Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1857/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzil ilə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibatı Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2-1(112)-1491/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzil ilə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1974-cü ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olmuşdur. 1991-ci ildə Osaküçə kənd orta məktəbini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1992-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olmuşdur. 1992-ci ilin sentyabr ayından hərbi təhsilini davam etdirmək üçün Türkiyə Cümhuriyyətinə göndərilmişdir. X5 təhsilini davam etdirmişdir. 1996-cı ildə həmin hərbi məktəbi bitirmişdir və leytnant rütbəsi almışdır. 1996-cı ildən 1997-ci ilin noyabr ayına kimi Ankara şəhərinin Poladlı ilçəsində yerləşən Topçu Fuzə okulunda ixtisasartırma kursunu keçib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xidmətini davam etdirmək üçün gəlmişdir. 1997-ci ildən Silahlı Qüvvələrin 888, 812, 177, 191, 130, 703, 172, N saylı hərbi hissələrində xidmət etmişdir. Hərbi xidmətinin 15 ilini ön xətdə keçmişdir. 2020-ci ilin may ayının 11-dən xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı aldığı xəsarət səbəbindən təqaüdə göndərilmişdir. Azərbaycan Ordusunda 28 təqvim ili fasiləsiz xidmət keçmişdir. İddiaçı 1997-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən 11.05.2020-ci ildə xəstəliyilə əlaqədar ehtiyata buraxılmışdır. “Qüsursuz xidmətə görə” müvafiq olaraq 3-cü, 2-ci və 1- ci dərəcəli medallarla, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik yubiley medalla da təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinə etdiyi müraciət 06.07.2020-ci il tarixdə 2405 №li məktubla Mənzil-İstismar İdarəsi tərəfindən cavablandırılmışdır. Xidmət illərində məhkumluğun olduğuna görə adı 1997-ci ildən xidmətə başlamış hərbi qulluqçuların adlı siyahısına salınması üçün müsbət qərar qəbul edilməmişdir. Həmçinin məhkəməyə müraciət etmək hüququnun olduğu da həmin məktubla iddiaçıya izah edilmişdir. Hərbi xidmətdə olduğu müddətdə HQD 17.09.1999-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341-ci maddəsinin V ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Gəncə Hərbi Məhkəməsinin 24.10.2001-ci il tarixli qərarı ilə məhkumluğu olmayan şəxs hesab edilmişdir. İddiaçı müvafiq olaraq 26 iyun 2015-ci ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 06 iyun 2016-cı ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və 26 iyun 2017-ci il tarixdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medallarla təltif olunmuşdur. İddiaçının 09.03.2000-12.05.2020-ci illər üzrə ümumilikdə 20 il qüsursuz xidməti vardır. Əgər iddiçının xidməti qüsurlu hesab edilsəydi, o, Silahlı Qüvvələrin veteranı medalları ilə təltif olunmazdı. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, İddiaçı Teyyub oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır, qanunsuzdur və aşağıdakı səbəblərə görə təmin edilə bilməz. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 20 təqvim ili qüsursuz xidmət etdiyindən, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalıdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri” barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. İddiaçının xidməti isə qüsursuz sayılmadığından mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilə bilməz. Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin 17.09.1999-cu il tarixli hökmü ilə İddiaçı Teyyub oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinib. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2-1(112)-1491/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mənzil ilə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək və apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək və tərəflərindən təqdim edilmiş etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı Həbibov X2 rayonunun Osakücə kəndində yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.11.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 61, 78 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublkasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən ünvanlanmış 12.05.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki Azərbaycan Respublikası Müdafiə nazirinə dövlət vəsaiti hesabına mənzil təminatı ilə bağlı ünvanladığı müraciətinə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunduğundan dövlət vəsaiti hesabına mənzillə təminatı Müdafiə Nazirliyinin mənzil komissiyasının qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının təsiri xaricindədir. - Azərbaycan Respublkasının Müdafiə Nazirliyinin 02.07.2020-ci il tarixli 11/3330 saylı iddiaçıya ünvanlandığı məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlanmış ərizəsinə baxılmışdır. Ərizədə qeyd olunanlarla əlaqədar bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha artıq qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Xidmət dövründə törədiyi cinayət əməlinə görə Hərbi Dəniz Qüvvələrinin Məhkəməsinin 17 sentyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341-ci maddəsinin V bəndinə əsasən təqsirli bilinərək məhkum olunduğuna görə Müdafiə Nazirliyində fəaliyyət göstərən müvafiq komissiya tərəfindən dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq üçün xidməti qüsursuz sayılmamışdır. -İşə əlavə edilmiş müxtəlif medalların vəsiqələrinə əsasən iddiaçı “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 03.03.2021-ci il tarixli 557 saylı məktubu ilə məhkəməyə göndərilmiş 15.07.1997-ci il tarixli xidmət dəftərçəsindən görünür ki, İddiaçı 20.05.1997-ci il tarixdən 11.05.2020-ci il tarixə qədər müxətlif hərbi vəzifələrdə xidmət etmiş və 11.05.2020-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. - Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin 17.09.1999-cu il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Teyyub oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 42ci maddəsi tətbiq edilərək o, döyüşən orduya göndərilməklə hökmün icrası döyüş əməliyyatlarının sonunadək təxirə salınmışdır. - HDQ hərbi məhkəməsinin 09 mart 2000-cı il tarixli qərardadı ilə İddiaçı Teyyub oğlu cəzadan azad edilmişdir. - Gəncə Hərbi Məhkəməsinin 24.10.2001-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Teyyub oğlu Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin 17.09.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsinin “v” bəndi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikası CM-nin 42ci maddəsinə əsasən hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmış və HDQ hərbi məhkəməsinin 09 mart 2000-cı il tarixli qərardadı ilə cəzadan azad edilmiş İddiaçı Teyyub oğlu məhkumluğu ödənilmiş hesab edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbini rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xidmət illəri 20 ildən artıq olsa və medallarla təltif edilsə də, onun xidməti qanunun tələblərində göstərilən kimi qüsursuz olmamışdır. Belə ki, iddiaçı Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin 17.09.1999-cu il tarixli hökmü ilə təqsirli bilinmiş, Gəncə Hərbi Məhkəməsinin qərarı ilə məhkumluğu ödənilmiş hesab edilmiş və ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edərək aşağıdakıları qeyd edir: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsiniə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamədə hərbi qulluqçulara güzəştlərlə bağlı aşagıdakı müddəaları xüsusi qeyd etməyi zəruridir: xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır, həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər, yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, 28.12.2011-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Qərarın 3-cü abzasında qeyd edilmişdir ki, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzilməişət problemlərinin həll edilməsinə təkan vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktik hallarından da göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq xidmət etsə və medallarla təltif edilsə də, onun xidməti qanunun tələblərində göstərilən kimi qüsursuz olmamışdır. Belə ki, Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin 17.09.1999-cu il tarixli hökmü ilə İddiaçı Teyyub oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinmişdir. Gəncə Hərbi Məhkəməsinin 24.10.2001-ci il tarixli qərarı ilə məhkumluğu ödənilmiş hesab edilmişdir. İddiaçı 11.05.2020-ci il tarixdə ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 1997-ci ildən 11.05.2020-ci tarixədək müxtəlif hərbi vəzifələrdə xidmət etsə də, yəni 20 ildən artıq hərbi xidmət keçmiş şəxs statusuna malik olsa da, hərbi xidmət dövründə təqsirli bilinməsi onun Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanında nəzərdə tutulmuş şəxslərin dairəsinə aid edilməsini istisna edir. Çünki o, 20 ildən artıq qüsursuz xidmət etmiş şəxs hesab edilə bilməz. Belə olan halda onun adının Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanına uyğun olaraq dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməsindən cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2-1(112)- 1491/2021 qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1857/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1857/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver