Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1866/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinə qarşı “xidmət illərinin yenidən hesablanması və yeni məlumat vərəqəsinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1835/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında təkrar baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, döyüşən ordunun tərkibindəki xidmət illərinin güzəştli şərtlərlə (1 günün 3 gün kimi) düzgün hesablanıb «məlumat vərəqinin» tərtib edilərək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla İş Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir (İPM m 34.1.) İddianın əsaslarına görə iddiaçı Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən 27 yanvar N4-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və döyüşlərdə iştirak etməklə 19 oktyabr N7-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Bu faktı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixli 265 nömrəli arayışı ilə təsdiq olunur. O, döyüş bölgəsində yerləşən N və N saylı hərbi hissələrdə xidmət etdiyi dövrdə döyüş əməliyyatlarında iştirak etmişdir (Əsas: NZ№ ******* saylı hərbi bilet.) O, 30 iyun N8-ci il tarixdən Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri, 2015-ci ildən 2019-cu ilədək manqa komandiri işləmişdir. 2019-cu ilin oktyabrında pensiyaya çıxmışdır. Ona 715 manat məbləğində pensiya təyin edilmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa 2004-cü il 13 sentyabr tarixində edilən dəyişikliyə qədər onun güzəştli şərtlərlə xidmət illəri 3 il 9 ay 12 gün olmuşdur. Yuxarıda qeyd olunan qanunun 2004-cü ilin 13 sentyabr tarixinə qədər güzəştli şərtlərlə (1 günün 3 gün kimi) hesablanması tələbinə uyğun döyüş bölgəsində xidmət etdiyi illəri nəzərə alınmamışdır. O, müvafiq ərizə ilə cavabdeh müraciət etsə də, sonuncu 261, 688, 691, 704, N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olduğunuz müddətin güzəştli qaydada hesablanılması üçün əvvəlki müraciətinə birgə təqdim etdiyi arayış araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə göndərilmiş və həmin Xidmətin xx.xx.2020-ci il tarixli 1231 nömrəli məktubunda bildirilmişdir ki, “Sizin 261, 688, 691, N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olduğunuz müddətin güzəştli qaydada hesablanılması qanunamüvafıq deyildir.” Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.N4 - xx.xx.N7-ci il tarixlərdə Silahlı Qüvvələrdə döyüş bölgəsində müddətli həqiqi hərbi xidmətdə olduğu üçün həmin dövr (03 il 08 ay 28 gün) güzəştli şərtlərlə hesablanmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1835/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, eyni zamanda qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə heç cür razılaşmır. İşə baxılarkən cavabdehin istinad etdiyi qanunsuz əsasa görə iddia tələbi rədd edilmişdir. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna 2004-cü il 13 sentyabr tarixində edilən dəyişikliyə qədər onun güzəştli şərtlərlə xidmət illəri 3 il 9 ay 12 gün olmuşdur. Lakin qeyd olunan Qanunun tətbiq edilməklə 1 gün 3 gün hesabı ilə döyüş bölgəsində xidmət etdiyi illər nəzərə alınmamışdır. Hesab edir ki, məhkəmə maddi normalarının habelə prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, düzgün tətbiq edilməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, N4-N7-ci illərdə müddətli həqiqi hərbi xidməti 1 il 6 ay təşkil etmiş, bundan artıq olan xidməti, məcburi olaraq müddətdən artıq həqiqi xidmətinə daxildir və üçqat hesablanmalıdır. Odur ki, məhkəmədən birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianın təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr N2-ci il tarixli 631 nömrəli Qərarının mübazhisələndirilən dövrdə qüvvədə olan 2-ci bəndinin a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri uzun müddət xidmətə daxil edilir. (1 iyul 2005-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin ilə 2-ci bəndin “a” yarımbəndinin birinci və ikinci abzasları çıxarılmışdır.) Qeyd olunanlardan göründüyü kimi, cavabdeh imtinanın əsası kimi qeyd edir ki, iddiaçının xx.xx.N4 - xx.xx.N7-ci il tarixlərdə Silahlı Qüvvələrdə döyüş bölgəsində müddətli həqiqi hərbi xidmətdə olduğu üçün həmin dövr (03 il 08 ay 28 gün) güzəştli şərtlərlə hesablanmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının hərbi xidmət keçdiyi dövrdə qüvvədə olan “Hərbi xidmət haqqında” Qanunun 15-ci maddəsinin “a” bəndinin N7-ci il 7 oktyabr tarixinədək olan redaksiyasına əsasən “dinc dövrdə hərbi xidmətin müddətləri müddətli xidmət hərbi qulluqçuları üçün: ali təhsili olanlar -1 il; hərbi-dəniz qüvvələrinin və sərhəd qoşunları dəniz dəniz hissələrinin gəmi və sahil hissələri, döyüş təminatı matrosları və çavuşları – 2 il; qalan bütün əsgərlər və çavuşlar -1 il 6 ay müəyyən edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin işə əlavə olunmuş xx.xx.2021-ci il 1630 saylı və xx.xx.2021-ci il tarixli 1686 məktublarından, eləcə də iddiaçının iş materiallarında olan qeydiyyat vərəqindən (kartasından) görünür ki, 1975-ci il təvəllüdlü çavuş İddiaçı: - xx.xx.N4-cü il tarixdə Beyləqan rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.N4-cü ıl tarixdən xx.xx.N7-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.N7-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 160 saylı xx.xx.N7-ci il tarixli əmri ilə hərbi xidmətdən tərxis olmuşdur. “Hərbi xidmət haqqında” Qanunun qeyd olunan 15-ci maddəsinin “a” bəndinin tələbi nəzərə alındıqda, xx.xx.N4-cü il tarixdə Beyləqan rayon hərbi komissarlığı tərəfindən xx.xx.N4-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış iddiaçının 1 il 6 aylıq müddətli həqiqi hərbi xidmət dövrü xx.xx.N5-ci il tarixində bitir. Belə olan halda, müddətli hərbi xidmət dövrünün bitdiyi xx.xx.N5-ci il tarixindən sonrakı, yəni, həmin tarixdən tərxis olunduğu xx.xx.N7-ci il tarixə kimi olan dövr onun müddətindən artıq xidmət dövrünü əhatə edir. Belə ki,“Hərbi xidmət haqqında” Qanunun 2011-ct il 12 oktyabr tarixinədək qüvvədə olan redaksiyasına görə həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: əsgərlərin və matrosların , çavuşların müddətli həqiqi xidməti, hərbi-məktəb kursantlarının həqiqi hərbi xidməti, gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar müddətli hərbi xidmətdə, Qanunla müəyyən edilmiş müddətdən artıq həqiqi hərbi xidmət keçəndər isə müddətdən artıq həqiqi hərbi xidmətdə hesab olunurlar. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin N2-ci il 25 iyul tarixli 77 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətlərinin respublika ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılması qərara alınmışdır. Yəni, həmin Fərmanla, müddətli həqiqi hərbi xidmətdə olan şəxslərin ehtiyata buraxılmaları dayandırılmışdır. Həmin Fərmanın tətbiqinin hüquqi nəticəsi olaraq müddətdən artıq həqiqi hərbi xidmət dövrünə keçid könüllü deyil, icrası məcburi olan hüquqi akta əsasən baş vermişdir ki, bu da müddətdən artıq həqiqi hərbi xidmətin mahiyyətini dəyişmir. Beləliklə də qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının müddətli hərbi xidmətinin bitdiyi xx.xx.N5-ci il tarixindən, onun tərxis olunduğu xx.xx.N7-ci il tarixə kimi olan xidmət dövrü onun müddətdən artıq həqiqi hərbi xidməti kimi qiymətləndirilməlidir. Hazırkı mərhələdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli 4/2-3252 saylı “Arxiv arayışı”na əsasən isə müəyyən olunur ki, iddiaçı müddətdən artıq hərbi xidmət dövründə “N saylı hərbi hissə komandirinin N iyul N5-ci il tarixli 190 No-li əmri ilə “qumbaratan” vəzifəsinə təyin olunmuş və Müdafiə Nazirinin 26.09.97-ci il tarixli əmri əsasında, həmin hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli 310 No-li əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. İşin 20-ci vərəqində olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 265 nömrəli arayışına, eləcə də, onun xx.xx.N3-cü il tarixli HZ No ******* nömrəli hərbi biletinin 5-ci və və 24-cü vərəqlərinin qeydlərinə əsasən müəyyən olunur ki, iddiaçı həqiqətən döyüş bölgəsində yerləşən N (və 704) saylı hərbi hissələrdə xidmət etmiş, döyüş əməliyyatlarında iştirak etmişdir. Belə olan halda iddiaçının müddətli hərbi xidmətinin bitdiyi xx.xx.N5-ci il tarixindən, onun tərxis olunduğu xx.xx.N7-ci il tarixə kimi olan müddətdən artıq həqiqi hərbi xidmətinin bir ayı - “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr N2-ci il tarixli 631 nömrəli Qərarının mübahisələndirilən dövrdə qüvvədə olan 2-ci bəndinin “a” yarımbəndinə müvafiq olaraq, üç ay sayılmaqla, onun uzun müddət xidmətinə daxil edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına əsasən:
4. Bu Qaydaların 6-cı və 7-ci hissələri nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
7. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, iddiaçının N saylı hərbi hissədə xx.xx.N5-ci il tarixindən xx.xx.N7-ci il tarixə kimi olan müddətdən artıq həqiqi hərbi xidmətiinin bir ayı 3 ay syılmaqla, yeni məlumat vərəqinin tərtib olunaraq DSMF-yə göndərilməsi cavabdehin qanunla üzərinə düşən öhdəliyi olsa da, bu öhdəliyini yerinə yetirməmiş, iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmayan səhv nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır. Ona görə də qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1835/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin olunmalı, iddiaçının xx.xx.N5-ci il tarixindən xx.xx.N7-ci il tarixə kimi müddətdən artıq həqiqi hərbi xidmətinin bir ayı üç ay sayılmaqla, yeni məlumat vərəqəsinin tərtib olunub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla İş Filialına göndərilməsi öhdəliyi cavabdehin qoyulmalı, iddia qalan hissdə rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-1835/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.N5-ci il tarixindən xx.xx.N7-ci il tarixə kimi olan dövr üzrə müddətdən artıq həqiqi hərbi xidmətinin bir ayı üç ay sayılmaqla, yeni məlumat vərəqəsinin tərtib olunub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla İş Filialına göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissdə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Həmid Həmidov
Vüsalə Baxışova