Məhkəmə qərarları › İş №2-1(103)-1877/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1877/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1877/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçıların nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı1 və və İstehsalat Birliyi “Konti” Xüsusi Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “Apellyasiya Şurasının qərarının ləğv edilməsi və şəhadətnamənin etibarsız sayılması haqqında” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-221/2021 saylı 05.04 2021-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı1 və İstehsalat Birliyi “Konti” Xüsusi Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərarının tamamilə ləğv olunması və “Konfirella” (təsvir) əmtəə nişanının qeydiyyata alınmasına dair 03.11.2016-cı il tarixli N 2016 1266 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC maraqlarına toxunan üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçılar cavabdeh X1 etiraz ərizəsi ilə müraciət edərək "Konfirella" (təsvir) adlı əmtəə nişanının (2016 1266 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsızsayılması barədə qərar verilməsini xahiş etmiş, lakin sonuncunun 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərarı ilə iddianı təmin etməmişdir. Ukrayna Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Kostiantynovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İstehsalat Birliyi “Konti" Xüsusi Səhmdar Cəmiyyəti tərəfindən verilmiş iddia ərizəsi əsasında “PeçenğeKonti” adlı peçenyenin təsviri Ukrayna Respublikasında sənaye nümunəsi kimi (patent) qeydiyyata alınmışdır. Bu etiraz ərizəsinə əlavə olunan Ukrayna Respublikasının sənaye nümunələri (patentləri) üzrə dövlət reyestrinin çıxarışından görünür ki, qeyd edilən “PeçenğeKonti” adlı peçenyenin təsviri sənaye nümunəsi (patent) kimi qeydiyyata alınmasına dair 10 mart 1999-cu il tarixində 99030106 nömrəli iddia ərizəsi Ukrayna Respublikasında verilmişdir və 12 noyabr 1999-cu il tarixində “PeçenğeKonti” adlı peçenyenin təsviri 3118 nömrəsi ilə Ukrayna Respublikasında sənaye nümunəsi (patent) kimi qeydiyyata alınmışdır. Sözügedən çıxarışda “PeçenğeKonti” peçenye təsvirin müəllifi X2. X4 İddiaçı2 XSC-nin benefisiarıdır. Eyni zamanda, Rusiya Federasiyasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Rusiya Federasiyasının Kursk şəh., 305000, Zolotaya 13 küçəsi ünvanında yerləşən İddiaçı1 tərəfindən "PeçenğeKonti" adlı kombinasiya edilmiş əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə 06 iyun 2017-ci il tarixində 2017 00638 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmiş, lakin 15 fevral 2018-ci il tarixində “Patent və X11” publik hüquqi şəxs tərəfindən “PeçenğeKonti” adlı kombinasiya edilmiş əmtəə nişanın 06 iyul 2017-ci il tarixində 2017 00638 qeydiyyata alınmasına dair verilmiş iddia ərizəsi ilə bağlı əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında bildiriş verilmişdir, o səbəbdən ki, “PeçenğeKonti” adlı kombinasiya edilmiş əmtəə nişanına oxşar olan nişan Azərbaycan Respublikasında daha öncə qeydiyyata alınmışdır. Eyni zamanda, "xxxx" MMC tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 02 avqust 2016-cı il tarixində 2016 00551 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və 03 noyabr 2016-cı il tarixində "Konfirella təsviri" adlı kombinasiya edilmiş əmtəə nişanı 2016 1266 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar hesab edir ki, cavabdeh "xxxx" MMC "Konfirella təsviri" adlı əmtəə nişanını qeydiyyata alaraq, "X9" XSC-nə məxsus olan müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, bu etiraz ərizəsinə əlavə olunan və müəlliflik hüququnu təsdiq edən sənədlərdəngörünür ki, "PeçenğeKonti” adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsi 01noyabr 013-cü il tarixində Ukrayna Respublikasının Donetsk şəhərində X5 tərəfindən onun işəgötürəni Ukrayna Respublikasının "X9” XSC-nin tapşırığı ilə yaradılmışdır və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının "X9" XSC-nə keçmişdir. Müqayisə edilən əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Belə ki, müqayisə edilən əmtəə nişanlarının sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbası, rənglərin uzlaşması üst-üstə düşür. Əmtəə nişanlarında ideya uyğunluğu, xarici forması, elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuları, növü və xüsusiyyətləri (naturallığı), rənglərin və boyaların keyfiyyətinin uzlaşması eynidir. Belə ki, bu nişanların yalnız bir fərqləndirici amil vardır, o da nişanlarda istifadə edilən və şirkətlərə məxsus olan loqotiplər fərgli olmasından ibarətdir. Koroğlu MMC şirkətinə məxsus "Konfirella" sözü «Konti» şirkətinə məxsus“Konti" sözünün deformasiyası nəticəsində ortaya çıxmışdır və nəticədə hər iki əmtəə nişanlanndakı sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılışı (hər ikisində əllə yazılmış hərflər), hərflərin biribirinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası, rənglərin uzlaşması üst-üstə düşür. Müqayisə edilən nişanlarda qeyd olunan cüzi fərgləndirici elementdən başqa bütün elementləri eynidir. Göründüyü kimi, hər iki nişanda düzbucaq formasında və üzərində müxtəlif naxışlar olan peçenye göstərilir. Əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması, xüsusiyyətləri (naturallığı), rənglərin uzlaşması və s. oxşarlıq yaradır. Müqayisə edilən əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Belə ki, müqayisə edilən əmtəə nişanlarının sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbası, rənglərin uzlaşması üst-üstə düşür. Əmtəə nişanlarında ideya uyğunluğu, xarici forması, elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuları, növü və xüsusiyyətləri (naturallığı), rənglərin və boyaların keyfiyyətinin uzlaşması eynidir. "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarf'na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, iddiaçılar ("Konti-Rus" SC və "X9" XSC) hesab edirlər ki, "PeçenğeKonti" adlı kombinasiya edilmiş əmtəə nişanı (3118 nömrəsi ilə Ukrayna Respublikasında sənaye nümunəsi (patent) kimi qeydiyyat və 2013-cü ildə yaradılmış və müəlliflik hüquqları ilə qorunan təsvir) və "Konfirella təsviri" adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1266 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. Apelyasiya Şurasının nəzərinə çatdırılır ki, Koroğlu MMC-nin Konti şirkəti ilə bilavasitə əlaqəsi var idi. Belə ki, Konti şirkəti və Koroğlu MMC arasında 30 dekabr 2010cu il tarixində imzalanmış 893 nömrəli və 31 dekabr 2012-ci il tarixinədək qüvvədə olan, 10 mart 2016-cı il tarixində imzalanmış 0184/8/16 nömrəli və 31 dekabr 2016-cı il tarixinədək qüvvədə olan, 27 dekabr 2012-ci il tarixində imzalanmış 1266/8/12 nömrəli və 31 dekabr 2013-cü il tarixinədək qüvvədə olan və 02 mart 2016-cı il tarixində imzalanmış 0108/8/16 nömrəli və 31 dekabr 2016-cı il tarixinədək qüvvədə olan qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. 893 nömrəli müqaviləyə 07 sentyabr 2011-ci il tarixində imzalanmış və həmin müqavilə üzrə mal çatdırıldığı zaman yükün kim tərəfindən alınacağı barədə və 09 yanvar 2013-cü il tarixində imzalanmış və 31 dekabr 2013-cü il tarixinədək qüvvədə olan 893 nömrəli müqavilənin müddəti uzadılması barədə əlavə razılaşmalar Koroğlu MMC və Konti şirkəti arasında bağlanmışdır. Həmin müqavilələrə əsasən, Koroğlu MMC Konti şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. Qeyd edilir ki, "xxxx" MMC «Konti» şirkətinin icazəsi olmadan, «Konti» şirkətinin nişanını öz adma qeydiyyata alınmasına dair Azərbaycan Respublikasında iddia ərizəsi vermişdir. Məlumat üçün bildiririk ki, həm Ukrayna Respublikası, həm də Rusiya Federasiyası, harada ki Konti şirkəti "PeçenğeKonti" adlı kombinasiya əmtəə nişanını qeydiyyatdan keçirmişdir - Paris Konvensiyasının üzv ölkəsi sayılır. Eyni zamanda Azərbaycan Respublikası da Paris Konvensiyasının üzv ölkəsidir. Göründüyü kimi, Konti şirkətinin və Koroğlu MMC arasında olan axırıncı müqavilənin qüvvədə olduğu müddət ərzində, daha dəqiq desək 05 avqust 2016- cı il tarixində Koroğlu MMC "Konfirella təsviri" adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini vermişdir. Başqa sözlə, Koroğlu MMC Konti şirkətinin distribyutoru olduğu zaman Konti şirkətinə məxsus olan nişanı qeydiyyata alınmasına dair iddia ərizəsi vermişdir və bununla da "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29 maddəsini və Paris Konvesiyasının 6 septies maddəsinin müddəalarını kobud şəkildə pozmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-221/2021 saylı 05.04 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 07 iyun 2019-cu il tarixli, A110-7 saylı qərarı ləğv edilmiş və “Konfirella” (təsviri) əmtəə nişanının qeydiyyata alınmasına dair 03.11.2016-cı il tarixli, N 2016 1266 nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir. Üçüncü şəxs "xxxx" MMC həmin qərardan apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-nin 85-ci maddəsinə uyğun verilmişdir və apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə,işin faktiki hallarına və işdəki sübutlara düzgün qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, səhv nəticəyə gəlmişdir. Belə ki, "xxxx" MMC-yə məxsus “Konfirella” kombinasiya edilmiş əmtəə nişanı 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 03.11.2016-cı il tarixdə "xxxx" MMC-nin adına Azərbaycan Respublikasında 2016 1266 nömrlər ilə qeydiyyata alınmışdır. Nişanın ilkinlik tarixi 02.08.2016-cı ildir. İddiaçıya məxsus “Peçenye Konti” əmtəə nişanı yalnız sözdən ibarətdir. Qüvvədə olma müddəti 10.03.2009-cü il tarxində bitdiyi üçün hazırda qüvvədə deyil. “Peçenye Konti” sözü ilə “Kofirella” sözünün heç bir bağlılığı yoxdur. Həm sözdən, həm də təsvirdən ibarət əmtəə nişanı ilə müqayiəsnin aparılması yalnız iddiaçıya xidmət etdiyini sübut edir. Əmtəə nişanları arasında oxşarlığın üçün ekspertizanın aparılması zəruridir. Koroğlu” MMC ilə iddiaçılar arasında müqavilələr bağlanmamış, qeyd edilən müqavilələrin əsilləri məhkəməyə təqdim edilməmişdir. Əmtəə nişanının iddiaçının işçisi X6 tərəfindən 2013-cü ildə iddiaçıya verilsəydi elə həmin il ona əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamə alardı. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 5-6-cı maddələrindən göründüyü kimi, müəlliflik hüququ və əlaqəli hüquqların obyektləri hesab olunan əsərlərin dairəsini konkretləşdirilmiş və əmtəə nişanları bu qanunun obyekti kimi nəzərdə tutulmamışdır. “Ədəbi və bədii əsərələrin qorunması haqqında” Bern Konvensiyasının 2-ci maddəsi ədəbi və bədii əsərələrin dairəsini konkretləşdirmiş və əmtəə nişanlarını bu konvensiyanın predmeti kimi nəzərədə tutmamışdır. “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinə münasibətdə "xxxx" MMC qeyd olunan əmtəə nişanını qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmişdir. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nda (A.(1) əvvəla əmətəə nişanının mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçməsi və səlahiyyətli müəssisə tərəfindən şəhadətnamənin verilməsi əsas şərt kimi göstərilmişdir. Lakin iddiaçı tərəf verilən hər hansı kombinasiya olunmuş əmtəə nişanının şəhadətnaməsi mövcud deyil. "xxxx" MMC-nin adına kombinasıya olunmuş əmtəə nişanı qeydə alınan zaman hər hansı maneə və məhdudiyyət olmamışdır. AR Dövlət Gbmrük Komitəsi tərəfindən verilmiş 24 yanvar 2019-cu il tarixli müşayiət məktubuna əsasən İddiaçı1(Rusiya Federasiyası), “X10”(Ukrayna) və “Konti Ticarət Evi” (Ukrayna) tərəfindən Konti şirkətinə məxsus əmtəə nişanları adı altında məhsular N.A.N.T” MMC tərəfindən Azərbaycan Respublikası ərazisinə idxal olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, birtərəfli yanaşaraq iddiaçının mənafeyinə xidmət edən qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş üçüncü şəxs "xxxx" MMC, habelə, cavabdeh (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçıların nümayəndəsi vəkil Vəkil üçüncü şəxs və cavabdeh tərəfindən ölkədaxili və beynəlxalq qanunvericilyin tələblərinə məhəl qoymadan iddiaçının hüquqlarını pozduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, məhkəmə tərəfindən işin faktiki hallarına və sübutlara düzgün qiymət vermədiyini və maddi hüquq normalarını düzgün tətbiq etmədiyini və səhv nəticəyə gəldiyini mübahisələndirərək ilk öcə qeyd edir ki, “Konfirella” kombinasiya edilmiş əmtəə nişanı 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 03.11.2016-cı il tarixdə cəmiyyətin adına ölkə ərazisində qeydiyyata alınmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin adına cavabdeh tərəfindən 03.11.2016-cı il tarixdə “Konfirella” əmtəə nişanı qeydə alınarkən maraqlarına toxunan iddiaçılar bundan xəbərsiz olmuş, yəni, bu qeydə alınma onların iştirakı iştirak etmədiyi bir prosedur nəticəsində baş vermişdir. Belə olan halda, təbii ki, həmin anda bu qeydiyyata alınmaya qarşı dərhal iddiaçıların hər hansı bir etirazı daxil ola da bilməzdi. Konkret halda, işin qeyd olunan faktiki hallarından göründüyü kimi, həmin qeydiyyatdan sonradan xəbər tutan iddiaçılar cavabdehə (Apellyasia Şurasına) etiraz ərizəsi ilə müraciət edərək "Konfirella" (təsvir) adlı 2016 1266 nömrəli əmtəə nişanının aparılmış qeydiyyatına etiraz edərək üçüncü şəxsə verilmiş şəhadətnamənin etibarsız sayılmasını cavabdehdən tələb etmişlər. Üçüncü şəxs apellyasiya şikayətinin dəlillərində həmçinin mübahisələndirir ki, iddiaçılara məxsus “Peçenye Konti” əmtəə nişanı yalnız sözdən ibarətdir və həmin sözün “Kofirella” sözü ilə heç bir bağlılığı yoxdur. Əmtəə nişanı 10.03.2009-cü il tarxindək qüvvədən düşmüşdür. Əmtəə nişanının iddiaçının işçisi X7 tərəfindən 2013-cü ildə iddiaçıya verilmiş olsaydı elə həmin il ona əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamə alardı. iddiaçı tərəf verilən hər hansı kombinasiya olunmuş əmtəə nişanının şəhadətnaməsi mövcud deyil. Məhkəmə kollegiyası üçüncü şəxsin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, 12 noyabr 1999-cu il tarixində “Peçenğe Konti” adlı peçenyenin təsviri 3118 nömrəsi ilə qeydiyyata alınmış və 01 noyabr 2013-cü il tarixli Əqli mülkiyyətin müstəsna müəllif əmlak hüquqlarının işəgötürənə verilməsinin təsdiqi haqqında akta əsasən “Konti” İstehsalat Birliyi özəl səhmdar cəmiyyətin marketinq departamentinin dizayn şöbəsinin rəisi vəzifəsində işləyən X3 tərəfindən onunla bağlanmış əmək müqaviləsinə əsasən yaradılmış və həmin «Təsvir»ə işəgötürən cəmiyyətin müstəsna müəllif əmlak hüququnu əldə etmişdir. İş materiallarının 178-ci vərəqinə əlavə olunmuş, İstehsalat Birliyi “Konti” Xüsusi Səhmdar Cəmiyyətinin 15.09.2017-ci il tarixli arayışından da görünür ki, T.İ.Sinitsa 26.09.2001 - 02.06.2016-cı il tarixinə qədər həmin İstehsalat birliyində dizayner şöbəsindən dizayner, sonradan isə şöbə rəisi vəzifələrində işləmişdir. Məhkəmə kollegiyası “Peçenye Konti” əmtəə nişanının yalnız sözdən ibarət olmaqla “Kofirella” sözünün heç bir bağlılığı olmaması ilə bağlı üçüncü şəxsin dəlili ilə əlaqədar onu qeyd edir ki, iş materiallarıa əlavə olunmuş, habelə, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş əmtəə nişanından və peçenyelərin foto-təsvirləri müqayisəli edildikdə, təsvirlərin birə-bir eynilik təşkil etdiyi, hər iki sözün isə “dirnaq” işarələri daxilində “Kon” hərfləri başlamaqla, oxşar dalğavari kontur xətti üzrə həkk olunmuşdur ki, bütün bu çaşdırıcıılıq yaradan əlamətlər adi gözlə də tam aydın şəkildə müşahidə olunur. Belə olan halda, məhkəmə kollegiyasının mövqeyinə görə ekspertiza təyin zəruriyyəti aradan qalxır. MPM-in 97.1-ci maddəsi də məhz, nəzərdə tutur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək zəruri olduqda məhkəmə ekspertizası təyin edir. Bu baxımdan, məhkəm kollegiyası üçüncü şəxsin qeyd olunan dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin istinad etdiyi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 5- 6-cı, “Ədəbi və bədii əsərələrin qorunması haqqında” Bern Konvensiyasının 2-ci, “Haqsız rəqabət haqqında” Qanunun 4-cü “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın “A.1” maddələri ilə razılaşmayan dəlillərini də əsassız sayır. Belə ki, məhkəmənin istinad etdiyi adıçəkilən qanunvericiliklə aşağıdakılar müəyyən edilir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndi nəzərdə tutur ki, müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Həmin maddənin 2-ci bəndinin dördüncü hissəsi isə müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formada mövcud ola bilər: -“təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr və s.)...” Eyni zamanda, “Ədəbi və X8 haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə əsasən “«Ədəbi və bədii əsərlər» termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri,o cümlədən: ...rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini...”əhatə edir...” Həmin maddənin 6-cı bəndinə əsasən bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.” Eyni zamanda, “Haqsız rəqabət haqqında” Qanununun 4-cü maddəsinə əsasən: -“Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəənişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir”. Eyni zamanda, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6-cı maddəsinə əsasən mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşma kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfidən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye,yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi əgər onun İttifaq sərhədlərində belə müəssisə yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa onun vətəndaşı olan ölkə götürülür. V.3 İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa baxılan maddənin qüvvəsi altına düşən ölkədə əmtəə nişanlarının qeydiyyatının rədd edilə, yaxud etibarsız hesab edilə bilər. Sadalanan qanunvericilik normalarının məzmunu və onların təhlili onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərinə həmin maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası həmin normaların düzgün tətbiq olunmadığını mübahisələndirən dəlilləri əsasızdır. Üçüncü şəxs apellyasiya şikayətinin dəlillərində, həmçinin, mübahisələndirir ki, onunla iddiaçılar arasında müqavilələr bağlanmamış, qeyd edilən müqavilələrin əsilləri məhkəməyə təqdim edilməmiş, Dövlət Gbmrük Komitəsi tərəfindən verilmiş 24 yanvar 2019-cu il tarixli müşayiət məktubuna əsasən iddiaçılar tərəfindən “Konti” şirkətinə məxsus əmtəə nişanları adı altında məhsular N.A.N.T” MMC tərəfindən ölkə ərazisinə idxal olunmuşdur. Lakin iş materiallarına əsasən üçüncü şəxsin qeyd olunan dəlillərinin də əsassız olduğu öz təsdiqini tapır. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MMC arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmış, "xxxx" MMC iddiaçıya məxsus qənnadı məmulatlarının Azərbaycanda distribyusiyasını və dağıtımını həyata keçirmişdir. Axırıncı müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixində bitmişdir. Qeyd olunan həmin hal, başqa bir inzibati iş üzrə işə əlavə olunmuş hazırkı tərəflərin və üçüncü şəxsin iştirak etdiyi, qanuni qüvvəsini almış Azərbaycan Respublkasının Ali Məhkəməsinin İnzibat-İqtisadi Kollegiyasının 2-1(102)-2684/2019 saylı qərarı ilə müəyyən edilən hallarla da təsdiq olunur. Odur ki, MPM-in 82.3-cü maddəsinin baxımından, İddiaçılar ilə "xxxx" MMC ilə arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlandığı və sonucu tərəfindən həqiqətn həmin məmulatların Azərbaycanda distribyusiyasını və dağıtımını həqiqətən həyata keçirilməsi hazırkı işdə yenidən mübahisələndirilməsi və sübut edilməsi zərurəti istisna olunur. Qeyd olunanlar tam aşkarlığı ilə "xxxx" MMC-nin iddiaçılara məxsus məhsullarla yaxından tanış olmuş, “Konfirella” (təsvir) əmtəə nişanını qeydə alınmasına nail olmuş, bununla da həmin nişan vasitəsi ilə istehlakçılar arasında yanlış təəsürat yaratmaq məqsədini tam şəkildə biruzə vermişdir. Onu da qeyd etmək lazımdır ki, işə əlavə olunmuş Azərbaycan Respublikasında bazar araşdırması sahəsində fəaliyyət göstərən "xxxx" MMC tərəfindən 540 Azərbaycan istehlakçıları arasında apardığı rəy sorğusunun nəticələrinə görə respondentlərin 67 faizi “Peçenye Konti” adlı əmtəə nişanını tanıdıqlarını bildirmişlər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun: -5-ci maddəsinin “f” bəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. -29-cu maddəsinin tələblərinə əsasən, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. - 6-cı maddəsinin 1-ci hissəsinin təiəbinə görə, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına əvvəl qeydə alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər. -31-ci maddəsinə (2-ci hissəsinə) əsasən “Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.” Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının 29-cu maddəsində nəzərdə tutulmuşdur ki, iddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması zamanı: 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; 29.6.5. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. Göründüyü kimi, istər Azərbaycan Respublikasında bilavasitə qeydə alman, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göstəriciləri eyni dərəcədə mühafizə edir. Bu səbəbdən qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Beləliklə də qanunvericiliyin qeyd olunan tələbləri və Azərbaycan Respublikasının 14.09.1995-ci ildən qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın, 27.11.1998-ci qoşulduğu “Ədəbi və X8 haqqında” Bern Konvensiyasının müddəaları nəzərə alınmaqla. 03.11.2016-cı il tarixdə "xxxx" MMC-nin adına “Konfirella” (30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə) əmtəə nişanının 2016 1266 nömrə ilə qeydiyyata alınması və bu barədə ona verilmiş şəhadətnamə etibarsız hesab edilməsi üçün faktiki şərtlər mövcuddur. Lakin cavabdeh iddiaçıların həmin qeydiyata qarşı etirazını və ona əlavə edilmiş sənədləri qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla araşdırmamış, işin həqiqi hallarını aşkar etmədən və qanunvericilyin göstərilən tələblərini zidd olaraq üçünjü şəxsin adına qeydə alınmış mübahisələndirilən əmtəə nişanına qarşı iddiasının 07 iyun 2019-cu il tarixli qərarı ilə təmin edilməsindən imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan respublikasının Qanununa əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını işin hallarına və maddi və prosessual hüquq normalarına eyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, üçüncü şəxsin apellyasiya şikayətinin məhkəmə tərəfindənişin hərtərəfli, obyektiv araşdırılmadığını, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini və səhv nəticəyə gəldiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-221/2021 saylı 05.04 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəlləninin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Göstərilənləri nəzərə alaraq və İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəməkollegiyası Qərara aldı: Üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-221/2021 saylı 05.04 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakışəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar