Məhkəmə qərarları › İş №2-1(103)-1861/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1861/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1861/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının vəkili X4 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı pensiyanın təyin olunması tələbi barədə inzibati mübahisəyə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 19.07.2018-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3395/2018 saylı 19 may 2021-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona 1974-cü il 10 dekabr tarixdən 1987-ci il 30 aprel tarixədək Ermənistan SSR Ararat rayonunda yerləşən Zod qızıl yataq mədənində yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə tam iş günü ərzində fəhlə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarının 1 saylı Siyahısının birinci bölməsinin dağmədən işlərində 1010100a şifrəsinə aid olduğundan 29 il 2 ay sığorta stajına uyğun olaraq və Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal 846 manat orta aylıq əmək haqqı əsas götürülməklə 2006-cı il 1 yanvar tarixdən pensiya təyin edilməsi və həmin tarixdən bu günədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 iyul tarixli 2-1(81)-3395/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 dekabr tarixli 2-1(103)-2490/2018 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 29 may 2019-cu il tarixli 2-1(102)-1812/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 dekabr tarixli 2- 1(103)-2490/2018 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 26.09.2019-cu il tarixli, 2-1(103)-1938/2019 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.07.2018-ci il tarixli, 2-1(81)-3395/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.07.2018-ci il tarixli, 2-1(81)-3395/2018 saylı qərarı icra edilməsi üçün 02.12.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.07.2018-ci il tarixli, 21(81)-3395/2018 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, İnzibati Prosessual Məcəllənin Xİİ fəslinin tələblərinə uyğun olaraq iş üzrə icraat təzələnməli, məhkəmənin qərarı ləğv edilərək iddia rədd edilməlidir. Belə ki, İddiaçı 10.12.1974-cü il tarixdən 30.04.1987-ci ilədək Ermənistan SSR Ararat rayonunda yerləşən Zod qızıl yataq mədənində yeraltı işlərdə işlədiyi vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilməmişdir. Həmçinin iddiaçının 1974-1987-ci illərdə Ermənistan SSR Ararat rayonunda yerləşən Zod qızıl yataq mədənində işləməsinə baxmayaraq həmin dövrün deyil, məcburi köçkünlərin pensiya hesablanması üçün işləmiş olduqları iqtisadiyyat sahələri üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sorğuya cavab olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədənçıxarma üzrə 846 manat əsas götürülməsinin qanunvericiliyə zidd olması məhkəmə kollegiyasının nəzərinə çatdırılmamışdır. X7 Komitəsinin sözügedən məktubu iş materiallarına əlavə olunmamış, ikincisi Statistika komitəsindən əldə edilmiş sözügedən arayış iddiaçının mədəndə işlədiyi dövrün deyil, 2007-ci ilin əmək haqqına uyğunlaşdırılıb, lakin adıçəkilən şəxs həmin dövrdə Xətai rayonu, X1 fəhlə işləmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq iş üzrə icraatın təzələnməsini və Dövlət Statistika Komitəsinə yenidən sorğu verilməsini və iddiaçının işlədiyi dövrdə mədənçıxarma üzrə orta aylıq əmək haqqının müəyyən edilməsini məqsədəuyğun hesab etmişlər. Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli 2-1(81)-3395/2018 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ərizə əsasında yeni açılmış hallarla bağlı icraatın təzələnməsi mümkün hesab edilməmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardaddan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsində göstərdiyi dəlilləri qeyd edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının vəkili X6 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş edir. Birinci instansiya məhkəməsi ərizə əsasında yeni açılmış hallarla bağlı icraatın təzələnməsini mümkün hesab etməmiş və qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 26.09.2018-ci il tarixli, 21(103)-1938/2019 saylı qərarı 14.10.2019-cu il tarixdə cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilsə də həmin qərardan kassasiya şikayəti verilməmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra məhkəmə tərəfindən icraya yönəldilsə də cavabdeh həmin qərarı icra etməmiş və iddiaçının müraciətinə əsasən cavabdehə 23.10.2020-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Məhkəmə qərarı müəyyən edilmiş müddət ərzində icra edilmədiyindən icra vərəqəsi tərtib edilərək aidiyyəti üzrə göndərilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi və məhkəmə qərarlarında əksini tapmış Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 2007-ci il üzrə orta aylıq nominal əmək haqqına dair məlumatlar barəsində həmin qərarları əldə edən zaman məlumatlı olsa da yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunvericiliklə nəzərdə tutulmuş 3 ay müddəti ötürməklə məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materiallarından göründüyü kimi iş üzrə cavabdeh tərəfindən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 19.07.2018-ci il tarixli, 2-1(81)-3395/2018 №-li qərarı 06.08.2018-ci il tarixdə, Bakı Apelyasiya Məhkəməsinin 26.09.2018-ci il tarixli, 2-1(103)1938/2019 №-li qərarı isə 14.10.2019-cu il tarixdə rəsmi qaydada qəbul edilmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 19.07.2018-ci il tarixli, 2-1(81)-3395/2018 saylı qərarı 02.12.2019-cu il tarixdə icra olunması üçün cavabdehə göndərilmişdir. Lakin qərarın icrası barədə məhkəməyə rəsmi məlumat verilmədiyindən iddiaçının müraciətinə əsasən cavabdehə 23.10.2020-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Qeyd olunan müddət ərzində məhkəmə qərarının icrası təmin edilmədiyindən iddiaçının müraciəti əsasında 12.11.2020-ci il tarixdə məhkəmə qərarı üzrə icra vərəqəsi verilərək icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurunun 24.11.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsində istinad etdiyi hallarla bağlı məhkəmə qərarlarını əldə edən zaman məlumatlı olsa da qanunvericiliklə nəzərdə tutulmuş 3 ay müddəti ötürməklə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3395/2018 saylı 19 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar