Məhkəmə qərarları › İş №2-1(103)-1862/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1862/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1862/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər: X3 və X11) “ünvandan qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9139/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək AMEA-nın yataqxanasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanına yaşayış yeri üzrə daimi qeydiyyata alınmış X1 və X7 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxanadan qeydiyyatından çıxarılması öhdəliyini Bakı şəhəri, Yasamal Rayonu polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən İddiaçı yataqxanasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi vəzifəsində 01 may 2014-cü il tarixə qədər çalışmış, AMEA əməkdaşı olmuş X3 25 noyabr 2002-ci il tarixdə, 62 nömrəli orderlə sözügedən yataqxanada yaşayış sahəsi kimi 83 A nömrəli otaqla, ünvan 2 ünvanında yerləşən İddiaçı yataqxanasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsində baş elmi işçi vəzifəsində 01 may 2013-cü il tarixə qədər çalışmış, AMEA-nın əməkdaşı olmuş X11 xx.xx.2004-cü il tarixdə, 09 nömrəli orderlə sözüedən yataqxanada yaşayış sahəsi kimi 83B nömrəli otaqla təmin olunmuş və həmin yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdırlar. X1 əmək müqaviləsinə 01 may 2014-cü il tarixində, AMEA İnformasiya Texnologiyaları İnstitunun direktorunun 01 may 2014-cü il tarixli 74 nömrəli əmri ilə, X7 əmək müqaviləsinə xx.xx.2013-cü il tarixdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktorunun xx.xx.2013-cü ol tarixli 85 nömrəli əmri ilə mülki-hüquqi müqaviləsinin başa çatması ilə əlaqədar işdən azad edilmişlər. Bununla belə, vaxtilə AMEA-nın yataqxanasında yaşayış yeri üzrə qeydiyyata alınmış, lakin hazırda AMEA-da işləməyən X3 2016-ci ildən qeyd olunan otaqda yaşamır və onun yaşayış yeri AMEA-ya məlum deyildir. 10-18 mart 2022-ci il tarixlərində, ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın 2-ci mərtəbəsində yerləşən, 83 A saylı və 83 B otaqlarında yaşayışın olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə keçirilən yoxlamalar zamanı tərtib olunmuş 14 mart 2022-ci il və 18 mart 2022ci il tarixli aktlarla müəyyən olunmuşdur ki, X3 və X7 həmin 83 A və 83 B nömrəli otaqda 2016-cı ildən yaşamırlar, onların yaşayış yeri AMEA-ya məlum deyildir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək X1 ünvan 4 ünvanından və X7 ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmasını və iş üzrə iddiaçı tərəf kimi İddiaçı başa düşülməsini məhkəmədən xahiş etmiş, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2-1(112)-9139/2022 nömrəli qərardad ilə iddaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9139/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Bakı inzibati Məhkəməsinin hakimi 2-1(112)-9139/2022 saylı inzibati işə baxarkən yaddan çıxarmışdır ki, məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı yataqxanası Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrində AMEA-nın Aspirantları üçün yataqxana binası kimi qeydiyyatdan keçmişdir. Məhkəməyə təqdim olunmuş İddiaçı 22 avqust 2022-ci il tarixli 01-6/757 nömrəli arayışında qeyd edilmişdir ki, vətəndaş X3 və X11 İddiaçı magistratura, doktorantura və dissertanturasında hazırda təhsil almırlar. Əgər şəxs AMEA-nın aspirantlar yataqxanasında təhsil almırsa, onun orada məskunlaşması, qeydiyyata alınması və ya orada yaşaması üçün hər hansı bir təşkilat tərəfindən order verilməsi tamamilə qanunsuzdur. Tərəflərin izahatları : Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs isə, apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə gəlməyən təərflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşdə olan: - İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş “İddiaçı Azad Həmkarlar İttifaqı, yataqxana və mənzil komissiyasının xx.xx.2002-ci il tarixli iclas protokolundan” Çıxarışdan görünür ki, İddiaçı Dərin Neft X10 İnstutunun elmi işçi X2 3 nəfər ailə tərkibi ilə birlikdə AMEA 2 № yataqxanasına daimi qeydiyyata götürülmüşdür. - İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş “İddiaçı Şərifzadə küşəsi 12 ünvanda yerləşən yataqxanasına məskunlaşması barədə İddiaçı Dərin Neft X10 İnstutunun elmi işçi X2 3 nəfər ailə tərkibi ilə birlikdə 22,5 kv.m yaşayış sahəsi olan ünvan 10, mənzil 83a ünvanındakı mənzilə dair 62 nömrəli xx.xx.2002-ci il tarixli Order verilmişdir. - İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş “İddiaçı Şərifzadə küşəsi 12 ünvanda yerləşən yataqxanasına məskunlaşması barədə İddiaçı mineral kompleks emalı üzrə təcrübə istehsalatı XKTB X11 1 nəfər ailə tərkibi ilə birlikdə 22,5 kv.m yaşayış sahəsi olan ünvan 10, mənzil 83b ünvanındakı mənzilə dair 09 nömrəli xx.xx.2004-cü il-ci il tarixli Order verilmişdir. - İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş “İddiaçı Azad Həmkarlar İttifaqı, yataqxana və mənzil komissiyasının xx.xx.2004-ci il tarixli iclas protokolundan” Çıxarışdan görünür ki, İddiaçı mineral kompleks emalı üzrə təcrübə istehsalatlı XKTB, X11 AMEA 2 № yataqxanasına daimi qeydiyyata götürülmüşdür. - ünvan 8 ünvanda yerləşən AMEA-nın yataqxanasında vaxtilə AMEA əməkdaşı kimi yaşayış sahələri ilə təmin olunmuş və yaşayış yeri üzrə daimi qeydiyyata alınmış, lakin uzun müddətdir yataqxanada yaşamayan hazırda AMEA-da işləməyən şəxslər barədə Məlumatında qeyd edilmişdir ki, X3 83a ünvanında olan otağında, X11 83b ünvanında olan otağında beş ildən çoxdur yaşamırlar. -ünvan 9 ünvanında yerləşən Aspirantlar yataqxanasının sakinləri tərəfindən hazırkı iş üzrə üçüncü şəxslərin 1994-cü ildən bu günə kimi həmin yataqxanada yaşadıqlarını təsdiq edən xx.xx.2022-ci il tarixdə dair Akt tərtib etmişlər (həmin akı 23 nəfər yataqxana sakini tərəfindən imza edilmişdir). - iş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, qeyd edilən ünvanda yerləşən mənzillərə dair (**********A083B və **********A083A abunə kodu olan) elektrik enerjisi və telefon rabitə xidmətlərindən istifadə olunmasına dair kommunal xidmət haqları da üçüncü şəxslər tərəfindən ödənilir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müəssisənin balansında olan (ünvan 10 ünvanında yerləşən Aspirantlar üçün yataqxana binası) yaşayış binasında yerləşən 83A və 83B nömrəli mənzillərə üçüncü şəxslər daimi qeydiyyata alınmışdır. Daha sonra cavabdeh inzibati orqana müraciət edərək, həmin şəxslərin ordan qeydiyyatdan çıxarılmasını tələb etmiş, tələbi təmin olunmadıqdan sonra isə hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Qərarın nəticəsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayətində üçüncü şəxslərin müvafiq ünvanlara qeydiyyata alınmasına dair orderin qanunsuz olduğunu bildirmişdir. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, hazırkı məhkəmə icraatı zamanı orderin qanunsuz olub-olmaması mübahisələndirilmir. Üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələb olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin normalarına əsasən məhz şəxs yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını ehtiva edir. Yuxarda qeyd edilən iş materiallarından və məhkəmə araşdırmasından müəyyən edilmişdir ki, müəssisənin balansında olan (ünvan 10 ünvanında yerləşən Aspirantlar üçün yataqxana binası) yaşayış binasında yerləşən 83A və 83B nömrəli mənzillərə üçüncü şəxslər qeydiyyatda olmaqla bərabər yaşayırlar. Üçüncü şəxslərin həmin ünvanda yaşamaları birinci instansiya məhkəməsi tərəfindən həm toplanılan iş materialları ilə, həm də şahid ifadələri iə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki,”... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.” Kollegiya hesab edir ki, üçüncü şəxslər X1 ünvan 4 ünvanından və X7 ünvan 5 ünvanından qeydiyyatdan çıxarılması onların istifadə hüququna xitam verilməsi ilə ola bilər. Hazırki mübahisə üzrə işin hallarından üçüncü şəxslərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmiş olması halı müəyyən edilmir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir ki, “... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdiirləmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9139/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar