Məhkəmə qərarları › İş №2-1(103)-1875/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1875/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1875/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2606/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq, şifahi məhkəmə baxışı qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********548900 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2606/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********548900 saylı qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə işə baxılması 09 iyun 2022-ci il taixinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixində iddiaçının nümayəndəsi Vəkil ərizə (elektron) ilə məhkəməyə müraciət edərək mübahisələndirilən cavabdehin kameral vergi yoxlaması barədə qərarı ləğv olunduğundan və hesablanmış vergi məbləği azaldıldığından işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Daha sonra, xx.xx.2022-ci il tarixində cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********548900 saylı qərarının ləğv olunduğunu və həmin qərarla vergi ödəyicisinə hesablanmış 6562,94 manat vergi məbləğinin azaldıldığını və şəxsi hesab vərəqəsində müvafiq düzəliş olunduğunu bildirərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəmə iclasında iştirak edən O.Heydərli vəsatətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin vəsatətini və ona əlavə edilmiş sənədləri iş materialları ilə əlaqəli surətdə araşdırıb belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin vəsatətinə əlavə olunmuş, yeni qəbul etdiyi 21 iyun 2022-ci il tarixli **********449900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından və iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, həmin qərarla cavabdeh əvvəlki xx.xx.2021-ci il tarixdə qəbul etdiyi **********548900 saylı qərarını ləğv etmiş və hesablanmış 6.562,94 manat vergi məbləğini azaldılaraq iddiaçının vergi sıfırlamış və bu barədə hesab vərəqində düzəliş aparılmışdır. Başqa sözlə, vergi orqanı tərəfindən iddiaçının tələbi təmin olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hazırkı mübahisənin predmeti olan, cavabdeh vergi orqanının iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********548900 saylı qərarı ləğv olunduğu və həmin qərarla hesablanmış vergi borcu silindyi, bununla da, mübahisə predmetinin artıq mövcud olmadığını nəzərə alaraq yekunda belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 80, 90-cı maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********548900 saylı qərarın ləğv olunması tələbinə dair” işin icraatına xitam verilsin. Qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar