Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1860/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X2 və X3 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “çıxarışın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-655/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən əsassız olaraq xx.xx.2019-cu il tarixdə ləğv edilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın qeydiyyatının bərpa edilməsi və iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsini cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-5046/2019 saylı qərardadı ilə X2 və X3 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilmiş və adına mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 276 nömrəli kitabının 25713 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Faktiki olaraq fərdi yaşayış evini vərəsəlik qaydasında iddiaçı adına rəsmiləşdirmişdir. Lakin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-3869/19 saylı qərardadı ilə geriyə dönüş edilərək dövlət reyestrində olan qeydiyyatın ləğv edildiyinə istinad edərək İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışı xx.xx.2019-cu il tarixdə ləğv etmişdir. Çıxarışın ləğv edilməsi zamanı hansı sənədlər əsasında verilməsinə əhəmiyyət verilməmişdir və iddiaçının konstitusion və mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş çıxarışın verilməsi üçün əsas olan sənədlərin təsdiq olunmuş surətində 12 saylı notariat kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi ilə çıxarışın alındığına əhəmiyyət verməmişdir. Belə ki, təqdim olunmuş sənədlərdən göründüyü kimi, Yasamal Rayon Məhkəməsinin “vərəsəlik hüququnun tanınması haqqında” xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsində 5 saylı notariat kontoru tərəfindən icra edilməsi nəzərdə tutulmuş, qətnamə icraya yönəldilməmiş və icra edilməmişdir. DƏDRX-nin Bakı ərazi idarəsi RX seriyalı ******* nömrəli reyestrdən çıxarış xx.xx.2019-cu il tarixdə ləğv edərkən çıxarışın hansı sənədlər əsasında və hansı notariat kontoru tərəfindən icra edildiyinə heç bir əhəmiyyət verməmişdir. İddiaçı hesab edir ki, DƏDRX-nin Bakı Ərazi idarəsi tərəfindən əsassız olaraq xx.xx.2019-cu il tarixdə ləğv edilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın qeydiyyatı və iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, ev 7 İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2014-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir (RX ******* seriyalı). Həmçinin bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3869/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, ev 7 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd ləğv edilmişdir. Sözügedən qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən icra edilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş və qərardad əsasında Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, ev 7 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərardadı ilə icrasına dönüş edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi barədə 1 saylı Bakı Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-655/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-7140/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X1 cavabdeh İddiaçı qarşı iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X6 evlə bağlı subyektiv hüququnu itirmişdir. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, xx.xx.2019-cu il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin icrasında dönüş edilməsi və s. qət edilmişdir. Subyektiv hüququ olmayan X1 ərizələri icraata qəbul edilmiş və bu ərizələrə yekun nəticə verilmişdir. Adıçəkilən Bakı Apellyasiya Məhkəməsinin qərardadlarını baxış predmeti etmək Bakı İnzibati Məhkəməsinin səlahiyyəti hədlərində olmasa da məhkəmə aktları barəsində qəbul edilmiş qərar çərçivəsində münasibət bildirməli idi. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən qabaq cavabdeh inzibati orqana müraciət etməmişdir. Cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)- 655/2020 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən iddianın mümkünlük şərtlərini yoxlamadan, iddiaya mahiyyəti üzrə baxaraq tələbi rədd etmiş və bununla da, düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə ləğv edilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın qeydiyyatının bərpa edilməsi və iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsini cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilmədiyindən, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmədiyindən hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. Hazırkı iş üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmədiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını nəzərə almadan iddia tələbinə mahiyyət üzrə baxaraq qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-655/2020 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-655/2020 saylı qərarı ləğv edilsin. İddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Cahangir Yusifov Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1860/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1860/2020
02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver