Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-186/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxs X5 vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ fərdi yaşayış evinin yerləşdiyi 850.0 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsi üzərində hüququn iddiaçının mərhum atasına məxsus olması haqqında arayışın (çıxarışın) ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1056/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və tələbinin həcminin artırılması barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 33 saylı evin yerləşdiyi 850.0 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsi üzərində hüququn iddiaçının mərhum atası X8 məxsus olması haqqında arayışın (çıxarışın) və həmin torpaq sahəsinin 5\8 hissəsinə onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 33 saylı ev mərhum atası X6 mülkiyyətində olmuşdur. Onun vəfatından sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin evin 5/8 hissəsi üzərində onun mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq bu barədə ona **********28-10301 reyestr nömrəli çıxarış verilmişdir. Lakin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 33 saylı evin 850.0 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsi barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmadığına görə həmin torpaq sahəsi çıxarışda da göstərilməmişdir. Halbuki, keçmiş Azerbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosu tərəfindən əvvəllər mərhum atası X8 verilmiş evi o texniki pasportunda keçmiş Lenin (hazırki Sabunçu) rayon İcraiyyə Komitəsinin xx xxxxxxxx 1960-cı il tarixli 168/a saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 33 saylı evin və 850.0 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsinin onun sahibliyində və qanuni istifadəsində olduğu öz əksini tapmışdır. Bununla əlaqədar 850.0 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsi üzərində hüququn mərhum atası X8 məxsus olması haqqında arayışın verilməsi ilə əlaqədar cavabdehə ərizə ilə müraciət edərək, bütün lazımi sənədləri həmin İdarəyə təqdim etmişdir. Sənədləri qaydasında olmasına baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək, 850.0 kv.m. ölçüdə olan həyətyanı torpaq sahəsi üzərində hüququn mərhum atası X9 məxsus olması haqqında arayışın verilməsindən imtina etmişdir. Cavabdehin imtinasını ona görə qanunsuz və əsassız hesab edir ki, keçmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosu tərəfindən əvvəllər mərhum atası X8 verilmiş evin texniki pasportunda keçmiş Lenin (hazırki Sabunçu) rayon İcraiyyə Komitəsinin xx xxxxxxxx 1960-cı il tarixli 168/a saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 33 saylı evin və 850.0 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsinin onun sahibliyində və qanuni istifadəsində olduğu göstərilmişdir. Bunlara görə də hesab edir ki, cavabdeh tərəfindən mübahisəli 850.0 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsi üzərində hüququn mərhum atası X8 məxsus olması haqqında arayış verilməlidir. İddiaçı tələbini əsaslandırmaq üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 5.1, 8.0.3 və 22.2-ci maddələrinə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1056/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 33 saylı evin yerləşdiyi 850.0 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsinin mərhum atası X8 məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 87,6 kv.m. olan fərdi yaşayış evi (yerləşdiyi 0,01127 ha torpaq sahəsi üzərində hüququn növü - istifadə, mülkiyyət növü - dövlət olmaqla) paylı mülkiyyətdə olmaqla 5/8 hissəsi İddiaçı, 1/8 hissəsi X5, 2/8 hissəsi isə X6 (açıq qalır) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Lakin müvafiq fərdi yaşayış evinin 3/8 hissəsinə dair mərhum X6 vərəsələrinin razılıq ərizəsi İdarəyə təqdim edilməmişdir. Bundan başqa, İdarənin elektron kadastr baza məlumatlarına əsasən texniki pasporta üzrə 850,0 kv.m. göstərilən torpaq sahəsinin 600,0 kv.m hissəsi Bakı Metropoliteni QSC- 08 və B-09 stansiyaları üzrə havalandırma şaxtasının tikintisi üçün Başı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Metropoliteni QSC-yə verilmiş ayrıc aktının daxilində yerləşir. Həmçinin müvafiq torpaq sahəsinin perimetrik ölçülərində və konfiqurasiyasında fərq mövcuddur. Bundan əlavə, texniki pasportda torpaq sahəsinin ölçüsü 850,0 kv.m göstərilsə də, faktiki olaraq torpaq sahəsinin ölçüsü 874,0 kv.m.-dir. Lakin əlavə torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Qeyd olunanlardan əlavə, müvafiq daşınmaz əmlakla bağlı iddiaçı X5 cavabdeh İddiaçı qaşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi üzrə mülki iş olması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən 2(008)-3428/2019 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə bildirişi daxil olmuşdur. Lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Göründüyü kimi, birinci instanqsiya məhkəməsi tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanların və müvafiq işin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Metropoliteni QSC, Bakıxanov qəsəbəsi Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və ekspertiza təyin edilməlidir. Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1, 23, , “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10, 6.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.4, 55, 62, 67, 68, İPM-in 81, 83, 85, 87-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Kəlbiyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edimişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili E.Əliyarov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir. İşin mübahisələndirilməyən hallarına görə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X8 məxsus olmuş, onun xx xxxxxxxx 2016-cı il tarixdə vəfatından sonra, həmin fərdi yaşayış evinin 5\8 hissəsi paylı mülkiyyət hüququ ilə İddiaçı Nəsən qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, onun adına xx xxxxxx 2018-ci il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində» ******* saylı Çıxarış verilmiş, 3\8 hissəsi mərhumun digər vərəsələrinə (X12, X13, X10) münasibətdə açıq saxlanılmışdır. İşin materiallarından aydın olur ki, İddiaçı qeyd olunan fərdi yaşayış evinin yepləşdiyi torpaq sahəsinə dair mərhum atasının adına arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixli, **********70 nömrəli «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş» ünvanlanaraq qeyd edilmişdir ki, fərdi yaşayış evinin 3/8 hissəsinə dair mərhum X6 vərəsəsinin razılıq ərizəsi əlavə edilməklə sənədlərin əsli ilə müraciət edilməsi məqsədəmüvafiqdir. Elektron kadastr məlumatına əsasən məlum olmuşdur ki, texniki pasporta üzrə 850.0 kv.m göstərilən torpaq sahəsinin 600.0 kv.m hissəsi Bakı Metropolitenin B-08 və B-09 stansiyaları üzrə havalandırma şaxtasının tikintisi üçün Başı şəhər İcra Hakimiyyəti ayrıcı daxilinə düşür. Həmçinin torpaq sahəsinin perimetrik ölçülərində və konfiqurasiyasında fərq mövcuddur. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş, tələbində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 33 saylı evin yerləşdiyi 850.0 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsi üzərində hüququn iddiaçının mərhum atası X8 məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi (1-ci tələb); həmin torpaq sahəsinin 5\8 hissəsinə onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması (2-ci tələb); Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 2-ci tələbi təmin edilməmiş, qərarın həmin hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası İPM-nin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd olunanlara əsasən Kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin olunması hissəsindən cavabdehin apellyasiya şikayətini mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 33 saylı evin yerləşdiyi 850.0 kv.m ölçüdən ibarət olan torpaq sahəsinin üzərində iddiaçının mərhum atası X8 məxsus olması haqqında arayışın verilməsi tələbinin hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə qərarının yoxlanılan hissəsində gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işə əlavə edilmiş, «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndiriməsinə aid» X4 adına dekabr 1975-ci il tarixdə tərtib edilmiş Pasporta əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 850 kv.m-dən ibarət torpaq sahəsində yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qanunun istinad olunan normalarının tələbindən göründüyü kimi, fərdi yaşayış evinin mülkiyyətçisinin qanuni istifadəsində olan torpaq sahəsi onun mülkiyyətinə verilir. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, Həsən Müslümovun 2016-cı ildə vəfatından sonra ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 5/8 hissəsi vərəsəlik qaydasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, 3\8 hissəsi isə mərhumun digər vərəsələrinə (X12, X13, X10) münasibətdə açıq saxlanılmışdır. Başqa sözlə fərdi yaşayış evinin mülkiyyətçisi mərhum deyil, iddiaçı da daxil olmaqla onun vərəsələri olduğundan, Qanunun istinad olunan normalarının tələblərinə əsasən tikilinin yerləşdiyi torpaq sahəsi də yeni mülkiyyətçilərin qanuni istifadəsinə verilmişdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin hazırki mübahisəyə tətbiqi üçün hüquqi əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 5/8 hissəsinin mülkiyyətçisi olan iddiaçının, həmin evin yerləşdiyi torpaq sahəsinə dair mərhum atasının adına arayışın (çıxarış) verilməsi tələbi həm “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinin, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar yoxlanılan hissədə (iddianın qismən təmin edilməsi) maddi hüquq normalarının pozulmasına görə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 33 saylı evin yerləşdiyi 850.0 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsi üzərində hüququn mərhum atası X8 məxsus olması haqqında arayışın (çıxarışın) ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Q Ə R A R A A L D İ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1056/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı yoxlanılan hissədə-iddianın qismən təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsində yerləşən 33 saylı evin yerləşdiyi 850.0 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsi üzərində hüququn iddiaçının mərhum atası X8 məxsus olması haqqında arayışın (çıxarışın) ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər : imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Kəmalə Abiyeva
Məhkəmə qərarları › İş №2-1(103)-186/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-186/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver