Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1871/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1871/2023 (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı şəhəri 06 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli Qərarı ilə DSMF Suraxanı rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının DSMF Daxili Nəzarət Departamentinin **********1 №li məktubuna əsasən dayandırılması qərara alınmışdır.
2. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli Qərarı ilə xx.xx.1958-ci il tarixində doğulmuş ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 13578,15 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır.
3. DSMF Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “pul tələbinin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il № **********9 nömrəli qərarı ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarı (icra sənədi) icraya yönəldilməsi qərara alınmışdır.
4. "xxxx" ASC-nin “X3” TASC-nın xx.xx.2016-cı il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1980-cı ildən xx.xx.2006-cı ilədək “X3” TASC -də (keçmiş F.Dzerjinski adına maşınqayırma zavodu) işləmişdir. İddiaçı 8 №-li sexdə itiləyici peşəsində müxtəlif ölçülü metal kəsən mişarların dişlərinin kəsən tərəflərinin itilənməsini quru üsulla obraziv daşlardan (KZ və GB tipli abraziv daşlardan) istifadə edərək itilənməsi və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmişdir. İddiaçı itiləyici işlədiyi vaxt əmək şəraiti zərərli olan işlərə aid olduğundan onun tarif maaşına əlavə haqq, əlavə məzuniyyət günləri və kollektiv müqavilədə nəzərdə tutulan digər sosial güzəştlər verilmişdir və bu da ona güzəştli şərtlə yaşa görə pensiyaya getmək hüququ verir. İddiaçı işlədiyi itiləyici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” -nın qərarının Metal emalı bölməsinin 11.14. Metal emalının digər peşələri- a) fəhlələr qrupunun, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir.
5. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq **********8 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə bildirmişdir ki, “xx.xx.1980-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" ASC-nin “X3” TASC-də itiləyici peşəsində işlədiyi müəyyən edilmişdir. İşlədiyiniz itiləyici peşəsi Siyahı üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq ona xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2015- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13578,15 manat artıq pul vəsaitinin Dövlət Sosial Müdafiə X6 departamenti tərəfindən ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir.
6. Məhkəmənin müvafiq sorğularına əsasən: - “X3” ASC-nin xx.xx.2021-ci il tarixli 11/176 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı alət sexində işlədiyi itiləyici peşəsində, müxtəlif kəsici alətlərin (müxtəlif ölçülü və formalı kəski, frez. metçik) quru üsulla abraziv daşlardan istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmişdir. Bundan başqa müxtəlif ölçülü metal kəsən mişarların dişlərinin kəsən tərəflərinin quru üsulla abraziv daşlardan (KZ və GB tipli abraziv daşlardan) istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını yerinə yetirmişdir. “İtiləyicinin” vəzifə təlimatının surəti məktuba əlavə edilərək göndərilmişdir. - Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı pensiya işinə dair və inzibati icraat materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən “X3” ASC tərəfindən verimiş 08/191 №li 25 noyabr 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, zavodun keçmiş işçisi İddiaçı əmək kitabçasında göstərilən itiləyici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə uyğun sayılır. Zavodun keçmiş işçisi İddiaçı məxsus əmək kitabçasında fəaliyyəti ilə bağlı aparılan qeydlərin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin müvafiq kodlarına uyğunluğunu təqdim edirərək; - xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək F.Dzerjinski adına maşınqayırma zavodunda “formalaşdırılmış dairələrlə qəliblənmiş məhsulların alətlə itilənməsi üzrə itiləyici” vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a)fəhlələr qrupunun,metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması,kəsilməsi,cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; - xx.xx.1982-ci il tarixdən xx.xx.1993-ci il tarixinədək F.Dzerjinski adına maşınqayırma zavodunda 7 saylı alət sexində itiləmə sahəsinin briqadiri vəzifəsində, 11.14. Metal emalının digər peşələri- ajfəhlələr qrupunun,metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması,kəsilməsi,cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; - xx.xx.1993-ci il tarixdən xx.xx.1997-ci il tarixinə kimi “X3”nda 8 saylı tədarük sahəsində 3 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a) fəhlələr qrupunun.metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; - xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixinə kimi “X3”nda 8 saylı tədarük sahəsində 4 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələria)fəhlələr qrupunun.metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması,kəsilməsi,cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; -xx.xx.1998-ci il tarixdən xx.xx.2006-ci il tarixinə kimi “X3”nda 8 saylı tədarük sahəsində zərərli şərtlərlə işləyən 4 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a)fəhlələr qrupunun,metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması,kəsilməsi,cilalanması ilə məşğul olan fəhlələrə aid edilir. Zavodun keçmiş işçisi İddiaçı xx.xx.1980-ci ildən xx.xx.2006-ci ilədək işlədiyi itiləyici peşəsi əmək şəraiti zərərli olan işlərə aid edilmiş, onun tarif maaşına əlavə haqq, əlavə məzuniyyət günləri və kollektiv müqavilədə nəzərdə tutulan digər sosial güzəştlər verilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmasının qanunsuz hesab edilməsi və cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 05 oktyabr 2021-ci il tarixli **********3 №li “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021- ci il tarixli **********9 №li, “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********3 №li və “Pul tələbinin icraya yönəldilməsi haqında” 04 noyabr 2021-ci il tarixli **********9 №li qərarlarının ləğv edilməsi və İddiaçı 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1958-ci ildə doğulmuş, 03 mart 1980-ci ildən 15 mart 2006-cı ilədək “X3” TASC-də alət sexində itiləyici peşəsində işləmişdir. Ona 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin tarixdən də o, mütəmadi olaraq əmək pensiyası almışdır. Lakin DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı tərəfindən 28 fevral 2021-ci il tarixdən onun pensiyası kəsilmiş, dəfələrlə pensiyasını bərpa etmələri üçün cavabdehə müraciət etsə də, hər dəfə ona hələ araşdırma aparıldığını, tezliklə pensiyanın bərpa ediləcəyi deyilmişdir. Lakin 15 oktyabr 2021-ci il tarixdə ona məktub ünvanlayaraq 24 sentyabr 2015- 28 fevral 2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13 578.15 manat artıq pul vəsaitinin DSMF Daxili Nəzarət departamenti tərəfindən ödənildiyinin müəyyən edilməsi və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarmağını tələb etmişlər. Qeyd edilən məktuba 05 oktyabr 2021-ci il tarixli **********3 saylı “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında" qərar da əlavə edilmişdir. Həmin qərarla da ondan 24 sentyabr 2015-28 fevral 2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə ona 13 578,15 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının hesabına ödənilməsinin tələb edilməsi qərara alınmışdır. Cavabdeh heç bir əsas olmadan, ona 24 sentyabr 2015-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını dayandırmış və bundan sonra ona ödənilmiş pensiya məbləğinin ondan tələb edilməsi barədə qərar qəbul etmişdir. Bu baxımdan aşağıda qeyd edilən hallara əsasən ona 24 sentyabr 2015-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması qanunsuz hesab edilməli və 05 oktybar 2021-ci il tarixli **********3 saylı “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar ləğv edilməlidir. Belə ki, cavabdeh ona ünvanladığı məktubda onun pensiyasının dayandırlımasının əsası kimi onun işlədiyi peşənin itiləyici peşəsi olması və həmin peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında nəzərdə tutulmaması göstərmişdir. Cavabdehin əsasına görə həmin Siyahının metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndində (11.14) metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur, onun pensiya sənədlərinin məlumatına əsasən isə o itiləyici peşəsində işləmişdir. Yəni cavabdehin əsasına görə itiləyici peşəsi fəhlə kateqoriyasına aid deyil ona görə də onun pensiyası dayandırılmışdır. Cavabdeh nəzərə almamışdır ki, adından asılı olmayaraq istehsalatda əllə görülən işləri yerinə yetirən şəxslərin peşələri fəhlə peşələri hesab edilir və fəhlə həmin peşələrin ümumi adıdır və hər bir fəhlə peşəsinin öz xüsusi adı da ola bilər. Məsələn: itiləyici, kəsici, yonucu, bişirici, maşinist, aparatçı və s. Hətta cavabdehin öz istinad etdiyi siyahıda da itiləyicilər fəhlə peşələrinin tərkibində göstərilmişdir. Məsələn həmin siyahının 26-ci bəndinə yüngül sənayenin fəhlə peşəsi kimi digər peşələrlə yanaşı “arayıcı aparatın təmizləyici-itiləyiciləri" göstərilmişdir. Burada Qanunverici yüngül sənayedə işləyən bütün fəhlələri deyil, yalnız fəhlə peşəsinin xüsusi hissəsini, yəni “arayıcı aparatın təmizləyici-itiləyiciləri” ni güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi göstərmişdir. Eyni zamanda həmin siyahının digər hissəslərində də itiləyici peşələri fəhlə kateqoriyasına aid edilmişdir. Göründüyü kimi onun işlədiyi itiləyici peşəsi ümumilikdə fəhlə peşəsinə aiddir və onun gördüyü işlər əsasən abraziv daşlardan istifadə edərək, metal alətlərin yonularaq, itilənməsindən ibarət olmuşdur. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Metal Bölməsinin 11.14-cü bəndində nəzərdə tutulmuşdur. Həmin bəndə əsasən metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yəni onun metal emalı sahəsində metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması peşəsi üzrə fəhlə kimi işləməyi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. onun peşəsinin isə itiləyici adlandırılması həmin peşənin fəhlə kateqoriyasına aid edilməməsi demək deyildir. Cavabdeh isə öz məktubunda onun peşəsinin adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnda göstəriİməməsini əsas gətirmiş, əsas bir halı nəzərə almamışdır ki, həmin siyahıda təkcə peşələrin xüsusi adları deyil, eyni zamanda peşələrin ümumi adları ilə birlikdə peşələrin göstəriciləri də qeyd edilmişdir. Yəni hər hansı bir peşənin xüsusi adından asılı olmayaraq əgər həmin peşənin ümumi adı ilə birlikdə onun göstəricisi qeyd edilən siyahıda nəzərdə tutulubsa, o zaman həmin peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edilir. Belə ki, hər bir peşənin fəaliyyət istiqaməti vardır ki, itiləyici peşəsi də metal məmulatlarının quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması fəaliyyətini həyata keçirən fəhlə işi hesab edilir və həmin peşə sahiblərinin adətən dəmir tozu ilə təmasda olması həmin işin zərərli iş olmasının göstəricisidir. O, öz peşəsini həyata keçirən zaman metal məmulatı yonmadan onu itiliyə bilməz. Yəni abraziv daşlardan istifadə edərək metal məmulatı yonaraq itilədiyinə görə onun peşəsi ümumilikdə fəhlə adlansa da, xüsusi adı itiləyici olmuşdur. Ona görə də 57 yaşına çatdıqda onun güzəştli şərtlərlə iş stajının olmasını əsas götürüb ona 24 sentyabr 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh 28 fevral 2021-ei il tarixdən ona təyin edilmiş pensiyanı əsassız olaraq dayandırmışdır. Göründüyü kimi onun 57 yaşında 12 il 6 aydan çox xüsusi stajının və 25 ildən çox ümumi stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir və idiaçı da iddianın bu hissədə əsaslandırmağa lüzum görmür, lakin cavabdeh onun peşəsinin fəhlə peşəsi olmamasını mübahisələndirdiyinə görə o iddia ərizəsinii bu hissədə əsaslandırmışdır. Belə ki, “X3” TASC tərəfindən də ona verilmiş arayışda da onun işlədiyi itiləyici peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın Metal Emalı bölməsinin 11.14. (Metal emalının digər peşələria) fəhlələr qrupunun metal məmulatlarının və alətlərinin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilməsi göstərilmişdir. Beləliklə də, onun işlədiyi iş yerinin rəsmi sənədi ilə onun işlədiyi itiləyici peşəsinin metal məmulatlarının və alətlərinin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşəsi olması öz təsdiqini tapmışdır. Belə olduqda isə cavabdeh tərəfindən ona təyin edilmiş pensiyanın dayandırılması qanunsuz hesab edilməli və cavabdehin 05 oktyabr 2021-ci il tarixli **********3 saylı “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarı ləğv edilməlidir.
10. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair 24 yanvar 2022-ci il tarixli **********8 №li yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmuşdur.Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndində (11.14) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə İddiaçı pensiya təyin olunarkən təqdim olunan sənədlərində qeyd olunan məlumatlara əsasən xx.xx.1980-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində onun Azərbaycan Respublikası "xxxx" ASC-nin “X3” TASC-də itiləyici peşəsində işlədiyin müəyyən edilmişdir. Göründüyü kimi adıçəkilən şəxsin işlədiyi itiləyici peşəsi yuxarıda Siyahı üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq ona xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 №li xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin 22 aprel 2021-ci il tarixli **********9 №li “əmək pensiyasının dayandırılması haqqında” qərarın ləğv edilməsi və “24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair hissədə mümkün sayılmaması qərara alınmışdır.
12. Məhkəmənin 2-1(112)-3463/2022 №li xx.xx.2022-ci il tarixli qərarı ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli (13578,15 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması barədə) qərarının və 04 noyabr 2021-ci il tarixli **********9 nömrəli qərarının (pul tələbinin icraya yönəldilməsi barədə) ləğv edilməsi qərara alınmışdır.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 №li xx.xx.2022-ci il tarixli qərarından və qərardadından narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, məhkəmədən qərarın ləğv edilərək, iddianın təmin olunmasını və qərardadın ləğv edilərək, iddianın həmin hissədə də mümkün sayılmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2-1(103)-2540/2022 №li xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin olunaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 №li xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması, iddianın – cavabdehin 22 aprel 2021-ci il tarixli **********9 saylı “əmək pensiyasının dayandırılması haqqında” qərarın ləğv edilməsi və 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi hissələrində mümkün sayılması, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********9 saylı Qərarı ləğv edilməsi və İddiaçı 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik).
17. Faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir.
18. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır.
19. Birinci instansiya məhkəməsi “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 21.1, 21.2, 21.3, 21.3.1, 21.3.2, 21.3.3, 21.3.4, 21.3.5, 21.3.6, 24.1, 24.3, 51.1, 58.1, 58.2, 58.3, 61.1, 61.2, 61.3, 1.1, 1.2, 67.1, 67.2, 67.3-cü maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1, 37.8.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1871/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndində (11.14) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə İddiaçı pensiya təyin olunarkən təqdim olunan sənədlərində qeyd olunan məlumatlara əsasən xx.xx.1980-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində onun Azərbaycan Respublikası "xxxx" ASC-nin “X3” TASC-də itiləyici peşəsində işlədiyin müəyyən edilmişdir. Göründüyü kimi adıçəkilən şəxsin işlədiyi itiləyici peşəsi yuxarıda Siyahı üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq ona xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
c) Prosses iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Konstitusiyası: - 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
26. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. - 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
28. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
33. Məhkəmə Kollegiyası iddianın mahiyyəti ilə bağlı isə hazırkı işə tətbiq olunmuş hüquq normalarından çıxış edərək qeyd edir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli Qərarı ilə DSMF Suraxanı rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının DSMF Daxili Nəzarət Departamentinin **********1 №li məktubuna əsasən dayandırılması qərara alınmışdır.
34. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli Qərarı ilə xx.xx.1958-ci il tarixində doğulmuş ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 13578,15 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır.
35. DSMF Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “pul tələbinin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il № **********9 nömrəli qərarı ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarı (icra sənədi) icraya yönəldilməsi qərara alınmışdır.
36. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən heç bir qanuni əsas olmadan iddiaçıya pensiyanın ödənilməsi dayandırılmışdır.
37. İddiaçıya xx.xx.2015-ci il tarixdə DSMF Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra cavabdeh tərəfindən iddiaçının əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğuna istinad edilərək, təyin edilmiş əmək pensiyası xx.xx.2021-ci il tarixli qərarla dayandırılmışdır.
38. İddiaçı cavabdehin qərar və hərəkətlərinin qanunsuz olduğunu iddia edərək hazırkı tələblə çıxış etmişdir.
39. Göstərilən dəlillər baxımından məhkəmə sorğular göndərmiş və Məhkəmənin müvafiq sorğularına əsasən: - “X3” ASC-nin xx.xx.2021-ci il tarixli 11/176 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı alət sexində işlədiyi itiləyici peşəsində, müxtəlif kəsici alətlərin (müxtəlif ölçülü və formalı kəski, frez. metçik) quru üsulla abraziv daşlardan istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmişdir. Bundan başqa müxtəlif ölçülü metal kəsən mişarların dişlərinin kəsən tərəflərinin quru üsulla abraziv daşlardan (KZ və GB tipli abraziv daşlardan) istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını yerinə yetirmişdir. “İtiləyicinin” vəzifə təlimatının surəti məktuba əlavə edilərək göndərilmişdir. - Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı pensiya işinə dair və inzibati icraat materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən “X3” ASC tərəfindən verimiş 08/191 №li 25 noyabr 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, zavodun keçmiş işçisi İddiaçı əmək kitabçasında göstərilən itiləyici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə uyğun sayılır. Zavodun keçmiş işçisi İddiaçı məxsus əmək kitabçasında fəaliyyəti ilə bağlı aparılan qeydlərin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin müvafiq kodlarına uyğunluğunu təqdim edirərək; - xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək F.Dzerjinski adına maşınqayırma zavodunda “formalaşdırılmış dairələrlə qəliblənmiş məhsulların alətlə itilənməsi üzrə itiləyici” vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a)fəhlələr qrupunun,metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması,kəsilməsi,cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; - xx.xx.1982-ci il tarixdən xx.xx.1993-ci il tarixinədək F.Dzerjinski adına maşınqayırma zavodunda 7 saylı alət sexində itiləmə sahəsinin briqadiri vəzifəsində, 11.14. Metal emalının digər peşələri- ajfəhlələr qrupunun,metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması,kəsilməsi,cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; - xx.xx.1993-ci il tarixdən xx.xx.1997-ci il tarixinə kimi “X3”nda 8 saylı tədarük sahəsində 3 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a) fəhlələr qrupunun.metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; - xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixinə kimi “X3”nda 8 saylı tədarük sahəsində 4 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a)fəhlələr qrupunun.metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması,kəsilməsi,cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; -xx.xx.1998-ci il tarixdən xx.xx.2006-ci il tarixinə kimi “X3”nda 8 saylı tədarük sahəsində zərərli şərtlərlə işləyən 4 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələria)fəhlələr qrupunun,metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması,kəsilməsi,cilalanması ilə məşğul olan fəhlələrə aid edilir. Zavodun keçmiş işçisi İddiaçı xx.xx.1980-ci ildən xx.xx.2006-ci ilədək işlədiyi itiləyici peşəsi əmək şəraiti zərərli olan işlərə aid edilmiş, onun tarif maaşına əlavə haqq, əlavə məzuniyyət günləri və kollektiv müqavilədə nəzərdə tutulan digər sosial güzəştlər verilmişdir.
40. Cavabdeh X3” ASC tərəfindən verimiş 08/191 №li 25 noyabr 2022-ci il tarixli cavab məktubunda göstərilənlərin nəzərə alınmaması ilə bağlı mövqeyini istinad etdiyi qanunvericiliyin tələbləri baxımından əsaslandıra bilməmişdir.
41. Halbuki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır.( 37.8.3-cü maddəsi)
42. Qeyd olunanlara əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir.
43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati 2-1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-508/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.