Məhkəmə qərarları › İş №2-1(103)-1879/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1879/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1879/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin yaranma tarixinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-2799/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20-27 sentyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızına əlilliyinə görə təyin olunmuş pensiyanın və ona baxmağa görə təyin olunmuş təqaüdün qızı dünyaya gəldiyi xx.xx.2019-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailənin dördüncü və sonbeşiyi olan qızı xx.xx.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızı dünyaya qüsurlu halda gəlmişdir. Belə ki, qızında “Eşitmənin neyrosensor 4-cü dərəcə (çox ağır dərəcə) iki tərəfli itirilməsi və Nitq inkişafının pozuntusu, gözündə daxili çəpgözlük” müşahidə edilir. Məryəm Yusifzadəyə əlillik dərəcəsinin müəyyən edilərək pensiya təyin edilməsi üçün və ona qulluğa görə təqaüd verilməsi üçün övladı dünyaya gəldikdən sonra müraciətlər etmiş, lakin qeyd olunan müraciəti müsbət həll olunmamışdır. Belə ki, qızına pensiya verilməsi və eyni zamanda onu saxladığına görə iddiaçıya təqaüdün verilməsi xx.xx.2021-ci il tarixdən hesablanmağa başlamışdır. Qızına əlilliyinə görə təyin olunmuş pensiyanın və ona baxmağa görə təyin olunmuş təqaüdün qızı dünyaya gəldiyi xx.xx.2019-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsinə köməklik göstərilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış müraciəti nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılaraq müsbət həll olunmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, qeyd olunan müraciətə cavabdeh tərəfindən çox ədalətsiz cavab verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi övladı anadangəlmə qüsurludur və ona əlillik dərəcəsinin təyin olunması dünyaya gəldiyindən təxminən 2 (iki) ildən sonra təyin olunması iddiaçının məsuliyyətsizliyi deyildir. Buna görə iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək iddia tələbinin “İddiaçı övladı xx.xx.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızının Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 0215003AACF4 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilməsi barədə qərarda sağlamlıq imkanlarının məhdudluğunun yaranma tarixinin uşağın anadan olduğu xx.xx.2019-cu il tarix kimi göstərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 hüquqi şəxsin üzərinə qoyulması” məzmunda icraata qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2799/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Yusifzadə Məryəm Elçin qızının əlillik vəziyyəti Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0215003AABU4 saylı göndərişi əsasında baxılmış və X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.0 - Eşitmənin konduktiv tipli ikitər...; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnozu təsdiq edən müayinələr sonadək aparılmayıb, bera testinin nəticələri dəqiqləşdirilsin;” səbəbi ilə imtina verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0215003AACF4 saylı göndərişi əsasında baxılmış və X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki..; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.26. anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (lll-İV dərəcəli neyrosensor ağıreşitmə) (Q16.0-Q16.9,H90- M30.5);" səbəbi ilə 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. Bildirmək istəyirlər ki, iddiaçının övladı Yusifzadə Məryəm Elçin qızına əlillik vəziyyətinin qiymətləndirməsi məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həmçinin şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi üçün göndərişlə müraciət etməsi tələb olunur. Hazırkı iş üzrə iddiaçının ilkin qiymətləndirilməsi xx.xx.2020-ci il tarixli 0215003AABU4 saylı göndəriş əsasında həyata keçirilmiş və imtina edilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixli 0215003AACF4 saylı göndəriş ilə yenidən qiymətləndirilmə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydalarına əsasən sonuncu müraciət tarixindən əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı əlilliyin təyin edilməsi ilə bağlı Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2799/2021 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan AA ******* №li 8NLYABQ FİN kodlu şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Yusifzadə Məryəm Elçin qızı xx.xx.2019-cu ildə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, İddiaçı xx.xx.1991-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Əlillik altsistemdən çıxarışdan görünür ki, Yusifzadə Məryəm Elçin qızı xx.xx.2019-cu il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda alınmaqla nəzarətə götürülmüş, əlillik vəziyyəti ilkin olaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0215003AABU4 saylı göndərişi əsasında baxılmış və xəstəliyin başlanma tarixi xx.xx.2019-cu il göstərilməklə X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.0 - Eşitmənin konduktiv tipli ikitər...; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnozu təsdiq edən müayinələr sonadək aparılmayıb, bera testinin nəticələri dəqiqləşdirilsin;” səbəbi ilə TSEK tərəfindən imtina verilmişdir. İş materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0215003AACF4 saylı göndərişi əsasında baxılmış və xəstəliyin başlanma tarixi xx.xx.2019cu il göstərilməklə X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90- H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki..; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.26. anadangəlmə lalkarlıq, eşitmə funksiyasının olmaması (lll-İV dərəcəli neyrosensor ağıreşitmə) (Q16.0- Q16.9.H90- H90.5);’’ səbəbi ilə 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu TSEK tərəfindən müəyyən edilmişdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçıya ünvanlanmış məktubda göstərilmişdir ki, Yusifzadə Məryəm Elçin qızının sağlamlıq imkanları məhdudluğunun təyinat tarixi ilə bağlı müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, Məryəm Yusifzadənin sağlamlıq imkanlarının məhdudluğu “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0215003AACF4 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və onun 18 yaşınadək müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.7. bəndində müvafiq olaraq “Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır”. İşdən görünür ki, iddiaçı qızı xx.xx.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızına əlilliyinə görə təyin olunmuş pensiyanın və ona baxmağa görə təyin olunmuş təqaüdün qızı dünyaya gəldiyi xx.xx.2019-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İddiaçının övladına əlillik təyin edilən zaman da onda faktiki olaraq, anadangəlmə lalkarlıq, eşitmə funksiyasının olmaması ilə sağlamlıq imkanları məhdudluğu olmuşdur. Belə ki, xx.xx.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızı xx.xx.2019-cu il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda alınmaqla nəzarətə götürülmüş, əlillik vəziyyəti ilkin olaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0215003AABU4 saylı göndərişi əsasında baxılmış və xəstəliyin başlanma tarixi göndərişdə də xx.xx.2019-cu ildən göstərilmişdir. Lakin göndərişin natamam doldurulması səbəbindən TSEK tərəfindən imtina verilmişdir. Daha sonra yenidən Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021ci il tarixli 0215003AACF4 saylı göndərişi əsasında baxılmış və xəstəliyin başlanma tarixi yenə də xx.xx.2019-cu il göstərilməklə Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.26. anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (lll-İV dərəcəli neyrosensor ağıreşitmə) (Q16.0-Q16.9.H90- H90.5);’’ səbəbi ilə 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu TSEK tərəfindən müəyyən edilmişdir. Ona görə də, iddiaçının övladının məhz anadangəlmə xx.xx.2019-cu il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun hesab edilməsi, onun sağlamlıq imkanlarının məhdudluğunun həmin tarixdən baş verməsi anlamına gəlmir. Belə ki, şəxsin əlilliyinin (sağlamlıq imkanlarının məhdudluğunun) səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini (sağlamlıq imkanlarının məhdudluğunu) qiymətləndirir, əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətdəndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin “anadangəlmə” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Azərbaycan Respublikası Konstitusiyada təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə özü həmin qiymətləndirməni inzibati orqanın əvəzinə apara bilməz. Məhkəmə yalnız həmin qiymətləndirməni aparmış inzibati orqanın gəldiyi nəticənin qanuniliyini və əsaslılığını diskresion səlahiyyətlərin həyata keçirilməsinin yoxlanılması qaydasında qiymətləndirə bilər. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən cavabdeh orqan diskresion səlahiyyətlər çərçivəsində iddiaçının övladının sağlamlıq imkanlarının məhdudluğu həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən, yəni anadangəlmə xx.xx.2019-cu il tarixindən müəyyən edilməli idi. Lakin cavabdeh əsassız olaraq sağlamlıq imkanlarının məhdudluğunun dəyişdirilməsi tarixini həmin səbəbin müəyyən edildiyi anadan olduğu tarixindən deyil, sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsi barədə qərar qəbul etdiyi xx.xx.2021-ci il tarixdən hesab etmişdir. Buna görə də iddiaçı hazırda haqlı olaraq övladının sağlamlıq imkanlarının məhdudluğu tarixinin dəyişdirilərək uşağın anadangəlmə xx.xx.2019-cu il tarixindən təyin edilməli olduğunu tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 3.1-ci bənd Uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı hallarda müəyyən edilir: 3.1.26. anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (lll-İV dərəcəli neyrosensor ağıreşitmə) (Q16.0-Q16.9.H90-H90.54.4-cü bənd) bu Əsasnamənin 3.1.1.- 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin Nizamnaməsi”: Bənd 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bənd 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.4. strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək; Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.2. müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Məhkəmə araşdırıması zamanı müəyyən edilmişdir ki, iddiaçının övladı xx.xx.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızı xx.xx.2019-cu il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda alınmaqla nəzarətə götürülmüş, əlillik vəziyyəti ilkin olaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0215003AABU4 saylı göndərişi əsasında baxılmış və xəstəliyin başlanma tarixi xx.xx.2019-cu il göstərilməklə X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.0 - Eşitmənin konduktiv tipli ikitər...; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnozu təsdiq edən müayinələr sonadək aparılmayıb, bera testinin nəticələri dəqiqləşdirilsin;” səbəbi ilə TSEK tərəfindən imtina verilmişdir. Daha sonra yenidən Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0215003AACF4 saylı göndərişi əsasında baxılmış və xəstəliyin başlanma tarixi xx.xx.2019-cu il göstərilməklə X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki..; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli İV dərəcəli (çox ağır dərəcə) iki tərəfli itirilməsi.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.26. anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (lll-İV dərəcəli neyrosensor ağıreşitmə) (Q16.0-Q16.9.H90- H90.5);’’ səbəbi ilə 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu TSEK tərəfindən müəyyən edilmişdir. İddiaçı övladı xx.xx.2019-cu il təvəllüdlü Yusifzadə Məryəm Elçin qızının sağlamlıq imkanlarının məhdudluğunun yaranma tarixinin anadan olduğu xx.xx.2019-cu il tarixdən hesab edilməsini cavabdehdən xahiş etsə də, xahişi təmin edilməmişdir. Cavabdeh inzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, Məryəm Yusifzadənin sağlamlıq imkanlarının məhdudluğu “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0215003AACF4 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və onun 18 yaşınadək müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.7. bəndində müvafiq olaraq “Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır”. Halbuki, işin hallarından da göründüyü kimi iddiaçının övladı xx.xx.2019-cu il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda alınmaqla nəzarətə götürülmüş, əlillik vəziyyəti ilkin olaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0215003AABU4 saylı göndərişi əsasında baxılmış və xəstəliyin başlanma tarixi xx.xx.2019cu il qeyd edilmişdir. Lakin cavabdeh orqan əlilliyin təyin edilməsindən imtina etmiş və səbəb kimi göndərişin natamam doldurulması göstərilmişdir. Daha sonra yenidən Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0215003AACF4 saylı göndərişi əsasında baxılmış və xəstəliyin başlanma tarixi xx.xx.2019-cu il göstərilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının övladına sonuncu müraciət tarixindən əlillik dərəcəsi təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixdə tərtib etdiyi göndərişə əsasən iddiaçıya qoyulmuş diaqnoz ilə xx.xx.2021-ci il tarixdə sağlamlıq imkanlarının məhdudluğu təyin edildiyi zaman müəyyən edilən diaqnoz eyni olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının övladına sağlamlıq imkanlarının məhdudluğu təyin edildiyi zaman onun sağlamlığında yeni vəziyyət müəyyən edilməmişdir. Yəni xx.xx.2020-ci il tarixdə tərtib edilən göndərişdə olan məlumatlar iddiaçının övladına xx.xx.2019-cu il tarixdən sağlamlıq imkanlarının məhdudluğu təyin edilməsi üçün əsas olmuşdur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh əsassız olaraq sağlamlıq imkanlarının məhdudluğunun dəyişdirilməsi tarixini həmin səbəbin müəyyən edildiyi anadan olduğu tarixindən deyil, sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsi barədə qərar qəbul etdiyi xx.xx.2021ci il tarixdən hesab etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə onun övladının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnun və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2799/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar