Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1870/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğvi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2-1(112)-4961/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının 26.04.2018-ci il tarixli 1-1/58 saylı sərəncamının əsassız olduğundan ləğv edilməsi və ünvan 1 ünvanında blok A, 4-cü mərtəbə 2 otaqlı 23 saylı mənzilin ona ehtiyacı olan şəxs kimi verilməsi və təyinat üzrə onun adına rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü il tarixdən 2007-ci il tarixədək Bakı şəhəri Xətai rayonu 3 saylı uşaq evində böyümüşdür. 2016-cı ildə SOCARa işə düzəlmiş və kimsəsiz olduğu üçün mənzil növbəsinə durmuşdur. Adı ciddi ehtiyacı olan aztəminatlı ailələr, həmçinin valideyn himayəsindən məhrum olmuş və uşaq evində yaşamış gənclərin sosial şəraitlərinin yaxşılaşdırılması məqsədilə Nizami rayonu ərazisində tikilmiş yaşayış binasında mənzil alacaq şəxslərin Siyahısında olmuşdur. Cavabdeh 50 nömrəli 28.04.2016-cı il tarixli Sərəncamı ilə 2016-cı ildə SOCAR tərəfindən təqdim olunmuş Siyahı üzrə 56 nəfərlə kirayə müqaviləsi bağlanmışdır. Göstərilən binada boş qalan mənzil sahələrinin olmasını və mənzil növbəsində olduğunu nəzərə alaraq ünvan 1 ünvanındakı 23 saylı mənzilin onun istifadəsinə verilməsi barədə SOCARa və Cavabdehə müraciət ünvanlamışdır. Cavabdeh orqanın müvafiq arayışında həmin mənzilin X6 verildiyi göstərilmişdir. Halbuki həmin şəxs uşaq evində böyüməmişdir. Bunu 1 saylı uşaq evinin direktorunun İddiaçının ərizəsinə “1996-cı il təvəllüdlü X4 adı Nizami rayon 1 nömrəli uşaq evinin siyahısında yoxdur” məzmununda verdiyi cavab məktubu təsdiq edir. Həmçinin Nizami rayon Mənzil-Kommunal İstismar Sahəsinin apardığı araşdırma nəticəsində X1 mənzildə yaşamadığı və evi başqa şəxslərə kirayə verdiyi müəyyən edilmişdir. Eyni zamanda mənzilin kommunal xidmətləri üzrə də heç kimin adı qeydiyyatdan keçməmişdir. Bakı İnzibati Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2-1(112)-4961/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2-1(112)-4961/2021 saylı qərardadının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2-1(112)- 4961/2021 saylı qərardadının ləğv olunmasını, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2-1(112)-4961/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, mənzilə ciddi ehtiyacı olan aztəminatlı ailələr, həmçinin valideyn himayəsindən məhrum olmuş və uşaq evində yaşamış gənclərin sosial şəraitlərinin yaxşılaşdırılması məqsədilə X16 ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (bundan sonra -SOCAR) birgə layihə həyata keçirmiş, layihə çərçivəsində valideyn himayəsindən məhrum olmuş və uşaq evində yaşamış bir qrup gənc SOCAR-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində peşə təhsili alaraq SOCAR-ın idarə və müəssisələrində müvafiq işlə və X12 təşəbbüsü ilə 2013-cü ildə Nizami rayonu ərazisində tikilmiş yaşayış binasında yeni mənzillərlə təmin olunmuşlar. Mənzillə təmin olunan həmin aztəminatlı ailələr və uşaq evində böyümüş gənclər pasport qeydiyyatına düşə bilmədikləri üçün yaşadıqları çətinliklər nəzərə alınaraq SOCAR tərəfindən 26.11.2015-ci il tarixdə Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) SOCAR/15-1000/29-05-000021 saylı müraciət ünvanlanmış və müraciətə mənzillə təmin olunan şəxslərin siyahısı əlavə olunmaqla həmin şəxslərlə sosial kirayə müqaviləsinin bağlanması və onların qeydiyyata alınma məsələsinə köməklik göstərilməsi xahiş olunmuşdur. SOCAR tərəfindən Cavabdehə təqdim olunan 26.11.2015-ci il tarixli “Uşaq evində yaşamış və SOCAR-da peşə təhsili alaraq SOCAR-da işləyən və mənzillə təmin olunanların Siyahısı”nda 61 nəfərin adı qeyd olunmuş, X5 adı 23-cü sırada qeyd edilmiş, həmin Siyahıda İddiaçı (bundan sonra – İddiaçı) adı göstərilməmişdir. Cavabdeh həmin müraciəti əsas götürülməklə 28 aprel 2016-cı il tarixdə “Aztəminatlı ailələr, həmçinin valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində yaşamış şəxslər üçün Nizami rayonu, ünvan 2 ünvanında tikilmiş yaşayış binasından ayrılmış mənzillərin kirayə müqaviləsinin onların adına bağlanılması haqqında” 50 nömrəli sərəncam vermiş, Siyahıda göstərilən 56 nəfərin (X8, X13, X3, X10 və X7 adı göstərilməmişdir) adına onlara ayrılmış mənzillərə dair kirayə müqaviləsinin bağlanması (mənzillərin özəlləşdirilməməsi şərti ilə) və həmin şəxslərin mənzillərin kirayəçisi hesab edilməsi müəyyən olunmuşdur. Daha sonra isə Cavabdehin 26 aprel 2018-ci il tarixli 1-1/58 nömrəli sərəncamı ilə X2 rayonu, ünvan 2 ünvanı, blok A, mərtəbə 4, sahəsi 71,6 kv.metr olan 2 otaqlı 23 saylı mənzilin (bundan sonra mübahisəli mənzil) kirayəçisi hesab edilmiş, həmin şəxslə sosial kirayə müqaviləsinin bağlanılması müəyyən edilmişdir. 2020-ci ilin aprel, may, iyun aylarında İddiaçı Cavabdehə bir neçə müraciət ünvanlamış, ona məxsus mübahisəli mənzilin qanunsuz olaraq uşaq evinin məzunu olmayan şəxsə verilməsini bildirərək onun mənzillə təmin edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçının müraciətlərinə cavab olaraq yalnız SOCAR tərəfindən təqdim olunan Siyahıda göstərilən şəxslərlə sosial kirayə müqaviləsinin imzalandığını, Siyahıda olmayan hər hansı bir şəxslə müqavilə bağlanmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) cavab vermir. Ona görə də iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, iddiaçı nə 28.04.2016-cı il tarixli Sərəncamın, nə də İddiaçının hazırda mübahisələndirdiyi 26.04.2018-ci il tarixli Sərəncamın qəbul edilməsi üçün əsas təşkil edən mübahisəli mənzilin yerləşdiyi binanın tikintisini həyata keçirən SOCAR-ın tərtib etdiyi 26.11.2015-ci il tarixli “Uşaq evində yaşamış və SOCAR-da peşə təhsili alaraq SOCAR-da işləyən və mənzillə təmin olunanların Siyahısı”nda İddiaçının adı olmadığından məhkəmə hesab edir ki, mənzillə təmin edilmiş və rəsmiləşdirilməsi üçün adı həmin Siyahıya daxil edilərək Cavabdehə təqdim edilən şəxs (E.Sarafrazi) barəsində verilən sərəncamı mübahisələndirmək üçün İddiaçının subyektiv hüququ mövcud deyil. Həmçinin, təkcə SOCAR tərəfindən 26.11.2015-ci ildə tərtib edilmiş Siyahıda deyil, İddiaçının SOCAR-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində peşə təhsili aldığı dövrə təsadüf edən 23.12.2016-cı il tarixdə tərtib edilmiş və Cavabdehə ünvanlanan Siyahıda da İddiaçının adı mövcud olmamışdır. İddiaçı 2017-ci ildə mənzillə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı SOCAR-a müraciət etmiş, SOCAR tərəfindən ona 22.08.2017-ci il tarixdə verilmiş cavab məkubunda göstərilmişdir ki, SOCAR-da peşə təhsili almış və SOCAR-da işlə təmin olunmuş uşaq evinin məzunlarından ilk növbədə ailəli olanlar müstəsna qaydada ailə tərkiblərinə uyğun olaraq yaşayış sahəsi ilə təmin edilmişdir. Eyni zamanda, İddiaçının hazırda mübahisələndirdiyi 26.04.2018-ci il tarixli Sərəncamdan ən geci 05.06.2020-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı tərəfindən çəkilmiş mübahisəli Sərəncamın fotoşəklində tarix olaraq 05.06.2020-ci il, saat olaraq 10:53 qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinə istinad edərək iddiaçıya 15.03.2021-ci il tarixli məktubla, habelə məhkəmə iclasında hüquqi yardım göstərmiş, prosessual müddətin ötürüldüyü, müddətin bərpası üçün ərizə təqdim edilməsinin zəruriliyini tərəfin diqqətinə çatdırılmış, lakin İddiaçı məsələ ilə bağlı ilk növbədə aidiyyəti qurumlara müraciət etdiyini bildirməklə müddəti ötürmədiyini göstərərək müddətin bərpası barədə ərizə təqdim etməkdən imtina etmişdir. İddiaçının mübahisəli aktı ən geci 05.06.2020-ci il tarixdə aldığı qəbul edilsə, onun ləğvi barədə iddia ərizəsi ilə 11.03.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyindən qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürdüyü aydın olur. Beləliklə, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia üçün müəyyən olunan xüsusi mümkünlük şərtlərinə əməl edilməmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunun məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Ona görə də, iddiaçının hazırki iddiası mümkün sayıla bilməzdi və 1-ci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə qərardadı düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahİsaləndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2-1(112)-4961/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1870/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1870/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver