Məhkəmə qərarları › İş №2-1(103)-1858/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1858/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1858/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi) “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi) qarşı «vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3578/2023 saylı 14 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə qarşı “cavabdehin inzibati şikayətin təmin edilməməsi haqqında 20 avqust 2021-ci il tarixli **********615700 nömrəli qərarının ləğv edilməsi, iddiaçıya hesablanmış vergi borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti həmin Xidmətin Bakı şəhəri X8 üzrə Baş İdarəsi ilə əvəz edilmiş və iddia dəyişdirilərək «cavabdehin 16 iyul 2019-cu il tarixli **********802900 nömrəli qərarının ləğv edilməsi» kimi qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3578/2023 saylı 14 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, həmin qərardadın ləğv edilməsi və işə yenidən baxılması üçün qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2017-ci il məcburiyyət qarşısında VÖEN açmış, VÖEN-nin təsnifat kodu 97000 (Muzdlu işçilərlə şəxsi ev təsərrüfatlarının fəaliyyəti) idi ki, bu təsnifat kodu da heç bir halda ticarətə aid deyildir. Xətai Rayonu Dövlət Sosial Müdafiə Fonduna hər rüb hesabdan verməmək üçün həmin qurumda VÖEN-i xx.xx.2019-cu il tarixində 5 il müddətinə dondurmuşdur. VÖEN-nin aktiv olması üçün Vergi Orqanına müraciət etməməsinə baxmayaraq xx.xx.2018-ci tarixdə "xxxx" MMC onun dondurulmuş VÖEN-nə onun icazəsi olmadan e-qaimə göndərir (alğı-satqı müqaviləsi, təhvil təslim aktı, ödənişlə bağlı bir dənə təsdiqli sənəd olmadan), bu qaimə 5 iş günü içarəsində ondan xəbərsiz sistem tərəfindən qəbul olunur və 2019-cu ilin 2-ci rübün əvvəlində Vergi Departamenti əməkdaşının ona zəngindən sonra xəbəri olmuşdur ki, onun dövlətə bu səbəbdən borcu yaranmışdır. Məsələ ona aydın olandan sonra o, Vergi Orqanına kifayət qədər elektron müraciətlər göndərmiş və hər dəfəsinə onlara yazılı olaraq bildirmişdir ki, onun bu firma ilə heç bir ticarət əlaqəsi yoxdur. Bu ticarətin baş tutması üçün hər hansısa bir sənədə imza atıb onu təsdiq etməmişdir. Hətta ticarətinin olmamasına, bildirilən dövriyyənin olmasının mümkünsüzlüyünü aydın formada bildirən səbəb aylıq gəlirləri, anbarının, ticarət obyektinin, kassa aparatının olmamasıdır deyə həm yazılı, həmdə telefonuna olunan zənglərdə və izahatlarında dəfələrlə bildirmişdir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçının hazırki işdə mübahisələndirdiyi cavabdehin 16 iyul 2019-cu il tarixli **********802900 nömrəli qərar artıq ləğv olunmuş, belə ki, bundan sonra vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********059200 saylı qərar qəbul edilmişdir ki, hansı ki həmin qərardan iddiaçının verdiyi inzibati şikayət Dövlət Vergi Xidmətinin **********615700 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Sonuncu xx.xx.2021-ci il tarixli qərardan da iddiaçının verdiyi inzibati şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 84 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Odur ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarında olan “Fiziki şəxsin fəaliyyətinin dayandırılması haqqında” arayışdan görünür ki, Vergi ödəyicisi İddiaçı (VÖEN-i **********) ərizənin 3-cü bölməsində göstərilən vergi ödəyicisi işçisinin (filialının, nümayəndəliyin, təsərrüfat subyektinin (obyektinin)) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Bu qərara əsasən fəaliyyətin dayandırılmasının xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olmasını Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinə bildirmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********802900 saylı 16 iyul 2019-cu il tarixli qərarından görünür ki, iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 4894,42 manat məbləğində vergi hesablanmışdır. Həmin qərara əsasən verilmiş “Vergi borcunun ödənilməsinə dair” xx.xx.2019-cu il tarixli **********7 nömrəli bildirişə görə, İddiaçı xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 5.750.94 manat, o cümlədən: vergilər üzrə 4,894.42 manat maliyyə sanksiyaları üzrə 0.00 manat faizlər üzrə 856.52 manat məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır. Cavabdehin Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 22 avqust 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən 19 avqust 2019-cu il tarixdə təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: “Sadələşdirilmiş vergi bəyannaməsi"nin təqdim edilməsinə baxmayaraq, həmin bəyannamənin 1 nömrəli Əlavəsi (fiziki şəxslər üçün) (“Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat") təqdim edilməmişdir. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində hesabat dövrü ərzində ( əldə etdiyi e-QF üzrə çəkdiyi xərclərin məbləğinin 117245.12 manat, muzdlu işlə əlaqədar ödədiyiniz xərclərinizin məbləğinin 0 manat, sosial sığorta haqqı üzrə xərclərinizin məbləğinin 0.00 manat və daşınmaz əmlakın icarəsinə görə ödədiyiniz məbləğin 0 manat) cəmi xərclərinizin 117245.12 manat məbləğində müəyyən edilməsinə baxmayaraq təqdim edilən bəyannaməyə əsasən vergi tutulan dövriyyə ilə ( 0.00 manat) çəkdiyi xərclər arasında 117245.12 manat uyğunsuzluq yaranmışdır. Bununla əlaqədir olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməsi tələb olunur: Sənədlər: Sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsi və Həmin dövr üçün dəqiqləşdirilmiş Sadələşdirilmiş vergi bəyannaməsi. Təqdim edilən vergi bəyannaməsi, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5(beş) iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri(məlumatları) vergi orqanına təqdim etməyi tələb olunur. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər(məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37.67. və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini yenidən hesablamaq hüququ vardır. Vergi borcunun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli **********4 nömrəli bildirişdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 5,853.05 manat, o cümlədən: vergilər üzrə 4,893.66 manat, maliyyə sanksiyaları üzrə 39.24 manat, faizlər üzrə 920.15 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır. İddiaçı cavabdehə xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, o, şəxsi vərəqəsində görünən 5813.81 manat təsdiqlənməmiş azalma məbləğinin təsdiqlənməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********708400 nömrəli müraciətə baxılması barədə məktubdan görünür ki, onun təsdiqlənməmiş azalma barədə məktubuna Vergilər Nazirliyinin Bakı şəhəri X8 üzrə Baş idarəsində baxılmışdır. Bəyannamədə yaranmış uyğunsuzluqlar barədə xx.xx.2019-cu il tarixli **********150900 saylı "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə əsasən vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Qeyd olunanlarla əlaqədar, 2018-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinə kameral vergi yoxlaması ilə 4894,42 manat vergi məbləği hesablanmışdır. Vergi borcunun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli **********1 nömrəli bildirişdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 12.352.75 manat, o cümlədən: vergilər üzrə 9.787.32 manat, maliyyə sanksiyaları üzrə 40,00 manat, faizlər üzrə 2,525.43 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır. Vergilər Nazirliyinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıqdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 6 720,01 manat, o cümlədən vergilər üzrə 4.893,66 manat, maliyyə sanksiyası üzrə 40,00 manat, faizlər üzrə 1.786,35 manat və məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0,00 manat borcu vardır. Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli **********767200 nömrəli İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyasının tətbiq edilməsi və Maliyyə sanksiyasının məbləği 10 gün ərzində ödənilməsi qərara alınmışdır. Vergi borcunun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli **********7 nömrəli bildirişdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 6.820.01 manat, o cümlədən: vergilər üzrə 4,893.66 manat maliyyə sanksiyaları üzrə 140.00 manat faizlər üzrə 1,786.35 manat məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana bir neçə dəfə oxşar müraciətlər edərək, qeyd olunan e-qaimənin və VHF-nın adından çıxarılmasını və şəxsi vərəqədə hesablanmış 6,696.00 manat borc məbləğinin silinməsini xahiş etmişdir. Cavabdehin Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının 18 iyun 2021ci il tarixdə təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: Sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsinə baxmayaraq, həmin bəyannamənin 1 nömrəli əlavəsi (fiziki şəxslər üçün) (Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) təqdim edilməmişdir. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində hesabat dövrü ərzində ( əldə etdiyiniz e-QF üzrə çəkdiyi xərclərin məbləğinin 117245.12 manat, muzdlu işlə əlaqədar ödədiyi xərclərin məbləğinin 0 manat, sosial sığorta haqqı üzrə xərclərinin məbləğinin 0.00 manat və daşınmaz əmlakın icarəsinə görə ödədiyi məbləğin 0 manat) cəmi xərcləri 117245.12 manat məbləğində müəyyən edilməsinə baxmayaraq təqdim etdiyi bəyannaməyə əsasən vergi tutulan dövriyyəni ilə ( 0.00 manat) çəkdiyi xərclər arasında 117245.12 manat uyğunsuzluq yaranmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********059200 nömrəli Qərarına əsasən iddiaçıya təqdim edilmiş bəyannamə, hesabat üzrə onun tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 0.00 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 4.894.42 manat hesablanmışdır. Həmin qərardan iddiaçının verdiyi inzibati şikayət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 20 avqust 2021-ci il tarixli **********615700 nömrəli qərarı ilə təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021ci il tarixli **********059200 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarlardan iddiaçının verdiyi inzibati şikayət isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 84 nömrəli 30 sentyabr 2022-ci il tarixli Qərarı ilə təmin edilməyərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında" 20 avqust 2021-ci il tarixli **********615700 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 7 iyul 2021-ci il tarixli **********059200 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçıya ünvanlanan “Vergi borcunun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə” xəbərdarlıqdan görünür ki, iddiaçı onun xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi borcu barədə xəbərdar olunmuşdur. Vergi ödəyicisinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən vergi öhdəlikləri barədə xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı vergi uçotunun ləğv edilməsi ərizəsi **********978300 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi - cavabdehin 16 iyul 2019-cu il tarixli **********802900 nömrəli qərarından sonra eyni vergi borcunun hesablanması barədə 07 iyul 2021-ci il tarixli **********059200 saylı qərar qəbul olunmuşdur, hansı ki, həmin qərarın ləğvi ilə bağlı iddiaçının verdiyi inzibati şikayətlər yuxarı inzibati orqanlar tərəfindən təmin edilməmişdir. Buna baxmayaraq iddiaçı işə birinci instansiya qaydasında baxılarkən onun hüquqlarını pozan 07 iyul 2021-ci il tarixli **********059200 saylı qərarın ləğv edilməsi tələbini irəli sürməmiş və ona bu barədə məhkəmə tərəfindən müvafiq hüquqi yardım göstərilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi 16 iyul 2019cu il tarixli **********802900 nömrəli qərardan sonra eyni vergi borcunun hesablanması barədə 07 iyul 2021-ci il tarixli **********059200 saylı qərarın qəbul edildiyini və iddiaçının hüquqi marağının da həmin qərarın ləğv edilməsinə yönəldiyini nəzərə alaraq ona məhz həmin qərarın mübahisələndirilməsi ilə bağlı müvafiq hüquqi yardımı göstərməmişdir. İddiaçının mübahisələndirdiyi 16 iyul 2019-cu il tarixli **********802900 nömrəli qərarın ləğv edilməsi barədə tələbinə münasibətdə isə məhkəmə qanunla müəyyənləşdirilmiş müddətin buraxılmasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Halbuki birinci instansiya məhkəməsi 16 iyul 2019-cu il tarixli **********802900 nömrəli qərarın ləğvi barədə qoyulmuş iddia tələbi ilə bağlı iddianın mümkünlüyü baxımından iddiaçının hüququn pozulub-pozulmadığını müəyyənləşdirərəkən iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığını nəzərə almalı və bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün əlverişli iddia növündən istifadə edib-etmədiyini yoxlamalı idi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsasında iddianın mümkünlüyü ilə bağlı birinci instansiya məhkəməsi sonadək zəruri araşdırmanı aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-3578/2023 saylı 14 dekabr 2023-cü qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3578/2023 saylı 14 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar