Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1875/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2042/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilən əmək pensiyasının xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixədək dövrləri ikiqat hesablanmaqla, əmək pensiyasına çıxdığı tarixdən ödənilməmiş hissəsi daxil olmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək N nömrəli hərbi hissədə hərbi xidmət etmişdir. Bundan sonra xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixədək Bakı Ali Hərbi Dənizçilik məktəbində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası MN-nin xx.xx.1997-ci il tarixli əmri ilə “Hərbi Xidmət Haqqında” Qanuna müvafiq olaraq 18-ci maddəsinin “A” bəndinə əsasən ehtiyyata buraxılmışdır. Ona xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada 561.29 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. O, pensiyanın düzgün hesablanmadığını bildirərək yenidən hesablanması üçün Sosial Müdafiə Fonduna təkrar müraciət etmiş, bundan sonra onun pensiyası xx.xx.2021-ci il tarixində artırılaraq 658.97 manat təşkil etmişdir. Sonradan əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 681.36 manata çatdırılmışdır. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhər Sabunçu Rayon İdarəsindən xidmət göstərdiyi yerlər və tarixləri barədə arayış alaraq DSMF-yə təqdim edərək xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək N nömrəli hərbi hissədə hərbi xidmət etdiyi dövr üçün əmək pensiyasının (güzəştli şərtlərlə) ikiqat hesablanaraq ona ödənilməsini xahiş etmiş lakin cavabdeh ona cavab olaraq bildirmişdir ki, xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək N nömrəli hərbi hissədə hərbi xidmət etdiyi dövrdə o döyüşən ordunun tərkibində xidmət göstərməmişdir. Onun həmin dövrlərdə bir neçə hərbiçi yoldaşı, yəni N saylı hərbi hissənin bir neçə hərbi qulluqçusu 1-ci Qarabağ döyüşləri zamanı şəhid olmuş və yaralanmışdır. Həmin zaman 1-ci Qarabağ müharibəsində xidmət göstərdiyi hərbi hissə hava hücumları ilə düşmənə ağır itkilər vermişdir. “X3” Qanunun 24.0.1-ci maddəsinə əsasən onun xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək N saylı Hərbi Hissədə xidmət etdiyi dövlər ikiqat ölçüdə hesabl(X3” Qanunun 24.0.1-ci maddəsinə istinadolunur) . Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, İddiaçı təgdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin arayışına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək həqiqi hərbi xidmətdə olduğu dövr sığorta stajına güzəştli şərtlərlə (ikiqat ölçüdə) daxil edilməsi ganunvericiliklə mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2042/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən onun tərəfindən təqdim edilən sübutları nəzərə almamış, işin hallarını düzgün, tam və hərtərəfli araşdırmadan, təqdim edilmiş sübutlara əhəmiyyət və düzgün qiymət vermədən ona münasibətdə qərəzli qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının 08 iyun 2023-cü il tarili iclasında iştirak edən apellyasiya şikayətinə uyğun izahat vermiş və müharibə vetranı olduğunu, lakin 2004-cü ildə vəsiqəni itirdiyini bildirərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir (Hazırkı məhkəmə iclası barədə məlumatı olsa da məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.) Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi L.Xəlilzadə iddiaçının iddiaının təmin olunmasının perspektivi olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır “X3” Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə hesablanır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 11/5053 №-li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş,, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 1\15670 №-li, xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən ehtiyatda olan kapitan İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Bakı Ali Hərbi Dənizçilik məktəbində həqiqi hərbi xidmət keçdiyi və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən xidmət müddəti başa çatdığına görə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxlılmış, və sənədlərinin Sabunçu rayon hərbi komissarlığına göndərilmişdir. Konkret halda, iddiaçı, X3» Qanunun qeyd olunan 24.0.1-ci maddəsinə istinadən hesabedir ki, onun Müdafiə Nazirlyinin N saylı hərbi hissədə xidmət etdiyi xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixədək dövrlərdə, döyüş əməliyyatlarında iştirak etdiyini, bu məhkəməyə təqdim etdiyi sübutlarla (AR SHXÇDX-nin Bakı Şəhəri Sabunçu rayoon şöbəsinin, AR MN N saylı hərbi hissənin arayışları və nəşriyyat məlumatları ilə) xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixədək xidmət dövrü ikiqat hesablanmaqla sığorta stajına daxil edilərək əmək pensiyası yenidən hesablanmalıdır. Məhkəmə kollejgiyası iddiaçının qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, “X3” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.18-ci bəndinə əsasən: - döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olma müddəti – həmin Nazirliyin arayışına əsasən hesablanır. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyini iddia etdiyi, xx.xx.1992-xx.xx.1996-cı illərdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsədəki xidmət dövrünün ikiqat hesablanması onun istinad etdiyi arayışlara əsasən deyil, həmin hərbi hissənin aid olduğu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arayışına əsasən hesalanmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birinci instansiya məhkəməsinin müvafiq sorğusuna ünvanladığı 4/2-7950 №-li xx.xx.2022-ci il tarixli məktubunda və ona əlavə edilmiş materiallardan görünür ki, İddiaçı barədə N №-li hərbi hissə komandirinin: - N iyul 1992-ci il tarixli 41 №-li, 03 sentyabr 1992-ci il tarixli 53 №-li, 22 yanvar 1993-cü il tarixli 14 №-li, 16 mart 1993-cü il tarixli 58 №-li, 25 iyun 1993-cü il tarixli 142 №-li, 09 iyul 1993-cü il tarixli 154 №-li, 17 iyul 1993-cü il tarixli 162 №-li, 29 iyul 1993-cü il tarixli 174 №li, 30 sentyabr 1993-cü il tarixli 233 №-li, 09 mart 1994-cü il tarixli 60 №-li, 07 iyun 1994-cü il tarixli 137 №-li və 09 aprel 1996-cı il tarixli 70 №-li - əmrlərinin arxiv çıxarışlarının göndərildiyi N №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar olunmadığı, Bakı Ali Hərbi Dənizçilik Məktəbinin sənədlərinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığı qeyd olunmuşdur. Müdafiə Nazirliyinin tədqiq olunan arayışından göründüyü kimi, N №-li hərbi hissə - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar olunmamışdır (Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən qanunvericiliyə uyğun qaydada ona müharibə vetranı adı və vəsiqəsi verildiyi də mötəbər sübutlarla təsdiq olunmur) Belə olan halda, iddiaçının «X3» Qanunun 24.0.1-ci maddəsinə əsasən mübahisələndirilən dövr üzrə sığorta stajının ikiqat hesablanması istisna olunur. Başqa sözlə,cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinin təmin olunmasından ittina olunması əsaslıdır. Bu baxımdan, həmin imtina iddiaçınınnın qanunla qorunan hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin təqdim etdiyi sübutlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadan, işin hallarını düzgün, tam və hərtərəfli araşdırmadan, sübutlara düzgün qiymət vermədən qərəzli qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2042/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2042/2023 saylı, xx.xx.2023-cü il il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1875/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1875/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver