Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1859/2025 02.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğvi və müddətsiz əlilliyin bərpası” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X8 və X7 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi və müddətsiz əlilliyin bərpası” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3386/2024 saylı 10 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən X6, ÜİX gərginlik stenokardiyası İİİ f.s xəstəliyi diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. X23-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə, saat 11:40-da Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunmuşdur. Bildirişdə həmçinin iddiaçının əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati aktın qəbul ediləcəyi qeyd edilmişdir. İddiaçı dair X20 çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə müayinə edilərək, X3 İX X14 Xəstəlikləri=>İ20-İ25-X12=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.0, Təsnifat: Qeyristabil stenokardiya. Diaqnozun Mətni: X6, ÜİX.Gərginlik Stenokardiyası İİİ f/s, səbəbi ilə” diaqnozu ilə qiymətləndirilmiş və “diaqnoz öz təsdiqini tapmadı barədə qərar qəbul edilmişdir” səbəbi ilə əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 3-17-4/3-1- 16381/2023 saylı 16 iyun 2023-cü il tarixli qərarından görünür ki, bir neçə şəxsə münasibətdə, o cümlədən Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı (FİN:OYBTZAP) dair “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi qərara alınmışdır. X24-Sosial Ekspertiza və X5 Heyətinin xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 16348/2023 saylı Qərarında da bir neçə şəxsə olduğu kimi, o cümlədən İddiaçı barəsində qüvvədə olan qərarların ləğv edildiyi qərara alınmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli bildirişində də göstərilmişdi ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz 2-ci dərəcə əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi idarə heyətinin xx.xx.2023-cü il tarixli qərarının İddiaçı aid hissədə ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırmışdır ki, 21098/2023 saylı bildirişlə ona xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz 2-ci dərəcəli əlilliyinin ləğvi barədə qərar qəbul edildiyi bildirilmişdir. Ləğvetmə barədə qərarın mətni ilə e-sosial portalından tanış olunması göstərilsə də, həmin qərar bu günə qədər şəxsi kabinetdə öz əksini tapmamışdır. İddiaçı, cavabdehin ləğvetmə barədə qərarı ilə yalnız Bakı İnzibati Məhkəməsinin icraatında olan iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının təqdim etdiyi sənədlər əsasında məlumatlı olmuşdur. Bu əsasdan iddiaçı heab edir ki, xx.xx.2023-cü il tarixli qərarın mübahisələndirilməsi üçün müddəti ötürməmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan onun əlillik qiymətləndirilməsini ləğv edərkən düzgün qənaətə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxs əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində alt sistemə daxil edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan ləğvetmə barədə bildirişdə və qərarda adı çəkilən normaya istinad etsə də, əlilliyin qiymətləndirilməsi qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması, həmin sübutların kim tərəfindən təqdim edilməsi, eləcə də risk qrupu dedikdə, bu qrupa kimlərin hansı meyar əsasında daxil edilməsini əsaslandırmamışdır. İş materiallarından göründüyü kimi, xx.xx.2021-ci il tarixdə müddətsiz olaraq cavabdeh inzibati orqan tərəfindən əlillik təyin edilmişdir. Həmin əlillik təyin olunan zaman cavabdeh inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuşdur. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən hər hansı bir mötəbər və əsaslı sübut göstərilmədən qanunverciliklə ona verilmiş səlahiyyətindən sui-istifadə etməklə iddiaçının əlillik qiymətləndirilməsinin ləğvinə yönələn hərəkətlər etməsi əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin şəxslərin əyani müayinəyə cəlb olunması nəzərdə tutulmuş və müvafiq qaydada ünvanlarına dəvət məktubları göndərilmiş, müayinəyə gəlməyəcəkləri təqdirdə əlillik vəziyyətlərinin onların iştirakı olmadan qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı dair tibb müəssisəsinin 2782003AAB6T nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS:**********9). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17- 4/2-B-11299/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3386/2024 saylı 10 dekabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16348/2023 nömrəli qərarının İddiaçı aid hissədə ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə cavabdehin əlillik alt sisteminə daxil edilmiş 20 iyun 2022-ci il tarixli əyani müayinə aktında X25 barədə məlumatların aşkar olunması barədə dəlilinə münasibətdə qeyd edir ki, sözügedən məlumatların iddiaçı tərəfindən təqdim edilməsinə dair sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, Qanunun 67.6.2-ci maddəsinin təsirinə düşmür. Belə olan halda məhkəmə hesab edir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, cavabdeh qurum iddiaçını əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin Qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.2-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Yuxarıda qeyd edilənləri qəbul etməyərək bildirilir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi lazımi qaydada araşdırmayaraq vətəndaşın əyani müayinəyə çağırılmasında haqlı olmadığını qeyd etməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin şəxslərin əyani müayinəyə cəlb olunması nəzərdə tutulmuşdur və müvafiq qaydada ünvanlarına dəvət məktubları göndərilmişdir, müayinəyə gəlməyəcəkləri təqdirdə əlillik vəziyyətlərinin onların iştirakı olmadan qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və məhkəmə qərarının ləğv olunub, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq iddiaçı həmçinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16348/2023 nömrəli qərarının ona münasibətdə ləğv edilməsi ilə yanaşı, həmçinin Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-16348/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının da ona aid olan hissədə ləğv edilməsini və müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbi “mübahisələndirmə haqqında” və “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. İddiaçının mübahisələndirdiyi hər iki inzibati aktın ona cavabdeh qurum tərəfindən nə vaxt təqdim olunduğu iş materiallarından müəyyən olunmur. İddiaçı isə müvafiq iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddiaçının ikinci tələbinə gəldikdə isə həmin tələb “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğu üçün həmin iddia növləri üzrə də məhkəməyə müraciət etmə müddəti qanunla müəyyən olunmadığını və məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1-ci, 39.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur, mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, işin birinci instansiya məhkəməsində icraatı zamanı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16348/2023 nömrəli qərarının ona aid hissədə ləğv edilməsi” barədə olmuşdur. Birinci instansiya məhkəməsi həmin tələbin təmin edilməsi qənaətinə gəlmişdir. İşin apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, iddiaçının mübahisələndirdiyi Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Heyətinin 3-17-4/3-3-16348/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının qəbul edilməsi üçün əsas Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-16348/2023 saylı xx.xx.2023-cü il tarixl qərarı olmuşdur. Lakin iddiaçı həmin qərarı mübahisələndirməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə isə iddiaçıya bununla bağlı iddia tələbinin dəqiqləşdirilməsini təklif etməmiş, bu barədə ona hüquqi yardım da göstərməmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçıya müvafiq hüquqi yardımı göstərərək, ona iddia tələbini dəqiqləşdirməyi təklif etmiş və iddiaçı da bununla razılaşaraq, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16348/2023 nömrəli qərarının ona münasibətdə ləğv edilməsi ilə yanaşı, həmçinin Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3- 16348/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının da ona aid olan hissədə ləğv edilməsini və müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələblərinin əsaslı olduğu üçün təmin edilməli olduğu qənaətinə gəlir və bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İddiaçı dair təqdim olunmuş sənədlərdən, o cümlədən X20 çıxarışlardan görünür ki, - iddiaçı xx.xx.2012-ci il tarixdə müayinə edilərək, “Ümumi Xəstəlik; X3 İX X14 Xəstəlikləri=>İ20-İ25-X12=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.9-Dəqiqləşdirilmiş Stenokardiya; Diaqnozun Mətni: Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası 2fs; Meyar: 2.3 üçüncü dərəcəli əlillik => Digər: X28 xəstəlikləri ilə əlaqədar 1 il müddətinə əlillik təyin edilmişdir. - xx.xx.2014-cü il tarixdə müayinə edilərək, “Ümumi Xəstəlik; X3 İX X14 Xəstəlikləri=>İ20-İ25-X12=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.8- Tənifatı X6, Diaqnozun Mətni: Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası fs3 Arterosklerotik kardioskleroz; Meyar: 2.2 ikinci dərəcəli əlillik => Digər: X28 xəstəlikləri. - xx.xx.2015-ci il tarixdə müayinə edilərək, “Ümumi Xəstəlik; X3 İX X14 Xəstəlikləri=>İ20-İ25-X12=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.8- Tənifatı X6, Diaqnozun Mətni: Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası fs İİİ Aortanın sklerozu. Hipertoniya xəstəliyi, ürəyin zədələnməsi ilə. Hipertonik ensefalopatiya. 2.2 ikinci dərəcəli əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meyilliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi. - xx.xx.2016-cı il tarixdə müayinə edilərək, 5 il müddətinə əlillik dərəcəsi müəyyən edilmişdir. “Ümumi Xəstəlik; X3 İX X14 Xəstəlikləri=>İ20-İ25-X12=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.8- Tənifatı X6, Diaqnozun Mətni: Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası fsİİİ Aortanın sklerozu. Hipertoniya xəstəliyi İİ mərhələ, ürəyin zədələnməsi ilə. Hipertonik ensefalopatiya. 2.2 ikinci dərəcəli əlillik => 2.2.3. Sürətlə inkişaf edən, teztez təkrarlanan angiospastik krizlərə meyilliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi. - xx.xx.2021-ci il tarixdə müayinə edilərək, müddətsiz olaraq əlillik dərəcəsi müəyyən edilmişdir. “Ümumi Xəstəlik; X3 İX X14 Xəstəlikləri=>İ20-İ25-X12=>İ20- Stenokardiya (Döş İnağı) =>İ20.8- Tənifatı: Qeyri-stabil stenokardiya. Diaqnozun Mətni: X6, ÜİX gərginlik stenokardiyası İİİ fs. 2.2 ikinci dərəcəli əlillik => 2.2.1.ürək qüsurları və y miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davmlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109, 111.0,113-113.2,120-125,...) Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meyilliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi. Sonuncu dəfə cavabdeh qurum iddiaçıya xx.xx.2023-cü il tarixli bildiriş ünvanlamış və iddiaçı 16.06.023-cü il tarixdə saat 11:40-da Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunmuşdur. Bildirişdə həmçinin iddiaçının əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati aktın qəbul ediləcəyi qeyd edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə müayinəyə çağırılmış, müayinə edilərək, X3 İX X14 Xəstəlikləri=>İ20-İ25-X12=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.0, Təsnifat: Qeyri-stabil stenokardiya. Diaqnozun Mətni: X6, ÜİX.Gərginlik Stenokardiyası İİİ f/s, səbəbi ilə” diaqnozu ilə qiymətləndirilmiş və “diaqnoz öz təsdiqini tapmadı barədə qərar qəbul edilmişdir” səbəbi ilə əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz, 2-ci dərəcə əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı ikinci dərəcə əlillik təyin edilməsi barədə qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların məhkəməyə təqdim edilməsi barədə sorğu vermiş və DTSERA-nın xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırması çərçivəsində “Ürək xəstəliklərinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Sözügedən vətəndaşın xx.xx.2021-ci il tarixli “Əlavə müalicəyə ehtiyacın olması” səbəbli imtina qərarının xx.xx.2022-ci il tarixində etibarsız edilərək əlillik təyinatının bərpası işinə elektron formada baxış keçirilən zaman bu təyinatla bağlı “Əlillik” altsisteminə daxil edilmiş, xx.xx.2022-ci il tarixli, **********9 nömrəli əyani müayinə aktında X25 (FİN: 40KWSG5) barədə məlumatlar aşkar olunmuşdur. Bununla da İddiaçı (FİN: xxxxxxx) əyani müayinədə iştirak etməməsi şübhəsi yarandığından vətəndaş xx.xx.2023-cü il tarixli, 3-17- 4/2-B-11299/2023 nömrəli xəbərnaməli çağırış məktubu ilə xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuşdur. Lakin cari tarixədək müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində barəsində xx.xx.2021-ci il tarixli əlillik təyinatı qərarı ləğv edilərək xx.xx.2023-cü il tarixində diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir. Məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli əyani müayinə aktında aşağıdakılar göstərilmişdir: “Biz, aşağıda imza edənlər bu aktı tərtib edirik ondan ötrü ki, əlilliyin qiymətləndirilməsindən narazı olan Qobustan rayon sakini X25 DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Qobustan, Təkiə-Mirzəbaba K-Di. ünvanında qeydiyyatda olan X19 (Fin- 40KWSG5) vəziyyəti səhiyyə müəssisəsinin 2574003AAR7S nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “ əlavə müalicəyə ehtiyacın olması" barədə qərar verilmişdir. Ətraflı səbəb: “ 2012-ci ildən sonra xəstə bu günə qədər heç bir stasionar müalicə almamışdır. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür”. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Səhiyyə müəssisəsinin 2574003AAR7S nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "əlavə müalicəyə ehtiyacın olması” barədə qərar düzgün verilmişdir. Lakin xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı X19 hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (F20.8 Şizofreniyanın digər tipi Senestopatik şizofreniya Şizofreniyaya bənzər, Şizofreniyaya bənzər pozuntu Ağırlaşma F50.0 Sinir anoreksiyası) diaqnoza uyğunluq təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.5. bəndinə əsasən İİİ (üçüncü) dərəcə 5 il müddətinə əlillik təyini qərarı verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 3-17-4/3-1- 16381/2023 saylı 16 iyun 2023-cü il tarixli qərarının 1-ci bəndindən görünür ki, Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı (FİN:OYBTZAP) dair tibb müəssisəsinin 2782003AAB6T nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. (ESDAS:**********9). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2- B11299/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi qərara alınmışdır. Bundan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Heyətinin xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16348/2023 saylı Qərarında qeyd olunmuşdur ki, X9 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin və “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin tələblərinə uyğun olaraq 12 nəfərə dair xx.xx.2023-cü il tarixdə əyani müayinəyə cəlb olunması nəzərdə tutulmuşdur və müvafiq qaydada ünvanlarına sifarişli-xəbərnaməli dəvət məktubları göndərilmişdir, müayinəyə gəlməyəcəkləri təqdirdə əlillik vəziyyətlərinin onların iştirakı olmadan qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşlardan 6 nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 6 nəfərin isə tibbi ekspert sənədləri araşdırılmışdır. Həmin vətəndaşlardan 1 nəfərin “əlillik təyinatı barədə qərarının qüvvədə saxlanılması", 6 nəfərin “əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi”, 2 nəfər barəsində “Müalicənin davam etdirilməsi”, 3 nəfər barəsində “Tam reabilitasiya olması”na dair qərar qəbul edilmişdir, (siyahı əlavə olunur). Aparılmış inzibati icraatın nəticələrini və əyani müayinənin həyata keçirilməsi haqqında Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16045/2023 nömrəli qərarını nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 21, 62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020- ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndini rəhbər tutaraq X21 qərara alır:...4. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 6 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilsin. İş üzrə birinci instansiya qaydasında araşdırmalar aparan məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X5 Heyətinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16348/2023 nömrəli qərarının İddiaçı aid hissədə ləğv ediməsi qənaətinə gəlmişdir. Məhkəmə qərarının qanuniliyi və əsaslılığına qiymət verilməmişdən öncə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, işə baxmış məhkəmə adı çəkilən qərarın iddiaçıya aid hissədə ləğv edilməsi qənaətinə gəlsə də, həmin qərarın işdə olan nüsxəsində 6 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarların ləğv edildiyi, lakin qərarda İddiaçı adının olmadığı müəyyən olunmuşdur. Odur ki, işin apellyasiya baxışı zamanı aparılan araşdırmalar nəticəsində müəyyən olundu ki, iddiaçının mübahisələndirdiyi adı çəkilən xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16348/2023 nömrəli qərarın qəbul edilməsi üçün əsas əslində Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-3-16348/2023 saylı qərarı olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu ki, iddiaçının ikinci dərəcə əlilliyi bir neçə şəxsə olduğu kimi, o cümlədən ona münasibətdə ilk dəfə məhz həmin qərarla ləğv edilmiş, sonradan X13 bir neçə şəxsə, o cümlədən də iddiaçıya münasibətdə xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16348/2023 nömrəli qərarı qəbul edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16348/2023 saylı qərarın iddiaçının hüquqlarına və maraqlarına birbaşa toxunduğunu nəzərə alaraq iddiaçıya həmin qərarı da mübahisələndirməyi təklif etmiş və göstərilən hüquqi yardıma uyğun olaraq iddiaçı iddia tələbini dəqiqləşdirərək, həmin xx.xx.2023-cü il tarixli qərarın da ona münasibətdə ləğv edilməsini tələb etmişdir. Cavabdeh qurum tərəfindən məhkəmə kollegiyasına təqdim edilən Agentliyin Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16348/2023 saylı qərarının 1-ci bəndindən görünür ki, Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı (FİN:OYBTZAP) dair tibb müəssisəsinin 2782003AAB6T nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. (ESDAS:**********9). Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-B11299/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi qərara alınmışdır. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2021-ci il tarixdə müayinəsi nəticəsində qiymətləndirilmiş və ona müddətsiz olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra, X9 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparıldığı üçün, sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmış və bununla bağ olaraq təyin edilmiş əlillik dərəcəsinin əsaslılığının yoxlanılması üçün iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiya tərəfindən əyani müayinəyə cəlb edilmişdir. Bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə saat 11:40-da Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunması barədə xx.xx.2023-cü il tarixli bildiriş məktubu göndərilmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə müayinədə iştirakını təmin etməmiş və onun barəsində mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsinə dair Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının 4/3-3- 16348/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı qəbul olunmuşdur. Həmçinin X13 4/3-3- 16348/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə bir neçə şəxsə, o cümlədən iddiaçıya münasibətdə onun qüvvədə olan əlilliyi barədə olan qərarın ləğv edilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icraatla bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması məsələsini araşdırarkən iddiaçının mübahisələndirdiyi X13 4/3-3-16348/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının 4/3-3-16348/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı əsasında qəbul edildiyini nəzərə almamış, belə ki, işin hallarını tam araşdırmamış, iş üçün əhəmiyyətli halları aydınlaşdırmamışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş müddətsiz ikinci dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən ləğv edilməsi ilə bağlı Agentliyin səlahiyyətinin olub-olmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə kollegiya hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi və ya ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. Belə ki, iddiaçı barəsində təqdim olunan Əlillik altsistemindən çıxarış sənələrindən göründüyü kimi, əvvəllər ona xx.xx.2014-cü ildən ikinci dərəcə əlillik müəyyən müddətlərə verilsə də, bu əlilliyi 2021-ci ilədək davam etmiş, sonuncu dəfə xx.xx.2021-ci ildə isə ona həmin ikinci dərəcə əlillik müddətsiz təyin edilmişdir. Bu zaman Agentlik onun əyani müayinəsini həyata keçirdikdən sonra qərar qəbul etmişdir. Yəni, bu barədə cavabdeh qurumun inzibati aktı mövcuddur. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdeh qurum həmin inzibati aktı şübhə altına alaraq, yenidən inzibati icraat aparmaq məqsədilə iddiaçının müayinəyə dəvət olunması barədə ona bildiriş göndərmiş, sonradan isə xx.xx.2021-ci ildə ikinci dərəcə müddətsiz verilmiş əlilliyi Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2023-cü il tarixli qərarı, daha sonra X16 xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv etmişdir. Qeyd olunmalıdır ki, Agentliyin xx.xx.2021-ci il tarixli təkrar qiymətləndirilmə ilə bağlı qəbul etdiyi qərarı (iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin verilməsi barədə) inzibati akt dəyəri daşıyır. Bu səbəbdən onun ləğv edilməsi ilə bağlı cavabdeh təzələnmiş icraat çərçivəsində bir icraat aparmalıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt isə qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəi şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh xx.xx.2021-ci il tarixli əlillik təyinatı haqıında qərarını ləğv edərkən həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Qanunun: Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırki işdə yuxarıda adı qeyd olunan Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmır. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələlərdən birincisi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraat başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Kollegiya hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən həm də İnzibati icraat haqqında Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələbinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Hazırki işdə cavabdeh qurum iddiaçının müddətsiz ikinci dərəcə əlilliyi barədə olan qərarı ləğv edərkən əlillik alt sisteminə daxil edilmiş xx.xx.2022-ci il tarixli əyani müayinə aktında X25 barədə məlumatların aşkar olunmasına istinad edir. Halbuki həmin məlumatların məhz iddiaçı tərəfindən təqdim olunmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Bununla yanaşı, cavabdeh istinad etdiyi “xx.xx.2022-ci il tarixli əyani müayinə aktında X25 barədə məlumatların” iddiaçıya xx.xx.2021-ci ildə müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş məlumatlar olduğunu sübuta yetirə bilməmişdir. Yəni, həmin məlumatların məhz iddiaçıya aid əlillik alt sisteminə vaxtilə daxil edilmiş məlumatlar olduğu iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda cavabdeh qurum iddiaçını əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır. Çünki yuxarıda da qeyd olunduğu kimi, təkrarən əlillik vəziyyətinin qiymətləndirilməsi öncə əsaslı şübhələrin mövcudluğunun sübuta yetirilməsi, bu şərt ödənildikdən sonra isə şəxsin əyani müayinəyə cəlb olunması nəticəsində həyata keçirilə bilər. Beləliklə, aparılan araşdırmalar onu deməyə əsas verir ki, cavabdeh qurum tərəfindən iddiaçının mübahisələndirdiyi həm xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 16348/2023 saylı, həm də xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16348/2023 saylı qərarlar qəbul edilərkən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə yanaşı, həm də inzibati icraat haqında qanunvericiliyin tələbləri pozulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Hazırki işdə iddiaçı onun hüquqlarını pozan xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 16348/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16348/2023 saylı qərarların ona münasibətdə ləğv edilməsi ilə yanaşı, həm də haqlı olaraq müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, mübahisələndirilən inzibati aktların iddiaçıya münasibətdə ləğv edilməsi ilə yanaşı, həm də iddiaçının əvvəlki hüquqlarının bərpası təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3386/2024 saylı 10 dekabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iddiaçının apellyasiya baxışı zamanı verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə uyğun olaraq iddiası təmin olunmalı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının 3-17-4/3-3- 16348/2023 saylı xx.xx.2023-cü il tarixli və X13 3-17-4/3-3-16348/2023 saylı xx.xx.2023cü il tarixli qərarları İddiaçı münasibətdə ləğv edilməli, iddiaçıya xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3386/2024 saylı 10 dekabr 2024-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçının apellyasiya baxışı zamanı verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə uyğun olaraq iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-16348/2023 saylı xx.xx.2023-cü il tarixli və X13 3-17-4/3-3-16348/2023 saylı xx.xx.2023-cü il tarixli qərarları İddiaçı münasibətdə ləğv edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X22 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1859/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1859/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver