Məhkəmə qərarları › İş №2-1(103)-1865/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1865/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1865/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Mobil oğlunun, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 3-cü şəxslər “X4 (DDG)” QSC və "xxxx" QSC işə cəlb edilməklə qərarın və gəlir vergisinin ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3760/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli qərarının ləğv edilməsi, bu qərar əsasında hesablanmış 38235,18 manat əlavə dəyər vergisinin və Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hesablanmış 5310,40 manat vergisinin ləğv edilməsi, artıq ödənilmiş 46719,29 manat vergilərin, o cümlədən bu məbləğ vaxtında qaytarılmadığı üçün Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən həmin məbləğə görə hesablanmalı faizlərin ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2019-cu il tarixdən ƏDV məqsədləri üçün vergi orqanı tərəfindən məcburi qaydada qeydiyyata alınmış, əsas fəaliyyət növü “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarətdir, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv. metr olan “Market” adlı təsərrüfat subyektini (obyektini) (obyekt kodu: **********-10003) xx.xx.2017-ci il tarixdə vergi orqanında qeydiyyata aldırmış və xx.xx.2017-ci il tarixdə vergi orqanına ərizə ilə müraciət edərək qeydiyyatdan çıxartmış. Lakin, işlədiyi dövrdə mal aldığı vergi ödəyiciləri ("xxxx" MMC (VÖEN: **********), "X4 (DDG)" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********)) fəaliyyətini dayandırdıqdan sonra da onun adına e-qaimə-faktura göndərməyə davam etmişlər. Belə ki, xx.xx.2017-xx.xx.2019 dövrü üzrə e-qaimə- faktura məlumatlarına əsasən guya o, 226 902, 28 manat dəyərində əsasən siqaret, spirtli içki, sərinləşdirici içkilər və digər oxşar təyinatlı mallar əldə etmişdir. Qeyd olunan dövriyyənin 32 075,30 manatı ona aiddir və o da, həmin dövriyyəni bəyan edərək vergilərini ödəmişdir. Sahibliyində qalan mal qalığının faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ nəzarət tədbiri həyata keçirilmiş, təsərrüfat subyektinin olmadığı müəyyən edilərək, ünvanının yaşayış yeri olduğu aşkarlanaraq təsdiqlənmişdir. Lakin, vergi orqanı qanunsuzluq edərək ona Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin iyun ayı üzrə 38 235,18 manat əlavə dəyər vergisi hesablayaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli Qərar qəbul etmişdir. Həmçinin cari vergi ödəməsi kimi ona 5.310,40 manat gəlir vergisi hesablanmışdır və bu məbləğ Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hər rüb yekunlaşandan sonra avtomatik olaraq yenə hesablanacaqdır. Əgər o, qeyd edilən vergi ödəyicilərindən fəaliyyətini dayandırdıqdan sonra da, mallar almışsa, həmin malların alışı ilə bağlı müqavilələr və təhvil-təslim aktları olmalıdır. Lakin, qeyd edilən sənədlərin heç biri mövcud deyil. Vergi orqanının yanaşmasına əsasən guya o, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində "xxxx" MMC-dən (VÖEN: **********) 22 573,78 manat (ƏDV-siz) dəyərində, "DlRECT DİSTRİBUTİON GROUP (DDG)" QSC-dən (VÖEN: **********) 190 688,40 manat (ƏDVsiz) dəyərində, "xxxx" QSC-dən (VÖEN: **********) 11 899,80 manat (ƏDVsiz) dəyərində və "xxxx" MMC-dən (VÖEN: **********) 1 740,30 manat (ƏDV-siz) dəyərində olmaqla ümumilikdə 226 902,28 manat (ƏDV-siz) dəyərində tütün, ərzaq məhsulların və soyuq içkilərin əldə edilməsinə baxmayaraq, 2017-ci ilin 1-ci - 4-cü rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində cəmi 32 075,30 manat məbləğində hasilatın əks etdirmiş, 2017-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin Əlavə 1 hissəsinin göstəricisiz bəyan etmiş, 2018-ci və 2019-cu illər ərzində adları yuxarıda qeyd olunan hüquqi şəxslərdən malların əldə edilməsinə baxmayaraq 2018-ci il üzrə sadələşdirilmiş vergi bəyannamələrini və 2019-cu il üzrə isə əlavə dəyər vergisi bəyannamələrini təqdim etməmişdir. Sözügedən əsassız hesablamalarla bağlı Dövlət Vergi Xidmətinə inzibati qaydada şikayətlər etmişdir. X9 Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021- ci il tarixli **********722600 nömrəli Qərarı ilə inzibati şikayətləri təmin edilməmiş və əsassız hesablanmış vergilər qüvvədə saxlanılmışdır. Bundan əlavə bildirmişdir ki, 2019-cu ildə şəxsi hesab vərəqəsində 46.719,29 manat artıq ödədiyi vergilər mövcud olmuşdur. Həmin artıq ödəmənin qaytarılması məqsədilə ilk dəfə xx.xx.2019-cu ildə vergi orqanına müraciət etmişdir. Sonradan isə artıq ödədiyi vergilər qaytarılmadığından dəfələrlə yenə vergi orqanına müraciətlər etmişdir. Artıq ödəməsi qaytarılmadığı üçün sonuncu dəfə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət etmişdir. Apellyasiya Şurasının xx.xx.2021-ci il tarixli 48 nömrəli Qərarı ilə inzibati şikayəti təmin edilmiş və Dövlət Vergi Xidmətinə artıq ödəmənin qaytarılması tapşırığı verilmişdir. Bundan sonra nəinki artıq ödədiyi vergilər ona qaytarılmış, əvəzində güya artıq ödəmə ilə bağlı 5 illik tələbetmə müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixində 19.860,49 manat artıq ödədiyi vergilər silinmiş və ona yuxarıda qeyd etdiyi əlavə vergilər hesablanaraq artıq ödəməsi sıfırlanmış və xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsinə əsasən 19.088,47 manat vergi borcu yaranmışdır. Halbuki, Vergi Məcəlləsinin 15.1.4-ci maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin 87.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. O, Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərini gözləməklə artıq ödəməsi yarandığı tarixdən 5 il keçməmiş artıq ödədiyi vergilərin geri qaytarılmasını tələb etmişdir. Məhkəmənin 2-1(112)-3760/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə “X4 (DDG)” QSC və "xxxx" QSC adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 14 iyul 2021ci il tarixli, **********355100 saylı qərarının ləğv edilməsi, bu qərar əsasında hesablanmış 38235,18 manat əlavə dəyər vergisinin və Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hesablanmış 5310,40 manat gəlir vergisinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə məhkəmənin 2-1(112)-3760/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı xx.xx.2017-xx.xx.2019 dövrü üzrə e-qaimə-faktura məlumatlarına əsasən 226 902,28 manat dəyərində əsasən siqaret, spirtli içki, sərinləşdirici içkilər və digər oxşar təyinatlı mallar əldə edilməsinə baxmayaraq, 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 32 075,30 manat dövriyyə bəyan edilmiş, vergi ödəyicisinin sahibliyində mal qalığının faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ nəzarət tədbiri həyata keçirilmiş, təsərrüfat subyektinin olmadığı müəyyən edilərək, ünvanının yaşayış yeri olduğu aşkarlanaraq təsdiqlənmişdir. Həmçinin alınan malların əsasən istifadə müddətinin keçməsini də nəzərə alaraq, malların təqdim edilməsi kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********966000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Belə ki, əldə olunmuş e-qaimə-faktura və təqdim olunmuş bəyannamə məlumatı bazasına əsasən vergi ödəyicisinin xx.xx.2017-ci il tarixinə mal qalığı sıfır götürülməklə, həmin dövrdən sonra bəyan edilmiş dövriyyələrin 80 faizinin maya dəyəri olmasını nəzərə almaqla, bugünkü tarixə məlumat bazası üzrə ən azı 212 417,68 manat mal qalığının olduğu müəyyən edilmişdir (hesablamalar minimum rəqəmlərlə aparılmaqla, vergi ödəyicisinin xeyrinə nəzərə alınmışdır). Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 38 235,18 manat (212 417,68*18%) əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********355100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd olunanlara əsasən 2021-ci ildə müəyyən edilmiş dövriyyə və xərc məbləğləri nəzərə alaraq, 2021-ci ilin 2-ci rübündə gəlir vergisi üzrə Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən 5 310,40 manat (212 417,68/30*75%) avans məbləği hesablanmışdır. Həmçinin bildirilmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərardan yuxarı vergi orqanına inzibati şikayət etmiş və həmin şikayət təmin edilməmişdir. İnzibati şikayətə baxılarkən uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2019-cu il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olduğu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv. metr olan “Market” adlı təsərrüfat subyektinin (obyektinin) (obyekt kodu: **********-10003) xx.xx.2017-ci il tarixdə vergi orqanında qeydiyyata aldırdığı və xx.xx.2017-ci il tarixdə vergi orqanına ərizə ilə müraciət edərək qeydiyyatdan çıxartdığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2017-xx.xx.2019 dövrü üzrə e-qaimə-faktura məlumatlarına əsasən 226 902,28 manat dəyərində əsasən siqaret, spirtli içki, sərinləşdirici içkilər və digər oxşar təyinatlı mallar əldə edilməsinə baxmayaraq, 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 32 075,30 manat dövriyyə bəyan edilmiş, sahibliyində mal qalığının faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ nəzarət tədbiri həyata keçirilmiş, təsərrüfat subyektinin olmadığı müəyyən edilərək, ünvanının yaşayış yeri olduğu aşkarlanaraq təsdiqlənmişdir. Həmçinin alınan malların əsasən istifadə müddətinin keçməsini də nəzərə alaraq, malların təqdim edilməsi kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********966000 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri sənədlər və ya müvafiq bəyannamə təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin iyun ayı üzrə 38 235,18 manat əlavə dəyər vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli Qərar qəbul olunmuşdur. Kameral vergi yoxlamasının nəticəsi ilə bağlı inzibati şikayətin ətraflı araşdırılması məqsədilə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********739000 nömrəli məktubla alınmış və satılmış malların (işlərin, xidmətlərin) tərkibi, alqısatqı müqavilələrini, kassa mədaxil-məxaric sənədlərini, 2017-2021-ci illlər üzrə bank hesablarından çıxarışları, satışın həyata keçirildiyi təsərrüfat subyekti (obyekti) barədə məlumatı, "xxxx" MMC (VÖEN: **********), "X4 (DDG)" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) ilə fərdi sahibkar arasında bağlanılmış müqavilələri, təhviltəslim Aktları, üzləşmə Aktları, xərc sənədləri və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlərin və araşdırma üçün zəruri hesab edilən digər sənədlərin surətlərinin inzibati araşdırmaya təqdim edilməsinin bildirilməsinə və qeyd edilən məktubun xx.xx.2021-ci il tarixdə oxunmasına baxmayaraq inzibati araşdırmaya hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********053600 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********401000 nömrəli və **********132300 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********548500 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********548501 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********548502 nömrəli) və xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********548503 nömrəli) müraciətləri ilə əlaqədar fərdi sahibkarın nümayəndəsi ilə 050-222-56- 96 mobil nömrə ilə əlaqə saxlanılmışdır. Əlaqə zamanı kameral vergi yoxlamasının əsasları izah olunmuş, qarşı tərəfin mülahizələri dinlənilmiş, fərdi sahibkar tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində "xxxx" MMC-dən (VÖEN: **********) 22 573,78 manat (ƏDV-siz) dəyərində, "X4 (DDG)" QSC-dən (VÖEN: **********) 190 688,40 manat (ƏDV-siz) dəyərində, "xxxx" QSC-dən (VÖEN: **********) 11 899,80 manat (ƏDV-siz) dəyərində və "xxxx" MMC-dən (VÖEN: **********) 1 740,30 manat (ƏDV- siz) dəyərində olmaqla ümumilikdə 226 902,28 manat (ƏDV-siz) dəyərində tütün, ərzaq məhsulların və soyuq içkilərin əldə edilməsinə baxmayaraq, 2017-ci ilin 1 -ci -4-cü rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində cəmi 32 075,30 manat məbləğində hasilatın əks etdirildiyi, 2017-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin Əlavə 1 hissəsinin göstəricisiz bəyan edildiyi, 2018-ci və 2019-cu illər ərzində fərdi sahibkar tərəfindən adları yuxarıda qeyd olunan hüquqi şəxslərdən malların əldə edilməsinə baxmayaraq 2018-ci il üzrə sadələşdirilmiş vergi bəyannamələrinin və 2019-cu il üzrə isə əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilmədiyi, fərdi sahibkar tərəfindən xx.xx.2017-ci il tarixində **********265500 nömrəli ərizə ilə vergi orqanına müraciət edilərək sahibkarlıq fəaliyyətinin 5 il müddətində dayandırılığı, lakin sahibkarlıq fəaliyyəti dayandırılandan sonra belə "xxxx" MMCdən, "X4 (DDG)" QSC-dən, "xxxx" QSCdən və "xxxx" MMC-dən elektron qaimə-faktura əsasında malların əldə edildiyi və AZƏRBAYCAN KOKA-KOLA BOTTLERS LİMİTED" MMC, "X4 (DDG)" QSC, "xxxx" QSC və "xxxx" MMC tərəfindən inzibati araşdırmaya fərdi sahibkar ilə bağlanılmış müqavilələr, malların təhvil-qəbul Aktlarının təqdim edildiyi və araşdırma üçün zəruri hesab edilən sənədlərin surətlərinin inzibati araşdırmaya təqdim edilməsinin zəruriliyi bildirilmişdir. Fərdi sahibkarın nümayəndəsi isə bir daha müraciətlərdə qeyd olunanları bildirməklə ümumilikdə qeyd olunan hüquqi şəxslərdən həmin dəyərdə malların alınmadığını bildirmişdir. Qeyd olunan hal xx.xx.2021-ci il tarixli Aktla rəsmiləşdirilmişdir. İnzibati şikayətlərdə qeyd edilən halların tam və ətraflı araşdırılması üçün əlavə müddət tələb olunduğundan şikayətə baxılması müddəti artırılmışdır və bu barədə fərdi sahibkara xx.xx.2021-ci il tarixli **********746400 nömrəli, xx.xx.2021-ci il tarixli **********445200 nömrəli, xx.xx.2021-ci il tarixli **********205100 nömrəli və **********201300 nömrəli, xx.xx.2021-ci il tarixli **********022400 nömrəli, xx.xx.2021-ci il tarixli **********618800 nömrəli və xx.xx.2021-ci il tarixli **********775000 nömrəli məktublarla məlumat verilmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə vergi qanunvericiliyinin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməlidir. Belə ki, fərdi sahibkar tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində "xxxx" MMC-dən (VÖEN: **********) 22 573,78 manat (ƏDV-siz) dəyərində, "X4 (DDG)" QSC-dən (VÖEN: **********) 190 688,40 manat (ƏDV-siz) dəyərində, "xxxx" QSC-dən (VÖEN: **********) 11 899,80 manat (ƏDV-siz) dəyərində və "xxxx" MMC-dən (VÖEN: **********) 1 740,30 manat (ƏDV- siz) dəyərində olmaqla ümumilikdə 226 902,28 manat (ƏDV-siz) dəyərində tütün, ərzaq məhsullarının və soyuq içkilərin əldə edildiyi müəyyən edilmişdir. Fərdi sahibkar xx.xx.2019-cu il tarixdən əlavə dəyər vergisi məqsədləri üçün məcburi qeydiyyata alınmış və bu barədə fərdi sahibkara xx.xx.2019-cu il tarixli **********425700 nömrəli məktubla Əlavə dəyər vergisi ödəyicisinin ********** nömrəli bildirişi ünvanlanmışdır. Fərdi sahibkar tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində 226 902,28 manat (ƏDV-siz) dəyərində məhsulların əldə edilməsinə baxmayaraq, 2017-ci ilin 1-ci - 4-cü rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində cəmi 32 075,30 manat məbləğində hasilatın əks etdirildiyi, 2017ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin Əlavə 1 hissəsinin göstəricisiz bəyan edildiyi, 2018-ci və 2019-cu illər ərzində fərdi sahibkar tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********), "X4 (DDG)" QSC-dən (VÖEN: **********), "xxxx" QSC-dən (VÖEN: **********) və "xxxx" MMC-dən (VÖEN: **********) malların əldə edilməsinə baxmayaraq 2018-ci il üzrə sadələşdirilmiş vergi bəyannamələrinin və 2019-cu il üzrə isə əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmişdir. Fərdi sahibkarın qeydiyyatda olduğu vergi orqanı tərəfindən fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) müşahidə keçirmək istənərkən vergi orqanında qeydiyyata alınan aktiv təsərrrüfat subyektinin (obyektinin) aşkar edilmədiyi və fərdi sahibkarın baza məlumatlarında qeyd edilən ***-***-**-** mobil nömrəsinə zəng edərkən nömrənin təyin edilmədiyi müəyyən edilmiş və bunlarla bağlı olaraq xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyat nömrəsi: xx.xx.2021-ci il tarixli **********690400 nömrəli) Arayış tərtib edilmişdir. Fərdi sahibkar tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100 kv. metr olan “Market” adlı təsərrüfat subyektinin (obyektinin) xx.xx.2014-cü il tarixdə vergi orqanında uçota alındığı və qeyd olunan təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2017-ci il tarixdə uçotdan çıxarıldığı müəyyən edilmişdir. Həmçinin, fərdi sahibkar xx.xx.2019-cu il tarixdə “Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi”ni vergi orqanına təqdim etdiyini və qeyd olunan ərizədə mal qalığının olmadığı bəyan etdiyi müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən xx.xx.2014-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması, xx.xx.2014-cü il tarixində isə vergi partnyorluğu sazişinin uzadılması ilə bağlı ərizələr ilə müraciət edilmişdir. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Kameral vergi yoxlamasının xx.xx.2021-ci il tarixdə sonuncu ƏDV bəyannaməsinin dövrü üzrə aparılmışdır. Qeyd olunan müraciətlərlə bağlı olaraq "xxxx" MMC-yə (VÖEN: **********), "X4 (DDG)" QSC-yə (VÖEN: **********), "xxxx" QSC-yə (VÖEN: **********) və "xxxx" MMC-yə (VÖEN: **********) sorğular göndərilmişdir. "xxxx" MMC (VÖEN: **********), "X4 (DDG)" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) sorğularla bağlı ünvanladıqları cavab məktublarında fərdi sahibkar İddiaçı elektron qaiməfaktura əsasında tütün məmulatlarının və soyuq içkilərin təqdim edildiyi bildirilmiş və fərdi sahibkar ilə bağlanılan alqı-satqı müqavilələri və malların təhvil-qəbul Aktları inzibati araşdırmaya təqdim edilmişdir. İnzibati araşdırma zamanı "xxxx" MMC (VÖEN: **********), "X4 (DDG)" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində fərdi sahibkara təqdim edilmiş 226 902,28 manat (ƏDV-siz) dəyərində olan elektron qaiməfakturaların aktiv olduğu müəyyən edilmişdir. Beləliklə, fərdi sahibkar tərəfindən inzibati araşdırmaya heç bir təsdiqedici sənədin təqdim edilmədiyini, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində fərdi sahibkar əldə olunmuş 226 902,28 manat (ƏDV-siz) dəyərində olan elektron qaiməfakturaların hal-hazırda aktiv olduğunu, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş müşahidə-baxış zamanı fərdi sahibkarın təsərrüfat subyektinin (obyektinin) aşkar olunmadığını, qarşı tərəflərə edilmiş sorğu məktublarına əsasən fərdi sahibkara malların təqdim edildiyinin bildirildiyini nəzərə alaraq, fərdi sahibkarın inzibati şikayətləri təmin edilməməli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********355100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmalı olduğu barədə yekun qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3760/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin istinad etdiyi İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 12 iyul 2016-cı il tarixli müqavilənin 9.3-cü bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti başa çatanadək ona xitam vermək və yaxud şərtlərinin dəyişdirilməsi barədə tərəflərdən birinin digərinin yazılı müraciəti olmadıqda və müqavilənin müddəti başa çatdıqdan sonra da tərəflər onun icrasını davam etdirdikdə, bu müqavilə eyni şərtlərlə və eyni müddətə təkrar uzadılmış hesab olunur. Göründüyü kimi, tərəflər müqaviləyə xitam verilməsi ilə bağlı hər hansı müraciət etmədikdə və müqavilənin icrasını davam etdirdikdə müqavilənin müddəti avtomatik olaraq uzadılmış hesab edilir. İş materiallarında da müqaviləyə xitam verilməsi ilə bağlı hər hansı sübut mövcud deyil. Eyni zamanda, “Azərbaycan Koka-Kola Bottlers Limited" MMC tərəfindən iddiaçıya 2017-ci il ərzində malların təqdim edilməsi barədə elektron qaimə-fakturalar verdiyini nəzərə alaraq, müqavilənin icrasının davam etdirilməsi və qüvvədə olması nəticəsinə gəlmək mümkündür. Məhkəmə isə qeyd edilən halları nəzərə almamışdır. Bundan əlavə, “Azərbaycan Koka-Kola Bottlers Limited" MMC tərəfindən vergi orqanının sorğusuna xx.xx.2021-ci il tarixli cavabında qeyd edilmişdir ki, cəmiyyət tərəfindən 2017-ci ilin aprel - noyabr ayları ərzində fərdi sahibkar İddiaçı (VÖEN: **********) adına 133 ədəd elektron-qaimə (EQ) ilə cəmi 22573.24 manat (ƏDV- siz) dəyərində mallar (sərinləşdirici spirtsiz içkilər) təqdim edilmişdir. Ödəniş fərdi sahibkarın istəyi ilə nağd qaydada və tam həyata keçirilmişdir. Mallar fərdi sahibkara və ya onun istəyi ilə çalışdırdığı işçilərinə aşağıdakı üç ünvanda təqdim edilmişdir: İ.Bakı Beynəlxalq Avtovağzal Kompleksi-2572,04 manat (ƏDV-siz) dəyərində; 2.Bakı şəhəri, Binəqəqdi rayonu,Xocasən qəsəbəsi, Sahil şadlıq sarayı-638,13 manat (ƏDV-siz) dəyərində; 3.Bakı şəhəri, Binəqəqdi rayonu,Biləcəri dairəsi,28 (Avtovağzal yaxınlığında)-19363,07 manat (ƏDV-siz) dəyərində. Göründüyü kimi, “Azərbaycan Koka-Kola Bottlers Limited" MMC tərəfindən də malların İddiaçı təqdim edilməsi faktı təsdiq edilir. Məhkəmə tərəfindən isə qeyd edilən fakt da nəzərə alınmamış, buna hər hansı qiymət verilməmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən yalnız "xxxx" MMC və “Azərbaycan Koka-Kola Bottlers Limited" MMC tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalara münasibət bildirilmişdir. "X4 (DDG)" QSC-dən (VÖEN: **********) 190 688,40 manat (ƏDV-siz) dəyərində, "xxxx" QSC-dən (VÖEN: **********) 11 899,80 manat alınmış mallara dair elektron qaimə-fakturalarla bağlı isə məhkəmə hər hansı münasibət bildirməmişdir. Əlavə olaraq bildirilməlidir ki, vergi ödəyicisi tərəfindən 2017-ci il ərzində 164654,98 manat, 2018-ci il ərzində 60 992,13 manat, 2019-cu ildə 1 255,17 manat dəyərində mal alınmışdır. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən malların alışının əksər hissəsi - 164654,98 manat dəyərində - 2017-ci ilə təsadüf edir. Vergi ödəyicisi isə 2017-ci ilin oktyabr ayında fəaliyyətinin dayandırılması ilə bağlı ərizə ilə vergi orqanına müraciət etmişdir. Yəni, hər bir halda, 164654,98 manat dəyərində mal məhz vergi ödəyicisinin rəsmi olaraq fəaliyyət göstərdiyi il ərzində alınmışdır ki, məhkəmə tərəfindən qeyd edilən hal da nəzərə alınmamış, bu da öz növbəsində əsassız qərarın qəbul edilməsinə səbəb olmuşdur. Vergi ödəyicisinin təsərrüfat subyektinin aşkar edilməməsi, onun tərəfindən təsərrüfat subyektinin qeydiyyatdan çıxarılması hələ vergi orqanının qərarının əsassız olduğunun göstəricisi deyil. Nəzərə çatdırırlar ki, vergi orqanı tərəfindən yalnız vergi ödəyicisi tərəfindən qeydiyyata alınmış təsərrüfat subyektinə baxış keçirilmişdir. Lakin, “Azərbaycan Koka-Kola Bottlers Limited" MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubdan da göründüyü kimi, vergi ödəyicisi malları 3 fərqli ünvanda qəbul edib və bu fakt vergi ödəyicisi tərəfindən vergidən yayınma məqsədilə vergi orqanında qeydiyyata alınmayan təsərrüfat subyektlərinin mövcud olduğunu göstərir. Digər tərəfdən, yuxarıda da qeyd edildiyi kimi, vergi ödəyicisi tərəfindən 2017-ci il ərzində (vergi ödəyicisinin rəsmi olaraq fəaliyyət göstərdiyi və təsərrüfat subyektinin qeydiyyatda olduğu il) 164654, 98 manat məbləğində malın alınması faktı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əlavə olaraq, məhkəmə iddia tələbinin digər - “Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hesablanmış 5310,40 manat gəlir vergisinin ləğv edilməsi” hissəsinin də təmin edilməsi barədə qərar qəbul etmişdir. Lakin, məhkəmə qərarında həmin iddianın mümkünlüyü, onun təmin edilmə əsasları ilə bağlı qərarda hər hansı qeyd yoxdur. Nəzərə çatdırırlar ki, 2021-ci ildə müəyyən edilmiş dövriyyə və xərc məbləğləri nəzərə alaraq, 2021-ci ilin 2-ci rübündə gəlir vergisi üzrə Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən 5 310,40 manat (212 417,68/30*75%) avans məbləği hesablanmış, bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli cari vergilərin hesablanması barədə bildiriş göndərilmişdir. Bildiririk ki, vergi ödəyicisinin 2021-ci il gəlir vergisi üzrə kameral vergi yoxlaması keçirilmiş, xx.xx.2022-ci il tarixli, **********579500 saylı “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərar qəbul edilərək gəlir vergisi üzrə 8496,71 manat vergi hesablanmışdır. Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar bu Məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən əvvəlki vergi ilində fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin (bundan sonra əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri) cari vergi ödəmələri bu maddədə göstərilən qaydada həyata keçirilir. Həmin Məcəllənin 151.6-cı maddəsinə əsasən cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq- hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır. Göründüyü kimi, cari vergi ödəməsi müvafiq dövrlər üçün hesablanır, hesabat ili başa çatdıqdan sonra yenidən haqqhesab həyata keçirilərək gəlir vergisinin yekun məbləği müəyyənləşdirilir. Hazırkı halda da, iddiaçının gəlir vergisi ilə bağlı kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərar qüvvədədir, həmin qərar əsasında ödənilməli olan gəlir vergisi müəyyən edilib və həmin qərar ləğv edilmədiyi təqdirdə gəlir vergisi məbləğinin silinməsi mümkünsüzdür. Başqa sözlə desək, iddiaçı gəlir vergisinin silinməsini istəyirsə, qüvvədə olan xx.xx.2022-ci il tarixli, **********579500 saylı qərarı mübahisələndirməli idi. Birinci instansiya məhkəməsi isə qeyd edilən xüsusatlara nəzər yetirməyərək əsassız qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixli qərarı inzibati qaydada şikayət instansiyasında mübahisələndirmiş, AR İN yanında DVX-nin inzibati şikayətin təmin edilməməsi haqqında 13 oktyabr 2021-ci il tarixli qərarından sonra, xx.xx.2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1.4-ci maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. - Məcəlləyə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.2 vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur və vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. -87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. -94.0 maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. -151.1. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar bu Məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. -151.2. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin vergiyə cəlb olunan gəlirinin (xərclər nəzərə alınmadan) həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) vergiyə cəlb olunan gəlirində (xərclər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər. -151.3. Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir. -151.4. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. -151.5. Əvvəlki vergi ilində fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin (bundan sonra - əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri) cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir: 151.5.1. Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla (əvvəlki illərdə yaranmış zərər məbləğləri vergi tutulan mənfəətdən (gəlirdən) çıxılmaqla) bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır. 151.5.2. Cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır. 151.5.3. Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər. 151.5.4. Cari vergi ödəmələri bu Məcəllənin 151.5.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. -151.5.5. Bu Məcəllənin 151.5.4-cü maddəsində müəyyən edilmiş faiz bu Məcəlləyə müvafiq olaraq aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergilər üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətə ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. -151.5.6. Cari vergi ödəmələri vergi ili üçün əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. -151.5.7. Sadələşdirilmiş verginin ödəyiciləri mənfəət və ya gəlir vergisi ödəyicisi olduqda cari vergi ödəmələrinin məbləği bu Məcəlləyə uyğun olaraq müəyyən edilir. -151.5.8. Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri bu Məcəllənin 16.2-ci və 151.5.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq arayışı təqdim etmədikləri halda, vergi orqanı cari vergi ödəmələrinin məbləğini bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq vergini əlaqəli məlumatlar əsasında hesablayır və vergi ödəyicisinə müvafiq bildiriş göndərir. -151.6. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır. -151.7. Cari vergi ödəmələri bu Məcəllədə nəzərdə tutulan güzəşt və azadolmalar nəzərə alınmaqla hesablanır və hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsinin surətinə əsasən İddiaçı 150.3.2012-ci il tarixdə ünvan 3 ünvanında sahibkar kimi qeydiyyata alınmış, ona ********** qeydiyyat nömrəsi (VÖEN) verilmişdir. - İddiaçı xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən xx.xx.2021ci il tarixə ona 28235,18 manat əlavə dəyər vergisi, xx.xx.2021-ci il tarixə 5310,40 manat gəlir vergisi hesablanmış, vaxtı keçmiş artıq ödəmə məbləği 19860,49 manat göstərilmişdir. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli qərara əsasən, iyun 2021-ci il hesabat dövrü üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumatla əsasən hesablanması vergi və ya sığorta haqqı üzrə əlavə dəyər vergisi 38235,18 manat hesablanmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********722600 nömrəli 13 oktyabr 2021-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən X1 vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati şikayətlə bağlı Dövlət Vergi Xidmətinin mövqeyi ondan ibarət olmuşdur ki, müraciətlərlə bağlı olaraq "xxxx" MMC-yə (VÖEN: **********), “X4 (DDG)” QSC-yə (VÖEN: **********), "xxxx" QSC-yə (VÖEN: **********) və "xxxx" MMC-yə (VÖEN: **********) sorğular göndərilmişdir. "xxxx" MMC (VÖEN: **********), “X4 (DDG)” QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) sorğularla bağlı ünvanladıqları cavab məktublarında fərdi sahibkar İddiaçı elektron qaimə-faktura əsasında tütün məmulatlarının və soyuq içkilərin təqdim edildiyi bildirilmiş və fərdi sahibkar ilə bağlanılan alğı-satqı müqavilələri və malların təhvil-qəbul Aktları inzibati araşdırmaya təqdim edilmişdir. İnzibati araşdırma zamanı "xxxx" MMC (VÖEN: **********), “X4 (DDG)” QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci iltarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində fərdi sahibkara təqdim edilmiş 226902,28 manat (ƏDV-siz) dəyərində olan elektron qaiməfakturaların aktiv olduğu müəyyən edilmişdir. Beləliklə, fərdi sahibkar tərəfindən inzibati araşdırmaya heç bir təsdiqedici sənədin təqdim edilmədiyi, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində fərdi sahibkar əldə olunmuş 226902,28 manat (ƏDV-siz) dəyərində olan elektron qaimə-fakturaların hal-hazırda aktiv olduğunu, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş müşahidə-baxış zamanı fərdi sahibkarın təsərrüfat subyektinin (obyektinin) aşkar olunmadığını, qarşı tərəflərə edilmiş sorğu məktublarına əsasən fərdi sahibkara malların təqdim edildiyinin bildirildiyini nəzərə alaraq, fərdi sahibkarın inzibati şikayətləri təmin edilməməli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********355100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən saxlanılmalıdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 48 nömrəli 02 iyul 2021-ci il tarixli qərarına əsasən fiziki şəxs İddiaçı inzibati şikayəti təmin edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinə tapşırılmışdır ki, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ilkin ərizəsinə əsasən həmin tarixə şəxsi hesab vərəqəsində olan artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022ci il tarixli, **********860600 nömrəli məktubla "xxxx" MMC (VÖEN: **********), “X4 (DDG)” QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) tərəfindən fərdi sahibkar İddiaçı elektron qaimə-faktura əsasında tütün məmulatlarının və soyuq içkilərin təqdim edilməsi barədə cavab məktublarının və fərdi sahibkar ilə bağlanılan alğı-satqı müqavilələri və malların təhvil-qəbul aktlarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Müvafiq şirkətlər tərəfindən təqdim edilmiş elektron qaimələrdə fərdi sahibkar bölməsində, təhvil-təslim aktlarında təhvil aldım bölməsində İddiaçı imzaları aşkar edilməmişdir. Beləliklə, inzibati işdən göründüyü kimi mübahisəli qərarın qəbul edilməsinə əsas olmuş hal, "xxxx" MMC (VÖEN: **********), “X4 (DDG)” QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) tərəfindən İddiaçı 226902,28 manat (ƏDV-siz) dəyərində tütün məmulatlarının və soyuq içkilərin aktiv elektron qaiməfaktura əsasında təqdim edilməsi və fərdi sahibkar ilə bağlanılan alqı-satqı müqavilələri və malların təhvil-qəbul Aktları olmuşdur. İddiaçı tərəfindən inzibati araşdırmaya heç bir təsdiqedici sənəd təqdim edilmədiyi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində iddiaçı tərəfindən əldə olunmuş 226902,28 manat (ƏDV-siz) dəyərində olan elektron qaimə-fakturaların hal-hazırda aktiv olduğunu, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş müşahidə-baxış zamanı fərdi sahibkarın təsərrüfat subyektinin (obyektinin) aşkar olunmadığını, qarşı tərəflərə edilmiş sorğu məktublarına əsasən fərdi sahibkara malların təqdim edildiyinin bildirildiyini nəzərə alaraq, iddiaçının inzibati şikayəti də, təmin edilməmişdir. Kollegiya hesab edir ki, mübahisələndirilən qərar qəbul olunarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə əsassız vergi məbləğləri hesablanmışdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş elektron-qaimə, təhvil-təslim aktları və alqı-satqı müqaviləsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, müvafiq şirkətlər tərəfindən təqdim edilmiş elektron qaimələrdə fərdi sahibkar bölməsində, təhvil-təslim aktlarında təhvil aldım bölməsində İddiaçı imzası və möhürü, təhvilin tarixi mövcud deyildir. Belə olan təqdirdə elektron qaimələr malların həqiqətən də verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, ilk növbədə ödənilən pul vəsaiti barədə məlumatı əks etdirən və heç bir halda məlum müqavilə şərtlərinə uyğun olaraq malların həqiqətən də verilməsi məlumatlarını özündə əks etdirməyən elektron qaydada tərtib edilmiş həmin sənədlərlə müqavilədə nəzərdə tutulan malların alıcıya (iddiaçıya) təhvil verilməsinin müəyyən olunması mümkün deyildir. Bu səbəbdən də, sözügedən sənədlər malların iddiaçıya təhvil verilməsini sübut edən sənəd kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 21 fevral tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhviltəslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. Yuxarıdakı normadan görünür ki, bu norma 2021-ci ildən tətbiq olunur. Lakin qaimənin (vergi hesab fakturası) forması və onun əsasını təşkil edən sənədlər daha öncəki normada da eyni məzmunlu olub. Yəni bu qaimənin əsasını təşkil edən sənədlərin mövcudluğu əsas şərtdir. Məhsulun təhvil verilməməsi məhz o məhsulların təqdim edilməməsi anlamına gəlməlidir. Həmçinin işin hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan “Market” adlı təsərrüfat subyekti (obyekti) xx.xx.2014-cü il tarixdə vergi orqanında uçota alınmış və qeyd olunan təsərrüfat subyekti (obyekti) vergi orqanında xx.xx.2017-ci il tarixdə uçotdan çıxarılmış, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş müşahidə-baxış zamanı da fərdi sahibkarın təsərrüfat subyekti (obyekti) aşkar olunmamışdır. Həmçinin cavabdeh orqan tərəfindən 2021-ci ildə isə obyektdə müşahidə aparılmış və yerin söküldüyü müəyyən edilmişdir. Bu barədə də sənəd iş materiallarında mövcuddur. Bütün bu hallar da fəaliyyətin dayanması dövründən sonrakı müddətdə fəaliyyətin olmamasını sübut edir ki, bunun əksini sübut edən hal mövcud deyildir. Cavabdeh məhkəmə araşdırmaları zamanı təhvil təslim aktıları sübut kimi təqdim etmişdir, lakin yuxarıda qeyd edildiyi kimi bu aktlarda iddiaçının imzası və möhürü, təhvilin tarixi qeyd olunmamışdır. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli, 156 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesabfakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 2.3-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Göründüyü kimi 2017-2018 dövrlərində məhz vergi hesab fakturaları əsas sənəd kimi nəzərə alınırdı və bu sənədlər əsasında da məhz həmin dövrə vergi hesablanmış, nəticədə bu vergilər ödənilmişdir. Qanunun geriyə qüvvəsi yalnız vergi ödəyicisinin xeyrinə olduğu halda mümkün olduğundan qaimələr əsasında 2017-2018 dövrlərinə vergi nəzərdə tutulması əsassızdır. Göründüyü kimi, işin halları inzibati orqan tərəfindən inzibati məhkəmə icraatında ətraflı araşdırılaraq qiymət verilməli olduğu halda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun və Vergi Məcəlləsinin müddəalarındakı tələblərinə əməl edilmədən iş üzrə mübahisəli qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 02 iyul 2021-ci il tarixli qərarı ilə hazırki iddiaçının inzibati şikayəti təmin edilmiş, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, fazilərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ilkin ərizəsinə əsasən həmin tarixə şəxsi hesab vərəqəsində olan artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi Dövlət Vergi Xidmətinə tapşırılmışdır. Bu qərardan da göründüyü kimi inzibati orqan tərəfindən hərtərəfli araşdırma nəticəsində həmin dövrə vergi ödəyicisinini vergi borcunun deyil, dövlət büdcəsinə artıq ödəməsinin olduğu aşikardır. Hazırki mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarla isə iddiaçıya 2017-2019-cu illər üzrə vergi borcu hesablanmışdır. Məhkəmə kollegiyası həmçinin Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hesablanmış 5310,40 manat gəlir vergisinin ləğv edilməsi barədə tələbə münasibətdə apellyasiya şikayətinin dəlillərinə cavab olaraq qeyd edir ki, inzibati orqan tərəfindən qeyd edilən gəlir vergisinin hesablanmasına əsas məhz hazırki mübahisələndirilən qərarla inzibati orqanın müəyyən etmiş olduğu hal olmuşdur. Belə ki, inzibati orqan hesab etmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində 226902,28 manat (ƏDV-siz) dəyərində məhsulların əldə edilməsi nəticəsində dövlət büdcəsinə vergi borcu yaranmış və 2021-ci ildə müəyyən edilmiş dövriyyə və xərc məbləğləri nəzərə alaraq, 2021-ci ilin 2-ci rübündə gəlir vergisi üzrə VM-nin 151.5-ci maddəsinə əsasən 5310,40 manat avans məbləği hesablanmışdır. Halbuki yuxarıda qeyd edilənlərə nəzərən məhkəmə kollegiyası araşdırma nəticəsində müəyyən etdi ki, vergi ödəyicisi xx.xx.2017-ci il tarixində **********265500 nömrəli ərizə ilə vergi orqanına müraciət edilərək sahibkarlıq fəaliyyəti 5 il müddətində dayandırmış, həmin vaxta hər hansı bir vergi borcu müəyyən edilməmiş, hətta 2021-ci il tarixə dövlət büdcəsinə artıq ödəməsi müəyyən edilmişdir. Aydın olduğu kimi, şəxsi hesab vərəqəsində qeyd edilən 5310,40 manat avans məbləği məhz hazırda mübahisələndirilən qərarla birbaşa əlaqəli olduğuna görə iddiaçı tərəfindən həmin məbləğin də mübahisələndirilməsi əsaslıdır. Beləliklə, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri hesablandığı müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarla ƏDV hesablanmasının əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3760/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar