Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1867/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqənin verilməsi tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12693/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “məcburi köçkün statusu və vəsiqənin verilməsi” vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıların ailəsi 1988-ci ildə Ermənistan Respublikası Masis rayonundan qaçqın düşmüş, bir müddət Bakı şəhərində yaşadıqdan sonra 1990-cı il tarixdən Xocalıya köçmış, 26 fevral 1992-ci ildə Xocalı soyqırımı ilə əlaqədar Bakıya gəldikdən sonra onların atası X3 məcburi köçkün statusu və vəsiqəsi verilmişdir. Lakin cavabdeh qanunusuz və əsassız olaraq “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə istinadən, onlara məcburi köçkün statusunun verilməsindən imtina etmişdir. Belə ki, onların atası X6 25 dekabr 2015-ci ilə kimi məcburi köçkün stasulu sayılmış və o, məcburi köçkünlərə verilən güzəşt və imtiyazlardan istifadə etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından – “Bakı şəhərinin Nizami rayonu” olduğundan, Azərbaycan Respublikası məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onun təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, onlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Eyni zamanda iddiaçılar xx.xx.1999-cu il təvəllüdlü X1 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 doğumundan öncə atası X6 mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrı yaşayış sahəsi əldə edərək ora qeydiyyata düşdüyündən, onlara Qaydaların 4.2.6-cı bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12693/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmnn edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, biz Məcburi köçkün kimin 20İ5-ci ilədək ailəlikcə qaz, işıq, su limitindən istifadə etmişlər. Hakim bütün bunları nəzərə almamış qanunsuz və əsassızqərar qəbul etmişdir. Onlar köçkün statusu verilməməsi üçün heç bir qanuni əsas və səbb yoxdur. Çünki, həm «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) Qanunla, həm də, «Qaydalar»da hər iki valideyni məcburi köçkün olan şəxsin Bakı şəhərində doğulması və qeydiyyatda olması onu status almaq hüququndan məhrum etmir. Qanunvericiliyə əsasən məcburi köçkün statusu ailə başçısının statusu ilə tənzimlənir.Belə ki, əgər ailə başçısı məcburi köçkündürsə,onun övladları da məcburi köçkün saylır. Məcburi köçkün statsu isə atalarının statusu ilə müəyyən edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddiaçıların apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclaslarının vaxtı və yeri, eləcə də, məhkəmə iclasına gəlmədyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxlması mümkün hesab olunmuşdur. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə və ya fərdi indentifikasiya kartına əsasən müəyyən edilir. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iş materialları (o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu, və s.) araşıdırldıqda müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.1996-cı il tarixdə iddiaçıların atası X2 adına qeydiyyatdan keçmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.2010-cu il tarixədək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmış, daha sonra, qeydiyyatını dəyişmiş və son olaraq yenidən həmin ünvana qeydiyyata düşmüşdür. Qeyd olunanlardan göründüyü kimi, iddiaçılar xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 anadan olana qədər onların atası Qurban Hüseynov ayrıca yaşayış sahəsi əldə etdiyi və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edərək, qeydiyyata düşmüşdür. Cavabdehin iddia ərizəsinə dair etirazından görünür ki, məhz, həmin səbəbləri əsas tutaraq hesab etmişdir ki, iddiaçılara məcburi köçkün statusunun verilməsi Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6-cı bəndinə ziddir. Məhkəmə kollegiyası həmin imtinası razılaşır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsi ilə qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Həmin Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara. Konkret halda müvafiq məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası ilə tənzimlənir ki, həmin Qaydanın 2.6-cı bəndi nəzərədə tutur ki, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların aylıq müavinət alması ilə bağlı aidiyyəti üzrə Xocasən rayon İcra Hakimiyyətinə göndərilmiş sorğuya cavab məktubunda bildirilmişdir ki, xx xxxxxx 1999-cu il tarixdə anadan olmuş İddiaçı1 və xx xxxxxx 2003-cü il tarixdə anadan olmuş İddiaçı2 Xocalı rayonunun sakinləri olmamış, Xocalı rayonundan hər hansı müavinət almamışlar. Ümumiyyətlə, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İş materiallarından (o cümlədən, AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktunudan və s.) isə görünür ki, iddiaçıların atası xx.xx.1970-cı il təvəllüdlü X6 məcburi köçkün statusuna malik olsa da, nə onun özü, nə də onun həyat yoldaşı, yəni iddiaçıların anası İddiaçı2 yaşayış yeri üzrə qeydiyyatı ünvanları işğaldan azad olunmuş rayon (şəhər) deyildir. Belə olan halda, onların övladları olan iddiaçılar Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı yarımbəndinə əsasən məcburi köçkün olan şəxslərin əhatə dairəsinə düşmürlər. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə də, göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçılara məcburi köçkün statusu və vəsiqəsi verilməsindən imtina olunması qanunvericiliyin tədləblərinə uyğun olmuşdur. Qanuni imtina isə iddiaçıların hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi də məhz onu ehtiva edir ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına və maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Bu baxımdan da iddiaçıların apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyini, qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onların apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12693/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12693/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1867/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1867/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver