Məhkəmə qərarları › İş №2-1(103)-186/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-186/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-186/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X2) qarşı iş üzrə (Açar sözlər: yerləşmə cizgisinin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X3 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X2) qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(112)-2370/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək evinin sənədləşdirilərək çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh xx.xx.1997-ci il tarixli, 385 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsində tikdikləri evdə 20 ildən çoxdur ailəsi ilə yaşayır. Yaşadığı müddətdə aidiyyəti qurumlar tərəfindən işıq, qaz, su, telefon ilə təmin olunmuşdur, lakin evin sənədləşmə işinə nail ola bilməmişdir. 2023-cü ilin əvvəlində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Milli Arxiv İdarəsinin verdiyi arayışa əsasən həmin sərəncamın mövcud olduğu, lakin iddiaçının adında heç bir məlumatın olmadığı səbəbindən müraciəti həllini tapmamışdır. Onun əlində xx.xx.1997-ci il tarixli, 385 nömrəli sərəncamın ona məxsus olması haqqında möhürlə təsdiq edilmiş surəti var. Bakı şəhəri Cavabdeh başçısının Sanqaçal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ödəniş əsasında şəxsən ona təqdim edilən sərəncama uyğun deyilsə burda onun heç bir günahı yoxdur. İddiaçının 60 yaşı var, 2-ci qrup əlildir, yeganə oğlu da müharibə veteranıdır.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13818/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.1997-ci il tarixli, 385 nömrəli sərəncamının Dövlət Arxivinin Bakı Filialına təqdim edilməsi və Bakı şəhəri Cavabdeh tərəfindən torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi icraata qəbul edilməsi barədə iddiası dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

4. Cavabdeh orqan Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, 15-13/2-1213/2023 nömrəli iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi torpaq sahəsinin yerləşmə cizgisinin verilməsinin Cavabdeh üzərinə qoyulması barədə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(112)-2370/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyul 2024-cü il tarixli, 2- 1(103)-2802/2024 nömrəli qərardadı ilə hazırki iş üzə X2 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

9. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, istifadəsinə torpaq sahəsinin ayrılması barədə sərəncamın özündə səlahiyyətli şəxs olan “Y.Əliyev”in adı qeyd olunmuş, onun imzası, eyni zamanda Cavabdeh möhürü ilə təsdiqlənərək “Əsli ilə düzdür” cümləsi öz əksini tapmışdır. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi C.Əliyev apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

14. Elektron məhkəmə sistemindən əldə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Səngəçal qəsəbəsi, massiv 1, 3 ünvanında qeydiyyatdadır.

15. İş materiallarına əlavə edilmiş Cavabdeh Başçısının xx.xx.1997-ci il tarixli, 385 nömrəli fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahəsinin ayrılması haqqında sərəncamı ilə Bakı şəhər XDS İcrakomunun xx.xx.1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq Səngəçal qəsəbəsində yaşayan İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi üçün Səngəçal qəsəbəsindən 600 kv.m. torpaq sahəsi ayrılıb verilməsinə sərəncam verilmişdir.

16. İş materiallarına əlavə edilmiş Cavabdeh Başçısının müavini İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-13/1-Ə-86/2- 091/2/2023 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının torpaq sahəsinə yerləşmə cizgisi verilməsi ilə bağlı rayon icra hakimiyyətinə ünvanlanmış müraciətinə aidiyyəti üzrə baxılmışdır. Müraciətlə bağlı iddiaçı tərəfindən təqdim edilən sənədlərə baxış keçirilmişdir.

17. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından verilmiş xx.xx.2017-ci il tarixli Ə-38 nömrəli məktubdan görünür ki, sözügedən qurumda iddiaçının müraciətinizə əsasən bildirilmişdir ki, Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin sərəncamda iddiaçı barəsində heç bir məlumat yoxdur. Təkrarən iddiaçının nəzərinə çatdırılmışdır ki, xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncamın arxiv surəti olmadığına görə iddiaçının müraciəti müsbət həlli imkan xaricindədir.

18. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-4049/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Qaradağ rayon İH-nın arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 385 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: -Cavabdeh Başçısının xx.xx.1997-ci il tarixli, 385 nömrəli fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahəsinin ayrılması haqqında sərəncamı ilə Bakı şəhər XDS İcrakomunun xx.xx.1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq Səngəçal qəsəbəsi, Şimal keçidi, ev 2 mənzil 1-də yaşayan X1 fərdi yaşayış evinin tikintisi məqsədi üçün Səngəçal qəsəbəsindən 600 kv.m. torpaq sahəsi ayrılıb verilməsinə sərəncam verilmişdir

19. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh Başçısının birinci müavininin xx.xx.2023-cü il tarixli, 5-13/2-1418/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, müraciətlə bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət etmiş və ona xx.xx.2017-ci il tarixli Ə-38 nömrəli məktubla bildirilmişdir ki, xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncam Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin qeyd olunan sərəncamda vətəndaş İddiaçı barədə heç bir məlumat aşkar olunmamışdır. Eyni zamanda bildiririk ki, rayon icra hakimiyyətində eyni tarixdə, eyni nömrəli fərqli iki sərəncamın verilməsi mümkün deyil.

20. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısının Sanqaçal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Cəlal qızı istifadəsində olan torpaq sahəsinə yerləşmə cizgisinin alınması ilə bağlı rayon icra hakimiyyətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından verilmiş xx.xx.2017-ci il tarixli Ə-38 nömrəli məktuba əsasən ona bildirilmişdir ki, Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin sərəncamda İddiaçı Cəlal qızı barəsində heç bir məlumat yoxdur. Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncamın arxiv surəti olmadığına görə onun müraciətinin müsbət həlli mümkün olmamışdır. Eyni zamanda diqqətinizə çatdırırıq ki, rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanılma müddəti 5 (beş) ildir. Siyahıda saxlanma müddəti “daimi” göstərilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra dövlət arxivinə təhvil verilir. Rayon icra hakimiyyətinin başçısı tərəfindən 1997-ci il tarixində imzalanmış sərəncamlar və onlara aid digər sənədlər Azərbaycan Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-2802/2025 nömrəli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2025-ci il tarixli, 10/3269 №-li ekspert rəyi ilə tədqiqatın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. Qəradadın birinci və ikinci sualı üzrə: Göstərilən torpaq sahəsi sənəd üzrə 0.06 ha olsa da, faktiki olaraq 0.116 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Faktiki olaraq torpaq sahəsinin koordinatlarını əks etdriən sxem rəyə əlavə olunur. Torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli, 385 nömrəli sərəncamı təqdim olunsa da, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2017-ci il tarixli, Ə-38 nömrəli məktubunda həmin sərəncamın Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin sərəncamda İddiaçı barədə heç bir məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Bundan əlavə, yerləşmə cizgisi təqdim edilmədiyindən sənəd üzrə sahənin göstərilən əraziyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

25. İşin hallarından müəyyən olunur ki, iddiaçı Qaradağ rayonu, Səngəçal qəsəbəsində 600,0 kv.m torpaq sahəsinin Bakı şəhər Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli, 385 nömrəli sərəncamı ilə ona ayrıldığını əsas gətirərək həmin torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmiş, cavabdeh sözügedən sərəncamın arxiv surəti olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı halda iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək torpaq sahəsinin yerləşmə cizgisinin verilməsini mübahisələndirir.

26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi” Qaydasının aşağıdakı bəndlərinə əsasən: -1.2. Milli arxiv fondunun tərkibinə daxil edilən arxiv sənədləri dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında (bundan sonra – təşkilat) yaradılan idarə arxivlərində Qanunun 10-cu maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş müvəqqəti mühafizə müddətləri başa çatdıqdan sonra daimi dövlət mühafizəsi məqsədilə dövlət arxiv xidməti təşkilatlarına təhvil verilir. -1.6. Qanunun 8-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş orqanların arxiv fondu sənədlərinin daimi mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir. -2.1. Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi üçün hazırlanması təşkilatın mütəxəssislərinin və dövlət arxiv xidməti təşkilatının nümayəndəsinin iştirakı ilə təşkilatda yaradılmış Ekspert Komissiyası tərəfindən sənədlərin dəyərinin ekspertizası aparılmaqla həyata keçirilir. Tərkibində qurumlar olan təşkilatlarda sənədlərin dəyərinin ekspertizasını həyata keçirmək, habelə tabe təşkilatlarda ekspertiza işinə rəhbərlik və metodiki kömək göstərmək məqsədilə daimi fəaliyyət göstərən Mərkəzi Ekspert Komissiyası yaradılır. -2.4. Arxiv siyahıları dövlət arxiv xidməti təşkilatının Ekspert Yoxlama Komissiyası tərəfindən qərarla təsdiq edildikdən sonra təşkilatın rəhbəri tərəfindən möhürlə təsdiqlənir. Arxiv siyahılarının 1 (bir) nüsxəsi müvafiq siyahı üzrə sənədlər daimi dövlət mühafizəsinə təhvil verilənədək, onlara nəzarət etmək məqsədilə həmin arxiv siyahılarını təsdiq edən Ekspert Yoxlama Komissiyasının yaradıldığı dövlət arxiv xidməti təşkilatına verilir. -3.2. Fiziki şəxslərin arxiv sənədləri onların şəxsi mülkiyyətidir. Fiziki şəxs vəfat etdikdə onun arxiv sənədləri üzərində mülkiyyət hüququ onun vərəsəsinə, vəfat etmiş fiziki şəxsin vərəsəsi olmadığı halda dövlətə keçir. Fiziki şəxsin mülkiyyətində olan arxiv sənədləri onun özü və ya vərəsəsi tərəfindən müqavilə əsasında həmin fiziki şəxsin yaşayış yeri üzrə dövlət arxiv xidməti təşkilatına daimi mühafizəyə təhvil verilə bilər. -3.7. Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi təşkilatın statusu, iyerarxiyası və yurisdiksiyasının ölkə, regional və yerli səviyyədə olması nəzərə alınmaqla həyata keçirilir. Ölkə səviyyəli təşkilatların fəaliyyəti nəticəsində yaranmış arxiv fondu sənədləri profilinə uyğun Azərbaycan Respublikasının dövlət arxivlərinə, regional və yerli səviyyəli təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv fondu sənədlərinin Milli arxiv fonduna daxil edilən hissəsi müvafiq təşkilatın olduğu yer üzrə dövlət arxivinin filiallarına və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinə təhvil verilir. Sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinə təhvil verilmiş daimi saxlanılma müddətli sənədlər 5 (beş) il müvafiq rayon (şəhər) dövlət arxivlərində mühafizə olunduqdan sonra daimi dövlət mühafizəsi məqsədilə tabe dövlət arxivinin filialına təhvil verilir. Regional və yerli səviyyəli təşkilatların fəaliyyəti nəticəsində yaranan dövlət sirri daşıyan məxfilik qrifi olan məlumat daşıyıcıları yuxarı təşkilatın arxiv fondu sənədlərinin tərkibində profilinə uyğun Azərbaycan Respublikasının dövlət arxivlərinə daimi dövlət mühafizəsinə təhvil verilir. -3.8. Dövlət arxiv xidməti təşkilatının komplektləşdirmə mənbəyi olan təşkilatların idarə arxivlərində müvəqqəti mühafizə müddətləri başa çatmış arxiv sənədləri dövlət arxiv xidməti təşkilatı ilə razılaşdırılmış plan-qrafik əsasında müvafiq illər üzrə tam halda daimi dövlət mühafizəsinə təhvil verilir. Arxiv fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsi müvafiq arxiv siyahısı üzrə hər bir işə baxılmaqla həyata keçirilir. Təhvil zamanı arxiv siyahısının yekun qeydi ilə işlərin faktiki sayı arasında uyğunsuzluq aşkar edildikdə, bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun olaraq tərtib edilmiş arxiv sənədlərinin təhvil-qəbulu aktının, həmçinin arxiv siyahısının müvafiq sütununda aşkar olunmayan işlərin nömrələri qeyd olunur, onların tapılması istiqamətində işlər aparılır. İtirilmiş arxiv sənədləri onların surətləri ilə əvəz edilir.

28. Sadalanan normalardan müəyyən olunur ki, torpaq sahəsinin ayrılması barədə sərəncam daşınmaz əmlaka dair ilkin torpaqayrıma sənədi-hüquqmüəyyənedici sənəd olub rayon icra hakimiyyəti orqanında 5 il saxlanma müddəti keçdikdən sonra daimi saxlanması üçün dövlət arxivinin filialına təhvil verilir.

29. Eyni zamanda müəyyən olunur ki, torpaq qanunvericiliyi torpaqayırma prosesinin torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir.

30. Hazırkı iş üzrə iddiaçı faktiki istifadəsinə torpaq sahəsinin ayrıldığını, torpaqayrıma barədə yerli icra hakimiyyətinin sərəncamının olduğunu, lakin torpaq sahəsinin yerləşmə cizgisinin verilmədiyini iddia edir.

31. İşin araşdırılması zamanı müəyyən olunur ki, iddiaçının istinad etdiyi ona torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd- Cavabdeh xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncamı müvafiq sərəncamı qəbul etmiş yerli icra hakimiyyətinin arxivində mövcud deyil, eləcə də həmin sərəncam dövlət arxivinə təhvil verilməmişdir.

32. Dövlət Arxivinin Bakı Fililalına təhvil verilmiş arxiv sənədlərində Cavabdeh xx.xx.1997-ci il tarixli 385 nömrəli sərəncamı mövcud olsa da lakin eyni tarixli, eyni nömrəli sərəncam İddiaçı deyil, X1 fərdi yaşayış evinin tikintisi məqsədi üçün Səngəçal qəsəbəsindən 600 kv.m. torpaq sahəsinin ayrılması barədədir və dövlət arxivində İddiaçı torpaq sahəsinin ayrılması barədə hər hansı məlumat mövcud deyil.

33. Məhkəmə onu da qeyd edir ki, eyni tarixdə, eyni nömrə altında 2 fərqli sərəncamın verilməsinin mümkünlüyü ilə bağlı yerli icra hakimiyyətinə müvafiq sorğu verilmiş və torpaqayıran səlahiyyətli qurum rayon icra hakimiyyətində eyni tarixdə eyni nömrəli lakin fərqli iki sərəncamın verilməsinin mümkün olmadığını bilavasitə bildirmişdir.

34. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iş materiallarına əlavə etdiyi və məhkəmə iclasında əslinə baxış keçirdiyi iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamın özündə səlahiyyətli şəxs olan “Y.Əliyev”in adı qeyd olunsa da həmin şəxsin (rayon icra hakimiyyəti başçısının) imzası sərəncamda müvafiq adın qarşısında qeyd olunmamışdır. Sərəncamda “Əsli ilə düzdür” cümləsinin qarşısında imza olsa da həmin imzanın kimə məxsusluğu qeyd edilməmiş, hansı səlahiyyətli şəxs tərəfindən imzalandığı əks olunmamışdır. Halbuki məhkəmə sorğusu əsasında əldə edilmiş dövlət arxivində mövcud olan Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1997-ci il tarixli, 385 nömrəli X1 torpaq sahəsinin ayrılması barədə sərəncam nüsxəsində səlahiyyətli şəxs “Y.Əliyev”in adı və adının qarşısında onun imzası öz əksini tapmışdır.

35. Beləliklə, iddiaçının təqdim etdiyi sərəncam nüsxəsi sənədin əsli və ya əslə bərabər surəti hesab olunmur. Bu halda məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə mötəbər hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, həmin sərəncam əsasında ayrıldığı iddia edilən faktiki torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi tələbi də əsaslı hesab edilə bilməz.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

38. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(112)-2370/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar