Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1877/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (xx.xx.1967-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı “şəhid statusunun verilməsi ilə əlaqədar arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2270/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, şəhid statusunun verilməsi ilə əlaqədar ilkin arayışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, könüllü cəbhəyə getmiş (qardaşı X5) Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirərək, şəhid olması barədə ilkin arayışının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, qardaşı xx xxxxxx 1970-ci ildə (mətnə uyğun) Ağdam rayonunda doğulmuş X1 rayonu Ü.Hacıbəyov küçəsi döngə-2 ev 16 ünvanda qeydiyyatda olmuşdur. X5 könüllü olaraq Ağdam istiqamətində döyüşlərdə iştirak etmişdir. X5 həqiqi hərbi xidməti SSR-nin dönəmində vətənə borcunu xidmət edərək vermişdir. Erməni işğalçılarına qarşı mübarizə edərək könüllü müharibəyə getmişdir. Ağdam rayonu uğrunda döyüşlərdə iştirak etmişdir və 1992-ci ildə Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirərək şəhid olmuşdur. xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhəri VVAQ şöbəsi tərəfindən verilən İV JQ 376618 nömrəli ölüm haqqında şəhadətnaməsində ölümün səbəbi “Ağdam cəbhəsində döyüş zamanı benzindən alovlanaraq yanmışdır” qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdeh iddia tələbinə yazılı münasibət təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi ilə əvəz etməklə, könüllü cəbhəyə getmiş qardaşı xx.xx.1970-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirərək şəhid olması barədə ilkin arayışın verilməsi öhdəliyinin cavabdeh SHXÇDX-nin Ağdam rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2270/2020 nömrəli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsi ilə əlaqədar ilkin arayışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair 2-1(112)-2270/2020 saylı inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi ilə əvəz edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı şəhid statusunun verilməsi ilə əlaqədar ilkin arayışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair 2-1(112)-2270/2020 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2270/2020 saylı iş üzrə çıxarılan qərar ləğv olunaraq, Bakı şəhərində 25 ildən artıq məskunlaşdığı üçün, Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2270/2020 saylı iş üzrə çıxartdığı qərardan narazıdır. O, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük Sovxozunda 25 ildir ki, məskunlaşmışdır.Qardaşı xx xxxxxx 1970-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmuş, könüllü olaraq Ağdam istiqamətində döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.Ölümün səbəbi “Ağdam cəbhəsində döyüş zamanı benzindən alovlanaraq yanmışdır” Ölüm şəhadətnaməsində qeyd olunmuşdur. Sumqayıt şəhərində xx xxxxxx 1992-ci ildə verilmişdir. Ölüm şəhadətnaməsi № ЖГ 376618 qeyd olunmuşdur. İddiaçı, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan: - AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. - AA № 118007 seriya və nömrəli məcburi köçkün vəsiqəsinə əsasən X3 1967-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Cəbrayıl rayonundan məcburi köçkündür. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xəzər rayonu sektorunun 220/5 №-li , xx.xx.2019-cu il tarixli arayışa əsasən Nəcəfova X4 rayonundan məcburi köçkün düşməklə Xəzər rayonu Şüvəlan qəsəbəsi Gülçülük sovxozunda məskunlaşmışdır. - Sumqayıt şəhər VVAQ tərəfindən verilmiş İV- ЖГ 376618 seriya və nömrəli xx xxxxxx 1992-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.1992-ci il tarixdə Ağdam cəbhəsində döyüş zamanı benzindən yanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən (imzalanıb rəis R.Kərimova tərəfindən) xx.xx.2019-cu il tarixdə verilmiş 05/2-1824/69 nömrəli arayışa əsasən X5 xx xxxxxx 1970-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Bu barədə xx xxxx 1970-ci il tarixdə Ağdam rayon qeydiyyat şöbəsində 68 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X7, milliyəti: azərbaycanlı; Anası: X6, milliyəti: azərbaycanlı. (Qeyd: S.M.İbrahimov Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli 1081 №-li akt qeydinə əsasən vəfat etmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixli, İV-ЖГ № 376618 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.1992ci il tarixdə 22 yaşında Ağdam cəbhəsində benzin alovundan yanmışdır (qismən oxunduğundan). Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1992-ci ilin noyabr ayının 09 günündə 1082 №- ilə qeyd edilmişdir.(ölüm yeri dəqiq oxumaq mümkün deyil, Bakı kimi görsənir) - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ № 025174 nömrəli (təkrar qeydi ilə) ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.1992-ci il tarixdə Ağdam cəbhəsində həlak olmuşdur. (Öldüyü yer Sumqayıt) Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1992-ci ilin 11 ayının 09 günündə 1081 №ilə qeyd edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İPM-nin 8-ci maddəsində inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən tətbiq olunan qaydalar göstərilmişdir. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ilkin olaraq, iddia tələbini Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı irəli sürmüşdür. Lakin, işin birinci instansiya icraatı zamanı xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolundan müəyyən edilir ki, sədrlik edən hakim tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəmə iclası zamanı ərizə təqdim edərək, inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi ilə əvəz etməklə, könüllü cəbhəyə getmiş qardaşı xx.xx.1970-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirərək şəhid olması barədə ilkin arayışın verilməsi öhdəliyinin cavabdeh SHXÇDX-nin Ağdam rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizəsini müdafiə etdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı ilkin cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyini göstərsə də, daha sonra iddia tələbinə dair dəqiqləşdirmə ərizəsi təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi ilə əvəz edilməsini xahiş etmiş və birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə ilkin cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Ağdam şəhəri Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin hüquqi ünvanı Ağdam rayonu, Tərtər-Hindarx yolu olduğundan, Azərbaycan Respublikası İPM-nin və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarının müvafiq müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi inzibati işin baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə maddi və prosessual hüquqi normaların tətbiqi baxımından düzgün olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verərək, bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2270/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-2270/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1877/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1877/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver