəmə kifayət qədər araşdırma aparmamış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən qeyri-yaşayış binasına dair məlumatın verilməsi ilə bağlı müraciət etmiş, həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinə aid məlumatlar vergi orqanı tərəfindən təqdim edilmiş məlumatlarla eynilik təşkil etməsinə baxmayaraq iddianı mümkün saymamışdır. Halbuki “Əmlakın siyahıya alınması haqqında” protokolda hazırda əmlakın üzərində “Dostluq” restoranı yazıldığı üçün bu barədə qeyd aparılmış, həmin əmlakın hansı çıxarış əsasında siyahıya alındığını da protokolda qeyd olunmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən yazılmış arayışda da siyahıya alınmış əmlakın cavabdehə məxsus əmlak olduğu qeyd olunmuş, həmçinin əmlakın fotoşəkillərində də qeyri-yaşayış sahəsinin adının hazırda “Dostluq” qeyd olunmuşdur (fotoşəkillər şikayətə əlavə olunur). Məhkəmə qərardadında vergi orqanının tələbinin əsaslandırılmış tələn olmasının müəyyən edilmədiyi səbəbindən iddianı mümkün saymadığını qeyd etmişdir. Halbuki vergi orqanının iddia ərizəsinə nəzər saldıqda görünür ki, iddia tam olaraq əsaslandırılmış və müvafiq sənədlər həmin iddia ərizəsinə əlavə olunmuşdur. Məhkəmə ünvanın eyni olmasını, sadəcə obyektin adının fərqləndiyini, “Əmlakın siyahıya alınması haqqında” protokolda əmlakın siyahıyası hissəsində əmlakın adı ilə bağlı hər hansı qeyd aparılmamış, əmlakın dövlət reyestrindən çıxarışına istinad olunmuşdur. Digər tərəfdən də yuxarıda qeyd olunduğu kimi əmlakın üzərində siyahıya alınma zamanı “Dostluq Point beach resort” qeyd olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4609/2023 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərək, bel qənaətə gəlmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən qeyri-yaşayış binası (“Xəzər” kafesi) Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud vəziyyətdə cavabdehin mülkiyyətində “Dostluq” kafesi adında əmlakın olması müəyyən edilmədiyindən iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olması, yəni iddiçının cavavdehə qarşı tələbinin əsaslandırılmış tələb olması müəyyən edilmədiyindən iddia mümkün iddia kimi qiymətləndirilə bilməz. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkünsüz hesab edərkən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixli **********2 nömrəli protokola əsasən müəyyən edilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Şıx Çimərliyi ünvanında yerləşən restoranın X2 mülkiyyətində olan əmlak “Dostluq” kafesi və yaxud, “Xəzər” kafesi olub olmaması aydınlaşmamışdır. Yəni birinci instansiya məhkəməsi ünvan dəqiqləşdirilməsi aparmadan, çıxarışda qeyd olunmuş “Xəzər” kafesinin hazırda hansı adla fəaliyyət göstərməsini araşdırmadan iddianı mümkün saymamaqla düzgün nıticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4609/2023 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2-1(103)-1854/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1854/2024
23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver