Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1877/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Tərəflərin iştrakı olmadan, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11645/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin yerini və koordinatlarını müəyyən edən yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinə həvalə edilməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının faktiki istifadəsində olan ünvan 2 ünvanında yerləşən 0.754 kv.m olan torpaq sahəsinin yerini və koordinatlarını müəyyən edən yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11645/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti Bakı İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbi nəzərə alınmaqla, iş materialları araşdırıldıqda müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermə müddəti buraxılmaqla verilmişdir. Ona görə də bu barədə məhkəmə bildirişi göndərilməklə xx.xx.2025-ci il tarixinə, yəni, hazırkı günə apellyasiyanın mümkünlük iclası təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabadeh məhkəmədə nümayəyəndəsinin iştrakını təmin etməmiş, iddiaçı isə məhkəmə iclasının onun iştrakı olmadan keçirilməsini xahiş etmişdir.Qanunvericiliyin tələbləri baxımından məhkəmə kolleqiyası iclasın tərəflərin iştrakı olmadan keçirilməsini mümkün hesab etdi. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 9-1.3-cü maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11645/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə cavabdeh orqanın şəxsi elektron kabinetinə yerləşdirilmişdir.(i.v.62). Cavabdeh orqan tərəfindən məhkəmənin qərarı xx.xx.2024-cü il tarixdə alındığı vaxtdan hesablandıqda, İPM-in 85.1-ci 22.1-ci maddələrinə müvafiq olaraq 30 günlük şikayət vermə müddətinin son günü xx.xx.2025-ci il tarixinə düşür. Lakin, cavabdeh orqan tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə daxil edilmişdir. Yəni, 33 gün apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Çünki İPM-in 1.2-ci və 81.2 maddələrinin göstərişləri baxımından, MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Eləcə də, iş materiallarından görünür ki, müddətin ötürülməsinin üzürlü səbəblərinin mövcudluğuna dair hər hansı sənəd-sübut ərizəsinə əlavə etməmiş, hazırkı məhkəmə iclasında da belə sübutlar məhkəməyə təqdim edilməmişdir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» İPM-in 87.3-cü maddəs isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə də, cavabdeh orqanın apellyasiya şikayətinin mümkün sayılması üçün prosessual əsasların mövcudluğu müəyyən edilmir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması, icraata qəbul edilməsindən imtina olunması və onu vermiş tərəfə qaytarılması barədə qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11645/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş şəxsə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1877/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1877/2025
03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver