Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1870/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2-1(103)-1870/2022 Azərbaycan Respublikası adından QƏRAR 24 iyun 2022-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1578/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli, **********195 nömrəli və 06 oktyabr 2020-ci il tarixli, **********8395 nömrəli qərarların ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1578/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020ci il tarixli, **********4195 nömrəli və **********8395 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarları ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pərakəndə satışın bilavasitə sahibkarlıq fəaliyyəti ilə baqlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyəti olduğunu nəzərə alaraq, pərakəndə qaydada iri həcmli əmtəə partiyasının müxtəlif fiziki şəxslərə satılması həmin şəxslərin vergi orqanında uçota alınmadan fəaliyyət göstərməsi və potensial vergidən yayınan şəxslər olması ehtimalını yaradır. Akta əlavə edilmiş siyahıya nəzər yetirdikdə, iddiaçı tərəfindən pərakəndə qaydada satılmış malların həcminin nə dərəcədə yüksək olduğu aydın görünür. Bu isə öz növbəsində həmin malların satışının (təqdim edilməsinin) məhz alıcının (alıcıların) sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyinin göstəricisidir. Məhkəmə tərəfindən topdan və ya pərakəndə ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi müəyyən edilmədiyindən iddia tələbi təmin edilmişdir. Mübahisə vergi tutulan dövriyyə münasibətdə deyil, vergi ödəyiciləri tərəfindən elektron qaimə- faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə tətbiq edilmiş maliyyə sanksiyası üzərində yaranmışdır. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun X8 Şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMC xx.xx.2018- ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X18 Qeydiyyatı İdarəsindən çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, dövlət qeydiyyat nömrəsi **********, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyəti, maliyyə ili 1 yanvar – 31 dekabr, hüquqi ünvanı AZ1111, ünvan 1silçisi X3, çıxarışın verildiyi tarix və nömrəsi, xx.xx.2019-cu il, **********399100. - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X18 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018- ci il tarixdə qeydiyyata alınmış İddiaçı MMC-nin nizamnaməsinin 1.1-ci bəndindən görünür ki, İddiaçı öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir. Nizamnamənin 1.2-ci bəndinə əsasən hüquqi ünvan: ünvan 2.2-ci bəndinə əsasən Cəmiyyətin iştirakçılarının nizamnə kaptalındakı paylar aşağıdakı kimi müəyyən edilmişdir: X3 – 10 (on) manat, 10 (on) pay, 100 %, pul şəklində. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2020-ci il tarixli, KY201464151 nömrəli çıxarışdan görünür ki, xx.xx.2020-xx.xx.2020ci il dövrləri üçün İddiaçı MMC-də növbədənkənar operativ vergi nəzarəti vergi yoxlaması təyin edilmiş, yoxlamanın predmeti: Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, yoxlanılan təsərrüfat oyektinin kodu, ünvanı və fəaliyyət növü: 23002 X19 Mağazası, AZ2024, Gəncə şəhəri, Ə.Mehmandarov küçəsi, ev 30, ixtisaslaşdırlmamış mağazalarda sair məhsulların pərakəndə satışı göstərilmişdir. - Azərbaycan Respublikası İqtisasdiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********3253 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının surətindən görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri X16 Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrini əsas tutaraq, "xxxx" MMC-yə məxsus olan obyektdə (ünvan: AZ2024, Gəncə şəhəri, Ə.Mehmandarov 30, obyektin adı X19 mağazası (**********-23002), fəaliyyət növü: ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı) Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti 3-cü dərəcəli müfəttiş X7 və kiçik vergi xidməti müşaviri X22 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********3262 nömrəli, xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, "xxxx" MMC-dən operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq, yoxlama predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan qaimə-faktura, elektron qaimə faktura və digər zəruri sənədlər tələb edilmişdir. - 12 saylı Ərazi Vergilər Baş İdarəsinə X9 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, ünvan 4 ünvanında yerləşən taxıl məsulları satışı mağazası Cəmiyyətin istifadəsindədir və o, X9 xx.xx.2019-cu il tarixdən satıcı işləyir, onlayn kassa aparatına mədaxil olunmuş, vəsaitlər tərəfindən gündəlik satışa görə həyata keçirilmişdir. Satışlar tanımadığı şəxslərə pərakəndə qaydada nəğd ödənilməklə həyata keçirilmişdir. 2020-ci il tarixdə fevral –may aylarında 39 halda, 831194.60 manat dəyərində olmuşdur. İzahatı özü yazmış, doğruluğunu öz imzası ilə təsdiq etmişdir. - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların xx.xx.2020-ci il tarixli siyahısından görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Baş X24 Kiçik Vergi Xidməti X2 və X24 3-cü dərəcəli müfəttiş X7 tərəfindən İddiaçı MMC Gəncə şəhəri, Ə.Mehmandarov 30 ünvanda yerləşən taxıl Məhsulları satış, mağazasında mövcud olan mallar və digər sərvətlər aşağıdakı kimidir: 39 adda yem məhsulları. - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2020ci il tarixli, 000556 nömrəli aktından görünür ki, aktın nəticəsinə əsasən "xxxx" MMC-də operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı avqust 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən X19 Mağazasında aparılan operativ vergi nəzarəti zamanı sahibkarlıq məqsədilə 39 halda ümumi dəyəri 831194.60 manat məbləğində malları elektron qaimə faktura tərtib edilmədən satışı həyata keçirilməsi faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barədə Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 83119.46 manat məbləğində maliyyə sanksiyasnın tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisinin nümayəndəsinə malların Vergi Məcəlləsinin müvafiq maddəsində göstərilən elektron qaimə faktura əsasında satışın həyata keçirilməsi tövsiyyə olunmuşdur. Nəzarət kitabçasında operativ vergi nəzarəti təqdim olunmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********4195 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X12 tərəfindən İddiaçı Məhdud Məsuliyyətli (VÖEN: **********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2020-ci il tarixli, 000556 nömrəli akt(lar)ına, eləcə də, Vergi Məcəlləsinin müvafiq maddələri ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə baxıb müəyyən etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri əsas tutularaq, qərara alınmışdır ki, İddiaçı MMC (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malları elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 83119.46 manat məbləğində vergi məsuliyyətinə cəlb edilsin. xx.xx.2020-ci il tarixədək 83119.46 manat məbləğin büdcəyə ödənilməsi təmin edilsin. - Azərbaycan Respublikası İqtisasdiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********3396 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının surətindən görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi baş vergi xidməti müşaviri X10 Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrini əsas tutaraq, "xxxx" MMC-yə məxsus olan obyektdə (ünvan: AZ5315, Siyəzən rayonu Zarat Kəndi 00, obyektin adı: Yemin və taxılın satışı mağazası (**********-71001), fəaliyyət növü: ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı) Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti kiçik vergi xidməti müşaviri X6, 1-ci dərəcəli müfəttiş X4 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********3420 nömrəli, xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, "xxxx" MMC-dən operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq, “Nəzarət kitabçası”, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasını və ya mədaxilini, malların elektron qaimə faktrua əsasında təqdim edilməsini, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsi təsdiq edən sənədlər və digər zəruri vəsaitlər tələb edilmişdir. - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların xx.xx.2020-ci il tarixli, DVX 000647 nömrəli siyahısından görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Baş X24 Kiçik Vergi Xidməti X1 və X24 1-ci dərəcəli müfəttiş X5 tərəfindən İddiaçı MMC Siyəzən rayonu, Zarat kəndi ünvanda yerləşən yem və taxılın satış, mağazasında mövcud olan mallar və digər sərvətlər aşağıdakı kimidir: yem və yem məhsulları, cəmi məbləğ 712855.80 manat. - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2020ci il tarixli, 000777 nömrəli aktından görünür ki, aktın nəticəsinə əsasən "xxxx" MMC-də operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2020-ci il tarixdə Siyəzən rayonu, Zarat kəndində yerləşən, "xxxx" MMC-yə məxsus yem və taxılın satışı mağazasında aparılan operativ vergi nəzarəti zamanı 38 adda ümumi dəyəri 722855.80 manat məbləğində malların e-qaimə faktura tərtib olunmadan satışının həyata keçeirilməsi faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsaən 72285.58 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Nəzarət kitabçası təqdim edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********8395 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, baş idarə rəisinin 1-ci müavini vergi xidməti müşaviri X17 tərəfindən İddiaçı MMC (CÖEN: **********) keçirilmiş operatov vergi nəzarətinin nəticələri haqqında xx.xx.2020-ci il tarixli, 000777 nömrəli akt(lar)ına, eləcə də, Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə baxıb müəyyən etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13cü və 71-1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri əsas tutularaq, qərara alınmışdır ki, İddiaçı MMC (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malları elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 72285.58 manat məbləğində vergi məsuliyyətinə cəlb edilsin. xx.xx.2020-ci il tarixədək 72285.58 manat məbləğin büdcəyə ödənilməsi təmin edilsin. - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş X15 **********4 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş bu qeydiyyat vərəqəsi İddiaçı MMC VÖEN ********** AZ2024 ünvan 6 ünvanında yerləşən **********-23002 kodu olan X21 Mağazası təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatının qeydiyyatdan keçirildiyini təsdiq edir. X15 markası AZ Smart Mobile, X15 uçota alınma tarixi xx.xx.2020-ci il, qeydiyyat vərəqəsinin verilmə tarixi xx.xx.2020- ci il. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Vergi ödəyicisininin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********5 nömrəli arayışdan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş bu arayış İddiaçı MMC, VÖEN **********, 2021 Gəncə şəhəri, Gəncə-ünvan 7 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin (obyektinin adı) – anbar, kodu **********-23001, uçota alınma tarixi xx.xx.2019cu il göstərilmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş X15 **********3 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş bu qeydiyyat vərəqəsi İddiaçı MMC VÖEN ********** AZ5315 ünvan 8 ünvanında yerləşən **********-71001 kodu olan Yemin və taxılın satışı mağazası təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatının qeydiyyatdan keçirildiyini təsdiq edir. X15 markası AZ Smart Mobile, X15 uçota alınma tarixi xx.xx.2020-ci il, qeydiyyat vərəqəsinin verilmə tarixi xx.xx.2020-ci il. - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********2 nömrəli arayışdan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş bu arayış İddiaçı MMC, VÖEN **********, 5315 ünvan 9 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin (obyektinin adı) – Yemin və taxılın satışı mağazası, kodu **********- 71001, uçota alınma tarixi xx.xx.2020-ci il göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən təsdiq edilmiş “Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı Vergi ödəyicisi haqqında məlumatdan görünür ki, VÖEN **********, "xxxx" MMC, obyekt haqqında məlumat: Gəncə şəhəri, Gəncə-ünvan 7 anbar, icarəyə alınan obyektin fəaliyyət sahəsi: taxılın, emal olunmamış tütünün, toxumların və heyvanlar üçün yemin topdan satışı (əsas), müqaviləsinin tarixi xx.xx.2019-cu il. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə iddianın təmin edilməsinə dair yekun nəticəsini onunla əsaslandırmışdır ki, “... vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarında olan cavabdehin özünün operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarlarında iddiaçının operativ vergi nəzarətinin həyata keçirildiyi ünvanlardakı obyektlərində ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olması bir başa öz təsdiqini tapmışdır. Həmçinin iddiaçının Gəncə şəhəri, Ə.Mehmandarov 30 ünvanında yerləşən obyektində işləyən satıcısı G.Ağayeva da, öz izahatında malların kassa nəzarət aparatına mədaxil edilməsini, satışın gündəlik həyata keçirilməsini, satışların tanımadığı şəxslərlə pərakəndə qaydada nağd ödənilməklə həyata keçirilməsi öz əksini tapmışdır.” Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, hazırki inzibati mübahisə üzrə işin faktiki halları məhkəmə tərəfindən kifayət qədər araşdırılmış, lazımi sübutlar toplanmışdır. AR Konstitusiyasının 73-cü maddəsinin ikinci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; Cavabdeh inzibati orqan tərəfindən iddiaçı MMC-nin vergi məsuliyyətinə cəlb edilməsi zamanı pərakəndə satış növü daxilində topdansatış etməsi səbəbindən, AR VMin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulması hüquqi əsası ilə vergi məsuliyyətinə cəlb edilmə barədə mübahisələndirilən qərarlar qəbul edilmişdir. İnzibati orqanın əsas dəlili isə iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda mallar elektron qaimə-faktura verilmədən təqdim edilərək, satışı həyata keçirilməsi olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim ediməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərində) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS terminaldan çıxarış verilir. Cavabdeh apelyasiya şikayətində iddiaçı MMC tərəfindən topdansatış qaydasında vergi orqanı tərəfindən qeydiyyata alınmayan fiziki şəxslərə satış edilməsi ehtimalını qeyd etmişdir. Buna münasibətdə kollegiya qeyd edir ki, qeyd edilən mövqe mülahizə xarkterli olmaqla, sözügedən normalardan da aydın olur ki, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” qaydasında əlavə olaraq POS-terminalların da istifadəsi nəzərdə tutulur. Yalnız müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Bu zaman isə alıcı məhsulun son istehlakçısı hesab olunduğu üçün pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Buna görə də, iddiaçının topdansatış əməliyyatları etməsi və malları elektron qaimə faktura əsasında təqdim etməli olması dəlili əsassızdır. Digər tərəfdən, cavabdeh orqan Akta əlavə edilmiş siyahıya istinad edərək, iddiaçı tərəfindən pərakəndə qaydada satılmış malların həcminin yüksək olmasını bildirmişdir. Birinci instansiya məhkəməsinin mövqeyilə razılaşan kollegiya bildirir ki, iddiaçının pərakəndə qaydada satış həyata keçirməsi iş materialları ilə öz təsdiqini tapmaqla, qanunvericilikdə pərakəndə qaydada edilən satış üçün vergi tutulan əməliyyatın məbləğ həddi məhdudlaşdırılması qaydası müəyyən edilməmişdir. AR İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə olan halda vergi orqanının dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğini məhz hansı sübutlara əsasən hesablamasını təsdiq edən sübutları cavabdeh vergi orqanı təqdim etməlidir. İnzibati orqan apelyasiya şikayətində mövqeyini digər hər hansı əsaslı dəlillə əsaslandırmamışdır. AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi qanunericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi dəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqın-da” xx.xx.2003-cü il tarixli 5 saylı Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Hazırki mübahisə üzrə vergi orqanı tərəfindən iddiaçı MMC-yə müvafiq qərarlar üzrə vergi borcu hesablanarkən yuxarıda sadalanan normaların tələblərinin kobud surətdə pozulması müəyyən edilir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarlardan və reyetsrdən çıxarışlardan göründüyü kimi, operativ nəzarət tədbirinin başlama və sona çatma tarixlərinin müvafiq olaraq, xx.xx.2020 – xx.xx.2020 və xx.xx.2020 – xx.xx.2020- ci illər üzə dövrü əhatə etdiyi müəyyən olunmuşdur. İş materiallarına əsasən müəyyən olunur ki, MMC tərəfindən tədbirə qədər aparılan satış əmliyyatlarına münasibətdə Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə bildirir ki, iddiaçı haqlı olaraq qeyd etmişdir ki, operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir zamanı riayət edilib-edilməməsini yoxlamaq məqsədilə vergi ödəyicisinin anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində), nəqliyyat vasitələrində həyata keçirilən nəzarət tədbiridir. Belə ki, qeyd olunan maddələrin Vergi Məcəlləsinin digər müddəaları ilə qarşılıqlı təhlili zamanı müəyyən olunur ki, operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntu halını müəyyən etməyə hüquq verən nəzarət tədbiridir (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işlərin görülməsinə cəlb olunması, obyektdə sənədsiz malların aşkar olunması və s.) Vergi Məcəlləsinin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmçinin, həmin Məcəlləsinin 56.1-ci maddəsinin ikinci cümləsinə görə, bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Yəni, qanunverici səyyar vergi yoxlaması ilə yanaşı, operativ vergi nəzarəti tədbiri nəticəsində də yekun qərarın Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq qəbul olunmasını tənzimləmişdir. Lakin, həmin qərarın yalnız səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü (VM 36.3) əhatə etməsi kimi göstərilməsi operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarın əvvəlki dövrə şamil olunmadığını göstərir. Məhkəmə bildirir ki, operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarda göstərilməli olan məlumatlar Vergi Məcəlləsinin 50.3-cü maddəsi ilə müəyyən olunmuşdur. Həmin normaya görə, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. İş materiallarında olan xx.xx.2020 v xx.xx.2020-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarlardan göründüyü kimi, həmin normaya uyğun olaraq yalnız nəzarət tədbirinin həyata keçirildiyi müddətlər (xx.xx.2020 – xx.xx.2020 və xx.xx.2020 – xx.xx.2020) əks olunmuş, qərar əsasında hansı dövrün göstəriciləri yoxlanılacağı müəyyən edilməmişdir. Belə olan halda isə, hüquq müəyyənedici rəsmi sənəd olmadan cavabdehin operativ vergi nəzarəti tədbiri zamanı qərardan əvvəlki hər hansı dövrə öz seçimi ilə münasibət bildirməsi yolverilməzdir. Başqa sözlə desək, inzibati orqanın həyata keçirdiyi nəzarət tədbiri barədə qərarda qanunla müəyyən olunmuş qaydada hansı dövrün göstəricilərinin hansı müddət ərzində yoxlanılması dəqiq müəyyən edildiyi halda əsaslı hesab oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə uyğun olaraq qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsəsən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Yuxarıda sadalananlarla məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya vergi borcunun hesablanmasına dair Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 21 avqust 2020-ci il tarixli, **********4195 nömrəli və **********8395 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarları qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1578/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1870/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1870/2022
24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver