Məhkəmə qərarları › İş №2-1(103)-1860/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1860/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1860/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1771/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehlərdən vurulmuş mənəvi ziyana görə 25.000 (iyirmi beş min) manat onun xeyrinə pulun tutulması və cavabdehlər tərəfindən yol verilmiş qanun pozuntuları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müzakirə edilib gələcəkdə bu kimi qanun pozuntularına yol verilməməsi üçün müvafiq tədbirlərin görülməsi öhdəliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etdiyi 2017-ci ilin aprel ayından qətnamənin icra edilmədiyi tarixə qədər cavabdehin hərəkətləri ilə (hərəkətsizliyi) əlaqədar ona dəymiş mənəvi ziyana görə 25.000 manat, maddi ziyana – banka ödədiyi faizlərlə görə 25.000 manat olmaqla, cəmi 50.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından tutularaq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixdə pensiya yaşına çatması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi müddətə (60 aya) görə, Ali Məhkəmənin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu, maddə 20.7), eləcə də Ali Məhkəmənin Hərbi Kollegiyasının hakimi kimi hərbiçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən haqlar nəzərə alınmaqla pensiyanın təyin edilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona Ali Məhkəmənin hakimi kimi yox, əsassız olaraq axırıncı iş yerinə görə - hərbi məhkəmənin hakimi kimi pensiya təyin edilmişdir. Səbəbi soruşulanda Cəlilabad rayon şöbəsinin əməkdaşı bildirmişdir ki, “göstəriş belədir”. Bundan sonra “pensiyanın miqdarının yenidən hesablanması barədə” cavabdehə qarşı iddia qaldırmış və Şirvan İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə iddiası tam təmin edilmişdir. Məhkəmə qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şırvan İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin Şirvan Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının qərarından verdiyi kassasiya şikayətinə baxan AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası şikayəti qismən təmin edərək Şirvan Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının qərarını ləğv etmiş (ona 75 % əlavə haqq verilməsini mübahisələndirərək) işi təkrar baxılmaq üçün həmin məhkəməyə göndərmiş, Şirvan Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası isə Şirvan İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarını ləğv etmiş, həmin vaxt iddiaçı artıq Bakı şəhərində yaşadığından, ərazi üzrə Sabunçu rayon DSMF-na müraciət etmişdir. Yaşadığı əraziyə xidmət edən DSMF-nun Sabunçu rayon şöbəsinə də DSMF-nin Cəlilabad rayon şöbəsinə müraciət etdiyi qaydada ərizə ilə müraciət etmiş, Sabunçu rayon şöbəsi də ona Ali Məhkəmənin hakimi kimi yox, son 24 ayın (hərbi hakim işlədiyi dövrün) orta aylıq əmək haqqı və əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla pensiya təyin edilməsi barədə yazılı cavab vermişdir. Göstərilən hallar nəticəsində mənəvi sarsıntı və iztirab keçirmiş, rahatlığı pozulub, ona qarşı törədilmiş qanunsuz hərəkətlər onda mənfi psixi reaksiyalara səbəb olmuş, dəfələrlə müxtəlif məhkəmə instansiyalarında iştirak etməyə məcbur olmuş, cavabdehlərin əsassız apellyasiya, kassasiya şikayətlərinə etirazlar yazmalı olmuş, pensiya yaşında qanunla ona verilməli olan pensiyanı alıb dincəlmək əvəzinə məhkəmə iclas zallarında apellyasiya və kassasiya şikayətlərinin əsassızlığını sübut etməklə məşğul olmuş, ona pensiya məbləğinin düzgün təyin edilməməsi səbəbindən maddi sıxıntılar keçirmiş, məcburən “Kapital Bank”dan, “Azərbaycan Beynəlxalq Bankı”ndan yüksək faizlərlə kredit götürdükdən sonra kreditlərin ödənilməsində çətinliklərlə üzləşməyi də mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur. Ona ödənilməmiş pensiya fərqinin bir hissəsi 35518 manat ödənilmiş, bu günə kimi ödənilməmiş pensiya məbləği 75666,82 manat təşkil edir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2020-ci il tarixli Qərarına müvafiq olaraq: İddiaçı 25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 45 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanması; Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqqın ödənilməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması cavabdeh tərəfindən icra edilmişdir. Hesab edirlər ki, təqdim edilən sübutlardan cavabdehin hüquqa zidd hərəkəti nəticəsində İddiaçı gəlirdən məhrum olması təsdiq olunmur, həmçinin cavabdehin qanunsuz hərəkəti nəticəsində ona zərər dəyməsi sübuta yetmir. Belə olduqda, İddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçı M.M. Əliyevin cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Eyni zamanda qeyd etmək istəyir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini verinə yetirməməsi İlə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Həmçinin, iddia ərizəsində vurulduğu irəli sürülən mənəvi zərərin İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri nəticəsində baş verməsi sübut olunmur. Odur ki, cavabdehin mülki hüquq məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin onlar tərəfindən ödənilməsi qanuna uyqun deyildir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki hallan nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı M.Ə.Əliyevin “maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1771/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Ali Məhkəmənin hakimi kimi işlədiyi dövrün nəzərə alınmaqla pensiya təyin edilməsi barədə iddiasının təmin olunmasına dair qərar qanuni qüvvəyə mindikdən sonra da cavabdeh tərəfindən sözügedən qərar uzun müddət tam icra edilməmişdir. Belə ki, məhkəmə qərarı icra edilmək üçün 2020-ci ilin aprel ayında cavabdehə göndərilsə də, cavabdeh pensiya fərqinin bir hissəsini qanunsuz olaraq hissə-hissə 2022-ci ilin dekabr ayına kimi qismən ödəmişdir. Göstərilən hallar onun mənəvi sarsıntılar və iztirab keçirməsinə səbəb olmuşdur. Bundan başqa, məhkəmə qərarında heç bir səbəb göstərmədən bank kreditlərinin götürülməsi ilə bağlı sənədləri mötəbər sübut hesab etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, cavabdeh inzibati orqan məhkəmə qərarı çıxandan sonra həmin qərarı əsassız olaraqa mübahisələndirmiş, bu səbəbdən haqqı olan pensiya məbləğini əldə etməsi illərlə uzanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2017-ci il tarixindən sabiq hakim kimi əmək pensiyası təyin edilərək ödənilən pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə qərarının icrası məqsədilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq iddiaçıya ödənilmişdir. Qanuni məhkəmə qərarlarının cavabdeh tərəfindən əsassız olaraq mübahisələndirilməsi nəticəsində maddi və mənəvi zərərə düçar olduğunu iddia edərək iddiaçı bu səbəbdən mənəvi ziyana görə 25.000 manat, maddi ziyana – banka ödədiyi faizlərlə görə 25.000 manat olmaqla, cəmi 50.000 manat məbləğində pul vəsaitinin ödənilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. İddia mümkün idda olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. - 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaq üçün iddiaçının tələbləri üzrə qəbul edilmiş aşağıdakı məhkəmə aktlarını xronoloji ardıcıllıqla diqqətə çatdırır: - Şirvan İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının 1994- 2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması cavabdehə həvalə edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Şirvan İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, inzibati iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinə göndərilmişdir. - 2 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləğ fərqinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi cavabdehə həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin olunmamışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı “25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 75 faiz məbləğində əlavə haqq” ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə qismən təmin edilərək 25 ildən artıq hakim işlədiyi ücün vəzifə maaşına 45 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanması qərara alınmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiva Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir:

1. maddi zərərin ödənilməsi;

2. mənəvi zərərin ödənilməsi. İşin hallarından göründüyü kimi, iddiaçının iddia tələbi və apellyasiya şikayətinin əsas dəlil cavabdeh tərəfindən məhkəmə qərarlarının vaxtında və tam icra olunmaması nəticəsində maddi sıxıntılarının olması və bu səbəbdən, müxtəlif banklardan kredit götürməsi təşkil edir. Məhkəmə kollegiyası göstərilən dəlillə bağlı qeyd edir ki, məhkəmələr tərəfindən araşdırılan işin halları ilə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə qanunsuz və əsassız hərəkətlərin edilməsi nəticəsində zərər vurması halları müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna əsasən 20 oktyabr 2022-ci il tarixli, **********5 nömrəli məktubuna qoşma olaraq göndərilmiş iddiaçının pensiya işindən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(103)-1939/2019 saylı icra sənədinə əsasən: - DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən 19 aprel 2017-ci il tərəfindən iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası cavabdehin xx.xx.2020-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən 1 sentyabr 2019-cu il tarixindən yenidən hesablanmış pensiya məbləği 4079 manat, 92 qəpik təşkil etmiş, həmçinin xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən ölkə üzrə minimum əmək haqlarının 1 yanvar 2022-ci il tarixindən 300,00 manata çatdırılması ilə əlaqədar iddiaçıya əmək pensiyası aprel ayında 4165,48 manatdan yenidən hesablanaraq pensiya məbləği 4325 manat, 48 qəpik təşkil etmiş, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********4 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçıya 4325,48 manatdan yenidən hesablanmış pensiya məbləği 5701 manat, 48 qəpik təşkil etmiş, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 4128,00 manat ödənilməli olan fərq məbləği hesablanmışdır. Göründüyü kimi, hazırkı işdə Mülki Məcəllənin 1096.1-ci maddənin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi ziyanın dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar ona vurulmuş maddi ziyanın məbləğini öz şəxsi mülahizələrinə əsasən əsaslandırmağa çalışsa da, bu barədə məhkəmə mötəbər sübut təqdim edə bilməmişdir. Təqdim edilmiş bank kreditlərinin götürülməsi ilə baglı sənədlər isə bu səbəbli əlaqənin müəyyən edilməsi üşün mötəbər sübut hesab edilə bilməz. Odur ki, iddiaçı ona 25.000 manat məbləğində maddi zərərin dəydiyini əsas gətirsə də, sübut etmə yükünü daşıyan iddiaçı ona 25.000 manat məbləğində maddi zərərin dəyməsi ilə bağlı öz iddia tələbinin əsasında duran halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki: “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qərardan göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan başqa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. İşdə olan tibbi müayinə sənədləri iddiaçının məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən sağlamlığının pozulması ilə səbəbli əlaqəni sübut etməyə kifayət etmir. Beləliklə də hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1771/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar