Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1869/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-104/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X19 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi, həmin əmlak üzərində hüququn mərhum X4 məxsus olması barədə arayışın və həmin arayış əsasında Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Torpaq sahəsinə dair plan ölçü sənədində torpaq sahəsi 1000 kv.metr göstərilmişdir. Buna səbəb isə qonşu ilə aralarında hasar inşa edilərkən hasarın səhvən onun torpaq sahəsində inşa edilməsi olmuşdur. Nəticədə torpaq sahələrinin ölçüsü 200 kv.metr azaldılmışdır. Qarşılıqlı razılıq əsasında həmin hasar sökülərək 1200 kv.metr sahəyə uyğun yeni hasar inşa edilmişdir. Göründüyü kimi imtina məktubunda qeyd olunan uyğunsuzluq aradan qaldırılmışdır. Eyni zamanda ərizəsində qonşu bağ sahəsinə gedişgəliş üçün yol verilməsinə etiraz etmədiyini bildirmişdir. Buna baxmayaraq müraciəti müsbət həllini tapmamışdır. Cavabdehin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, sözügedən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərə əsasən torpağın sahəsi 1200 kv.metr qeyd olunsa da, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə 1000 kv metr göstərilmişdir. Bağ sahələrinin bölgüsünə dair sxematik xəritəyə əsasən faktiki torpaq sahəsinin bir hissəsinin qonşu bağ sahələrinə keçid yolu kimi nəzərdə tutulduğu müəyyən edilmişdir. Həmçinin müvafiq iddia tələbi ilə bağlı məhkəmə mübahisəsi olmuş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 44/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən iddia təmin edilməmiş, apellyasiya məhkəməsi qətnaməni qüvvədə saxlamış və Ali Məhkəmənin 2-2(102)-1748/2017 saylı qərarı ilə apellyasiya məhkəməsinin qərarında öz növbəsində qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsində birinci icraat Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1432/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...iddiaçının iddia tələbində göstərilən məsələlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcud olduğundan və həmin aktlarda iddiaçının iddia ərizəsində göstərilən məsələlərə məhkəmələr tərəfindən baxılaraq müvafiq qiymət verildiyindən, o cümlədən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı qərardaddan apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-289/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər – S.Bəktaşi (sədrlik edən və məruzəçi), M.Tağızadə, K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1432/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-44/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, iddiaçının bəyan etdiyi hüquqlarla qeydiyyata alınmasını hesab etdiyi hüquqlar arasında ziddiyyətlərin mövcudluğu işin məhkəmə araşdırması ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, **********69 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, mübahisəli sahənin bir hissəsi qonşu torpaq sahəsində olan yola düşür. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin torpaq sahəsi ilə bağlı imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göründüyü kimi, iddiaçı artıq eyni əsasla eyni inzibati orqana qarşı iddia qaldırmış, məhkəmə qərarları ilə onun iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1339/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (Hakimlər – N.Rəsulbəyova, İ.Hüseynov, K.Bədəlıov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)- 289/2023 nömrəli qərardadı qismən, “Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X19 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və həmin əmlak üzərində hüququn mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələblərinin mümkün sayılmaması hissələrində ləğv edilməsi, həmin hissələrdə iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)-289/2023 nömrəli qərardadının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X19 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və həmin əmlak üzərində hüququn mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbləri ilə məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi, iddiaçının qeyd olunan tələblərlə məhkəməyə müraciəti iş materialları ilə təsdiq edilmədiyindən, həmin tələblərə münasibətdə iddianın mümkün sayılmaması barədə apellyasiya instansiya məhkəməsinin nəticəsi İPM-in 78-ci maddəsinə ziddir. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində iddia tələbinin mümkünsüzlüyü ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsinin hüquqi mövqeyinin düzgün olmaması ilə bağlı dəlillər irəli sürmüş, lakin apellyasiya instansiya məhkəməsi tərəfindən şikayətin dəlillərinə münasibət bildirilməmiş, bununla da, İPM-in 87.8-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçının digər tələbi ilə (Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) bağlı isə kassasiya məhkəməsi qeyd etmişdir ki, sözügedən daşınmaz əmlak üzərində iddiaçının atasının mülkiyyət hüquqları qeydə alındıqdan sonra vərəsəlik şəhadətnaməsi ilə iddiaçı əmlak üzərində hüquqların qeydə alınması üçün cavabdehə müraciət edə bilər, o cümlədən imtina aldığı təqdirdə onun məhkəməyə müraciət hüququnun mövcudluğu istisna edilmir. Lakin nə qədər ki, iddiaçının atasının adına əmlak qeydə alınmayıb və miras əmlakın predmetini təşkil etmir, iddiaçının belə bir tələblə məhkəməyə müraciət etməsi üçün əsas yoxdur”. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3219/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər C.Yusifov (sədrlik edən), P.Hüseynov, Ş.Məmmədova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1432/2022 nömrəli qərardadı qisməniddianın, “Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X19 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və həmin əmlak üzərində hüququn mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələblərinin mümkün sayılmaması hissələrində ləğv edilmiş, həmin hissələrdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi kassasiya məhkəməsinin qərarında göstərilmiş hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkünsüzlüyü nəticəsinə gələrkən, iddia tələblərini ayrı-ayrılıqda təhlil etməmiş, qeyd olunan hissədə iddia tələblərini mümkün saymamaqla, İPM-in 12.1, 13 və 35.1-ci maddələrinin tələblərini pozmuşdur. Birinci instsnsiya məhkəməsində ikinci icraat İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X19 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin həcminin azaldılması barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-104/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı (hakim B.Cəlalov) iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəkəməsinin 2-1(112)-104/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Albalı- 1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X19 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumi istifadədə olan gediş-gəliş yolunu çıxmaq şərtilə iddiaçının faktiki istifadəsində 0,12 ha torpaq sahəsi mövcuddur. Müraciətləri əsasında cavabdeh təşkilatdan yerə gələn mütəxəssis tərəfindən faktiki istifadədə olan 0,12 ha torpaq sahəsinin mərz nişanları göstərilməklə koordinatları naturada qeydə alınmış və elektron bazaya işlənmişdir. Lakin hazırki plan ölçü sənədinin qüvvədə olması və onun ləğvi cavabdeh orqanın səlahiyyətlərinə aid olmamağı səbəbindən onun qanuni istifadəsində olan torpaq sahəsinə dair yeni plan ölçü sənədinin verilməsi mümkün olmamışdır. Lakin birinci instansiya məhkəməsində işə baxan hakim, işin mahiyyətini, mübahisə predmetinin nədən ibarət olmasını mənimsəmədən, Ali Məhkəmənin mövqeyini nəzərə almadan, tərəfləri dinləmədin, özünün təxəyyülü əsasında hazırki qanunsuz və əsassız qərarı qəbul etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İlk öncə Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” barədə 15789 №-li, xx.xx.1968-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 bağ massivində yerləşən 0,12 ha, 382b saylı bağ sahəsi X4 icarəyə verilmişdir. X7 17 mart 2013-cü il vəfat etmiş, iddiaçı vərəsə kimi tanınmış və miras əmlaka şəhadətnamə verilməsi üçün Bakı şəhəri, 27 saylı notariat kontoruna müraciət etmişdir. Notariat kontoru tərəfindən 22 oktyabr 2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə iddiaçıya atasından qalmış və miras əmlakın siyahısına daxil olan Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 382b nömrəli 0.12 sot bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi barədə məktub göndərilmişdir Bundan sonra iddiaçı bağ torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması məqsədi ilə torpaq sahəsinin planı və ölçüsü sənədinin alınması üçün keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət etsə də, Bakı şəhər şöbəsi bağ torpaq sahəsinə dair sənədlərdə uyğunsuzluq olması əsası (müqavilədə 382b nömrəli bağ göstərildiyi halda, faktiki 814 saylı bağ sahəsindən istifadə olunur) ilə sənədləri icra etməkdən imtina etdiyindən o, iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 382b nömrəli bağ torpaq sahəsinin 814 nömrəli hesab edilməsini, həmin torpaq sahəsinin plan və ölçüsünün X2 adına tərtib edilməsi vəzifəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2014- cü il tarixli qərarına əsasən iddia təmin edilmişdir xx.xx.2014-cü ildə məhrum X2 adına Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 massivindəki 814 nömrəli bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, plan-ölçü sənədində torpaq sahəsi 1000 kv.m göstərilmişdir. Bundan sonra iddiaçı həmin torpaq sahəsinin 0,12 ha olmaqla dövlət reyestrində qeydə alınmaqla reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırmış, həmin iddia məhkəmənin 2-1(82)-44/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- Kollegiyasının 2-1(102)-313/2017 saylı, 26 aprel 2017-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)- 1748/2017 nömrəli iş üzrə, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin 26 aprel 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-409/2018 nömrəli, 13 mart 2018- ci il tarixli qətnaməsi ilə X5 qanuni sahibliyində və istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 bağ massivində yerləşən 814 saylı 0,10 ha sahədən ibarət bağ sahəsinə tərəf açmaqla X8, X18, X16, X1, X13 və X17 tərəfindən özbaşına inşa edilmiş daş hasarın sökülməsi, bağ sahəsinə tərəf açılmış giriş-çıxış qapısı bağlanmaqla torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətinə qaytarılması və cavabdehlər tərəfindən zəbt olunmuş 103 kv.m. ibarət torpaq sahəsinin boşaldılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8589/2018 nömrəli, 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(008)-409/2018 saylı qətnaməsinin qismən, yəni «bağ sahəsinə tərəf açılmış girişçıxış qapısının bağlanması» hissədə ləğv edilməsi, həmin iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)3813/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8589/2018 nömrəli, 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı qismən - iddianın, “Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X19 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və həmin əmlak üzərində hüququn mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələblərinin mümkün sayılmaması hissələrində ləğv edilmiş, həmin hissələrdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı isə iddia tələbinin həcmini azaldaraq Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X19 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nəticə etibarı ilə hazırkı məhkəmə baxışının predmetini yalnız iddia tələbinin mübahisəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X19 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırda ləğv edilməsini tələb etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X19 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədi vaxtilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2014-cü il tarixli, 2-1(82)-2425/2014 qərarının icrası nəticəsində tərtib edilmişdir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2014-cü il tarixli, 2-1(82)-2425/2014 qərarından görünür ki, İddiaçı cavabdeh AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 bağ massivində yerləşən 382b saylı bağ torpaq sahəsinin nömrəsinin 814 saylı olması müəyyən edilərək, həmin torpaq sahəsinin plan və ölçüsünün X2 adına hazırlanması və həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2014-cü il tarixli, 2-1(82)-2425/2014 qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 bağ massivində yerləşən 382b saylı bağ torpaq sahəsinin nömrəsinin 814 saylı olması müəyyən edilərək, həmin torpaq sahəsinin plan və ölçüsünün X2 adına hazırlanaraq verilməsi vəzifəsinin cavabdeh AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi sözügedən qərarın nəticə hissəsində konkret olaraq plan və ölçü sənədinin hansı ölçüdə torpaq sahəsinə veriləcəyini qeyd etməmiş, lakin qərarın əsaslandırıcı hissəsində Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 bağ massivində yerləşən məhz 0,12 ha sahəsi olan 382b saylı bağ sahəsinin X4 icarəyə verilməsi barədə 15789 nömrəli xx.xx.1968-ci il tarixli müqaviləyə istinad etmişdir. Lakin AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2014-cü il tarixli, 2-1(82)-2425/2014 qərarının icrası ilə bağlı hazırda mübahisələndirilən torpaq sahəsinin plan və ölçüsünü tərtib edərkən torpaq sahəsinin ölçüsünü 1000 kv.m kimi qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə məhkəmə qərarının icrası ilə bağlı olduğundan işə ayrıca iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İşdən görünür ki, iddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin sələfi olmuş AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2014cü il tarixli, 2-1(82)-2425/2014 qərarının icrası ilə əlaqədar tərtib edilən plan-ölçü sənədinin qanuniliyini mübahisələndirir, hansı ki, iddiaçı ilə cavabdeh arasında yaranmış bu mübahisə məhkəmə qərarının icrası qaydasında həyata keçirilən fəaliyyətlə bağlıdır. Belə olan halda, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, hazırkı mübahisəyə ayrıca iddia qaydasında baxıla bilməz. Beləliklə, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-104/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-104/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(103)-1869/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1869/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver