Məhkəmə qərarları › İş №2-1(103)-1860/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1860/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1860/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2024 saylı 16 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2024 saylı 16 dekabr 2024-cü il tarixli qərarı ilə iddianın rədd olunması qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1860/2025 xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılaraq iş apellyasiya baxışına təyin olunmuşdur. Lakin sonradan məlum olmuşdur ki, apellyasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Belə ki, işdə olan apellyasiya şikayətindən görünür ki, o, İddiaçı qanuni təmsilçisi qismində X6 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanması apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İnzibati Prosessual Məcəllənin 26.2-ci maddəsinə əsasən dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. İşin apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, X6 xx.xx.2025-ci il tarixli apellyasiya şikayətini imzalayarkən İddiaçı qanuni təmsilçisi olmamışdır. Belə məhkəmə kollegiyasının verdiyi sorğuya cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş cavab məktubu və ona əlavə olunmuş sənədlərdən aydın olmuşdu ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən həmin tarixdə reyestrdə aparılmış dəyişikliyə görə Cəmiyyətin qanuni təmsilçisi X6 xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış və onun səlahiyyət müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Bundan sonra Cəmiyyətin yeni qanuni təmsilçisinin seçilməsi ilə bağlı hər hansı müraciət daxil olmamışdır. Beləliklə, müəyyən olundu ki, X6 xx.xx.2025-ci il tarixli apellyasiya şikayətini imzalayarkən İddiaçı qanuni təmsilçisi olmadığı üçün səlahiyyətli şəxs də olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətinin mümkün sayılması barədə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1860/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və İddiaçı apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. İşdə iştirak edən cavabdeh qurumun nümayəndəsi apellyasiya şikayətinin mümkünlük məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1, 80, 81.2, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2024 saylı 16 dekabr 2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılması barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1860/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X11 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar