Məhkəmə qərarları › İş №2-1(103)-1865/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1865/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1865/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Niftalıyeva Günel Ziya qızının katibliyi, İddiaçının nümayındəsi və vəkili Vəkil2, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1271/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 №li Zeytun sovxozu direktorunun 8 №-li, 29 noyabr 1999-cu il tarixli əmri ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 236 №-li, 04 iyul 1996-cı il tarixli sərəncamına əsasən fərdi ev tikmək üçün ona ayrılmış, hazırda istifadəsində olan 1000 kv.m. ölçüdə olan torpaq sahəsinə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyat qanunsuz hesab edilməklə ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək Abşeron rayon 1 №-li Zeytun sovxozu direktorunun 8 №-li, 29 noyabr 1999-cu il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 №-li, 04 iyul 1996-cı il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, X15 qəsəbəsi ərazisində yerləşən, sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün İddiaçı ayrılmış, hazırda istifadəsində olan 1000 kv.m torpaq sahəsinin və üzərindəki tikilinin mülkiyyəti kimi dövlət reyestrində adına qeydiyyata alınmasını və ona vahid əmlaka dair çıxarışın, ərazinin texniki sənədinin (pasport) verilməsini, ona ayrılmış torpaq sahəsinin yerləşmə koordinatlarının, faktiki ölçüsünün trayektoriyasının (tərəflərinin) müəyyən edilməsi zamanı bu torpaq sahəsinin azaldılmasına səbəb olan hər hansı zəbt etmə və s. səbəblər müəyyən edilərsə və yaxud bu torpaq sahəsinin hüdudları ilə başqa şəxslərə aid torpaq sahələrinin hüdudlarının üst-üstə düşməsi müəyyən edilərsə, həmin azalma, üst-üstə düşmə və sair səbəblərin aradan qaldırılmasını xahiş etmişdir. Həmin müraciətinə verilən 13 yanvar 2023-cü il tarixli cavabda bildirilmişdir ki, müraciətində göstərilmiş əmlakla əlaqədar məhkəmə mübahisəsi var və yekun nəticədən sonra müraciətinə müvafiq qaydada baxılacaqdır. Məhkəmədə olan mübahisəli məsələdən məlum olmuşdur ki, Abşeron rayon 1 №-li Zeytun sovxozu direktorunun 8 №-li, 29 noyabr 1999-cu il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 №-li, 04 iyul 1996-cı il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, X15 qəsəbəsi ərazisində yerləşən, sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün İddiaçı ayrılmış, hazırda da istifadəsində olan 1000 kv.m torpaq sahəsi ilə əlaqədar dövlət reyestrində müxtəlif vaxtlarda başqa şəxslərin adlarına qeydiyyat aparılıb və bu barədə X12 adına Abşeron rayon ərazi idarəsində ********* qeydiyat nömrəli 01 fevral 2007-ci il tarixli qeydiyyat aparılıb və **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli kitabın 24 nömrəli vərəqində qeydə alınmaqla çıxarış verilib. Abşeron rayon 1 №-li Zeytun sovxozu direktorunun 8 №-li, 29 noyabr 1999- cu il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 №-li, 04 iyul 1996-cı il tarixli sərəncamına əsasən, Bakı şəhəri, X15 qəsəbəsi ərazisində yerləşən, sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün İddiaçı 1000 kv.m torpaq sahəsi ayrılıb. Buna dair akt tərtib edilib. Qeyd olunan torpaq sahəsi əmrin qəbul edildiyi 1999-cu il tarixdən onun istifadəsindədir və həmin torpaq sahəsində tərəfindən fərdi ev tikilib və ailəsi ilə həmin tikilidə yaşayır. Məhkəmənin xx.xx.2024-cü il qərardadı ilə X4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1271/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2586/2023 nömrəli qətnaməsi ilə, iddiaçı X2 cavabdeh İddiaçı qarşı "torpaq sahəsi və tikilinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı çıxarışına əsasən iddiaçı X3 məxsus olan və cavabdeh İddiaçı tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsi və tikilinin boşaldılaraq iddiaçı X3 təhvil verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-645/2024 nömrəli qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2586/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2149/2024 nömrəli qərarı ilə, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-645/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2586/2023 nömrəli qətnaməsində qeyd edilən faktlar: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən X3 verilmiş **********72 reyestr nömrəli daşınmaz əmlakın pasportundan görünür ki, Abşeron rayonu 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsinin planı tərtib edilmişdir. Əsas olaraq Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 01 fevral 2007-ci il tarixli, ********* nömrəli daşınmaz əmlakın dövlət reeystrindən çıxarış, Abşeron rayon 2 saylı DNK-nin 07 fevral 2007-ci il tarixli, 4Ə-2-142 nömrəli alqı-satqı müqaviləsi. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışından görünür ki, Abşeron rayon 1 saylı Zeytun sovxozu direktorunun 22 fevral 2000-ci il tarixli, 01 saylı əmrlə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 4 iyul 1996-cı il tarixli 236 saylı sərəncamına əsasən Yeni Suraxanı qəsəbəsi yaxınlığında sovxoza məxsus sahədə fərdi ev tikmək üçün 1000 kv.m. torpaq sahəsinin Süleymanov Səfərə ayrılması qərara alınmışdır. Əsas: Sovxoz həmkarlar təşkilatının 22 fevral 2000-ci il tarixli protokolu. - 2 saylı Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2-1(82)-2154/2019 saylı məktubuna əsasən İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin iddiaçı X6 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozunda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşüb-düşməməsinin, düşdüyü təqdirdə naturada yeri göstərilməklə buna dair rəyin məhkəməyə təqdim olunması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08 yanvar 2020-ci il tarixli, **********55 saylı məktubdan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Torpaq sahəsi naturada 950 kv.metr olmaqla təqdim olunmuş plan-ölçüdə qeyd olunan koordinat nöqtələri ilə tam olaraq üstüstə düşür. Sözügedən torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən **********20 reyestr nömrəsi ilə X7 mülkiyyətindədir. İddiaçı tərəfindən torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün sənədin göstərilən sahəyə aid olubolmaması məlum deyildir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08 iyun 2020-ci il tarixli, **********75 saylı məktubdan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2154/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarına əsasən X5 adına qeydiyyata alınmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozunun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi ilə iddiaçı X2 xx.xx.2007-ci il tarixdə verilmiş ********* qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən yerli baxış zamanı göstərdiyi sahə eynlik təşkil etməklə üst-üstə düşür. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-18/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X8, X3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçı X7 cavabdehlər X9 və X10 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs X2 İddiaçı, X8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarından irəli gələn sahiblik, istifadə hüquqlarının tanınması və Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 nömrəli sərəncamının və cavabdeh X8 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair İddiaçı iddiasının təmin olunmaması, müstəqil tələb irəli sürən 3-cü şəxs X2 iddiasının qismən təmin olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən X7 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən 0.0950 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2019- cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmiş, eyni tarixli və saylı qərardadla X7 cavabdehlər X9 və X10 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6338/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X8, X3 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçı X7 cavabdehlər X9 və X10 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs X2 İddiaçı, X8 və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı sərəncamın və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 18/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 18/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarına əsasən: 1.1. inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır. 1.3. mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3. ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.

12. inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. 14.1. inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı iddia tələbinin məzmunundan görünür ki, iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakın ilkin qeydiyyatının qanunsuz hesab edilməklə ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisə predmeti olan əmlaka dair mötəbər hüquqmüəyyənedici sənədlərə malik deyil. Həmçinin yuxarıda adıçəkilən mülki iş üzrə məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsi ilə bağlı əvvəllər mübahisələr olmuş, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 8152/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, məhkəmə araşdırması dövründə İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin iddiaçı X6 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozunda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, X5 ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə xx.xx.2007-ci il tarixdə MH ******* seriyalı ********* qeydiyyat nömrəli çıxarış əsasında X2 adına qeydiyyata alınmış torpaq sahəsi ilə eynilik təşkil etməklə üstüstə düşdüyü müəyyən edildiyindən, X2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daha əvvəl xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, həmçinin X5 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi Abşeron Rayon İcra Başçısının 04 iyul 1996-cı il tarixli, 236 saylı sərəncam mübahisəli olmaqla, həmin sərəncam əsasında torpaq sahəsinin yerində təyin etmək mümkün olmadığından cavabdeh tərəfindən həmin daşınmaz əmlakın iddiaçının adına qeydiyyata alınmasından imtina edilməsi əsaslı olmuş və iddia rədd edilmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın kadstrı və ünvan reyestr xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********54 nömrəli mütəxəssis rəyindən görünür ki, X7 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsi ilə "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsi qismən üst-üstə düşür, "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsinin faktiki koordinatlarına əsasən müəyyən edilmişdir ki, X7 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsindən əlavə 23 kv.m ərazidən istifadə edir və 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi və 1 saylı Zeytun sovxozu tərəfindən X6 ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbəbindən, 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsi ilə 1 saylı Zeytun sovxozu tərəfindən X6 ayrılmış 1000 kv.m torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli 10/4194 nömrəli digər ekspertiza rəyindən görünür ki, X7 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsi ilə "Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi” MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsi qismən üst-üstə düşdüyü müəyyən olunur, "xxxx" MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsinin faktiki koordinatlarına əsasən müəyyən edildi ki, X7 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsindən əlavə 23 kv.m ərazidən istifadə edir və 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmək sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə, göstərilməməsi və 1 saylı Zeytun sovxozu tərəfindən X6 ayrılmış 1000 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbindən, 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsi ilə 1 saylı Zeytun sovxozu tərəfindən X6 ayrılmış 1000 kv.m torpaq sahəsinin koordinatlarının üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X14 07 fevral 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan Abşeron rayonu 1 saylı Zeytun Sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsini X1 və qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Bu səbəbdən də X2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ daha əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə qeyd olunan faktlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı mübahisəsi gedən torpaq sahəsi üzərində hər hansı hüquqları qalmamışdır. Qeyd edilən mülki işin icraatında olduğu kimi hazırkı inzibati işin icraatında da iddiaçı tərəfindən eyni dəlillər irəli sürülmüş və ona ayrılmış torpaq sahəsinin məhz istifadəsində olduğunu qeyd etdiyi-üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı tərəf subyektiv hüququn əsası kimi yuxarıda qeyd edilən mülki iş üzrə qətnaməyə istinad etsə də, həmin dəlillər əksinə, onun subyektiv hüququnun olmamasını təsdiq edir Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (İPMin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər.) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə də cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Beləliklə, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının subyektiv hüquqlarının pozulması müəyyən edilmir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1271/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar