Məhkəmə qərarları › İş №2-1(103)-1871/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1871/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1871/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı «xxxxxx» Holding Kompani MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı hərəkətlərin edilməsindən çəkinmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6248/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «xxxxxx» Holding Kompani MMC cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan və bilavasitə onların hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə edilməsi və inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı «xxxxxx» Holding Kompani MMC ərizə ilə məhkəməyə müraciət edərək işə məhkəmə qaydasında baxılıb yekun məhkəmə aktı qəbul edilənədək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 05/09-PA/kol83/4-3210 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubu ilə hər hansı bir tikintinin dayandırımasına dair hərəkələrin edilməsi, məhkəmə mübahisəsi bitənədək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qadağan edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onların tərəfindən Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan və biləvasitə hüquq və azadlıqlarımızı pozan qanunsuz müdaxiləsindən müdafiə edilməsi və inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması haqqında iddia ərizəsi təqdim edilmişdir. Azərbaycan Respublikası Dövləi Şəhərsalma və Arxitektura Komitəsi 05/09-PA/kol-83/4-3210 saylı xx xxxxxx 2020-ci il tarixli məktubu ilə Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yerləşən 0.386+0.08 ha torpaq sahəsi üzərində yaşayış binasının tikintisinin aparılması mümkün hesab edilməmişdir. Onlara rəsmi verilməməsinə baxmayaraq həmin məkubda yazılanlar həqiqəti əks etdirmir və onlarla yanaşı bir çox hüquqi, fiziki şəxslərin və tikilən binada mənzillər alan çoxsaylı vətəndaşların hüquqlarını kobud surətdə pozur. Belə ki, bu məsələyə aidiyyəti olan və olmayan şəxslər həmin məktubu əldə bayraq edərək tikininin aparılmasına maneçilik törədirlər, bununla da onlara və digər şəxslərə külli miqdarda maddi və işgüzar nüfuzlarına əhəmiyyətli dərəcədə mənəvi zərər yetirilirlər. Aparılan tikinti ilə bağlı Sərəncamların, Ayrıc Aktının, Ekspertiza Rəylərinin, Xüsusi Nişanın, Tikintiyə aid fərdi Koda dair Şəhadətnamənin qüvvədə olduğu halda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintinin məktub əsasında dayandırılması qeyri-qanunidir və bu Komitənin belə səlahiyyətləri yoxdur. Beləliklə sübut olunmuşdur ki, onların tərəfindən aparılan tikinti tam qanunlar əsasında aparılır və cavabdehin tikintiyə dair yanaşması bu qanunlara ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6248/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmişdir. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6248/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixliqərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsi əsasında məhkəmə tərəfindən qəbul edilmiş qərardadda qeyd olunan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 13 nömrəli Sərəncamına əsasən tikinitisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasının 2-ci girişinə münasibətdə tikintiyə icazə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 02 nömrəli Sərəncamı ilə ləğv edilmişdir. Qeyd edilən faktın məhkəmə tərəfindən nəzərə alınmaması və tikinti işlərinin davam etdirilməsi gələcəkdə tikilən binada mənzillərin satılmasına və həmin alıcıların hüquqlarının kobud surətdə pozmaqla maddi zərər yetirilməsinə səbəb olacaqdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi qərardadınləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6248/2020 saylı xx.xx.2020-ci il tarixliqərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 466 №-li sərəncamından çıxarışın surətindən görünür ki, sərəncamın 5-ci bəndinə əsasən “xxxxxx” Holdinq Kompaniyasının müraciəti və Nərimanov rayon İcra Hakimiyyətinin razılıq məktubu nəzərə alınaraq Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945 saylı məhəllədə 0,386 + 0,08 ha torpaq sahəsi (0,08 ha torpaq sahəsi özəlləşdirilib, Dövlət X2 və Özəlləşdirilməsi Departamentinin 000048 saylı şəhadətnaməsi) yaşayış binasının lahiyələşdirilməsi və tikintisi üçün icarə əsasında həmin kompaniyanın istifadəsinə verilmişdir. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 13 №-li sərəncamının surətindən görünür ki, “xxxxxx” Holdinq Kompaniyasının xx.xx.2014-cü il tarixli, 008/15 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 466 saylı sərəncamının 5-ci bəndi nəzərə alaraq Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, 945-ci məhəllədə yaşayış binasının tikintisi üçün “xxxxxx” Holdinq Kompaniyasına icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yangın Nəzarəti Xidmətinin xx.xx.2014-cü il tarixli, YTNƏŞ-1926 №-li rəyindən və “xxxxxx” Holdinq Kompaniyasına ünvanlanmış xx.xx.2014-cü il tarixli, xx/xx-06189 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 945-ci məhəllədə zirzəmili (avtomobil dayanacağı), 18 mərtəbəli (1-ci, 2-ci mərtəbələr qeyriyaşayış) yaşayış binasının tikintisi üçün tərtib edilmiş layihə sənədlərinin yanğın təhlükəsizliyi etspetrizasının nəticələri barədə müsbət rəy verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş seriya AZE № 001812, xx.xx.2019-cu il tarixli tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamənin surətindən görünür ki, “xxxxxx” Holdinq Kompaniyasına Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 945 saylı məhəllədə yerləşən yaşayış binası (Baş plan üzər blok 2) üzrə informativ və statistik xarakterli – 0070003-1- 1101-001812/0219 nömrəli və tarixli tikinti obyektinə kod verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “xxxxxx” Holdinq Kompaniyasına ünvanlanmış xx.xx.2019-cu il tarixli, 05/05-835 №-li məktubun surətindən görünür ki, “xxxxxx” Holdinq Kompaniyasının xx.xx.2019-cu il tarixli, 01/161 nömrəli məktubu ilə Bakı şəhəri, Ak. Həsən Əliyev küçəsi, 945 saylı məhəllədə 1 ədəd 2 girişli 18 mərtəbəli yaşayış binasının (Baş olan üzrə blok 2) tikintisinə icazə verilməsinə dair təqdim olunmuş sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövləi Şəhərsalma və Arxitektura Komitəsinin 05/09- PA/kol-83/4-3210 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 13 nömrəli sərəncamı ilə sözügedən binaya dair tikintiyə icazə və xx.xx.2015-ci il tarixli 088 nömrəli xüsusi nişan verilmişdir. Lakın, ayrılmış torpaq sahəsində tikilməsi nəzərdə tutulan binanın yaxınlığında, layihə üzrə baş planda nəzərdə tutulmayan 18 mərtəbəli yaşayış binasının artıq mövcud olması müəyyən edilmişdir. Hal-hazırda həmin binada yaşayış var və sakinləri planlaşdırılan tikintiyə öz etirazlarını bildirir. Layihə üzrə nəzərdə tutulmayan 18 mərtəbəli bina tikinti ərazisində artıq mövcud olduğundan həmin layihə, o cümlədən onun baş planı üzrə tikinti işlərinin aparılması qeyrimümkündür və verilmiş tikintiyə icazəyə uyğun icra oluna bilməz. Hazırki iş üzrə iddiaçı tərəfindən inzibati orqan olan cavabdehin inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan və bilavasitə onların hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə edilməsi və inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması məhkəmə qaydasında mübahisələndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni zamanda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə görə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoyula bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Qeyd olunan Məcəllənin 41.3-cü maddəsinə görə məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması, ilkin məhkəmə araşdırılması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda işin faktiki və hüquqi hallarının ilkin araşdırması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ehtimalı olduğundan, cavabdehin hərəkətləri ilə əlaqədar mövcud vəziyyətin dəyişməsinin qarşısını almaq üçün ilkin tənzimlənmənin zəruriliyi baxımından iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müvəqqəti xarakterli tədbiri barədə ərizə qanuni və əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsini mahiyyət etibarı ilə düzgün nəticə kimi qiymətləndirir və yekunda belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6248/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati 2-1(112)-6248/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar