Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1866/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2022 nömrəli 29 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2022 nömrəli 29 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim Günel Sevdimalıyeva) iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi, İddiaçı xx.xx.2020-ci tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2022 nömrəli 29 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, ərizə və ona əlavə medilmiş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubla İddiaçı qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı qanunvericiliklə ona pensiya təyin olunması üçün müəyyən olunmuş yaş həddinə - 61.6 yaş həddinə xx.xx.2020-ci il tarixdə çatmışdır. İddiaçıya pensiya təyin olunması üçün qanunvericilikdə müəyyən yaşa çatması ilə yanaşı digər iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən onun sığorta stajı (12 il 07 ay 18 gün sığorta stajı 04 il 09 ay 22 gün ali təhsil müddəti nəzərə alınmaqla) 17 il 05 ay 10 gün təşkil edir. Bundan başqa, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi "xxxx" kiçik müəssisəsi, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi "xxxx" kiçik müəssisəsi qeyd olunan dövrlər üzrə sığorta haqqı ödəməmişlər. Həmçinin müəssisələrin arxiv sənədləri saxlanılmadığından sosial sığorta haqqı ödənişlərinin dəqiqləşdirilməsi mümkün deyildir. Bundan sonra, işin daha obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş sorğulara verilmiş cavab məktubunda “Dostluq" kiçik müəssisəsinin xx.xx.1994-cü ildə dövlət qeydiyyatından keçdiyi bildirilmişdir. Cavab məktubunun məzmunundan da göründüyü kimi iddiaçının işlədiyini iddia etdiyi dövrlərdə müəssisə dövlət qeydiyyatına alınmamışdır. Bundan başqa, məhkəmə tərəfindən İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövrlər sığorta stajına daxil edilərək 25 il sığorta stajına çatdırılmışdır, lakin əmək kitabçasında həmin dövrlərə münasibətdə həm işə daxilolma, həm də işdən azad edilmə ilə əlaqədar qeydlərdə müəssisə rəhbərinin imzası və müəssisənin möhürü öz əksini tapmamışdır. Buna rəğmən həmin dövrlər məhkəmə tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda göstərilən hallara birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmədən yekun qərar çıxarılmışdır. Qeyd olunanları nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2-1(112)-1919/2022 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. İş materiallarında olan NV №012531 nömrəli xx.xx.1987-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1982-ci ildə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş və 1987-ci ildə həmin İnstitutun Rus dili və ədəbiyyatı milli məktəblərdə ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 1 iyul 2020-ci il tarixindən qadınların pensiya yaş həddi 62 yaş müəyyən edilmişdir (2021-ci ilin 1 iyul tarixindən 65 yaşadək hər il 6 ayartırılmaqla müəyyən edilir). Müvafiq göstəricisi qanunvericiliyin göstərilən tələblərinə uyğun gəlmədiyindən yaşa görə əmək pensiyası hüququ yaranmadığı üçün ona yaşa görə sosial müavinət təyin olunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, təqdim etdiyiniz sənədlərə əsasən Sizin 17 il 5 ay 10 gün sığorta stajınız (12 il 7 ay 18 gün sığorta stajı, 4 il 9 ay 22 gün ali təhsil müddəti) vardır. Bildiririk ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyiniz "xxxx" kiçik müəssisəsi, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyiniz "xxxx" kiçik müəssisəsi qeyd olunan dövrlər üçün sosial sığorta haqqı ödəməmişlər. Həmçinin müəssisələrinin arxiv sənədləri saxlanılmadığından sosial sığorta haqqı ödənişlərinin dəqiqləşdirilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən Sizə əmək pensiyasının təyin olunması qanunauyğun hesab olunmur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, X5 İnzibati Ərazi Qaradağ X2 İdarəsi barədə dövlət əmlakının Registirində məlumat qeydiyyata alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "Qaradağ Birliyi X6 Ərazi İstehsalat Mexanikləşdirmə İdarəsi”nə dair məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) xx.xx.1994-cü ildə 11083 nömrə ilə, "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) xx.xx.1994-cü ildə 9104 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hər iki hüquqi şəxsin fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. Dövlət reyestrində bu hüquqi şəxslərin təşkilati-hüquqi formasının dəyişməsi, ləğv olunması və ya hüquqi varisinin olması barədə məlumat müəyyən edilməmişdir. Həmçinin, reyestrdə Qaradağ Birliyi X6 Ərazi İstehsalat Mexanikləşdirmə İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Qaradağ Birliyi X6 Ərazi İstehsalat Mexanikləşdirmə İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il arayışda bildirilmişdir ki, İddiaçı həqiqətən 07 sentyabr 1992-ci il tarixindən 05 iyul 2000-ci il tarixinədək X6 Ərazi İstehsalat Mexanikləşdirmə İdarəsində kargüzar vəzifəsində işləyib. İş materiallarında olan X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarında olan X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində 667,91 manat (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək) pensiya kapitalı qeydə alınmışdır. İş materiallarında olan Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1993-cü il tarixdə 3064 sayla Azərbaycan Respubllikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına və xx.xx.2005-ci il tarixdə ********** saylı VÖEN-lə 6 saylı Ərazi Vergilər İdarəsində uçota alınmış “Dostluq-3” kiçik müəssisənə məxsus qeydiyyat iş qovluğundakı sənədlərə əsasən X3 və ya X4 adı çəkilən hüquqi şəxsin təsisçisi olması barədə heç bir məlumat mövcud deyildir. İş materiallarında olan AT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1977-ci ildə başlamışdır. Əmək kitabçasına əsasən əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1977-xx.xx.1982; xx.xx.1982xx.xx.1987 (əyani təhsil); xx.xx.1987-xx.xx.1988; xx.xx.1988-xx.xx.1989; xx.xx.1989xx.xx.1992; xx.xx.1992-xx.xx.1994 (“Dostluq-3” kiçik müəssisəsi); xx.xx.1994-xx.xx.2000 (“Nizami A.S.” kiçik müəssisəsi); xx.xx.2000-xx.xx.2003; Daha sonra iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının ardına əsasən (həmin hissə iddia ərizəsinə əlavə olunmamışdı) xx.xx.2003-xx.xx.2019-cu illər “Nizami A.S.” kiçik müəssisəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulduğu nəzərə alındıqda, 1 iyul 2020 - 30 iyun 2021 dövr üzrə qadınlar üçün pensiya yaşı 62 yaş olduğundan onun xx.xx.2020-ci il tarixdən (62 il), “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Qaradağ Birliyi X6 Ərazi İstehsalat Mexanikləşdirmə İdarəsindəki karguzar işləməsi əmək kitabçasında da qeyd edilməməklə, həmin idarənin vaxtilə mövcudluğu məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının xx.xx.1992-xx.xx.1994-cü illərdə işlədiyini bildirdiyi “Dostluq-3” kiçik müəssisəsinin (iddiaçının qeyd etdiyi) mövcudluğu da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçı bildirir ki, həmin müəssisə onun mərhum əri və ya onun qardaşı tərəfindən təsis olunmuşdur. Araşdırma nəticəsində məhkəməyə təqdim edilən sənədlərə əsasən müəyyən olunur ki, arxiv məlumatlarına əsasən, qeyd edilən şəxslər tərəfindən təsis olunmuş “Dostluq-3” kiçik müəssisəsi aşkar edilməmişdir. Odur ki, qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməməlidir. Lakin iddiaçının “Nizami A.S.” kiçik müəssisəsindəki əmək fəaliyyətinə münasibətdə məhkəmə qeyd edir ki, əmək kitabçasına əsasən iddiaçı xx.xx.1994-cü ildə həmin müəssisədə işə qəbul edilmişdir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən isə "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) xx.xx.1994-cü ildə 9104 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. Ona görə də iddiaçının “Nizami A.S.” kiçik müəssisəsində xx.xx.1994-xx.xx.2000-ci ildərdəki əmək fəaliyyəti iddiaçının sığorta stajına daxil edilməlidir. İddiaçının həmin "xxxx" kiçik müəssisəsində xx.xx.2003-xx.xx.2006-cı illər ərzində olan əmək fəaliyyətinə münasibətdə məhkəmə qeyd edir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. xx.xx.2002-ci ildən qüvvədə olan qanunvericiliyə əsasən məcburi dövlət sığorta stajının ödənilməsi tələb olunmuş olsa da, 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir. Ona görə də qeyd olunan dövr də iddiaçının sığorta stajına daxil edilməlidir. Göründüyü kimi, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-xx.xx.1994-cü illərdəki “Dostluq-3” kiçik müəssisəsindəki dövr nəzərə alınmamaqla, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 25 ildən çoxdur (xx.xx.1977-xx.xx.1982, xx.xx.1982-xx.xx.1987, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988xx.xx.1989, xx.xx.1989-xx.xx.1992, xx.xx.1994-xx.xx.2000, xx.xx.2000-xx.xx.2003, xx.xx.2003-xx.xx.2006 – cəmi 26 il 4 ay 19 gün). Göründüyü kimi, iddiaçının xx.xx.2020-ci il tarixdən (62 il) əmək pensiyası hüququ yaranmışdır və həmin tarixədək iddiaçı 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2022 nömrəli 29 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1866/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1866/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver