Məhkəmə qərarları › İş №2-1(103)-1867/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1867/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1867/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF X3 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-775/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən, yəni 21.03.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-775/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-775/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan hər 3 şərt (yaş, staj və zəruri pensiya kapitalı) reallaşmadığından onun tələbi əsaslı deyildir. Belə ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün pensiya təminatına imkan vermir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-775/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 14.04.2021ci il tarixli, 2-1(112)-775/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Qaradağ RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı 29 dekabr 2019-cu il tarixli **********7 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərdən göründüyü kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. - “Rəhimli” firmasının iddiaçıya verdiyi 15 sentyabr 2019-cu il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı 17.01.1985-ci ildən 12 №li dağ-mədən sexinə 4-cü dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr № 4/K 17.01.1985-ci il). 05.02.1985-ci ildə o, 12 №li dağ-mədən sexinə 3-cü dərəcəli fəhlə işinə keçirilmişdir (əmr № 8/K 05.02.1985-ci il). 16.10.1986-cı ildə o, 2a №-li dağ-mədən sexinə növbə ustası vəzifəsinə keçirilmişdir (əmr № 82/K 16.10.1986-cı il) (şifrə 2010100a-23227). 01.03.1991-ci ildə o, Azərbaycan Respublikası Tikinti Materialları Nazirliyinin 27 №-li 28.02.1991-ci il əmri ilə Vulkan Tikinti Materialları Kombinatına köçürmə yolu ilə işdən azad edilmişdir (əmr № 28/K 28.02.1991ci il). 01.03.1991-ci ildə o, Vulkan Tikinti Materialları Kombinatının 1№li dağ- mədən sexinə növbə ustası vəzifəsinə qəbul edilmişdir (əmr № 04/K 01.03.1991-ci il) (şifrə 2010100a- 23227). 01.06.1995-ci ildə o, 1№li dağ-mədən sexinə SM-89 markalı daş-kəsən maşına 6cı dərəcəli maşinist işinə keçirilmişdir (əmr № 74 01.06.1995-ci il) (şifrə 2010100a-13749). 06.09.2000-ci ildən İddiaçı oğlu 1 №li dağ-mədən sexinə, sex rəisi vəzifəsinə keçirilmişdir (əmr № 46/K 06.09.2000-ci il) (şifrə 2010100a-24125). 20.08.2001-ci ildən o, Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr 30.02.2001-ci il). 01.09.2001-ci ildə SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №3 01.09.2001-ci il) (şifrə 2010100a-13749). X5 Stansiyasına kran drizun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr №122 01.07.2005-ci il) (şifrə 2010100a-13790). 26.12.2005-ci ildə o, öz xahişi ilə işdən azad edilmişdir (əmr №187 26.12.2005-ci il). İddiaçı 03.01.2006-cı ildə “Rəhimli” firmasına SM-89 markalı daşkəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №03 03.01.2006-cı il) (şifrə 2010100a13749). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin haqqında” 320 nömrəli 21.06.1993-cü il tarixli qərarına əsasən qeyd olunan peşədə işləyənlərin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. İddiaçı Əliağa oğlu hal-hazırda “Rəhimli” firmasında SM-89 markalı daş-kəsən maşında 6-cı dərəcəli maşinist işində işləyir. - “Rəhimli” firmasının iddiaçıya verdiyi güzəştli arayışdan görünür ki, iddiaçı 17.01.1985-ci ildən 12 №li dağ-mədən sexinə 4-cü dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr № 4/K 17.01.1985-ci il) (şifrə 2010100a-13749). 05.02.1985-ci ildə o, 12 №li dağmədən sexinə 3-cü dərəcəli fəhlə işinə keçirilmişdir (əmr № 8/K 05.02.1985-ci il) (şifrə 2010100a). 16.10.1986-cı ildə o, 2a №-li dağ-mədən sexinə növbə ustası vəzifəsinə keçirilmişdir (əmr № 82/K 16.10.1986-cı il) (şifrə 2010100a-23227). 01.03.1991-ci ildə o, Azərbaycan Respublikası Tikinti Materialları Nazirliyinin 27 №-li 28.02.1991-ci il əmri ilə Vulkan Tikinti Materialları Kombinatına köçürmə yolu ilə işdən azad edilmişdir (əmr № 28/K 28.02.1991-ci il). 01.03.1991-ci ildə o, Vulkan Tikinti Materialları Kombinatının 1№li dağ- mədən sexinə növbə ustası vəzifəsinə qəbul edilmişdir (əmr № 04/K 01.03.1991-ci il) (şifrə 2010100a-23227). 01.06.1995-ci ildə o, 1№li dağ-mədən sexinə SM-89 markalı daşkəsən maşına 6-cı dərəcəli maşinist işinə keçirilmişdir (əmr № 74 01.06.1995-ci il) (şifrə 2010100a-13749). 06.09.2000-ci ildən İddiaçı oğlu 1 №li dağ-mədən sexinə, sex rəisi vəzifəsinə keçirilmişdir (əmr № 46/K 06.09.2000-ci il) (şifrə 2010100a-24125). 20.08.2001ci ildən o, Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr 30.02.2001-ci il). 01.09.2001-ci ildə SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №3 01.09.2001-ci il) (şifrə 2010100a-13749). X5 Stansiyasına kran drizun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr №122 01.07.2005-ci il). 26.12.2005-ci ildə o, öz xahişi ilə işdən azad edilmişdir (əmr №187 26.12.2005-ci il). İddiaçı 03.01.2006-cı ildə “Rəhimli” firmasına SM-89 markalı daşkəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №03 03.01.2006-cı il) (şifrə 2010100a13749). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin haqqında” 320 nömrəli 21.06.1993-cü il tarixli qərarına əsasən qeyd olunan peşədə işləyənlərin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. İddiaçı Əliağa oğlu hal-hazırda “Rəhimli” firmasında SM-89 markalı daş-kəsən maşında 6-cı dərəcəli maşinist işində işləyir. - “Rəhimli” firmasının iddiaçıya verdiyi 11 dekabr 2019-cu il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı 17.01.1985-ci ildən 12 №li dağ-mədən sexinə 4-cü dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr № 4/K 17.01.1985-ci il). 05.02.1985-ci ildə o, 12 №li dağmədən sexinə 3-cü dərəcəli fəhlə işinə keçirilmişdir (əmr № 8/K 05.02.1985-ci il). 16.10.1986-cı ildə o, 2a №-li dağ-mədən sexinə növbə ustası vəzifəsinə keçirilmişdir (əmr № 82/K 16.10.1986-cı il). 01.03.1991-ci ildə o, Azərbaycan Respublikası Tikinti Materialları Nazirliyinin 27 №-li 28.02.1991-ci il əmri ilə Vulkan Tikinti Materialları Kombinatına köçürmə yolu ilə işdən azad edilmişdir (əmr № 28/K 28.02.1991-ci il). 01.03.1991-ci ildə o, Vulkan Tikinti Materialları Kombinatının 1№li dağ- mədən sexinə növbə ustası vəzifəsinə qəbul edilmişdir (əmr № 04/K 01.03.1991-ci il). 01.06.1995-ci ildə o, 1№li dağ-mədən sexinə SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə keçirilmişdir (əmr № 74 01.06.1995-ci il). 06.09.2000-ci ildən İddiaçı oğlu 1 №li dağ-mədən sexinə, sex rəisi vəzifəsinə keçirilmişdir (əmr № 46/K 06.09.2000-ci il). 20.08.2001-ci ildən o, Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr 30.02.2001-ci il). 01.09.2001-ci ildə SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №3 01.09.2001-ci il). X5 Stansiyasına kran drizun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr №122 01.07.2005-ci il). 26.12.2005-ci ildə o, öz xahişi ilə işdən azad edilmişdir (əmr №187 26.12.2005-ci il). İddiaçı 03.01.2006-cı ildə “Rəhimli” firmasına SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №03 03.01.2006-cı il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin haqqında” 12 №li 23.01.2007-ci il tarixli qərarına əsasən qeyd olunan peşədə şifrə 2010100a-13749, şifrə 20101006-24043, şifrə 20101006-24125 işləyənlər güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. İddiaçı Əliağa oğlu halhazırda “Rəhimli” firmasında SM-89 markalı daş-kəsən maşında 6-cı dərəcəli maşinist işində işləyir. - İddiaçıya məxsus 10 oktyabr 1980-ci il tarixdə tərtib edilmiş HЗ seriyalı ******* saylı hərbi biletin Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 13 oktyabr 1980-ci il tarixdən 28 oktyabr 1982-ci il tarixə qədər SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus olmaqla 30 avqust 1980-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı Qaradağ TMK ( Tikinti Materiallar Kombinatına) işə qəbul olunana qədər 01.09.1977-ci il tarixindən 25.07.80-ci il tarixə qədər 61 saylı ŞTPMdə oxuyub, 07.08.1980-ci il tarixli 61 saylı ŞTPM təyinatı üzrə 4-cü dərəcəli maşinist köməkçisi vəzifəsinə qəbul edilmişdir (Əmr No.61-k 7.08.80-ci il). 02.10.1980-ci Sovet Ordusuna çağırışı ilə əlaqədar işdən azad edilmişdir (Əmr No.80-k 2.10.80-ci ildən), 13.10.1980-cı ildən Sovet Ordusu sıralarında xidmət etmişdir (H/bilet H3 № 4238024). 23.11.1982-cü il tarixdən 4-cü dərəcəli ekskavator maşinist köməkçisi vəzifəsinə (Əmr No.85-k 23.11.82-ci ildən), 25.11.1982-ci il tarixdən 23.11.82-ci il tarixli 85-k saylı əmrin dəyişməsi ilə bağlı köməkçi təsərrüfatın inkubator sexinə 4-cü dərəcə üzrə operatoru qismində işə qəbul olunmuşdur. (Əmr 86/k 26.11.82-ci ildən), 18.10.1983-cü il tarixdən qaraja avtoyükləyici sürücüsü keçirilmişdir (Əmr 79/k 18.10.1983-cü ildən), 17.01.1985-ci il tarixdən 12 saylı dağ sexinə 4cü dərəcəli maşinist köməkçisi keçirilmişdir. (Əmr 4/k 17.01.85-ci ildən), 05.02.1985-ci il tarixdən 12 saylı sexdə 3-cü dərəcəli yol işçisi keçirilmişdir (Əmr 8/k 16.10.86-cı ildən), 16.10.1986-ci il tarixdən 2a saylı dağ sexinə növbə ustası vəzifəsinə keçirilmişdir (Əmr 82/k 16.10.1986-cı ildən), 01.03.1991-ci il tarixdən o, Vulkan Tikinti Materialları Kombinatının 1 saylı dağ-mədən sexinə növbə ustası vəzifəsinə qəbul edilmişdir (əmr № 04/K 01.03.1991-ci il). 01.06.1995-ci il tarixdən o, 1 saylı dağ-mədən sexinə SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə keçirilmişdir (əmr № 74 01.06.1995-ci il). 06.09.2000-ci il tarixdən 1 saylı dağ-mədən sexinə, sex rəisi vəzifəsinə keçirilmişdir (əmr № 46/K 06.09.2000-ci il). 20.08.2001-ci ildən o, Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr 30.02.2001-ci il). 01.09.2001-ci ildə SM-89 markalı daşkəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №3 01.09.2001-ci il). X5 Stansiyasına kran drizun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr №122 01.07.2005-ci il). 26.12.2005-ci ildə o, öz xahişi ilə işdən azad edilmişdir (əmr №187 26.12.2005-ci il). İddiaçı 03.01.2006-cı ildə “Rəhimli” firmasına SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr № 03 03.01.2006-cı il). - “Rəhimli” firmasının İddiaçı “sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə” məlumatdan görünür ki, iddiaçı Qaradağ TMK (Tikinti Materiallar Kombinatına) işə qəbul olunana qədər 1.09.1977-ci il tarixindən 25.07.80-ci il tarixə qədər 61 saylı ŞTPM-də oxuyub, 07.08.1980-ci il tarixli 61 saylı ŞTPM təyinatı üzrə 4-cü dərəcəli maşinist köməkçisi vəzifəsinə qəbul edilmişdir (Əmr No.61-k 7.08.80-ci il). 02.10.1980-ci Sovet Ordusuna çağırışı ilə əlaqədar işdən azad edilmişdir (Əmr No.80-k 2.10.80-ci ildən), 13.10.1980-cı ildən Sovet Ordusu sıralarında xidmət etmişdir (H/bilet H3 № 4238024). 23.11.1982-cü il tarixdən 4-cü dərəcəli ekskavator maşinist köməkçisi vəzifəsinə (Əmr No.85k 23.11.82-ci ildən), 25.11.1982-ci il tarixdən 23.11.82-ci il tarixli 85-k saylı əmrin dəyişilməsi ilə bağlı köməkçi təsərrüfatın inkubator sexinə 4-cü dərəcə üzrə operatoru qismində işə qəbul olunmuşdur. (Əmr 86/k 26.11.82-ci ildən), 18.10.1983-cü il tarixdən qaraja avtoyükləyici sürücüsü keçirilmişdir (Əmr 79/k 18.10.1983-cü ildən), 17.01.1985-ci il tarixdən 12 saylı dağ sexinə 4-cü dərəcəli maşinist köməkçisi keçirilmişdir. (Əmr 4/k 17.01,85-ci ildən), 05.02.1985ci il tarixdən 12 saylı sexdə 3-cü dərəcəli yol işçisi keçirilmişdir (Əmr 8/k 16.10.86-cı ildən), 16.10.1986-ci il tarixdən 2 a dağ sexinə növbə ustası vəzifəsinə keçirilmişdir (Əmr 82/k 16.10.1986-cı ildən), 01.03.1991-ci il tarixdən o, Vulkan Tikinti Materialları Kombinatının 1 saylı dağ-mədən sexinə növbə ustası vəzifəsinə qəbul edilmişdir (əmr № 04/K 01.03.1991-ci il). 01.06.1995-ci il tarixdən o, 1 saylı dağmədən sexinə SM-89 markalı daş-kəsən maşına 6cı dərəcəli maşinist işinə keçirilmişdir (əmr № 74 01.06.1995-ci il). 06.09.2000-ci il tarixdən 1 saylı dağ-mədən sexinə, sex rəisi vəzifəsinə keçirilmişdir (əmr № 46/K 06.09.2000-ci il). 20.08.2001-ci ildən o, Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr 30.02.2001-ci il). 01.09.2001-ci ildə SM-89 markalı daşkəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №3 01.09.2001-ci il). X5 Stansiyasına kran drizun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr №122 01.07.2005-ci il). 26.12.2005-ci ildə o, öz xahişi ilə işdən azad edilmişdir (əmr №187 26.12.2005-ci il). İddiaçı 03.01.2006-cı ildə “Rəhimli” firmasına SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №03 03.01.2006-cı il). Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8-ci maddələrini, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”-nı, tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 21.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 17.01.1985-ci ildən 12 №li dağmədən sexinə 4-cü dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr № 4/K 17.01.1985-ci il) (şifrə 2010100a-13749). 05.02.1985-ci ildə o, 12 №li dağ-mədən sexinə 3-cü dərəcəli fəhlə işinə keçirilmişdir (əmr № 8/K 05.02.1985-ci il) (şifrə 2010100a-11709). 16.10.1986cı ildə o, 2a №-li dağ-mədən sexinə növbə ustası vəzifəsinə keçirilmişdir (əmr № 82/K 16.10.1986-cı il) (şifrə 2010100a-23227). 01.03.1991-ci ildə o, Azərbaycan Respublikası Tikinti Materialları Nazirliyinin 27 №-li 28.02.1991-ci il əmri ilə Vulkan Tikinti Materialları Kombinatına köçürmə yolu ilə işdən azad edilmişdir (əmr № 28/K 28.02.1991-ci il). 01.03.1991-ci ildə o, Vulkan Tikinti Materialları Kombinatının 1№li dağmədən sexinə növbə ustası vəzifəsinə qəbul edilmişdir (əmr № 04/K 01.03.1991-ci il) (şifrə 2010100a- 23227). 01.06.1995-ci ildə o, 1№li dağ-mədən sexinə SM-89 markalı daş-kəsən maşına 6cı dərəcəli maşinist işinə keçirilmişdir (əmr № 74 01.06.1995-ci il) (şifrə 2010100a13749). 06.09.2000-ci ildən İddiaçı oğlu 1 №li dağ-mədən sexinə, sex rəisi vəzifəsinə keçirilmişdir (əmr № 46/K 06.09.2000-ci il) (şifrə 2010100a-24125). 20.08.2001-ci ildən o, Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr 30.02.2001-ci il). 01.09.2001-ci ildə SM-89 markalı daş-kəsən maşına 6-cı dərəcəli maşinist işinə qəbul edilmişdir (əmr №3 01.09.2001-ci il) (şifrə 2010100a-13749) və 26.12.2005-ci ilədək işləmiş, bu barədə işlədiyi müəssisə tərəfindən ona güzəştli staja dair arayış verilmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdeh iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının 21.03.2019-cu il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni iddiaçının bu qanun qüvvəyə minənədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Bu şərtlər olduğu təqdirdə iddiaçının 57 yaşı tamam olduqda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Göründüyü ki, iddiaçıya 57 yaşının tamam olduğu 21.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun hazırda qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə pensiya kapitalının mövcud olması zəruri deyil. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-775/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar