Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1856/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Tərcüməçi X1 qızı, İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh1nə qarşı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üçüncü şəxslər kimi göstərilməklə “qanunsuz tikilinin sökülməsi barədə” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4136/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı 18 mart 2020-ci il tarixdə cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh1nə qarşı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üçüncü şəxslər kimi göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və evin əvvəlki vəziyyətə qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4136/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: M.Qarayeva) Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddiaya baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normaların kobud şəkildə pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini və iddianın baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdehlər, üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehlərin, üçüncü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçı hazırkı iddiasında cavabdehlər kimi göstərdiyi Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Cavabdeh1, eyni zamanda, üçüncü şəxslər kimi göstərdiyi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyindən və belə bir hal məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının yuxarıda adıçəkilən orqanlar tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddiaya mahiyyəti üzrə baxılmasının mümkün sayılmaması qənaətinə gəldiyindən iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması, məhkəmə icraatına cəlbetmə və əsl olmayan tərəflərin əvəz edilməsi ilə bağlı məsələlərə baxılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsinin təklif edilməsi barədə 12.05.2020-ci il tarixli məktub ünvanlanmışdır. Həmçinin birinci instansiya məhkəməsinin 14.09.2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçı izahatında mövcud vəziyyətdə ona köməklik göstərilməsini və iddianın mümkün sayılaraq tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, 14.09.2020-ci il tarixli məhkəmə iclasında ona iddia tələbinin dəqiqləşdirilməsi təkilif edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində qeyd edilib ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4136/2020 saylı qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 87, 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4136/2020 saylı qərardadı ləğv edilsin və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1856/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1856/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver