Məhkəmə qərarları › İş №2-1(103)-1873/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1873/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1873/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-464/2022 saylı 10 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 11 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddiaçının faktiki istifadəsində olmuş Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 üvanında yerləşən binanın 19 saylı mənzilinə görə 35.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-464/2022 saylı 10 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı faktiki istifadəsində olmuş Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 üvanında yerləşən binanın 19 saylı mənzilinə görə 35.000 manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 464/2022 saylı 10 fevral 2022-ci il tarixli qərarı poçt vasitəsilə 18.02.2022-ci il tarixdə cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin iş materiallarında olan ünvanına göndərilmiş və 05.03.2022-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “Asalemova” yazılaraq imza edilməklə (i.v.95) qəbul edilmişdir. Apellyasiya şikayəti isə 18.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı hazırki iş üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə baxılması 11.05.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqana göndərilmiş 04.05.2022-ci il tarixli məhkəmə bildirişində Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edilərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-464/2022 saylı 10 fevral 2022-ci il tarixli qərarından apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə isə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda da qeyd olunduğunu kimi, birinci instansiya məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı poçt vasitəsilə 18.02.2022-ci il tarixdə cavabdehə göndərilmiş və sonuncu tərəfindən 05.03.2022-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “Asalemova” yazılaraq imza edilməklə (i.v.95) qəbul edilmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş 18.02.2022-ci il tarixli məktubun (i.v.102) üzərindəki qeyddən görünür ki, 10 fevral 2022-ci il tarixli məhkəmə qərarının göndərilməsi haqqında məktubun üzərinə 09.03.2022ci il tarixdə Ə.İ.Əzizovun imzası ilə dərkənar qoyulmuşdur. Apellyasiya şikayəti isə 18.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-464/2022 saylı 10 fevral 2022-ci il tarixli qərarının 11 mart 2022-ci il tarixdə hüquq şöbəsinə daxil olduğunu bildirərək apellyasiyanın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə məhkəmə qərarının poçt vasitəsilə inzibati orqan tərəfindən nə vaxt alınması faktı prosessual müddət axımının həmin tarixdən hesablanmasında əsas rol oynayır. Başqa sözlə, cavabdehin nümayəndəsinin dediyi kimi, məhkəmə qərarının inzibati orqanın hüquq şöbəsinə gec verilməsi heç bir halda prosessual müddət axımının da həmin tarixdən hesablanması üçün əsas ola bilməz. Çünki qanunvericilikdə prosessual müddətin axımının inzibati orqanın daxilində gedən yönləndirmələr nəticəsində aidiyyatı şəxsə verilməsi ilə bağlı fərqli hesablanmasına dair hər hansı müddəa əks olunmamışdır. Bununla bağlı 10.02.2022-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün cavabdeh inzibati orqana münasibətdə son müddət inzibati orqanın poçt vasitəsilə qərarı rəsmi aldığı tarixdən 30 gün müddətində olmaqla, 04.04.2022-ci il tarix hesab olunduğu halda cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti məhkəməyə prosessual müddət ötürülməklə 18.04.2022-ci il tarixdə daxil olmuş, belə ki, həmin apellyasiya şikayəti onun göndərilməsi barədə zərfin üzərində olan ştempelə görə poçta 07.04.2022-ci il tarixdə təqdim edilmişdir. Prosessual müddətin ötürülməsi ilə bağlı məhkəmənin 04.05.2022-ci il tarixli bildirişi ilə yazılı olaraq, həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsinə hüquqi yardım edilməsinə baxmayaraq nümayəndə 10.02.2022-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 30 günlük prosessual müddəti ötürməklə verdiyinə görə həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı dəlilə istinad etməmiş, bu barədə müddətin üzrlü hesab edilməsinə dair ərizə də verməmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, lakin cavabdeh inzibati orqan tərəfindən 10.02.2022-ci il tarixli qərardan apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizənin verilmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-464/2022 saylı 10 fevral 2022-ci il tarixli qərarından cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar