Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1864/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə sərəncamın verilməsi” barədə inzibati mübahisəyə dair iş üzrə cavabdeh tərəfindən verilmiş məhkəmə qərarına izah verilməsi barədə ərizə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7122/2022 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X4 ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7122/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, iddia təmin edilərək, İddiaçı ailə üzvləri - X5, X4 ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi barədə sərəncamın verilməsi öhdəliyi Cavabdehnə həvalə edilmişdir. Qərar Bakı İnzibati Məhkəməsi tərəfindən icra edilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 45 nömrəli sərəncam qəbul edilərək İddiaçı ailə tərkibi 3 nəfər olmaqla mənzil növbəsinə götürülmüşdür. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən qərara “iddiaçının mənzil növbəsinə xx.xx.2016-cı il tarixdən alınması barədə sərəncamın qəbul edilməsi” kimi izah verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7122/2022 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7122/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı ailə üzvləri - X5, X4 ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi tarixinin xx.xx.2016-cı il olmaqla sərəncamın verilməli olmasının nəzərə alınması qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7122/2022 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbindən də göründüyü kimi məhkəmə qərarı icra edilməmişsə onun izah edilməsinə yol verilir. Hazırki iş üzrə isə məhkəmə qərarı 2023-cü ildə 2 il öncə icra edilmişdir. Mənzil növbəsinə götürülmə ilə bağlı iddia qaldırılarkən növbəyə durma tarixi xx.xx.2016-ci ildən hesablanması qeyd edilməmişdir. Yəni qərarda hər hansı texniki səhvə yol verilməmişdir. Məhkəmə tərəfindən qeyd olunmuşdur ki, qəbul edilmiş məhkəmə qərarı natamam icra edilmişdir. Belə olan halda qismən icra edilmiş olsaydı 2 il müddətində məhkəmə və iddiaçı tərəfindən məhkəmə qərarının tam icra edilməməsi ilə bağlı niyə müraciət daxil olmamışdır və məhkəmə qərarının natamam icra edilməsinin nədən ibarət olması məlum deyil. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; -230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; -230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; -230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur; -230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Qərarın izah olunmasına yalnız o halda yol verilir ki, həmin qərar icra edilməmiş olsun. Bu onunla əlaqədardır ki, qərar məhz onun icrasını təmin etmək üçün izah olunur və qərar icra edildikdən sonra onun izah olunması qərarın icrasına qədərki və ondan sonraki vəziyyəti dəyişmir. Hazırki işdə məhkəmə qərarına izah verilməsi zərurəti iddiaçının mənzil növbəsinə 19 dekabr 2016-cı il tarixdən alınmasının müəyyən edilməsi ilə bağlıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7122/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının iddiası təmin edilərək, İddiaçı ailə üzvləri - X5, X4 ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi barədə sərəncam verilməsi öhdəliyi Cavabdehnə həvalə edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, 19 dekabr 2016-cı il tarixdə sonuncu qiymətləndirmədən sonra İddiaçı “müddətsiz – gözdən əlil” diaqnozu qoyulmuşdur. Göründüyü kimi, İddiaçı 19 dekabr 2016-cı il tarixdən etibarən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması hüququ yaranmışdır. Lakin məhkəmə qərarının icrası ilə bağlı Bakı şəhəri Cavabdeh Başçısının 45 nömrəli, 10 fevral 2023-cü il tarixli Sərəncamına əsasən İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunması tarixi qeyd edilməməklə məhkəmə qərarının icrasında natamamlıq yaranmışdır. Belə olan halda iddiaçının Sərəncamın verildiyi 10 fevral 2023-cü il tarixdən mənzil növbəsinə qəbul olunması kimi şərh oluna bilər ki, bu da qanunvericiliyin düzgün tətbiq edilməməsi ilə nəticələnir. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7122/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı ailə üzvləri - X5, X4 ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi tarixinin xx.xx.2016-cı il olmaqla sərəncamın verilməli olması kimi izah verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər, birinci instansiya məhkəməsi tərəfindən göstərilənlərə və hazırki qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd olunanlara görə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərara izah verilməsinə dair ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 1.2, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7122/2022 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1864/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1864/2025
22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver