Məhkəmə qərarları › İş №2-1(103)-1858/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1858/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1858/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlunun və Məmmədova Şərafət Asif oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi(oğlu) X2 və cavabdehin nümayəndəsi X1 və ştirakı ilə, iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu küçəsi, ev 45-in mövcud vəziyyətdə torpaq sahəsi ilə birlikdə evin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına əsasən iddiaçıya 1970-ci ildən uzun illər çalışdığı Şüvəlan gülçülük sovxozu tərəfindən ona torpaq sahəsi ayrılmış və iddiaçı orada öz vəsaiti fərdi yaşayış eviinşa etmiş, həmin ev 45 nömrəli ev kimi qeydə alınaraq,ona sovxoz tərəfindən 1980-cı ildə order verilmişdir. Torpağın faktiki sahəsi 1400 kv.m təşkil edir. O, həmin evin torpaqla birlikdə mülkiyət hüququ ilə onun adına qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ona xx.xx.2021-ci il il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, xx.xx.2020-ci il, xx.xx.2021-ci il xx.xx.2022-ci il tarixli məktublarında imtina edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən hüqumüəyənedici səndələr təqdim edilməmsişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir,apllyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda qeydiyyatdan keçməsini istədiyi yaşayış sahəsinin və yerləşdiyi torpaq sahəsinə gözlənilən mülkiyyət hüququna malik olmuşdur ki, iddiaçının bu hüququ müvafiq olaraq X3 xx.xx.1980-cı il tarixli 73 saylı orderinin mövcudluğuna əsasən yaranmışdır. Onun torpaq sahəsin və evə “legitim gözləntisi” olmuşdur. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası” Qanunun 8.0.5-ci maddəsi əsasında torpaq sahəsinə və evə mülkiyyət hüququ əldə edə bilər. AR Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “vətəndaşların qanuni istifadəsindəki, (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının iidarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək mübahisəli ünvanda yaşadıqlarını və ətrafın qəsəbə olduğunu, hətta qonşularında çıxarış alanların olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev apellyasiya şikayətini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Belə ki, iş materialları üzrə: - İddiaçının 0******* nömrəli Əzizbəyov RPİ tərəfindən 04.092005-ci il tarixdə verilmiş şəxsiyyət vvəsiqəsinin surətinə əsasən xx.xx.1950-ci ildə Bakı şəhərində ddoğuliuşdur. - Onun 1 iyul 1973-ci il tarixli əmək kitabçasının surətinə əsasən xx.xx.1970-01.02.196-cı illərdə Şüvəlan Gülçülük sovxozunda işləmişdir. X3 xx.xx.1980-ci il tarixli 73 nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.1970-ci ildə 68 saylı xx.xx.1970-ci il tarixli əmrlə X5 anbardar vəzifəsinə işə qəbul edilmiş və ona Azərbaycan SSR Nazirlər Sovetinin 21 sentyabr 1961-ci il tarixli 825 nömrəli qərarına müvafiq olaraq, Şüvəlan şöbəsi üzrə Şüvəlan qəsəbəsi Gülçülük sovxozunun 45 nömrəli idarə binasında ailə tərkibi 3 nəfərdən ibarət olmaqla, 1500 kv.m həyətyanı sahədən istifadə etmək hüququ ilə yaşayış sahəsi 90 kv.m olan yaşayış sahəsi verilmişdir. - Bakı şəhər İcraiyyə Komitəsi Texniki inventarlışdırma bürosu tərəfindən iddiaçının adına tərətib olunmuş və hazırkı mərhələdə əslinə baxış keçirilmiş Gülçülük sovxozu-45 ünvanında yerləşən 45 nömrəli evin planından görünür ki, ev 90 kv.m aşayış sahəsindən cəmi 1317,6 kv m torpaq sahəsində yerləşir. Əzizbəyov rayon XDS İK-nin 01 Oktyabr 1980-cı il tarixli Aktdan görünür ki, İcraiyy Komitəsində yaradılımış Komissiya tərəfindən Bakı şəhər İK 16 iyun 1980-cı il tarixli 05/273 saylı sərəncamına və Bakı Mənzil İdarəsinin 10 iyul 1980-c il tarixli 84 No-li əmrinə əsasən X3 66 yaşayış binası yerli icra hakimiyyətinin balansına götürülmüşdür ki, həmin binalar sırasında iddiaçının istifadəsinə verilmiş 45 saylı ev də mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzrəində hüququn əmələ gəlməsi üçün əsas sayılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən aşağıdakılar h daşınma zmlak üzərinə hüqüqün yaranması üçün əsasdır:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar ...; 2.5-ci bəndində isə təsbit olunur ki, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri ...” İş üzrə tədqiq olunan sübutlarla müəyyən olunan allardan göründüyü kimi, ona Azərbaycan SSR Nazirlər Sovetinin 21 sentyabr 1961-ci il tarixli 825 nömrəli qərarına müvafiq olaraq Bakı şəhər İK 16 iyun 1980-cı il tarixli 05/273 saylı sərəncamına və Bakı Mənzil İdarəsinin 10 iyul 1980-ci il tarixli 84 N-li əmri əsasında Şüvəlan Gülçülük sovxozu tərəfindən verilmiş orderə müvafiq olaraq, iddiaçı X7 qəsəbəsi Gülçülük sovxozunun idarə binasında, ailə tərkibi 3 nəfərdən ibarət olmaqla, yaşayış sahəsi 90 kv m olan 45 nömrəli ev, həmin evin yerləşdiyi 1500 kv.m torpaq sahəsi onun istifadəsinə verilmişdir (Evin işə əlavə olunmuş planından göründüyü kimi, cəmi torpaq saəhsi 1317,6 kv. m təşkil edir.) Tədqiq olunan sənədlərdə istinad olunan qərar və sərəncamların arxivdə aşkar olunmadığına gəldikdə isə bu hal, Bakı şəhərind doğululmuş, Gülçülük sovxozu ərazində yaşamsış və orada işləyib mübahisəli daşımaz əmlakın sahibi olmuş yerli kənd sakininə münasibətdə, onun təqsiri kimi yozula bilməz, onun hüquqlarının məhdulaşdırılması kimi qiymətləndirilməlidir. “Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki,“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Avropa Məhkəməsinin qərarında təsbit olunan hüquqi mövqeyindən göründüyü kimi, mülki maraq hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda, “Gözlənti” qanuni sayılır. Konkret halda da, iddiaçının mübahisəli ünvanda yerləşən evə və onun yerləşdiyi torpaq sahəsin qanuni gözlənti hüququnun mövcudluğu işdə olan sübutlarla təsdiq olunur. Onu da qeyd etmək lazımdır ki, işə əlavə olunmuş arxiv materiallarına əsasən cavabdeh orqan tərəfindən eyni hal üzrə Şüvəlan Gülçüləük sovxozunda işləyən başqa bir şəxsin adına eyni əmlak kompleksinə (evə və torpaq sahəsinə) eyni sənədlər əsasında, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, ona həmin əmlaka dair reyestrdən çıxarış da verilmişdir (İş vərəqi 79-81). “İnzibati icraat haqqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bələliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının qanuna əsaslanan hüquqi gözləntisi mövcud olduğu halda, cavabdeh qeydiyyat orqanı tərəfindən mübahisəli ünvanda yerləşən daşınmaz əmlakın (evin və üzərində yerləşdiyi torpaq sahəsinin) onun adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina olunması qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmamış, işdə olunan sübutlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmənin iddianın rədd olunması barədə gəldiyi nəticə işdə olan sübutlara və qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Odur ki, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu və onun hüquqlarını pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, faktiki sahə ölçüləri ona verilmiş sənədlərdə təsbit olunan ölçülərdən yuxarı olmayan (torpaq sahəsinə münasibətdə aşağı olan) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu küçəsi, ev 45-in, torpaq sahəsi ilə birlikdə mövcud vəziyyətində mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı adına ünvan 1 ünvanıda yerləşən evə və həmin evin yerləşdiyi torpaq sahəsinə mövcud vəziyyətində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən ona çıxarış verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatii kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar