Məhkəmə qərarları › İş №2-1(103)-1875/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1875/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1875/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarının ləğv olunması və artıq ödənişin iddiaçının şəxsi hesab vərəqəsində əks olunması” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4632/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********164408 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə ********** saylı şəhadətnamə (VÖEN) əsasında dövlət qeydiyyatına alınmışdır. Fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının tikintisindən ibarətdir. Kooperativ tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 262 saylı sərəncamına uyğun olaraq Xətai rayonu, Babək prospekti, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" Azərbaycan İnkişaf Şirkətinə ayrılmış “Ağ Şəhər” ərazisində 9 girişli, 8 mərtəbəli çoxmənzilli yaşayış binaları inşa olunmuşdur. Kooperativ tərəfindən vergi orqanına təqdim olunmuş xx.xx.2019-cu il tarixli “Bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin seçdiyi vergitutma metodu barədə” Məlumat formasına əsasən Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Buna uyğun olaraq da kooperativin ƏDV qeydiyyatı xx.xx.2019-cu il tarixli **********110700 Q saylı qərarına əsasən xx.xx.2019-cu il tarixindən ləğv edilmişdir. Yuxarıda qeyd olunan məlumat formasına əsasən yaşayış kompleksinin tikintisinə xx.xx.2019-cu ildə başlanılmışdır. Tikintinin təməl qoyma işlərinin başlanılması ilə bağlı olaraq 2019-cu ilin 2-ci rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyənnaməsi” təqdim olunmuşdur. Vergi orqanı tərəfindən təsdiq olunmuş sonuncu sadələşdirilmiş vergi bəyənnaməsinə əsasən inşa olunan binaların ümumi sahəsi 36 590 kv.metr (yaşayış sahəsi 32 610 kv.m, qevri-yaşayış sahəsi 3980 kv.m), dövlət büdcəsinə ödənilməli vergi məbləği isə ******* manat müəyyən olunmuşdur. Qeyd olunan bəyənnaməyə əsasən də vergi öhdəlikləri tam şəkildə icra olunaraq, dövlət büdcəsinə 2607312.92 manat vergilər ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********156992 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarına əsasən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən aprel-2019-mart 2022-ci illəri əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixində başa çatdırılmışdır. Yoxlamanın nəticəsində xx.xx.2022-ci il tarixli **********164408 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” qərar qəbul edilərək, kooperativə 281773.62 manat əlavə vergi hesablanılmış və 140 926.82 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesablanmış vergilərin tərkibi aşağıdakı kimi olmuşdur: - BTSV (2019-cu il) - 233 413.66 manat əlavə hesablama,116 706.83 manat maliyyə sanksiyası; - ÖMV (2019-cu il) - 135.84 manat əlavə hesablama, 67.92 manat maliyyə sanksiyası; - ÖMV (2020-ci il) - 14475,01 manat əlavə hesablama, 7237.51 manat maliyyə sanksiyası; - ÖMV (2021-ci il) - 26625.10 manat əlavə hesablama, 13312.55 manat maliyyə sanksiyası; - ÖMV (2022-ci il) - 7 124.01 manat əlavə hesablama, 3 562.01 manat maliyyə sanksiyası; Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyası (2019) - 40 manat. Səyyar vergi yoxlaması ilə maddi və prosessual hüquq normalarının pozulması ilə aparılmışdır və onun nəticələri ilə razı deyil. Səyyar vergi yoxlaması prosesində Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********158132 saylı “Mütəxəssis dəvət edilməsi haqqında” qərarına əsasən “X17” MMC-nin nümayəndəsi mütəxəssis kimi dəvət edilmişdir. Mütəxəssis qarşısında İddiaçı MTK tərəfindən Xətai rayonu, Babək prospekti, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" Azərbaycan İnkişaf Şirkətinə ayrılmış ərazidə inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin, eyni zamanda satışa yararlı sahələrinin və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin (əmək tutumunun) müəyyən edilməsi sualı qoyulmuşdur. “X18” MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən binanın ümumi sahəsi 39647.23 kv.m (yaşayış sahəsi 34 866.73, qeyriyaşayış sahəsi 4781.5 kv.m) müəyyən olunmuşdur. Rəyə əsasən layihə üzrə verilən yaşayış sahəsi 2256.73 kv.m, qeyri-yaşayış sahəsi isə 801.5 kv.m olmaqla 3057.23 kv.m artırılmışdır. Qeyd olunan sahə hesablaması ilə razı deyil. İddiaçı MTK tərəfindən inşa olunan binaların layihəsi, "xxxx" ASC tərəfindən hazırlanılmışdır. Həmin layihə Fövqəladə Hallar Nazirliyinin X1 Baş İdarəsi tərəfindən, son olaraq isə xx.xx.2020-ci il tarixdə 02/1447 saylı rəyə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma mərkəzi tərəfindən razılaşdırılaraq tikintiyə icazə verilmişdir. Binanın layihə üzrə inşa olunmasına Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və "xxxx" Azərbaycan İnkişaf Şirkəti (Ağ Şəhər) tərəfindən nəzarət olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi xx.xx.2022-ci il tarixli 1167 saylı rəyinə əsasən bina istismara qəbul edilmişdir. Həmin rəydə də binanın tikintisi ilə bağlı layidən kənara çıxılma ilə bağlı heç bir qeyd mövcud deyil. Yaşayış kompleksinini layihələndirməsini həyata keçirmiş "xxxx" ASC tərəfindən təqdim olunmuş 012 saylı xx.xx.2022-ci il tarixli məktuba əsasən yaşayış kompleksinin D, E, F, G(G1 və G2 olmaqla), J ( J 1 və J 2 olmaqla), A, B saylı 9 yaşayış blokundan, H-1 qeyri-yaşayış blokundan, C (su anbarı və nasosxana) və K blokundan (2 mərtəbəli avtodayanacaq) ibarət olması bildirilmiş və binanın “Texniki-İqtisadi Göstəriciləri” barədə məlumatlar aşağıdakı kimi təqdim olunmuşdur: Ayrılmış torpaq sahəsi 0.641 ha İnşaat sahəsi 6 411 kv.m 3 Binanın ümumi sahəsi 36 590 kv.m 4 Ümumi faydalı sahə 21 450 kv.m Mənzillərin sahəsi 19 300 kv.m Köməkçi sahələr 15 140 kv.m Pilləkən qəfəsələri və lift holları 3 530 kv.m Texniki otaqlar 2 410 kv.m Zirzəmi 0.000 kv.m Ümumi istifadədə olan yeraltı sahə 9 200 kv.m Binanın mənzillərinin ümumi sayı 138 1 otaqlı 0 ədəd 2 otaqlı 46 ədəd 3 otaqlı 46 ədəd 4 otaqlı 32 ədəd 5 otaqlı 14 ədəd Yeraltı avtodayanacaqların sayı 118 ədəd Məhəllədaxili dayanacaqların sayı 17 ədəd Lakin “X17” MMC tərəfindən verilmiş “mütəxəssis rəyi”ndə çox maraqlı rəqəmlər əks etdirilmişdir. Layihə və rəy arasındakı fərqlər aşağıdakı kimidir: Adı Layihə Mütəxəssis rəyinə Fərq üzrə və əsasən faktiki Binanın ümumi sahəsi 36 590 39 647.23 3 057.23 kv.m kv.m kv.m artıq göstərilib Yaşayış sahəsi 32 610 34 866.73 2 256.73 kv.m kv.m artıq göstərilib Yararlı qeyri-yaşayış 3 980 4 781.5 kv.m 801.5 kv. m artıq sahəsi(zirzəmi+obyekt) kv.m göstərilib Blok sayı 10 7 3 blok az göstərilib Mənzil sayı 138 ədəd 84 ədəd 54 mənzil az göstərilib Mənzillərin yaşayış 19 300 17 345 kv.m 1 955 kv.m az sahəsi kv.m göstərilib Cəmi qeyri-yaşayış 2 970 3327.22 kv.m 357.22kv.m artıq (zirzəmi istisna) kv.m göstərilib Qeyri-yaşayış 2 657.5 2 122 kv.m 535.5 kv. artıq yararlı(obyektlər) kv.m göstərilib Zirzəmi cəmi sahə 11130.8 11960.19kv.m 829.39 kv artıq kv.m göstərilib Zirzəmi yararlı sahə 1622,5 2 124 kv.m 501.5 kv.m artıq kv.m hesablanıb Su deposu 96 kv.m 1332 kv.m 1236 kv.m artıq hesablanıb Qeyd olunanlardan əlavə olaraq, layihə üzrə və faktiki olaraq hər mərtəbəsi 37 yerlik olmaqla iki mərtəbəli avtodayanacaq olan K blokunun sahəsi 5075.6 kv.metr qeyd olunmaqla, guya burada 3.30 səviyyə və 7.15 səviyyə olmaqla, hər biri 666 kv.m-lik, cəmi 1332 kv.m satışa yararlı su deposu olması qeyd olunmuşdur. Lakin faktiki olaraq su deposu kompleksin girişi olan C blokunun altında yerləşir və 2 ədəd 32 kv.m-lik su çənindən və 1 ədəd 32 kv.m-lik yanğın su çənindən ibarətdir, eyni zamanda onun yanında 70 kv.m-lik nasosxana yerləşir. Çoxmənzilli yaşayış kompleksinin su deposu ümumi istifadədə olan sahədir və satışa yararlı olması mümkün deyil. Mütəxəssis və vergi yoxlayıcıları isə hesab etmişdir ki, MTK su deposunu satacaqdır və buradan mütləq vergi ödəməlidir. Digər tərəfdən isə cəmi 138 mənzili olan yaşayış kompleksində 1332 kv.m su deposunun olmasını fikirləşmək belə mümkün deyil. Layihəyə əsasən cəmi inşaat sahəsi 6411 kv.metrdir və “Ağ Şəhər” kimi torpağın qiymətinin çox baha olduğu bir yerdə inşaat sahəsinin tam olaraq 20.77%-nin sadəcə su deposuna ayrılmasının iddia olunması absurddur. Bunun nə iqtisadi, nə də məntiqi izahı yoxdur. Binanın layihəsinin “Eksplikasiyası”na əsasən - 3.30 00 FFL zirzəmi səviyyəsinin (zirzəminin 1-ci mərtəbəsi) sahəsi 5611.4 kv.m, - 7.000 FFL səviyyəsi (zirzəminin 2-ci mərtəbəsi) 5519.4 kv.m olmaqla cəmi 11130.8 kv.metr təşkil edir. Lakin mütəxəssis rəyinə əsasən zirzəminin cəmi sahəsi aşağıdakı kimi qeyd olunumuşdur: s/s blok cəmi sahə 1 A (-7.15 və -3.30 səviyyə) 1064.84 kv.m 2 B (-7.15 və -3.30 səviyyə) 656.24 kv.m 3 C (-7.15 və -3.30 səviyyə) 361.08 kv.m 4 D (-7.15 və -3.30 səviyyə) 905.22 kv.m 5 E (-7.15 və -3.30 səviyyə) 656.24 kv.m 6 F (-7.15 və -3.30 səviyyə) 775.98 kv.m 7 G (-7.15 və -3.30 səviyyə) 964.59 kv.m 8 H (-7.15 və -3.30 səviyyə) 298.84 kv.m 9 J (-7.15 və -3.30 səviyyə) 1219.56 kv.m 10 K (-7.15 və -3.30 səviyyə) 5075.6 kv.m Cəmi 11960.19 kv.m Göründüyü kimi, layihədə zirzəmi sahəsi 11130.8 kv.metr göstərilsə də, “mütəxəssis” bütün dövlət orqanlarından daha yaxşı hesablama apararaq zirzəmi sahəsi 829.39 kv. metr artırmaqla 11960.19 kv.m olması qənaətinə gəlmişdir. O cümlədən, layihəyə əsasən zirzəminin altında avtodayanacağın sahəsi aşağıdakı kimidir: Sayı Blokların adları 7,00 səviyyə 3,30 Kvadratlar səviyyə 1 A bloku 2 yer 2 yer 55,0 kv.m 2 B bloku 2 yer 2 yer 55,0 kv.m 3 D bloku 2 yer 2 yer 55,0 kv.m 4 E bloku 3 yer 1 yer Yerlərin 55,0 kv.m 5 F bloku 3 yer 3 yer cəmi 82,5 kv.m 6 G bloku 4 yer 4 yer 110,0 kv.m 7 H bloku 3 yer 3 yer 82,5 kv.m 8 J bloku 4 yer 4 yer 110,0 kv.m 9 K bloku 37 yer 37 yer 1017,5 kv.m Cəmi: 60 58 118 1622,5 kv.m Lakin “mütəxəssis rəyi”ndə bu sahədə özünəməxsus hesablama metodu ilə 501.5 kv.m artırılaraq 2124 kv.m hesablanılmışdır. Binanın layihəsinin “Eksplikasiyası”na əsasən -1-ci mərtəbə qeyri-yaşayış sahəsi aşağıdakı kimi hesablanılmışdır: S Ad Cəmi O cümlədən ay sahə (kv.m) yararlı sahə 1 Pandus 2 Lift Holu (24*8+27) 219 3 Pilləkən qəfəsi (18*9) 162 4 Piliteli örtük 5 Elektrik otağı 9 6 Dəhliz 89 7 Zibil yeri 24 8 Mətbəx 5 9 Sanitar qovşağı 4 10 Texniki sahə-1 Servis Sahəsi 12 11 Texniki sahə-2 Servis Sahəsi 10 12 Texniki sahə-3 Servis Sahəsi 13 13 Texniki sahə-4 Servis Sahəsi 10 14 Texniki sahə-5 Servis Sahəsi 10 15 Texniki sahə-6 Servis Sahəsi 11 16 Texniki sahə-7 Servis Sahəsi 12 17 Texniki sahə-8 Servis Sahəsi 11 18 Texniki sahə-9 Servis Sahəsi 12 19 Texniki sahə-10 10 Servis Sahəsi 20 Texniki sahə-11 11 Servis Sahəsi 21 Texniki sahə-12 10 Servis Sahəsi 22 Texniki sahə-13 10 Servis Sahəsi 23 Texniki sahə-14 11 Servis Sahəsi 24 Texniki sahə-15 9 Servis Sahəsi 25 Texniki sahə-16 9 Servis Sahəsi 26 Texniki sahə-17 9 Servis Sahəsi 27 Texniki sahə-18 4 Servis Sahəsi dəhliz 28 Texniki sahə-19 6 Servis Sahəsi dəhliz 29 Texniki sahə-20 7 Servis Sahəsi dəhliz 30 Qeyri-yaşayış sahəsi-1 113 113 31 Qeyri-yaşayış sahəsi-2 88 88 32 Qeyri-yaşayış sahəsi-3 94 94 33 Qeyri-yaşayış sahəsi-4 228 228 34 Qeyri-yaşayış sahəsi-5 166 166 35 Qeyri-yaşayış sahəsi-6 104 104 36 Qeyri-yaşayış sahəsi-7 141 141 37 Qeyri-yaşayış sahəsi-8 194 194 38 Qeyri-yaşayış sahəsi-9 128 128 39 Qeyri-yaşayış sahəsi-10 91 91 40 Qeyri-yaşayış sahəsi-11 96 96 41 Qeyri-yaşayış sahəsi-12 73 73 42 Qeyri-yaşayış sahəsi-13 159 159 43 Qeyri-yaşayış sahəsi-14 90 90 44 Qeyri-yaşayış sahəsi-15 145 145 45 Qeyri-yaşayış sahəsi-16 84 84 46 Qeyri-yaşayış sahəsi-17 128 128 47 Generator otağı 34 48 Yanğın nəzarət otaqğı 20 49 Dəhliz 40 50 Dəhliz 45 Ümumi 2970 kv.m 2122 kv.m sahə Mütəxəssis qeyri-yaşayış sahəsi üzrə hesablama apararaq aşağıda qeyd olunan nəticəyə gəlmişdir: s/s Blok Cəmi sahə Yararlı sahı 1 A 544.41 kv.m 468 kv.m 2 B 354.86 kv.m 261 kv.m 3 D 452.61 kv.m 379.5 kv.m 4 E 354.86 kv.m 261 kv.m 5 F 387.99 kv.m 271 kv.m 6 G 473.29 kv.m 375 kv.m 7 H 149.42 kv.m 151 kv.m 8 J 609.78 kv.m 491 kv.m Cəmi 3327.22 kv.m 2657.5 kv.m Mütəxəssis yenə də Layihə İnstitutunu, FHN-i və Şəhərsalma və Arxitektura Komitəsini səhv çıxarmışdır. Belə ki, qeyri-yaşayışın cəmi sahəsi 357.22 kv.m, qeyriyaşayışın yararlı (obyektlər) olan sahəsi isə 535.5 kv.m artırılmışdır. Məntiqlə fikirləşəndə müəyyən etmək olar ki, cəmi sahə nə qədər artırsa, yararlı sahə də maksimum həmin həcmdə arta bilər. “H” qeyri-yaşayış bloku üzrə 9a-12a və AN-AG oxları arası cəmi sahə 149.42 kv.m qeyd olunsa da, satışa yararlı sahə cəmi sahədən çox, yəni 151 kv.m “hesablanılmışdır”. "xxxx" ASC tərəfindən hazırlanılmış və müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuş layihəyə əsasən yaşayış kompleksində yaşayış mənzillərin sahəsi 19300 kv.m hesablansa da, bu hissədə mütəxəssis sahibkara güzəştə gedərək sahəni 1955 kv.m azaltmaqla 17345 kv.m hesablamışdır. Layihədə əks olunmuş ekskplikasiyalar əsasən yaşayış sahələrinin ölçüləri aşağıdakı kimi olmuşdur (1-ci mərtəbə qeyri-yaşayış sahəsi kimi ayrıca nəzərə alınmışdır): Mənzil Mənzil Mənzil Mənzil Cəmi Mərtəbə sahəsi sahəsi sahəsi sahəsi (kv.m) (kv.m) (kv.m) (kv.m) (kv.m) 2-ci mərtəbə 245.18 255 Tipik 3-7 244.79 253.78 mərtəbələr*5 8-ci mərtəbə 244.66 252.17 Cəmi 1713.79 1776.07 3489.86 1-ci mərtəbə 153.97 131.85 Tipik 3-7 160.85 137.98 mərtəbələr*5 8-ci mərtəbə 150.59 127.49 Cəmi 1108.81 949.24 2058.05 2-ci mərtəbə 139.66 132.29 Tipik 3-7 mərtəbələr*5 142.95 137.97 8-ci mərtəbə 137 130.28 Cəmi 991.41 952.42 1943.83 2-ci mərtəbə 141.49 83.52 172.56 Tipik 3-7 146.88 83.96 178 mərtəbələr*5 8-ci mərtəbə 137.37 81.97 168.59 Cəmi 1013.26 585.29 1231.15 2829.7 2-ci mərtəbə 116.25 186.39 130.95 89.67 Tipik 3-7 118.97 191.88 135.95 91.9 mərtəbələr*5 8-ci mərtəbə 112.46 182 128 87.78 Cəmi 823.56 1327.79 938.7 636.95 3727 2-ci mərtəbə 87.45 86.48 221.88 Tipik 3-7 91 89.95 132.94 90.98 mərtəbələr*5 8-ci mərtəbə 86.89 85.88 127.53 85 Cəmi 629.34 622.11 1014.11 539.9 2805.46 2-ci mərtəbə 163.15 93.28 89.69 Tipik 3-7 166.64 92.89 92.33 mərtəbələr*5 8-ci mərtəbə 160.22 92.24 88.22 Cəmi 1156.57 649.97 639.56 2446.1 Yekun Sahə 7436.74 6862.89 3823.52 1176.85 19300 “X17” MMC tərəfindən "xxxx" ASC tərəfindən hazırlanılmış, Fövqəladə Hallar Nazirliyinin X1 Baş İdarəsi tərəfindən, son olaraq isə xx.xx.2020-ci il tarixdə 02/1447 saylı rəyə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma mərkəzi tərəfindən razılaşdırılmış layihə əsasında inşa olunmuş, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və "xxxx" Azərbaycan İnkişaf Şirkəti tərəfindən istismara qəbul edilmiş binanın sahələri təhrif olunaraq, qanunverciliyə uyğun olmayan, təhrif olunmuş “mütəxəssis rəyi” verilmişdir. Lokal Gəlirlər Baş İdarəsi isə adları sadalanan və müvafiq sahədə nəzarəti həyata keçirən 4 dövlət orqanın məlumatlarına və rəsmi sənədlərinə deyil, hansısa MMC-nin rəyinə istinad edərək, vergi ödəyicisinə külli miqdarda əlavə vergilər və maliyyə sanksiyaları hesablayaraq, sahibkarlıq fəaliyyətinə əsassız və qanunsuz problemlər yaratmaqla, faktiki olaraq kooperativin fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Mövcud vəziyyətdə təkcə MTK yox, həm də inşa olunan binalaradan mənzil almış sakınlər üçün problem yaranmışdır. Belə ki, bank hesablarına sərəncam qoyulduğundan MTK tərəfindən faktiki olaraq malmaterial alışı həyata keçirilə bilmir və bu da binanın inşaasına başa çatdırılmasına, nəticə etibarı ilə isə “Ağ Şəhər” Layihəsinin inşasının başa çatdırılmasına problem yaradır. Səyyar vergi yoxlaması ilə həmçinin MTK-ya 48 233.94 manat ÖMV hesablanılmış və 24179.97 manat maliyyə sanksiyası hesablanılmışdır. Hesablamaya səbəb kimi yoxlanılan dövr ərzində təsisçilər tərəfindən müəssisəyə 3517160.05 manat məbləğində borc verilməsi və sonradan həmin borc məbləğinin geri qaytarılması olmuşdur.Qanunvericilik kreditlərin verilməsi barədə müddəaları, yəni faizlər hesablanmasını borc müqaviləsinə o şərtlə tətbiq edir ki, borc verən müstəqil peşə fəaliyyəti şəklində bu fəaliyyətlə məşğul olsun. Mövcud halda isə vergi yoxlaması ilə təsisçilərin müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər olması sübuta yetirilmədən Mərkəzi Bankın müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə təsisçilərin 482339.4 manat faiz gəliri əldə etməsi qənaətinə gəlinmişdir. Halbuki bank çıxarışlarında və digər sənədlərdə təsisçilərə qaytarılan borc məbləğinə görə hər hansı faizlər ödənilməsi barədə qeyd mövcud deyil. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident fiziki şəxsə, qeyrirezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-cü maddəsinə əsasən “Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir”. Qeyd olunanlara əsasən, təsisçilər tərəfindən borc yalnız binanın inşasının daha tez zamanda başa çatdırılmasını təmin etmək məqsədi ilə MTK-ya verilmiş və mənzillər satıldıqdan sonra borc məbləğləri təsisçilərə geri qaytarılmışdır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyil. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur”. “Ağ Şəhər” layihəsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində, köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2007-ci il 11 iyun tarixli sərəncamı ilə, ərazisindən hazırda ən əsas nəqliyyat magistrallarından biri olan və Bakını Heydər Əliyev adına X11 ilə birləşdirən Nobel prospektinin keçdiyi Qara şəhərin bərpa olunması və planlaşdırılması haqqında qərar qəbul edilmişdir. Bakı Ağ Şəhər layihəsinin baş məsləhətçisi qismində, mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti “ATKİNS” (Böyük Britaniya) çıxış etmişdir Layihə üzərində işə Azərbaycanlı mütəxəssislərlə yanaşı, məşhur “Fosters + Partners” memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan, X5 tanınmış “F + A Architects” arxitektura bürosu cəlb edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 28 sentyabr 2006-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində aşağıdakı normatıv aktlar qəbul edilmiş və tikinti qeyd olunan sənədlər əsasında aparılmışdır: - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin razılığına əsasən ADEC Azərbaycan İnkişaf Şirkətinə yeni yaşayış binaları və ictimai obyektlər massivinin layihələndirilməsinə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 262 saylı, xx.xx.2007-ci il tarixli Sərəncamı; - Bakı Şəhər İcra Hakimiyyəti, Memarlıq və Şəhərsalma Baş İdarəsinin Ağ Şəhər Şəhərsalma Əsaslandırılmasının Baş Planını razılaşdırması, 18/04-122, xx.xx.2010-cu il; - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ağ Şəhər Şəhərsalma Əsaslandırılmasının Baş Planını razılaşdırması, 04/04-506, xx.xx.2010-cu il. Göründüyü kimi, baş planı Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən qeyd olunan dövlət orqanları ilə razılaşdırılmış, layihənin icrasına qeyd olunan qurumlarla bərabər Böyük Britaniyanın “ATKİNS” şirkəti və X5 tanınmış “F+A Architects” arxitektura bürosu tərəfindən nəzarət edilmişdir. Lokal Gəlirlər Baş İdarəsi isə hesablamalar apararkən yerli və xarıcı qurumların mövqeyinə yox, hansısa MMC-nin hesablamalarına istinad etməklə hesab etmişdir ki, layihədən 3057 kv.m artıq inşaat işləri aparılmışdır. “Ağ Şəhər” ərazisində nəinki, 3057 kv.metr layihədən kənara çıxmaq, heç layihə üzrə nəzərdə tutulmuş “aqlay daşını” belə istədiyin kimi vurmaq mümkün deyil. Maddi və prosessual hüquq normalarının pozulması halları barədə Vergi Məcəcəlləsinin 45.1-ci maddəsinə əsasən “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz”. Səyyar vergi yoxlaması prosesində Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********158132 saylı “Mütəxəssis dəvət edilməsi haqqında” qərarına əsasən “X17” MMC-nin nümayəndəsi X8 mütəxəssis qismində dəvət edilmişdir. Qeyd olunan MMC xx.xx.2020-ci il tarixdə ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyə növü “kommersiya və idarəetmə məsələləri üzrə sair məsləhətlər (kod: 70220)”, əlavə fəaliyyət növü isə “kommersiya məsələləri və dövlət xidmətləri üçün məsləhətlər, tövsiyələr, praktiki yardımın göstərilməsi”ndən ibarətdir. Müəssisənin rəhbəri və mütəxəssis rəyindən də göründüyü kimi, mütəxəssis Avstarliyanın Sidney Universitetini Kommersiya üzrə magistr dərəcəsində, İngiltərənin Uarvik Universitetində Kommersiya ixtisası üzrə doktoronaturanı bitirmişdir. Mütəxəssis rəyini imzalamış digər şəxs həmin müəssisədə “mütəxəssis” vəzifəsində deyil, “biznes məsələləri üzrə məsləhətçi” vəzifəsində işləyir və bu sahədə ixtisasının və əmək müqaviləsinin olması mövcud sənədlərlə təsdiq olunmur. Göründüyü kimi, mütəxəssis rəyini tərtib etmiş və imzalamış mütəxəssis ixtisasca tikinti yox, kommersiya mütəxəssisidir və onun bu sahədə xüsusi bilik və təcrübəsinin olması sənədlərlə təsdiq olunmur. Eyni zamanda, rəyi vermiş “X18” MMC-nin də fəaliyyət növü direktorun ixtisasına uyğun olaraq kommersiya sahəsində məsləhət verilməsidir. Göründüyü kimi, Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən “X17” MMC-nin verdiyi rəydən vergi hesablanması üçün istifadə olunması Vergi Məcəlləsinin 44.2 və 45.2-ci maddələrinin tələblərinə ziddir. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən “Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar”. Səyyar vergi yoxlaması keçirilərkən yoxlayıcılar tərəfindən hesablamalar yalnız “X17” MMC tərəfindən verilmiş “mütəxəssis rəyi”nə əsasən aparılmışdır. İş üzrə mövcud olan "xxxx" ASC tərəfindən hazırlanılmış Fövqəladə Hallar Nazirliyinin X1 Baş İdarəsi tərəfindən, son olaraq isə xx.xx.2020-ci il tarixdə 02/1447 saylı rəyə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma mərkəzi tərəfindən razılaşdırılmış layihədə göstərilən rəqəmlər və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli 1167 saylı rəyi nəzərə alınmamışdır. Göründüyü kimi vergi orqanı özünə sərf edən formada “mütəxəssis rəyi” tərtib etdirmiş, iş üzrə mövcud olan digər rəsmi sənəd və məlumatlara istinad etməmişdir. Bununla da yuxarıda qeyd olunan qanunvercilik normaları kobud formada pozulmuşdur. Vergi Məcəlləsinin 44.7-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları var: 44.7.1. ekspertə etiraz etmək; 44.7.2. ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; 44.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; 44.7.4. ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; 44.7.5. ekspertin rəyi ilə tanış olmaq. Tərtib olunmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi **********136800 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə çoxsaylı məktublarla müraciət edilərək, mütəxəssis rəyinə etiraz edilmişdir, lakin həmin etirazlar nəzərə alınmadan və araşdırılmadan həmin tarixdə də səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Bununla da Vergi Məcəlləsinin qeyd olunan normalarının tələbləri kobud şəkildə pozulmuşdur. xx.xx.2022-ci il tarixli **********941700 nömrəli məktubla ÖMV hesablanması ilə bağlı bütün müqavilələr vergi orqanına rəsmi olaraq göndərilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur”. Qeyd olunmalıdır ki, səyyar vergi yoxlaması aktı vergi ödəyicisinə göndərildikdən sonra çoxsaylı şikayət və aktdan naraziliq məktubları göndərilmişdir. Lakin məsuliyyətə cəlb edilmə barədə qərarda vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri əks etdirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 3.11ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlir - malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Vergi Məcəlləsinin 13.2.16-ci maddəsində Azərbaycan mənbəyindən gəlirin növləri sadalanır, burada əldə etmədiyin gəlirdən vergi verilməsi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallan aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Vergi Məcəlləsinin 45.2-ci mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Vergi Məcəlləsinin 85.4cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********164408 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması və 83035.11 manat məbləğində artıq ödənişin iddiaçının şəxsi hesab vərəqəsində əks olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********156992 nömrəli Qərarına əsasən İddiaçı MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (yoxlanılan dövr: xx.xx.2019-xx.xx.2022) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********278800 nömrəli Qərarının 3.3-cü (Vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən İddiaçı fəaliyyəti üzrə səyyar vergi yoxlamasının keçirilməsini təmin edilsin) bəndinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlama zamanı vergidən yayınma hallarının olması öz təsdiqini tapmışdır. Səyyar vergi yoxlaması zamanı MTK-ya Baş İdarənin xx.xx.2022-ci il tarixli **********157026 “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən tələbnamədə qeyd edilən sənədlərin bir qismi vergi orqanına təqdim edilmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2022-ci il tarixli “Sənədlərin yoxlamaya qismən təqdim edilməsi haqqında” Akt tərtib olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Yoxlama zamanı yoxlanılan dövr üzrə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161829 nömrəli qərar çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş sənədlər (tələbnamə üzrə və e-kargüzarlıq vasitəsi ilə təqdim edilmiş sənədlər) götürülərək xx.xx.2022-ci il tarixli **********161848 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib edilmişdir. Vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin götürülməsi mümkün olmadığından Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən xx.xx.2022-ci il tarixli “Sənədlərin qismən götürülməsi haqqında" Akt tərtib edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Həmin Məcəllənin 23.1.3-cü maddəsi ilə Məcəllə ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət, və digər binalarında (ərazilərində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçiriməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Baxış zamanı “Development" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu Babək prospekti, Y.Əliyev, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" AİŞ-nə ayrılmış ərazidə 7 blokdan ibarət (A,B,D,E,F,G, J blokları) yaşayış və 3 blokdan ibarət (C bloku (kompleksə giriş), H bloku 1 mərtəbəli qeyri-yaşayış binası və K bloku (həyətaltı avtodayanacaq) qeyri-yaşayış binalarının inşa edildiyi müəyyən edilmişdir. Tikilmiş yaşayış binaları -2, -1 mərtəbəli zirzəmi sahəsindən, 1 mərtəbəli qeyri-yaşayış obyektindən, 7 mərtəbəli yaşayış sahəsindən, ümumi olaraq 8+ (texniki) mərtəbədən ibarət olmuşdur. Binalarda çöl fəsad işlərinin yekunlaşdırıldığı, daxili tamamlanma və cari tikinti işlərinin davam etdirildiyi müşahidə edilmişdir. Binalarda yaşayışın olmadığı müəyyən edilmişdir. Baxışın nəticəsində xx.xx.2022-ci il tarixli **********159321 nömrəli Protokol tərtib edilmişdir. Vergi ödəyicisinə hesablanmış vergilərin məbləği müvafiq olaraq belə olmuşdur: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə: Yoxlama zamanı təqdim edilmiş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin hesablanmasının düzgünlüyü yoxlanılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 262 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu Babək prospekti, Y.Əliyev, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında ADEC” AİŞ-nə ayrılmış ərazidə İddiaçı MTK-ya 7 blokdan ibarət (A, B, D, E, F, G, J blokları) yaşayış və 3 blokdan ibarət (C bloku (kompleksə giriş), H bloku 1 mərtəbəli qeyri-yaşayış binası və K bloku (həyətaltı avtodayanacaq) qeyri-yaşayış binalarının tikitisinə icazə verilmişdir. "Development” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" AİŞ-nə ayrılmış ərazidə inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri yaşayış sahələrinin, eyni zamanda satışa yararlı sahələrinin və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin (əmək tutumunun) müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********158132 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış ve Qərara əsasən “X17” MMC-nin mütəxəssisi X8 dəvət edilmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən A bloku üzrə binanın ümumi sahəsi 5 916,21 kv.m (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 468,0 kv.m zirzəminin satışa yararlı sahəsi 72,0 kv.m, yaşayış mənzillərin ümumi sahəsi 3 325,0 kv.m, pilləkən, lift, dəhliz, divaraltı sahə, avtomobil yolları, havalandırmamn ümumi sahəsi 2 061,21 kv.m (satışa yararsız sahələr) təşkil etmişdir. B bloku üzrə binanın ümumi sahəsi 3 595,08 kv.m (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 261,0 kv.m, zirzəminin satışa yararlı sahəsi 72,0 kv.m, yaşayış mənzillərin ümumi sahəsi 1960,0 kv.m, pilləkən, lift, dəhliz, divaraltı sahə, avtomobil yolları, havalandırmamn ümumi sahəsi 1302,08 kv.m (satışa yararsız sahələr) təşkil etmişdir. C bloku üzrə binanın ümumi sahəsi 361,08 kv.m (o cümlədən pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmamn ümumi sahəsi 361,08 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. D bloku üzrə binanın ümumi sahəsi 4775,44 kv.m, o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 379,05 kv.m, zirzəminin satışa yararlı sahəsi 72,0 kv.m, yaşayış mənzillərin ümumi sahəsi 2716,0 kv.m, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmamn ümumi sahəsi 1 607,94 kv.m (satışa yararsız sahələr) təşkil etmişdir. E bloku üzrə binanın ümumi sahəsi 3595,08 kv.m (o cümlədən, qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 261,0 kv.m, zirzəminin satışa yararlı sahəsi 72,0 kv.m, yaşayış mənzillərin ümumi sahəsi 1 960,0 kv.m, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmamn ümumi sahəsi 1302,08 kv.m (satışa yararsız sahələr) təşkil etmişdir. F bloku üzrə binanın ümumi sahəsi 4033,27 kv.m (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 271,0 kv.m, zirzəminin satışa yararlı sahəsi 108,0 kv.m, yaşayış mənzillərin ümumi sahəsi 2 317,0 kv.m, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmamn ümumi sahəsi 1337,27 kv.m (satışa yararsız sahələr) təşkil etmişdir. G bloku üzrə binanın ümumi sahəsi 5361,09 kv.m (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 375,0 kv.m, zirzəminin satışa yararlı sahəsi 144,0 kv.m, yaşayış mənzillərin ümumi sahəsi 2127,0 kv.m, pilləkən, lift,dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmamn ümumi sahəsi 2715,09 kv.m (satışa yararsız sahələr) təşkil etmişdir. H bloku (qeyri-yaşayış) üzrə binanın ümumi sahəsi 298,84 kv.m (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 151,0 kv.m, zirzəminin satışa yararlı sahəsi 108,0 kv.m, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmamn ümumi sahəsi 39,84 kv.m (satışa yararsız sahələr) təşkil etmişdir. J bloku üzrə binanın ümumi sahəsi 6 635,54 kv.m (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 491,0 kv.m, zirzəminin satışa yararlı sahəsi 144,0 kv.m, yaşayış mənzillərin ümumi sahəsi 2940,0 kv.m, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yollan, havalandırmanın ümumi sahəsi 3060,54 kv.m (satışa yararsız sahələr) təşkil etmişdir. K bloku (həyətaltı avtodayanacaq) üzrə binanın ümumi sahəsi 5075,60 kv.m (o cümlədən zirzəminin satışa yararlı sahəsi 1332,0 kv.m, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanm ümumi sahəsi 3743,60 kv.m (satışa yararsız sahələr) təşkil etmişdir. Beləliklə, yoxlama zamanı tikilmiş yaşayış binaları, qeyri-yaşayış obyektləri və zirzəmi sahələri üzrə ümumi sahə 39647,23 kv.m, (o cümlədən qeyri-yaşayış obyektinin ümumi satışa yararlı sahəsi 2657,50 kv.m, zirzəminin ümumi satışa yararlı sahəsi 2124,0 kv.m, yaşayış mənzillərin ümumi sahəsi 17345,0 kv.m, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanm ümumi sahəsi 17520,73 kv.m (satışa yararsız sahələr) təşkil etmişdir. Binalar və qeyri-yaşayış obyektəri 8-ci zonada yerləşir, zona əmsalı 1,5 təşkil etmişdir. Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ile məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Ümumi zirzəmi sahəsi (yararlı) - 2 124,0 kv.m; Ümumi qeyri-yaşayış sahəsi (yararlı) - 2 657,5 kv.m; Ümumi yaşayış sahəsi - 17 345,0 kv.m; Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yolları (yararsız sahə) - 17 520 73 kv.m ümumi olaraq (vergltutma bazası üçün) yaşayış sahəsinin 34865,73 (17345,0+17520,73), qeyri-yaşayış sahəsinin 4781,5 kv.m (2124,0+2657,5) olduğu müəyyən edilmişdir. Qeyriyaşayış üzrə: 4781,50 kv.m x 45 x 1.5 x 1.5=484126,88 manat. Yaşayış sahəsi üzrə: 34865,73 kv.m x 45 x 1.5 = 2353436,78484126,88 + 2353436,78=2837563,66 manat; 2837563,66-2604150,0=233 413,66 manat. Beləliklə, yoxlama zamanı “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi" üzrə MTK tərəfindən hesablanmış vergilər nəzərə alınmaqla (2837563,66-2604150,0) verginin 233413,66 manat az hesablandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 233413,66 manat azaldılmasına görə 50% məbləğində, yəni 116706,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlama zamanı ödəmə mənbəyində tutulan verginin hesablanmasının düzgünlüyü yoxlanılmışdır. Vergi ödəyicisinin istifadəsində olan AZ1025, Bakı Şəhəri Xətai Rayonu, Xəqani Rüstəmov ev 23, 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 105 kv.m olan ofis binasını X4 xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən 900,0 manata icarəyə götürüldüyü müəyyən edilmişdir. Yoxlama zamanı icarə haqqından ödəmə mənbəyində tutulan verginin 126,0 manat az hesablandığı müəyyən edilmişdir. Eyni zamanda, yoxlama ilə müəyyən edilmişdir ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçilər tərəfindən ümumilikdə 3517160,05 manat borc vəsaiti daxil olmuşdur. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrıayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdleri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama ilə cəlb olunmuş borc vəsaitinə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə yoxlanılan dövrdə 482339,40 manat faiz məbləğinə 48233,94 manat ödəmə mənbəyindən vergi hesablanmışdır. Beləlikdə, Vergi Məcəlləsinin 123.1 və 124.1-ci maddələrinə uyğun olaraq müəssisəyə yoxlanılan dövrdə 48359.94 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 48359,94 manat azaldılmasına görə 50% məbləğində, yəni 24179,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə yoxlama zamanı MTK tərəfindən xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürdüyü AZ1025, Bakı Şəhəri Xətai Rayonu, Xəqani Rüstəmov ev 23, 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 105 kv.m olan ofis binasını 2-ci rüb 2019-cu il üzrə sadələşdirilmiş vergi bəyannaməsinin tərkibində ödəmə mənbəyində tutulan vergi hissəsində bəyan etmişdir. Lakin yoxlama zamanı icarə haqqında tutulan verginin 2-ci rüb 2019-cu il üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə aid edildiyi üçün yoxlama zamanı sadələşdirimiş verginin 126,0 manat və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannaməsi üzrə sosial sığorta haqqının 1,27 manat artıq hesablandığı müəyyən edilmişdir. İddia ərizəsinin dəlillərinə münasibət: 1) İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı MTK tərəfindən inşa olunan binaların layihəsi "xxxx" ASC tərəfindən hazırlanmış, həmin layihə Fövqəladə Hallar Nazirliyinin X2 Baş İdarəsi tərəfindən son olaraq xx.xx.2020-ci il tarixdə 02/1447 saylı rəyə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılaraq tikintiyə icazə verilmişdir. Binanın layihə üzrə inşa olunması Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və "xxxx" Azərbaycan İnkişaf Şirkəti tərəfindən nəzarət olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli 1167 saylı rəyinə əsasən bina istismara qəbul edilmişdir. Həmin rəydə də binanın tikintisi ilə bağlı layihədən kənara çıxılma ilə bağlı heç bir qeyd mövcud deyildir. Yaşayış kompleksinin layihələndirilməsini həyata keçinniş "xxxx" ASC tərəfindən təqdim olunmuş 012 saylı xx.xx.2022-ci il tarixli məktubla “X17” MMC tərəfindən verilmiş “mütəxəssis rəyi”ndə fərqlər mövcuddur. Həmçinin iddia ərizəsinin çoxmənzilli yaşayış kompleksinin su deposunun ümumi istifadədə olan sahə olması və satışa yararlı olmaması bildirilmişdir. İlk öncə, mütəxəssis tərəfindən hesablama aparılarkən binanın yararlı sahəsi deyil, binanın bütün mərtəbələrinin sahəsi nəzərə alınmaqla, yəni oxlar arası məsafə və oxlardan əlavə çıxıntılar (balkon, lociya, terras və s.) daxil olmaqla mərtəbənin ümumi sahəsi nəzərə alınmışdır. Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yasayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri ücün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. 2) İddia ərizəsində iddiaçıya hesablanmış ÖMV ilə bağlı qeyd edilmişdir ki, vergi yoxlaması ilə təsisçilərin müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər olması sübuta yetirilmədən Mərkəzi Bankın müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə təsisçilərin 482339.4 manat faiz gəliri əldə etməsi qənaətinə gəlinmişdir. Halbuki bank çıxarışlarında və digər sənədlərdə təsisçilərə qaytarılan borc məbləğinə görə hər hansı faizlər ödənilməsi barədə qeyd mövcud deyil. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Faiz gəliri əldə etmək üçün isə müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olmaq zəruri deyil, bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Başqa sözlə, vergi ödəyicisinin faiz gəlirinin olmasını sübut etmək üçün onun müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olmasını müəyyən etmək zəruri deyil. Həmçinin, Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Vergi Məcəlləsinin 18.1-ci maddəsinə əsasən vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və yä onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakılar sayılır: bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə; bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir; şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər; şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər. İddiaçı MTK ilə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Fiziki və ya hüquqi şəxs təsisçisi olduğu digər hüquqi şəxsə borc məbləğlərini, habelə qarşılıqlı surətdə asılı olmayan fiziki və hüquqi şəxs digər hüquqi şəxsə borc məbləğlərini faizsiz verdiyi halda, verilmiş borc məbləğinə vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla vergitutma məqsədləri üçün faizlər hesablanmalı və həmin faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir Qarşılıqlı surətdə asılı olan şəxslərin arasında bağlanmış təsərrüfat əqdinə (borc müqaviləsinə) bazar qiyməti (Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi) tətbiq edilmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsi isə imperativ normadır, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergi orqanının üzərinə bazar qiyməti əsasında hesablama həyata keçirilməsi öhdəliyi qoyur. Vergi orqanı da məhz bu normaları və halları nəzərə alaraq hesablama aparmışdır. Beləliklə, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. 3) İddiaçı iddia ərizəsində qeyd etmişdir kl, səyyar vergi yoxlaması zamanı rəy vermiş “X17” MMC-nln rəhbəri Avstraliyanın Sidney Universitetini Kommersiya magistr dərəcəsində, İngiltərənin Uarvik Universitetində Kommersiya ixtisası üzrə doktoranturanı bitirmişdir. Mütəxəssis rəyini imzalamış digər şəxs X9 da həmin müəssisədə mütəxəssis vəzifəsində deyil, biznes məsələləri üzrə məsləhətçi vəzifəsində çalışır və bu sahədə ixtisasının və əmək müqaviləsinin olması sənədlərlə təsdiq olunmur. X10 ixtisasca tikinti yox, kommersiya mütəxəssisidir, həmçinin “X17” MMC-nin fəaliyyət növü kommersiya sahəsində məsləhət verilməsidir. “X17” MMC-nin rəhbərliyi göstərilən məsələlərə aydınlıq gətirilməsi üçün xx.xx.2022-ci il tarixli **********870300 nömrəli məktubla Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Məktubda təmir-tikinti sahəsində xüsusi bilik və təcrübəsi olmadığından mütəxəssis qismində əməkdaşının dəvət edilməsini və müvafiq sualların ona ünvanlanmasını xahiş etmişdir. Aldığı ixtisas dərəcəsi inşaatçı-mühəndisdir, ixtisası sənaye və mülki tikintidir, Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur. Həmçinin Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Mütəxəssis tərəfindən verilmiş iltizamda onun “X17” MMC şirkətinin mütəxəssisi olduğu, işin nəticəsində maraqlı olmadığı, fəaliyyəti ilə bağlı rəy verəcəyi şəxslə və ya hüquqi şəxsin rəhbərliyi ilə heç bir qohumluq əlaqəsi olmadığı qeyd edilmişdir. Yəni, mütəxəssis rəyi alınarkən Vergi Məcəlləsinin müvafiq maddələrinə tam şəkildə riayət olunmuş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. 4) İddia ərizəsində qeyd edilmişdir ki, məsuliyyətə cəlbetmə barədə qərarda vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri əks etdirilməmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********164408 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələblərinə tam şəkildə riayət edilmiş, müvafiq qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və diger melumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması iddiaçıya izah olunmuşdur. Həmçinin, Ali Məhkəmənin "xxxx" MTK-nın Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı (iş № 2-1(102)-510/17) işi üzrə xx.xx.2017-ci il tarixli qərarında sözügedən məsələyə göstərilən münasibət: “Vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda əks etdirilir. Belə olan halda isə yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu da vergidən yayınma hallarının ehtimallarını yaradır”. Beləliklə, keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş aktda da aşkar edilmiş pozuntular öz əksini tapmış, qəbul edilmiş məsuliyyətə cəlb etmə qərarı da aktın nəticələri üzrə qəbul edilmişdir. Başqa sözlə, iddiaçının barəsində inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu, əlavə vergi məbləğinin müəyyən edilməsinin səbəbləri, iddiaçının barəsində qəbul edilmiş qərarın qəbul edilməsinə əsas olmuş hallar, hesablamanın normativ əsasları həmin səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş aktda əsaslandırılmışdır. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Eyni zamanda, Vergi Məcəlləsinin 220.8- 1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Vergi Məcəlləsinin 77.1-cl maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası (Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011 -ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70,3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Cavabdeh iddianın mümkün sayılmaması barədə vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MTK (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********164408 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddiasını dəqiqləşdirərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********164408 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması və 83035.11 manat məbləğində artıq ödənişin iddiaçının şəxsi hesab vərəqəsində əks olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş dəqiqləşdirmə əsassızdır və “83035.11 manat məbləğində artıq ödənişin iddiaçının şəxsi hesab vərəqəsində əks olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkünsüzdür. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar... İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4632/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qərarı (hakim: A.Almazova) ilə iddia təmin edilmişdir Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-4632/2023 nömrəli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk öncə ödəmə mənbəyində vergi ilə bağlı məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən borc müqavilələrində hər hansı faizin ödənilməsi şərti nəzərdə tutulmamışdır. İddiaçıya hər hansı faiz gəliri ödənilməsi halının baş verməsi ilə bağlı işin məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir, eləcə də məhkəmə tərəfindən aparılan araşdırma zamanı belə hal müəyyən edilməmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Vergi Məcəlləsinin 18.1-ci maddəsinə əsasən vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən Bu maddənin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakılar sayılır: 18.2.1. bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə; [133] 18.2.2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir; 18.2.3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər; 18.2.4. şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər. Belə ki, İddiaçı MTK ilə borc verənlə qarşılıqlı surətdə asılı olan şəxslər olduğuna görə, İddiaçı MTK tərəfindən təsisçisi olduğu şəxslər ilə bağladığı təsərrüfat əqdinə (borc müqaviləsinə) bazar qiyməti (Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi) tətbiq edilmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsi isə imperativ normadır, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergi orqanının üzərinə bazar qiyməti əsasında hesablama həyata keçirilməsi öhdəliyi qoyur. Vergi orqanı da məhz bu normaları və halları nəzərə alaraq hesablama aparmışdır. Məhkəmə tərəfindən isə qeyd edilən normalar nəzərə alınmamışdır. Yuxarıda sadalananlardan və qanunvericiliyin aşkar tələblərindən görünür ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü dedikdə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma nəzərdə tutulur. İddiaçı tərəfindən faizsiz borc müqavilələri bağlanmaqla faktiki olaraq vergidən yayınma məqsədi güdülmüşdür. Bina tikintisi fəaliyyəti ilə bağlı sadələşdirilmiş vergi ilə bağlı isə məhkəmə cavabdehin hər hansı bir dəlilinə münasibət bildirmədən yalnız tərtib edilmiş ekspert rəyinə istinad edərək qərarını “əsaslandırmışdır”. Cavabdeh tərəfindən etirazda, etiraza əlavədə, ekspert rəyinə mülahizədə istinad edilən dəlillərə hər hansı münasibət bildirilməmişdir. Ali Məhkəmənin 2- 1(102)-2460/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, ekspert və mütəxəssis rəyləri işdəki digər sübutlarla, habelə apellyasiya instansiyası məhkəməsində əldə edilmiş digər sübutlarla birgə araşdırılmalı və qiymətləndirilməli idi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82, 87.8-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli 10/3263-9/3439 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində aparılmış hesablamalar nəticəsində, İddiaçı Xətai rayonu, Babək prospekti, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" Azərbaycan İnkişaf Şirkətinə ayrılmış “Ağ Şəhər” ərazisində inşa edilmiş 9 girişli, 8 mərtəbəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 35.425,7 kv.metr, o cümlədən İ mərtəbədə ticarətə yararlı qeyri yaşayış sahəsi - 2122,0 kv.metr, zirzəmi sahəsi (avtodayanacağa yararlı) - 1687,5 kv.m, ümumilikdə, yaşayış və yaşayışa yararsız sahələr (mənzillərin sahəsi, lift holu, pilləkən qəfəsəsi, elektrik otağı, xidməti eyvan,elektrik odası, tambur, su çənləri, yanğın su çəni və s.) -31.616,2 kv.m təşkil edir. Ekspert rəyinə əsasən "ADEC” AİŞ-nə ayrılmış ərazidə inşa edilmiş bina üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin ümumilikdə 2.519.805,38 manat məbləğində təşkil etdiyi, 2.602.840,49 manat məbləğində ödənişin aparıldığı və bunun nəticəsində 83.035,11 manat (2.602.840,49 - 2.519.805,38) məbləğində artıq ödənişin yarandığı müəyyən olunur. Aşağıda göstərilən əsaslara görə Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli 10/3263-9/3439 saylı ekspert rəyini əsassız hesab edirlər: Bildirirlər ki, keçirilmiş yoxlama zamanı "Development” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" AİŞ-nə ayrılmış ərazidə inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri yaşayış sahələrinin, eyni zamanda satışa yararlı sahələrinin və xx.xx.2019-cu il tarixdən xx.xx.2022- ci il tarixədək olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin (əmək tutumunun) müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********158132 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış və Qərara əsasən "X17" MMC-nin mütəxəssisi X8 dəvət edilmişdir.Mütəxəsis tərəfindən verilmiş rəyə əsasən tikilmiş yaşayış binaları, qeyri-yaşayış obyektləri və zirzəmi sahələri üzrə ümumi sahə 39 647,23 m², (o cümlədən qeyri-yaşayış obyektinin ümumi satışa yararlı sahəsi 2 657,50 m², zirzəminin ümumi satışa yararlı sahəsi 2 124,0 m², yaşayış mənzillərin ümumi sahəsi 17 345,0 m², pilləkən, lift,dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 17 520,73 m² (satışa yararsız sahələr)) təşkil etmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı binanın sahəsi aşağıdakı metodologiya əsasında aparılmışdır: - Yaşayış mərtəbəsinin ümumi sahəsinin hesablanması zamanı oxlar arası məsafə və oxlardan kənar çıxıntıların döşəmə sahələri nəzərə alınıb; - Qeyriyaşayış mərtəbəsinin hesablanması zamanı satış üçün yararsız sahələr istisna olmaqla mərtəbənin döşəmə sahəsi nəzərə alınıb; - Zirzəmi mərtəbəsinin hesablanması zamanı satış üçün yararsız sahələr istisna olmaqla döşəmə sahəsi nəzərə alınıb. Vergi Məcəlləsinin (xx.xx.2020-ci il tarixədək qüvvədə olan) 219.3-cü maddəsinə əsasən (Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir) tikilmiş yaşayış və qeyri-yaşayış binalarının hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyekti olmağı qeyd edilmiş və hesablamalar bu maddəyə istinad edilmişdir. Lakin Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli 10/3263-9/3439 saylı ekspert rəyində mənzillərin sahələri və satışa yararlı olmayan sahələr ümumiləşdirilmiş formada təqdim edilmiş, vergitutma baxımından ümumi mərtəbələrin sahəsi deyil, mənzillərin sahəsi hesablanmış və bununla əlaqədar sahələr arasında fərqlər yaranmışdır. Ekspert tərəfindən istinad edilən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrində mənzillərin ümumi sahəsinin hesablanması qaydası əks edilib ki, göründüyü kimi həmin maddələrə əsasən hesablama aparmaq düzgün deyil. Çünki yuxarıda istinad edilən Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən vergitutma obyekti binanın ümumi sahəsi hesab edilir. Ekspertin istinad etdiyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalar”-ın (bundan sonra – “Qaydalar”) 3.1-ci bəndinə əsasən yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Vergitutma məqsədləri üçün isə qeyd edilən normaların tətbiq edilməsi qanunsuzdur. Vergi yoxlaması çərçivəsində binanın ümumi sahəsi, o cümlədən bütün mərtəbə, yəni oxlar arası məsafə nəzərə alınmaqla tikinti obyektinin sahəsi müəyyən edilmişdir, bu səbəbdən də sahələr arasında fərqlər yaranmışdır. Həmçinin bildirirlər ki, Qaydalar Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən qəbul edilmişdir. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Göründüyü kimi qeyd edilən normaların vergitutma məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulmayıb. Eyni mövqe Azərbaycan RespublikasıAli Məhkəməsinin 2-1(102)- 1322/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da əks edilmişdir. Belə ki, həmin qərarda qeyd edilir: “Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, vergi orqanın mübahisələndirilən qərarı qəbul edilərkən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyektinin həcmi Vergi Məcəlləsinin 219-cu maddəsi ilə tənzim olunurdu... Apellyasiya instansiya məhkəməsi qərarında Mənzil Məcəlləsinin 59-cu maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na birbaşa istinad etməsə də, həmin normalar əsasında tərtib edilmiş müvafiq mütəxəssis və ekspert rəylərini əsas götürməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir... Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ hüquqi aktların iyerarxiyası təsbit edilmişdirvə bu iyerarxiyaya uyğun olaraq Vergi Məcəlləsi mütəxəssis və ekspert rəylərində istinad edilən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarından üstün hüquqi qüvvəyə malikdir. Hesab edilsə ki, həmin dövrdə həm Vergi Məcəlləsinin 219.3-cü maddəsi, həm də rəylərdə istinad edilən Kollegiya qərarı qüvvədə idi, bu zaman onlar arasında ziddiyyət yarandığı halda qeyd-şərtsiz üstün hüquqi qüvvəyə malik olan Vergi Məcəlləsi tətbiq edilməli idi.” Ali Məhkəmə tərəfindən daha əvvəl qəbul edilmiş xx.xx.2021ci il tarixli, 2-1(102)-1582/2021 saylı qərarında da eyni mövqe əks edilmişdir: “Apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, Vergi orqanı xx.xx.2013-cü il tarixli qərarı qəbul edərkən həmin qərarın qəbul edildiyi vaxt qüvvədə olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın qüvvədə olmasını nəzərə almamış, bununla da əsassız inzibati akt qəbu etmişdir. Məhkəmə kollegiyası isə bu mövqe ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ hüquqi aktların iyerarxiyası təsbit edilmişdir və bu iyerarxiyaya uyğun olaraq Vergi Məcəlləsi məhkəmənin istinad etdiyi kollegiya qərarından üstün hüquqi qüvvəyə malikdir. Hesab edilsə ki, həmin dövrdə həm Vergi Məcəlləsinin 219.1.2-ci maddəsi, həm də məhkəmənin istinad etdiyi Kollegiya qərarı qüvvədə idi, bu zaman onlar arasında ziddiyyət yarandığı halda qeyd-şərtsiz üstün hüquqi qüvvəyə malik olan Vergi Məcəlləsi tətbiq edilməli idi.” Məhkəmə tərəfindən isə qeyd edilənlər nəinki nəzərə alınmış, heç onlara münasibət belə bildirilməmişdir. Hesab edirik ki, vergitutma məqsədləri üçün binanın ümumi sahəsinin hansı qanunvericilik normalarına əsasən müəyyən edilməsi hüquqi məsələdir və yalnız məhkəmə tərəfindən həll edilməlidir. Ali Məhkəmənin yuxarıda istinad edildiyi qərarlarında da Vergi Məcəlləsinin üstün qüvvəyə malik olduğu mövqeyi sərgilənmişdir. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, məhkəmə tərəfindən binanın ümumi sahəsinin Qaydalar və Şəhərsalma və Tikinti Məcəlləsinə istinad edərək deyil, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada tikilmiş yaşayış və qeyriyaşayış binalarının hər mərtəbəsinin ümumi sahəsi hesablanması ilə bağlı da ekspert qarşısında məsələ qoyulmalı, həmin sahə də müəyyən edilməli və yalnız məhkəmə tərəfindən hansı sahənin vergitutma məqsədləri üçün istifadə edilməsi məsələləsi həll edilməlidir. Qeyd olunanlara əsasən hesab edirlər ki, 22 sentyabr 2023-cü il tarixli 10/3263-9/3439 saylı ekspert rəyi mötəbər sübut kimi qəbul edilməməlidir. İddia tələbinin digər hissəsi olan “83035.11 manat məbləğində artıq ödənişin iddiaçının şəxsi hesab vərəqəsində əks olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı isə məhkəmə ümumiyyətlə hər hansı əsaslandırma aparmağa çalışmamış, cavabdehin iddianın həmin hissəsinin mümkünlüyünə dair əsaslarına münasibət bildirməmiş, qanunla onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuşdur. Məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı tərəfindən edilmiş dəqiqləşdirmə əsassızdır və “83035.11 manat məbləğində artıq ödənişin iddiaçının şəxsi hesab vərəqəsində əks olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkünsüzdür. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır... Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İlk öncə bildirirlər ki, “83035.11 manat məbləğində artıq ödənişin iddiaçının şəxsi hesab vərəqəsində əks olunması” ilə bağlı vergi ödəyicisinin vergi orqanına hər hansı müraciəti olmamışdır. Bununla artıq iddianın bu hissəsi mümkünlük şərtlərinə cavab vermir. Ekspert tərəfindən olan nəticə ondan ibarət olmuşdur ki, binanın sahəsi 35425,7 kv.m (yəni, vergi ödəyicisinin hesabladığından da az), sadələşdirilmiş vergi məbləği isə 83035,11 artıq hesablanmışdır. Burada şəxsi hesab vərəqəsində artıq ödəmənin əks etdirilməsi ilə bağlı hər hansı məsələ qeyd edilməyib. Məhkəmə isə ekspert rəyini, həmçinin cavabdehin dəlillərini anlamamış, iddiaçının ərizəsini ümumiyyətlə hər hansı araşdırma aparmadan təmin etmişdir. Hər hansı araşdırma aparmadan, məsələnin mahiyyətini anlamadan qərar qəbul etmək kimi məhkəmənin hüququ yoxdur. Bildirirlər ki, Kooperativ tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin 2-ci rübü üçün təqdim edilmiş dəqiqləşdirilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi bəyannaməsində vergiyə cəlb olunan tikinti sahəsinin 36590 m2, o cümlədən yaşayş sahəsi 32610 m2, qeyriyaşayış sahəsi 3980 m2 qeyd edilmiş və 2604150,0 manat vergi məbləği hesablanmışdır. Hazırki halda, mübahisələndirilən qərar ləğv olunduğu halda, qeyd edilən məbləğ, yəni vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə hesabladığı məbləğ qüvvədə olacaq. Ekspert tərəfindən aparılmış hesablamanı vergi ödəyicisi əsaslı hesab edirsə, həmin dövr üzrə dəqiqləşdirilmiş bəyannamə verməli, kameral vergi yoxlaması aparılmalı və yalnız bundan sonra vergi ödəyicisinin vergisi üzrə azaldılması təsdiqlənməlidir. Məhkəmə tərəfindən həmçinin iddianın dəyişdirilməsinə dair tələblərə riayət edilməmişdir. İnzibati Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Hazırki halda isə iddiaçı tərəfindən həm iddia predmeti, həm də əsası dəyişdirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmçinin, iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, bu hissədə iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı artıq ödənilmiş məbləğin şəxsi hesab vərəqəsində işlənilməsini xahiş edir. Cavabdeh isə hesablanmış inzibati aktla iddiaçı tərəfindən artıq ödəmənin olmadığını, əksinə əlavə vergi öhdəliyinin mövcud olduğunu bəyan etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1.4-ci maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. - Məcəlləyə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.2 vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. -123.1-ci maddəsinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. -219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yasayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri ücün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. -220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır 220.8-1. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyriyaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -740.1-ci maddəsinə əsasən Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. -740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. Apellyasiya şikayətlərinin dəlillərinə münasibət: Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********156992 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə göstərilən aprel 2019 - mart 2022-ci illər vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221735607 saylı çıxarışa əsasən cavabdeh tərəfindən İddiaçındə xx.xx.2019 – xx.xx.2022-ci il dövr üzrə “Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi; Vergi Məcəlləsi, 38.3.5-ci maddə” əsası ilə plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. “Səyyar vergi yoxlaması” haqqında **********157056 saylı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi S.S.Əliyev tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən A bloku üzrə binanın ümumi sahəsi 5 916,21 m2 (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 468,0 m2, zirzəminin satışa yararlı sahəsi 72,0 m2, yaşayış mənzillərin ümumi sahəsi 3325,0 m2, pilləkən, lift,dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 2 051,21 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. B bloku üzrə binanın ümumi sahəsi 3595,08 m2 (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 261,0 m2, zirzəminin satışa yararlı sahəsi 72,0 m2, yaşayış mənzillərin ümumi sahəsi 1960,0 m2, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 1302,08 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. C bloku üzrə binanın ümumi sahəsi 361,08 m2 (o cümlədən pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 361,08 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. D bloku üzrə binanın ümumi sahəsi 4775,44 m2 (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 379,05 m2, zirzəminin satışa yararlı sahəsi 72,0 m2, yaşayış mənzillərin ümumi sahəsi 2716,0 m2, pilləkən, lift,dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 1607,94 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. E bloku üzrə binanın ümumi sahəsi 3 595,08 m2 (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 261,0 m2, zirzəminin satışa yararlı sahəsi 72,0 m2, yaşayış mənzillərin ümumi sahəsi 1960,0 m2, pilləkən, lift,dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 1302,08 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. F bloku üzrə binanın ümumi sahəsi 4033,27 m2 (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 271,0 m2, zirzəminin satışa yararlı sahəsi 108,0 m2, yaşayış mənzillərin ümumi sahəsi 2317,0 m2, pilləkən, lift,dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 1337,27 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. G bloku üzrə binanın ümumi sahəsi 5361,09 m2 (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 375,0 m2, zirzəminin satışa yararlı sahəsi 144,0 m2, yaşayış mənzillərin ümumi sahəsi 2127,0 m2, pilləkən, lift,dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 2715,09 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. H bloku (qeyri-yaşayış) üzrə binanın ümumi sahəsi 298,84 m2 (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 151,0 m2, zirzəminin satışa yararlı sahəsi 108,0 m2, pilləkən, lift,dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 39,84 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. J bloku üzrə binanın ümumi sahəsi 6635,54 m2 (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 491,0 m2, zirzəminin satışa yararlı sahəsi 144,0 m2, yaşayış mənzillərin ümumi sahəsi 2940,0 m2, pilləkən, lift,dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 3060,54 m2 (satışa yararsız sahələr)) təşkil etmişdir. K bloku (həyətaltı avtodayanacaq) üzrə binanın ümumi sahəsi 5 075,60 m2 (o cümlədən zirzəminin satışa yararlı sahəsi 1332,0 m2, pilləkən, lift,dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 3743,60 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. Ümumi zirzəminin sahəsi (yararlı) 2124,0 m2, ümumi qeyri-yaşayış sahəsi (yararlı) 2 657,5 m2, ümumi yaşayış sahəsi 17 345,0 m2, pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yolları (yararsız sahə) 17 520,73 m2-dir. Yoxlama zamanı ümumi olaraq (vergitutma bazası üçün) yaşayış sahəsinin 34865,73 m2 (17345,0+17520,73), qeyryaşayış sahəsinin 4781,5 m2 (2124,0+2 657,5) olduğu müəyyən edilmişdir. Qeyri-yaşayış üzrə: 4 781,50 m2 x 45 x 1.5 x 1.5 = 484 126,88 manat Yaşayış sahəsi üzrə: 34 865,73 m2 x 45 x 1.5 = 2 353 436,78 484126,88 + 2 353 436,78 = 2 837 563,66 manat 2837563,66 - 2604150,0 = 233 413,66 manat Beləliklə, yoxlama zamanı “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” üzrə MTK tərəfindən hesablanmış vergilər nəzərə alınmaqla (2837563,66 - 2604150,0) verginin 233413,66 manat az hesablandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 233413,66 manat azaldılmasına görə 50% məbləğində, yəni 116706,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********164408 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən 281773,62 manat azaldılma, 127,27 manat artıq hesablama, 281773,62 manat əlavə hesablama, 127,27 manat ƏDV üzrə artıq hesablama müəyyən edilmiş, 140926,82 manat maliyyə sanksiyası müəyyən edilmişdir. Hazırda iddiaçının tələbi cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********164408 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası mübahisələndirilən qərarın ödəmə mənbəyində verginin hesablanması ilə bağlı hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən borc müqavilələrində hər hansı faizin ödənilməsi şərti nəzərdə tutulmamışdır. İddiaçıya hər hansı faiz gəliri ödənilməsi halının baş verməsi ilə bağlı işin məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir, eləcə də məhkəmə tərəfindən aparılan araşdırma zamanı belə hal müəyyən edilməmişdir. Təsisçi tərəfindən verilən borcla bağlı vergi orqanının yanaşması əsassız və vergi məcəlləsinin tələblərinə uyğun deyildir. Belə ki, AR Vergi Məcəlləsinin 14-cü maddəsi mahiyyətcə bu tip əməliyyatlarda tətbiq olunmur. Qeyd olunan maddə qiymət amili ilə bağlıdır və konkret əməliyyatlarda vergidən yayınma hallarının qarşısının alınması və ya minimallaşdırılması məqsədilə, əməliyyatda təsbit olunmuş qiymət göstəricisinə alternativ qiymət göstəricisi üzərindən vergilərin hesablanmasını nəzərdə tutur. Qiymət amili isə öz iqtisadi təbiətinə görə pul vəsaiti ilə deyil, mal, iş və xidmətin təqdim edilməsi ilə bağlıdır, Başqa sözlə, pul vəsaitinin borc götürülməsi əməliyyatının dəyər göstəricisi qiyməti yox, məbləği ifadə edir. Həmin məbləğ isə sabitdir, heç bir amilin təsiri ilə dəyişməsi mümkün deyil və nəticə etibarilə, potensial vergidən yayınma perspektivi faktiki olaraq yoxdur. Təsisçi fiziki şəxsin sahibkarlıq fəaliyyətini həmin hüquqi şəxs vasitəsilə həyata keçirdiyini, dolayısıyla gəlirini də həmin hüquqi şəxs üzərindən əldə etdiyini (və ya edəcəyini) nəzərə alaraq, qeyd olunan borc müqaviləsinə kommersiya əməliyyatı kimi yanaşma (borcu faiz gəliri əldə etmək niyyətilə verməsi) düzgün deyildir. Cavabdeh tərəfindən Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad etmişdir(Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yoxlama zamanı Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739-cu maddəsinə kompleks yanaşılmamışdır. Beləki, 739.2-ci maddədə deyilir ki “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Səyyar vergi yoxlaması zamanı cəmiyyətin təsisçisinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi, həmin pulun qaytarılmasına görə gəlir əldə etməsi, həmçinin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması sübut edilməmişdir. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. Vergi Məcəlləsinin 123.1.-ci maddəsinə əsasən “Rezident fiziki şəxsə, qeyrirezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsi ödəmə mənbəyində vergilərin hesablanmasını birbaşa olaraq faizlərin ödənilməsi ilə şərtləndirir. Halbuki, səyyar vergi yoxlaması ilə cəmiyyətin təsisçiyə qaytardığı borc pul məbləğinə görə faizlər ödəməsi, həmçinin təsisçinin bu cür borca görə gəlir əldə etməsi sübut edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(102)-1914/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da hüquqi mövqe bu cür əsaslandırılmışdır. Məhkəmə kollegiyası həmçinin cavabdeh qurum tərəfindən iddiaçıya sadələşdirilmiş vergininin məbləğinin hesablanması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********164408 saylı qərar yalnız “X17” MMC adlı şirkətin mütəxəssisləri tərəfindən verilmiş rəyə əsaslanmışdır. İlk növbədə qeyd edilməlidir ki, bu rəy hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilə və məsuliyyətə cəlb edilmə barədə qərarın qəbul edilməsi üçün əsas ola bilməz, belə ki, kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, “X17” MMC xx.xx.2020-ci il tarixində qeydiyyata alınmış, rəyin verilməsi üçün vergi orqanı tərəfindən seçilərkən cəmi 1 il 5 ay mövcud olan bir şirkət olmuşdur. Vergi məcəlləsinin 45.2-ci maddəsinə əsasən, “Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz.” Xüsusilə qeyd olunmalıdır ki, mütəxəssis rəyinin tərtib olunması zamanı mütəxəssis binanın faktiki ölçülərini müəyyən etmək üçün yerində ölçmə işlərini aparmayıb, yalnız fotoşəkillərdən istifadə etmişdir. Bu hal xx.xx.2022-ci il tarixli rəyin ümumi məlumat fəslində də qeyd edilmişdir. Həmin fəslin 7-ci bəndində təqdim olunan sənədlər kimi yalnız obyektin fotoşəkilləri və tikintinin layihə eskizləri qeyd olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçınə ünvanlanmış 02-TH/244 saylı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, daxil olmuş xx.xx.2019-cu il tarixli, 001 nömrəli müraciəti və "xxxx" Azərbaycan İnkişaf Şirkətinin xx.xx.2019-cu il tarixli, Ç19-005 nömrəli məktubunu nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 262 nömrəli sərəncamı ilə Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" AİŞ-nə ayrılmış ərazidə İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən yaşayış binasının tikintisi üçün nəzərdə tutulan torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgi təqdim edilmişdir. "xxxx" Azərbaycan İnkişaf Şirkətinə Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi. Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında ayrılmış ərazidə İddiaçı tərəfindən 9 girişli 8 mərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulan torpaq sahəsinin ölçülərinə dair cizgiyə əsasən ümumi sahə 0,6411 ha-dır.

1. X = 405838,0294; Y = 4471323,2095;

2. X = 405853,1767; Y = 4471326,0715;

3. X = 405865,8928; Y = 4471334,7855;

4. X = 405931,7806; Y = 4471299,4239;

5. X = 405890,3276; Y = 4471237,9362;

6. X = 405812,9653; Y = 4471278,0055. Mərkəzi nöqtələrin koordinatları: X = 405872; Y = 4471288. küçəsi. Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında ayrılmış ərazidə İddiaçı tərəfindən 9 girişli 8 mərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulan torpaq sahəsinin ölçülərinə dair cizgiyə əsasən ümumi sahə 0,6411 ha-dır. Qonşu torpaqlar Şimaldan layihələndirilən yol və "xxxx" Azərbaycan İnkişaf Şirkəti ilə, Şərqdən layihələndirilən yol və "xxxx" Azərbaycan İnkişaf Şirkəti ilə, Cənubdan layihələndirilən yol və "xxxx" Azərbaycan İnkişaf Şirkəti ilə, Qərbdən layihələndirilən yol və "xxxx" Azərbaycan İnkişaf Şirkəti ilə əhatə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/3263-9/3439 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, zirzəmi mərtəbələr üzrə: - 7,000 mərtəbənin ümumi sahəsi 5519,4 kv.m., o cümlədən lift holu 110,0 kv.m., pilləkən qəfəsəsi 167,4 kv.m., qaraj 4555 kv.m. (825,0 kv.m avtodayanacaq, 3730,0 kv.m yollar), elektrik odası 56,0 kv.m., tambur 72,0 kv.m., su çənləri 64,0 kv.m., yanğın su çəni 32,0 kv.m., nasos otağı 69,0 kv.m., mexaniki servis otağları 50,0 kv.m., zirzəminin sahəsi 284,0 kv.m., avtoyuma və quralama yeri 60,0 kv.m. təşkil edir. - 3,300 mərtəbənin ümumi sahəsi 5611,4 kv.m., o cümlədən lift holu 110,0 kv.m., pilləkən qəfəsəsi 167,4 kv.m., qaraj 4639 kv.m. (862,5 kv.m avtodayanacaq, 3776,5 kv.m yollar), elektrik odası 56,0 kv.m., tambur 72,0 kv.m., su çənləri 64,0 kv.m., yanğın su çəni 32,0 kv.m., nasos otağı 70,0 kv.m., mexaniki servis otağları 78,0 kv.m., zirzəminin sahəsi 246,0 kv.m., zəif axın otağı 17,0 kv.m., A.G. otağı, telekom şöbəsi 10 kv.m və UPS otağı 50,0 kv.m. təşkil edir. 1-ci mərtəbənin ümumi sahəsi 2966,0 kv.m., o cümlədən lift holu 219,0 kv.m., pilləkən qəfəsəsi 162,0 kv.m., elektrik otağı 9,0 kv.m., dəhliz 89,0 kv.m., zibil yeri, 24,0 kv.m., mətbəxin sahəsi 5,0 kv.m. texniki sahə (servis səhə və servis sahənin dəhlizi 197,0 kv.m., qeyri-yaşayış sahəsi 2122 kv.m., generator otağı 34,0 kv.m., yanğın nəzarət otağı 20,0 kv.m., dəhliz 85 kv.m. təşkil edir. 2-ci mərtəbə üzrə: A blokunun mənzillərin sahəsi 476.4 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., B blokunun mənzillərin sahəsi 275.2 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., E blokunun mənzillərin sahəsi 263.2 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., D blokunun mənzillərin sahəsi 380.8 kv.m., lift holu 20,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 7,0 kv.m., J blokunun mənzillərin sahəsi 500.7 kv.m., lift holu 36,0 kv.m., pilləkən qəfəsəsi 36,0 kv.m., elektrik otağı 2,0 kv.m., xidməti eyvan 15,2 kv.m., G blokunun mənzillərin sahəsi 381.6 kv.m., lift holu 30,0 kv.m., pilləkən qəfəsəsi 37,2 kv.m., elektrik otağı 2,0 kv.m., xidməti eyvan 37,8 kv.m, F blokunun mənzillərin sahəsi 333.8 kv.m, İift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 3,0 kv,m təşkil edir. 3-7-ci mərtəblər (hər biri) üzrə: A blokunun mənzillərin sahəsi 476.4 kv.m, lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,6 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m, B blokunun mənzillərin sahəsi 288.0 kv.m lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,6 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., E blokunun mənzillərin sahəsi 273.7 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,6 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., D blokunun mənzillərin sahəsi 392.6 kv.m., lift holu 20,0 kv.m., pilləkən qəfəsəsi 18.6 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 7,0 kv.m., J blokunun mənzillərin sahəsi 520.9 kv.m., lift holu 30,0 kv.m., pilləkən qəfəsəsi 37,2 kv.m., elektrik otağı 2,0 kv.m., xidməti eyvan 15,2 kv.m., G blokunun mənzillərin sahəsi 388.2 kv.m., lift holu 30,0 kv.m., pilləkən qəfəsəsi 37,2 kv.m., elektrik otağı 2,0 kv.m., xidməti eyvan 25,8 kv.m., F blokunun mənzillərin sahəsi 340.4 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,6 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 3,0 kv.m. təşkil edir. Ümumi cəmi mərtəbələr üzrə mənzillərin sahəsi 13401.0 kv.m., lift holu 760,0 kv.m., pilləkən qəfəsəsi 651,0 kv.m., elektrik otağı 45,0 kv.m., xidməti eyvan 448,5 kv.m. 8-ci mərtəbə (hər biri) üzrə: A blokunun mənzillərin sahəsi 473.5 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., B blokunun mənzillərin sahəsi 268.2 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., E blokunun mənzillərin sahəsi 259.2 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., D blokunun mənzillərin sahəsi 373.0 kv.m., lift holu 20,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 7,0 kv.m., J blokunun mənzillərin sahəsi 492.8 kv.m., lift holu 36,0 kv.m., pilləkən qəfəsəsi 36,0 kv.m., elektrik otağı 2,0 kv.m., xidməti eyvan 15,2 kv.m., G blokunun mənzillərin sahəsi 369.4 kv.m., lift holu 36,0 kv.m, pilləkən qəfəsəsi 36 kv.m., elektrik otağı 2,0 kv.m., xidməti eyvan 25,8 kv.m., F blokunun mənzillərin sahəsi 328.0 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 3,0 kv.m. təşkil edir. Beləliklə aparılmış hesablamalar nəticəsində, İddiaçı Xətai rayonu, Babək prospekti, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" Azərbaycan İnkişaf Şirkətinə ayrılmış “Ağ Şəhər" ərazisində inşa edilmiş 9 girişli, 8 mərtəbəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 35.425,7 kv.metr, o cümlədən İ mərtəbədə ticarətə yararlı qeyri yaşayış sahəsi - 2122,0 kv.metr, zirzəmi sahəsi (avtodayanacağa yararlı) - 1687,5 kv.metr, ümumilikdə yaşayış və yaşayışa yararsız sahələr (mənzillərin sahəsi, lift holu, pilləkən qəfəsəsi, elektrik otağı, xidməti eyvan, elektrik odası, tambur, su çənləri, yanğın su çəni və s.) - 31.616,2 kv.metr. Qeyd edilir ki, binalar və qeyr-yaşayış obyektləri 8-ci zonada yerləşir, zona əmsalı 1,5 təşkil etmişdir. Tədqiqatla qeyd olunan hesablanma ilə bağlı qanunların tələbləri və tikinti-texniki ekspertizası ilə müəyyən olunmuş ölçülər nəzərə alınmaqla, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında “ADEC" AİŞ-nə ayrılmış ərazidə inşa edilmiş bina üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi aşağıdakı kimi müəyyən olunur, o cümlədən: - Qeyri-yaşayış sahəsi - 2122,0 kv.metr, - Zirzəmi sahəsi (avtodayanacağa yararlı)- 1687,5 kv.metr, - Ümumilikdə yaşayış sahəsi (mənzillərin sahəsi, pilləkən qəfəsəsi, xidməti eyvan, elektrik odası, tambur, su çənləri, yanğın su çəni və s.) - 31.616,2 kv.metr. 2122,0 kv.m (qeyri yaşayış sahəsi) x 45 x 1,5 (zona əmsalı) x 1,5 (qeyri yaşayış sahəsinə görə əmsal) = 214.852,5 manat, 1687,5 kv.m (avtodayanacağa yararlı sahə) x 45 x 1,5 (zona əmsalı) x 1,5 (qeyri yaşayış sahəsinə görə əmsal) = 170.859,38 manat, 31.616,2 (yaşayış sahəsi) x 45 x 1,5 (zona əmsalı) = 2.134.093,5 manat. Rəyin tədqiqat hissəsində aparılmış hesablamalar nəticəsində İddiaçı Xətai rayonu, Babək prospekti, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" Azərbaycan İnkişaf Şirkətinə ayrılmış “Ağ Şəhər” ərazisində inşa edilmiş 9 girişli, 8 mərtəbəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 35.425,7 kv.metr, o cümlədən İ mərtəbədə ticarətə yararlı qeyri-yaşayış sahəsi - 2122,0 kv.metr, zirzəmi sahəsi (avtodayanacağa yararlı) – 1687,5 kv.metr, ümumilikdə yaşayış və yaşayışa yararsız sahələr (mənzillərin sahəsi, lift holu, pilləkən qəfəsəsi, elektrik otağı, xidməti eyvan, elektrik odası, tambur, su çənləri, yanğın su çəni və s.) – 31.616,2 kv.metr. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" AİŞ-nə ayrılmış ərazidə inşa edilmiş bina üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin ümumilikdə 2.519.805,38 manat məbləğində təşkil etdiyi, 2.602.840,49 manat məbləğində ödənişin aparıldığı və bunun nəticəsində 83.035.11 manat (2.602.840,49 - 2.519.805,38) məbləğində artıq ödənişin yarandığı müəyyən olunur. Həmçinin hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarına əsasən 126.0 manat məbləğində ÖMV üzrə vergilərin az hesablandığı, 126,0 manat məbləğində sadələşdirilmiş verginin artıq hesablanması müəyyən olunur. Yəni xx.xx.2022-ci il tarixli **********164408 saylı qərarlarla hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur. Ekspert rəyində Azərbaycan Respublikasının Vergi Məcəlləsin 219.3-cü maddəsinin tələbləri nəzərə alınaraq tikilmiş binanın yasayış və qeyri-yaşayış sahələri, eləcə də binanın hər mərtəbəsinin ümumi sahəsi ayrı-ayrılıqda hesablandığından həmin rəy mötəbər sübut növü kimi hesab edilməlidir. Belə ki, ekspert rəyi tam olaraq qanunvericiliyin tələblərinə və faktiki ölçülərə uyğun hazırlanmış və mübahisənin düzgün həlli üçün əsas sübut kimi qəbul edilməlidir. Ekspert rəyindən göründüyü kimi ekspertlər yaşayış kompleksinə gələrək, vergi orqanı tərəfindən cəlb edilən mütəxəssislər kimi yalnız şəkilləri çəkərək deyil, bütün mərtəbələrdə bir-bir ölçmə işlərini aparmış, mənzillərin və qeyri-yaşayış sahələrinin, zirzəminin, yaşayış və yaşayışa yararsız sahələrin ayrı-ayrılıqda sahələrini müəyyən etmiş və rəydə göstərmişlər. Ekspert rəyi ümumiləşdirilmiş formada deyil, hər bir sahə ayrı-ayrılıqda göstərilməklə və əsaslandırılmaqla tərtib olunmuşdur. Ekspert rəyinin nəticə hissəsinə əsasən, “Ağ şəhər” ərazisində inşa edilmiş 9 girişli, 8 mərtəbəli çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 35425.7 kv.m, o cümlədən İ mərtəbədə ticarətə yararlı qeyriyaşayış sahəsi – 2122 kv.m, zirzəmi sahəsi (avtodayanacağa yararlı) – 1687.5 kv.m, ümumilikdə yaşayış və yaşayışa yararsız sahələr (mənzillərin sahəsi, lift holu, pilləkən qəfəsəsi, elektrik otağı, xidməti eyvan, elektrik odası, tambur, su çənləri, yanğın su çəni və s.) – 31616.2 kv.m müəyyən edilmiş, eyni zamanda, 83035.11 manat məbləğində artıq ödənişin yarandığı xx.xx.2022-ci il tarixli, **********164408 saylı qərarla hesablanmış vergi məbləğlərinin düzgün olmadığı qeyd olunmuşdur.” Apellyasiya şikayətində ekspert rəyinin şəhərsalma və tikinti məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına” əsasən hesablama aparıldığı qeyd olunsa da, kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmır. Belə ki, ekspert rəyində həmin qaydalar və maddələr göstərilmiş, istinad olunmuş, hesablama isə vergi məcəlləsinin 219-cu maddəsinə əsasən aparılmışdır. Ekspert tikinti sahəsində olan normativ aktları, ümumi tənzimləmələri qeyd etmək məqsədilə həmin maddələri və qaydaları göstərmiş, rəyin əsaslandırmasında isə yalnız vergi məcəlləsinin tələblərinə uyğun hesablama aparılması müəyyən olunmuşdur. Ekspert rəyində sahələrin hesablanması zamanı heç bir çıxılma və ya azalma olmamışdır, faktiki sahə tam olaraq hesablanmış və buna uyğun vergi məbləği müəyyən edilmişdir. Ümumilikdə cavabdeh vergi orqanı "xxxx" Azərbaycan İnkişaf Şirkətinin verdiyi layihələri, FHN tərəfindən verilmiş ekspertiza rəyini, müvafiq lisenziyaya malik "xxxx" ASC tərəfindən təqdim olunmuş texniki-iqtisadi göstəriciləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi layihə sənədləri və verdiyi tikintiyə icazə sənədini nəzərə almadan və hər hansı münasibət bildirmədən qeyd olunan qurumların təsdiq etdiyi ölçüləri hər hansı əsas olmadan qəbul etməmiş və yalnız hər hansı ölçmə aparmadan, yalnız şəkillərə əsasən təqdim edilən mütəxəssis rəyini mötəbər dəlil kimi qəbul etmişdir. Bu isə tamamilə əsassızdır. Cavabdehin “83035.11 manat məbləğində artıq ödənişin iddiaçının şəxsi hesab vərəqəsində əks olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı cavabdeh apellyasiya şikayətində iddianın mümkün hesab olunmamalı olduğunu qeyd etsə də, kollegiya cavabdehin bu mövqeyini əsassız hesab edir. Cavabdeh bu məsələ ilə bağlı iddiaçının müraciətinin olmadığı və buna görə də iddianın bu hissədə mümkün hesab edilməməli olduğunu göstərmişdir. Halbuki, cavabdehə müraciət şərti iddianın mümkünlük şərti kimi o zaman nəzərə alına bilər ki, həmin müraciətin nəticəsində inzibati orqan müəyyən qərar qəbul etsin. Bu halda cavabdeh vergi orqanı əlavə olaraq borc hesabladığı halda, artıq ödəmədən söhbət gedə bilməz və buna dair iddiaçının hər hansı müraciəti ola bilməz. Artıq ödəmə isə ekspert rəyinə əsasən müəyyən olunmuş və məhkəmə icraatı zamanı ortaya çıxmışdır, buna görə də iddiaçı tərəfindən prosessual qanunvericiliyə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi həyata keçirilmiş və məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, “Hazırki halda mübahisələndirilən qərar ləğv olunduğu halda, qeyd edilən məbləğ, yəni vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə hesabladığı məbləğ qüvvədə olacaq. Ekspert tərəfindən aparılmış hesablamanı vergi ödəyicisi əsaslı hesab edirsə, həmin dövr üzrə dəqiqləşdirilmiş bəyannamə verməli, kameral vergi yoxlaması aparılmalı və yalnız bundan sonra vergi ödəyicisinin vergisi üzrə azaldılması təsdiqlənməlidir.” Bununla bağlı kollegiya qeyd edir ki, AR Vergi məcəlləsinin 72.5-ci maddəsinə əsasən, “Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.” Buna görə də dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi mümkün deyildir. Həmçinin qeyd olunduğu kimi artıq ödəmə ekspert rəyinə əsasən müəyyən olunmuş və məhkəmə icraatı zamanı ortaya çıxmışdır. Buna görə də vergi orqanının hazırki mərhələdə dəqiqləşdirilmiş bəyannamə tələb etməsi əsassızdır. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında artıq ödəmə olması müəyyən olunarsa, iddiaçı həmin qərar əsasında bəyannamə təqdim edə və vergi orqanı hər hansı yoxlama aparmadan azaldılmanı icra etməlidir. AR İnzibati prosessual məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin məcəllənin 79.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Ona görə də iddiaçı tərəfindən bu vaxta qədər və hazırda dəqiqləşdirilmiş bəyannamə verilməsi mümkün olmamışdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla qərarın ləğvi üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4632/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar