Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-186/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X6) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5379/2023 saylı, 19 aprel 2023-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs X7 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mənzili xx.xx.2022-ci il tarixdə almışdır. Mənzili aldıqdan sonra onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin daşınmaz Əmlakın Dövlət reyesterindən ********** nömrəli çıxarış verilmişdir. İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan üçüncü şəxs X10 mənzil ona satıldıqdan sonra 90 (doxsan) gün müddətində qeydiyyatdan çıxacağını bildirsə də lakin o, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır, bu da mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Lakin hazırda arayışdan iddiaçıya məlum olumşdur ki, onun aldığı mənzildə üçüncü şəxs X10 orada yaşamamış və ona məxsus mənzildə heç bir əmlak yoxdur. Üçüncü şəxs onun mənzilində hazırda yaşamır. Hazırda da harada yaşaması barədə iddiaçıda heç bir məlumat yoxdur. Ona görə ki, üçüncü şəxslə hər hansı qohumluq əlaqəsi yoxdur. Üçüncü şəxsin qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi iddiaçının mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5379/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5379/2023 saylı, 19 aprel 2023-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassız və qanunsuzdur və ləğv edilməlidir. Belə ki, o iddia ərizəsi ilə xx.xx.2022-ci ildə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı ilə 27 saylı Notariat Ofisində bağlanılmış AN-İ ******* saylı müqavilənin etibarsız hesab edilməsi və evinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Həmin mülki iş üzrə hazırda xəttşünaslıq ekspertizası təyin edilmiş və işin icraatı dayandırılmışdır. İddianın əsasını təşkil edən mübahisəli alqı-satqı tərəfindən aparılmamışdır. Nərimanov ray., N. Hacıyev küç., ev 3-də yerləşən 32 saylı ümumi sahəsi 47.6 kv.m, yaşayış sahəsi 30.94 kv.m olan iki otaqlı mənzil onun xüsusi mülkiyyətində idi. Hazırda mənzil onun sahiblik və istifadəsində olsa da, bir neçə müddət əvvəl ona məlum olmuşdur ki. X5 etibarnamə düzəltdirərək ona məxsus mənzili İddiaçı satmışdır. İddiaçı və Naibə Novruzi qabaqcadan əlbir olaraq saxta yollarla onun mənzilini mənimsəməyə cəhd etmişlər. Belə ki, müqavilənin bağlandığı tarixdən də göründüyü kimi alqı-satqı müqaviləsi bir müddət əvvəl bağlanmışdır. Lakin cavabdeh İddiaçı adlı şəxs nə mənzilə baxmış, nə müqavilə bağlandığı tarixdən indiyədək mənzildə yaşamış və mənzili faktiki qəbul etmiş, nə də onun kim olduğu, mənzildə niyə yaşadığı ilə maraqlanmış və mənzildən çıxmağını tələb etmişdir. 59 yaşı var və heç bir zaman nə Amerikada olmuş, nə də orada və ya hansısa ölkədə cavabdeh Naibə Novruziyə əmlakını satmaq üçün etibarnamə vermişdir. Dövlət Sərhəd Xidmətinə doğum tariximdən hazırkı dövrədək sərhəddən keçib-keçməməsinə dair «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən məlumatın əldə edilməsi barədə rəsmi məlumat əldə edərkən sübuta yetirilmişdir ki, o, heç bir vaxt Amerikada olmamışdır. X16 Dövlət Notariusu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə saxta yolla cavabdehlər tərəfindən tərtib edilmişdir və etibarsızdır. Eyni zamanda həmin saxta etibarnamədə etibarnamənin xx.xx.2024-cü ildə verildiyi və 3 il müddətinə etibarlı olması qeyd edilmişdir ki, hələ 2024-cü il deyil. Həmçinin həmin etibarnamədəki imza və xətt də ona məxsus deyil. Həmin mülki işin gedişində İddiaçı özünü guya vicdanlı alıcı kimi göstərməyə, alqı-satqıdakı saxtalıqlardan xəbəri olmadığını sübut etməyə çalışsa da, mənzili 110 min manata razılaşmasını dediyi halda 90 minə alqısatqı etdiyini bildirmiş və həmin mülki işin gedişində mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulduğunu, mənzilin alqı-satqısının mübahisələndirildiyini bilə-bilə gizlicə İnzibati məhkəməyə müraciət etmiş və həmin mülki iş barədə məlumatları gizlədərək məhkəməni aldatmağa və hazırki qərarın çıxarılmasına nail olmuşdur. Bu kimi hərəkətləri onun alqı-satqıdakı saxta hərəkətlərinin davamıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən onun qanunla qorunan hüquqlarını pozduğundan və iddianın təmin edilməsi üçün əsaslar olmadığından iddia təmin edilməməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarına istinadən mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixli AN–İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X6 ünvan 3 ünvanında yerləşən mənzili alıcı İddiaçı mülkiyyətinə vermiş, müqavilənin 13-cü maddəsinə əsasən satıcı X6 xx.xx.2022-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 xüsusi mükiyyət hüququ ilə İddiaçı adına, xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırki tələbində iddiaçı qeyd olunan hallara istinad etməklə, X3 Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3, mənzil 32 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş edir. İddia tələbini əsaslı hesab edən məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 3, 32 saylı mənzilin xüsusi mülkiyyətçisidir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi X6 mənzilin keçmiş mülkiyyətçisidir. Belə ki, X1 mənzili xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən alıcı İddiaçı satmış, müqavilə tələbinə uyğun olaraq xx.xx.2022-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, alqısatqıdan sonra qeydiyyatda qalmışdır. Hazırda üçüncü şəxs iddiaçıya məxsus sözügedən ünvanda yaşamır. Üçüncü şəxs mübahisəli ünvanda qeydiyyatda olsa da, hazırkı mülkiyyətçinin ailə üzvü deyildir, həmin ünvanda faktiki olaraq yaşamır, onun mənzilə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus evə mənzilə əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırkı mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdehin isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hazırda cavabdehlər İddiaçı, X11 və X12 qarşı Nərimanov Rayon Məhkəməsində iddia qadıraraq cavabdeh İddiaçı ilə 27 saylı Notariat Ofisində bağlanılmış AN-İ ******* saylı müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib, belə ki, iddianın əsasını təşkil edən mübahisəli alqı-satqı onun tərəfindən aparılmamışdır, X5 etibarnamə düzəltdirərək ona məxsus mənzili İddiaçı satmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı 26 avqust 2022-ci ildə alqı-satqı müqaviləsi əsasında X2 (onun əvəzinə X15 nümayəndə qismində) Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3, 32 saylı mənzili almış və həmin müqavilə əsasında qeyd olunan mənzilə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin, hazırki işin apellyasiya araşdırması zamanı məlum olmuşdur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdehlər İddiaçı, X15, X12 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X8 X20 Notariusu tərəfindən X9 adına verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə və həmin etibarnamə əsasında iddiaçı X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3, mənzil 32 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə X6 arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı Notariat Ofisində bağlanılmış, AN-İ seriyalı, ******* saylı, 4Ə-606 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən cavabdeh İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. AR İPM-in 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Hazırki inzibati iş üzrə də iddiaçının tələbinin əsasında Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3, mənzil 32-nin alqı-satqı müqaviləsi əsasında X6 tərəfindən İddiaçı satılması və nəticə etibarilə İddiaçı həmin mənzilin mülkiyyətçisi olması dayandığından, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2776/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X6) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş, iddiaçı X3 cavabdehlər İddiaçı, X15, X12 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-868/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1843/2024 saylı 02 iyul 2024- cü il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 2(103)-868/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin qərarı 02 iyul 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Beləliklə, hazırki iş üzrə iddiaçının tələbinin əsasında duran və Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3, mənzil 32 ünvanında yerləşən mənzildən X3 qeydiyyatdan çıxarılmasını tələb edərkən istinad etdiyi Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3, mənzil 32 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə X6 arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı Notariat Ofisində bağlanılmış, AN-İ seriyalı, ******* saylı, 4Ə-606 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən cavabdeh İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edildiyindən iddiaçının hazırki tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5379/2023 saylı, 19 aprel 2023-ci il tarixli qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
Üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5379/2023 saylı, 19 aprel 2023-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dairr iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov