Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1873/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Mənzilə çıxarışın verilməsi” ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13067/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “SS Proje” X2 tərəfindən tərtib edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus mövcud fərdi-yaşayış evinin memarlıq və planlaşdırma həlli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.
2. Cavabdeh tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış **********66 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, mənzilə dair verilmiş xx.xx.2022-ci il tarixli, 04/33935 inventar nömrəli texniki pasport qanunamüvafiq qaydada icra edilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Vaqif Ələkbərov küçəsi, bina 7, mənzil 9-a dair tərtib edilmiş **********80-05101-093001 reyestr nömrəli xx.xx.2022-ci il tarixli (inventar nömrəsi: 04/330135) texniki pasportdan görünür ki, müvafiq torpaq sahəsinin sənəd üzrə sahəsi 0,1 ha, faktiki sahəsi 0,1 ha, tikinti altı sahəsi 0,1 ha, mənzilin ümumi sahəsi 58,3 kv.m, yaşayış sahəsi 41,8 kv.mdir.
4. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-37750/2023 saylı **********50 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi, ev 7, 9 saylı mənzilə dair arxiv qovluğunda aşkar edilmiş müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir.
5. Qaradağ Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən X5 verilmiş 14 saylı xx.xx.1986-cı il tarixli orderdən görünür ki, Sahil qəsəbəsi Promıslov (indiki V.Ələkbərov küçəsi) 7 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan 9 saylı mənzil ona xidməti yaşayış sahəsi kimi verilmiş, Müvafiq yaşayış sahəsində qeydiyyata alınan ailə üzvləri 5 nəfərdən ibarətdir: 1. Əmirov H.İ. (özü, 1935); 2. İddiaçı (arvadı, 1949); 3. Əmirov R.T. (oğlu, 1972); 4. Əmirova L.T. (qızı, 1974); 5. Əmirov V.T. (oğlu, 1976).
6. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin 139 saylı xx.xx.2022-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi V.Ələkbərov küçəsi ev 7, 9 saylı mənzil xidməti mənzillər siyahısından çıxarılaraq vətəndaş vətəndaş İddiaçı daimi yaşayış üçün verilmiş və mənzilin kirayə müqaviləsi onun adına bağlanılmışdır: 1. İddiaçı (özü); 2. X7 (oğlu); 3. X11 (oğlu); 4. X4 (gəlini); 5. X12 (nəvəsi); 6. X8 (nəvəsi); 7. X9 (nəvəsi); 8. X10 (nəvəsi).
7. 2276680001091 saylı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X4, X11, X7, X12 qeydiyyatda olduqları Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi V.Ələkbərov küçəsi ev 7-də yerləşən 9 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razılıq vermişlər.
8. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 109 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 45 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Sahil qəsəbəsi Ələkbərov küçəsi 7 saylı 1 mərtəbəli evin 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan 9 saylı 3 otaqlı mənzildə yaşayır. Daimi qeydiyyatda olanlar: İddiaçı (2003-cü ildən), X7 (2003-cü ildən), X11 (2003-cü ildən), X4 (2003-cü ildən), X12 (2003-cü ildən), X8 (2010-cu ildən), X9 (2010-cu ildən) və X10 (2015-ci ildən).
9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Qaradağ rayonu Sahil qəsəbəsi V.Ələkbərov küçəsində yerləşən 7 saylı binanın 9 saylı mənzilinin otaqlarının sayı hüquqmüəyyənedici sənəd üzrə və faktiki 3, ümumi sahəsi faktiki 58,3 kv.m, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 40,0 kv.m, faktiki 41,8 kv.m, köməkçi sahəsi 16,5 kv.m-dir. Mənzil birmərtəbəli binanın birinci mərtəbəsinin bir hissəsində yerləşir. Mənzil birmərtəbəli (fin tipli) tikilinin bir hissəsi olmaqla mövcuddur. Belə ki, 1 saylı giriş hissəsi genişləndirilmiş və mənzilə bitişik köməkçi otaqlar inşa edilmişdir. Faktiki vəziyyətə uyğun eskiz tərtib edilmiş, koordinatlar əlavə olunmuşdur.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2022-ci il) əsasən ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir, mənzilin sahəsi 58.3 kv.m qeyd edilmişdir.
11. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-21-3-30/2-Ə-0702-8/2023 **********72 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilə bitişik binanın konturundan kənarda ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə əlavə sahələrin inşa edildiyi müəyyən edilmişdir. Həmçinin mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında nəzərdə tutulan müvafiq sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla, binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla, binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və mülkiyyətində olan ümumi sahəsi 191.88 kv.metr olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 7 nömrəli evin 9 nömrəli mənzilin iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi, 7 nömrəli evin 9 nömrəli mənzili Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin sərəncamı ilə order əsasında xx.xx.1986-cı il tarixdə 5 nəfər ailə üzvləri, özü də daxil olmaqla, oğlu X7, X11 və qızı X6 verilmişdir. Qeyd olunan mənzil 1986-cı il tarixdən onlara verildiyi vaxtdan orada yaşamışlar. Hal-hazırda həmin mənzildə o, X7, X11, X4, nəvələri X12, X8, X9 və X10 qeydiyyatda olmaqla yaşayırlar. Mülkiyyətində olan mənzilə dair Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 139 nömrəli sərəncamı ilə mənzil xidməti mənzil siyahısından çıxarılaraq onun daimi yaşayışı üçün verilməsi və mənzilin kirayə müqaviləsinin onun adına bağlanılması, mənzilin özəlləşdirilməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə tövsiyə edilməsi göstərilmişdir və bu əsasla da o, cavabdeh quruma müraciət edərək mənzilin mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi onun müraciətini qismən təmin edərək faktiki mülkiyyətində olan 191.88 kv.metr mənzilə dair tamamilə fərqli cizgidə ölçülər apararaq mənzilin ümumi sahəsinin 58.30 kv.metr hissəsinə ona mülkiyyət hüququna dair çıxarış verilmişdir. Mülkiyyətində olan mənzilin faktiki quruluşu qeyd edilən ölçülərdən ibarətdir. Belə ki, təqdim etdiyi mənzilin memarlıq planlaşdırma sxemindən görünür ki, binada (mənzildə) mənzilə bitişik olmayan 20.74 kv.metr qarajı və 11.16 kv.metr həyəti çıxmaqla mənzilə bitişik tikinti sahəsi, dəhliz 64.25 kv.metr, mətbəx 6.72 kv.metr, otaq 22.40 kv.metr, dolab 5.72 kv.metr, dəhliz 4.60 kv.metr, sanitar qovşağı 4.20 kv.metr, mətbəx 14.26 kv.metr, qonaq otağı 33.00 kv.metr, yataq otağı 13.69 kv.metr, yataq otağı 23.04 kv.metrdən ibarət olmaqla ümumi sahəsi 191.88 kv.metr, mərtəbə sayı 1, hündürlüyü 3.15 kv.metrdən ibarətdir. Amma buna baxmayaraq, cavabdeh qurum iki dəfə ayrı-ayrı vaxtlarda, yəni xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə imtina cavabı verərək xx.xx.2022-ci il tarixli 04/33395 nömrəli texniki pasportun qanunamüvafıq qaydada icra edildiyini, xx.xx.2023-cü il tarixli məktubda isə qeyd olunan tikililərin mənzilə bitişik binanın kontorundan kənarda ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə əlavə sahələrə aid olduğunu göstərmişdir. Qeyd edilən mənzilin daxilində, yəni mənzilə bitişik dəhliz 64.25 kv.metr, mətbəx 6.72 kv.metr, otaq 22.40 kv.metr, dolab 5.72 kv.metr, dəhliz 4.60 kv.metr, sanitar qovşağı 4.20 kv.metr, mətbəx 14.26 kv.metr, qonaq otağı 33.00 kv.metr, yataq otağı 13.69 kv.metr, yataq otağı 23.04 kv.metrdən ibarət tikililər mənzilə bitişik tikililərdirlər. xx.xx.1986-cı il tarixdə mənzil onlara order əsasında verilərkən həmin tikililər mövcud olmuş və həmin vaxtdan da qeyd olunan tikililərdən fasiləsiz və etirazsız istifadə etmişlər. Bu müddət ərzində mənzilin təmirinə xeyli miqdarda vəsaitlər xərcləmişlər. Eyni zamanda, 1986-cı ildən 2023-cü il tarixədək 37 ildir ki, mənzilin ümumi sahəsinə görə əmlak vergisi, kommunal və s. ödənişlər onlar tərəfindən ödənilmişdir.
14. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********72 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.30 kv.m olan mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilə bitişik binanın konturundan kənarda, ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə əlavə sahələr inşa edilmişdir. Həmin sahələrə və onların yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında nəzərdə tutulan müvafiq sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1- ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13067/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər cavabdeh quruma təqdim edilməmişdir. Belə sənədlər məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ünvan 2 ünvanında yerləşən 191.88 kv.metr olan yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair qeydiyyatın aparılmasından cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13067/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil 14 saylı, xx.xx.1986-cı il tarixli order əsasında verilərkən binanın konturundan kənarda, ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə əlavə inşa olunmuş sahələr kimi göstərilən tikililər elə həmin vaxtdan mövcud olmuş və 37 ildir ki, istifadə edilir.Həmçinin, cavabdeh qurum tərəfindən mənzilin ümumi sahəsinin 58.30 kv.metr hissəsinə dair tərtib edilmiş cizgi ümumiyyətlə mənzilin faktiki vəziyyətinə uyğun gəlmir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
20. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər (nümayəndəsi) iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
23. «Daşınmaz«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.10.2. maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab edilir. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 39.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar qismən-iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
29. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
30. Belə ki, hazırkı işin hallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2022-ci il) əsasən ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir, mənzilin sahəsi 58.3 kv.m qeyd edilmişdir.
31. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, daha sonra isə məhkəməyə müraciət edərək “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və mülkiyyətində olan ümumi sahəsi 191.88 kv.metr olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 7 nömrəli evin 9 nömrəli mənzilin iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir..
32. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Qaradağ rayonu Sahil qəsəbəsi V.Ələkbərov küçəsində yerləşən 7 saylı binanın 9 saylı mənzilinin otaqlarının sayı hüquqmüəyyənedici sənəd üzrə və faktiki 3, ümumi sahəsi faktiki 58,3 kv.m, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 40,0 kv.m, faktiki 41,8 kv.m, köməkçi sahəsi 16,5 kv.m-dir. Mənzil birmərtəbəli binanın birinci mərtəbəsinin bir hissəsində yerləşir. Mənzil birmərtəbəli (fin tipli) tikilinin bir hissəsi olmaqla mövcuddur. Belə ki, 1 saylı giriş hissəsi genişləndirilmiş və mənzilə bitişik köməkçi otaqlar inşa edilmişdir. Faktiki vəziyyətə uyğun eskiz tərtib edilmiş, koordinatlar əlavə olunmuşdur.
33. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.30 kv.m olan mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilə bitişik binanın konturundan kənarda, ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə əlavə sahələr inşa edilmişdir.Həmin sahələrə və onların yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında nəzərdə tutulan müvafiq sənədlər təqdim olunmamışdır.
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
35. Məhkəmə Kollegiyası qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilə (mənzilin sahəsi 58.30 kv.metrdir) bitişik binanın konturundan kənarda, ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə əlavə sahələr inşa edilmiş sahələrə və onların yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə olan halda, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının ünvan 2 ünvanında yerləşən 191.88 kv.metr olan yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair qeydiyyatın aparılmasından cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
36. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, mübahisəli mənzil 14 saylı, xx.xx.1986cı il tarixli order əsasında verilərkən binanın konturundan kənarda, ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə əlavə inşa olunmuş sahələr kimi göstərilən tikililər elə həmin vaxtdan mövcud olmuş və 37 ildir ki, istifadə edilir.Həmçinin, cavabdeh qurum tərəfindən mənzilin ümumi sahəsinin 58.30 kv.metr hissəsinə dair tərtib edilmiş cizgi ümumiyyətlə mənzilin faktiki vəziyyətinə uyğun gəlmir.
37. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan əlavə tikililərə dair hüquqlarının yaranmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmənin bu istiqamətdə apardığı araşdırma nəticə verməmişdir.
38. Həmçinin, cavabdeh qurum tərəfindən mənzilin ümumi sahəsinin 58.30 kv.metr hissəsinə dair tərtib edilmiş cizginin ümumiyyətlə mənzilin faktiki vəziyyətinə uyğun gəlməməsi ilə bağlı apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, bu uyğunsuzluğun nədən ibarət olması ilə bağlı da iddiaçı hər hansı dəlil və sübuta istinad etməmişdir.
39. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq diqqətə çəkir ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
40. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası iddiaçının şikayətin dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
42. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
43. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilməmişdir.
44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13067/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13067/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.