Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-188/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-770/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə təkrar apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə (hazırda-«Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı») qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyası məbləğinin yenidən hesablanaraq onun metodist müəllim olduğunu və "xxxx" Firmasında xx.xx.1995-ci il tarixdən xx.xx.2006cı il tarixədək çalışmasını nəzərə alaraq pensiya ödənişlərinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…xx.xx.1948-ci il tarixdə Salyan şəhərində anadan olmuş, 1967-ci ilin 16 noyabr tarixindən rəsmi olaraq işləyir. Bu fakt xx.xx.1968-ci ildə açılan əmək kitabçasında öz əksini tapmışdır. 251 nömrəli xx.xx.1991-ci il tarixli vəsiqəsinə əsasən ona 641 nömrəli əmr ilə “metodist müəllim” adı verilmişdir. O, həmin dövr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, lakin ona **********6 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktuba verilmişdir. Həmin məktuba əsasən onun əmək kitabçasında qeyd edilmiş 21 il 10 ay 8 gün əmək stajına görə 200 manat pensiya hesablanır və ödənilir. xx.xx.1995-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi "xxxx" Firmasında olan dövrü yoxlamaq mümkün olmadığı üçün həmin dövrləri sosial sığorta stajı kimi hesablamaq mümkn olmamışdır. Onun "xxxx" Firmasında xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək çalışdığını iş yoldaşları X5 və X10 notarial qaydada təsdiq ediblər. Həmin əməkdaşlar məhkəmədə şahid qismində iştirak edə bilər. Bundan əlavə xx.xx.1995-ci ildən xx.xx.2006-cı il tarixədək "xxxx" Firmasında işlədiyi əmək kitabçasında qeyd olunmuşdur. Cavabdeh onun müvafiq müraciətinə xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, respublikada vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları xx.xx.2006-cı ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Əmək kitabçasında qeyd edilmiş 21 il 10 ay 8 gün əmək stajına görə 200 manat pensiya hesablanıb ödənilir. xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işləmiş olduğu "xxxx" Firmasında olan dövrü yoxlamaq mümkün olmadığı üçün həmin dövləri sığorta stajı kimi hesablamaq mümkün deyildir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-770/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" Firmasında işlədiyi illərin onun sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Əmək pensiyaları haqqında Qanunun 1.0.2-ci maddəsinin məzmunundan görünür ki, şəxsin işlədyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövünr dövlət sosial sığorta haqlarının ödənilməsidir. xx.xx.2006-xx.xx.2006-cı illərdə iddiaçının məcburi dövlət sosial sığorta cəlb olunan gəlirləri, eləcə də hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. Həmin dövrün sığorta stajına daxil edilməsi üçün heç bir hüquqi əsas yoxdur. İddiaçıya 21 il 10 ay 8 gün əmək stajına görə 200 manat pensiya hesablanıb ödənilir. İmtina cavabında qeyd edildiyi kimi, xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işləmiş olduğu "xxxx" Firmasında olan dövrü yoxlamaq mümkün olmadığı üçün həmin dövləri sığorta stajı kimi hesablamaq mümkün deyildir. İddiaçının həmin iddiaçının işlədiyini iddia etdiyi illərlə bağlı cavabdeh tərəfindən Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə göndərilmiş xx.xx.2020-ci il tarixli sorğuya xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, "xxxx" firmasının AR Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1997-ci il tarixdə qeydiyyata alındığı qeyd edilmişdir. xx.xx.2004-cü il tarixdə dövlət vergi orqanı tərəfindən on rəqəmli eyniləşdirmə nömərəsi verilmişdir. İddiaçının "xxxx" firmasında işlədiyi illərə dair təsisçisi olduğunu iddia etdiyi X7 dair möhür və VÖEN(********) mövcuddur.Məhkəmənin qərarında hüquqi şəxs kimi "xxxx" firmasının (VÖEN **********) dövlət qeydiyyat məlumatlarına əsasən təsisçi – X4r. İddiaçının firmanın təsisçisi oldğunu iddia etdiyi X6 firmada rəhbər və ya təsisçi kimi qeydiyyatda olmasıbarədə hər hansı məlumat aşkar edilməmişdir. İddiaçının xx.xx.2006-cı il tarixdən əvvəlki dövr üçün müəssisənin qeydiyyat məsələlərində aşkar olunan ziddiyyətlər vətəndaşın həmin müəssisədə işlədiyinə dair ciddi şübhə doğurur. Məhkəmə işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, maddi hüquq normalarını pozmuşdur...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-223/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-579/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxılması üzrə təyin edilmiş məhkəmə iclasları üzrə sonuncu (hazırkı) məhkəmə iclasında iştirak edən iddiaçı M.Quleyeva "xxxx" firmasında işlədiyini bildirərək, cavabdehin apellyasiya şikayəti ilə razılaşmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Cavadova apeyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, Ali Məhkəmənin qərarından irəli gələn göstərişlər nəzərə alınmaqla, iş materiallarını təkrar apellyasiya qaydasında araşıdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakı əsaslara görə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. “Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Eyni zamanda, iddiaçının "xxxx" firmasında» işlədiyi vaxt qüvvədə olan keçmiş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Konkret halda, iddiaçının işə əlavə olunmuş əmək kitabçasının qeydlərindən görünür ki, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Nika” Firmasında işləmişdir. Əmək kitabçasının həmin qeydləri isə firma tərəfindən deyil, "xxxx" şirkətinin direktoru «Quliyev R.A.» adında şəxs tərəfindən imzalanmış və "xxxx" Şirkətinin dairəvi möhürü vurulmuş və həmin möhürün orta hissəsində Nika şirkəti, ətraf dairəsində isə "xxxx" müstəqil kiçik müəssisəsi” sözləri müşahidə olunur. Bundan əlavə, həm işə qəbul və işdən azad olunma qeydləri başqa bir «X9” (VÖEN 200089293») yazıları həkk olunmuş dördküncü ştamp vurulmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən təqdim olunmuş Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi 2 fevral 2021-ci il tarixli**********117600 nömrəli məktubunda bildirilmişdir ki "xxxx" Firması 11 dekabr 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 25 avqust 2004-cü il tarixdə dövlət vergi orqanı tərəfindən ********** nömrəli 10 (on) rəqəmli eyniləşdirmə nömrəsi verilmişdir. Hüquqi şəxs "xxxx" Firmasının (VÖEN **********) dövlət qeydiyyatı məlumatlarına əsasən təsisçisi – "xxxx" MMC, rəhbəri – X4r. X6 "xxxx" Firmasında rəhbər və ya təsisçi kimi qeydiyyatı barədə hər hansı məlumat aşkar edilməmişdir(i.v.123). Hazırkı mərhələdə Ali Məhkəmənin qərarında irəli gələn göstərişlər nəzərə alınmaqla, Əmək kitabçasının mübahisələndirilən qeydlərinə o cümlədən, "xxxx" firmasının və "xxxx" şirkətinin eyni hüquqi şəxslər olub-olmadığına aydınlıq gətirilməsi üçün bir daha, Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydityyatı İdarəsinə sorğu verilmiş, həmin sorğuya alınmış 11 mart 2024-cü il tarixli xx.xx.2024-cü il tarixli cavab məktubunda sözügedən idarə tərəfindən dövlət reyestr məlumatlarına istinadən aşağıdakılar bildirilmişdir: -hüquqi şəxs "xxxx" firması (VÖEN **********) adı ilə xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi şəxsin ad dəyişikliyi və ya təşkilati-hüquqi formasının dəyişdirilməsi barədə qeydiyyat qovluğunda məlumat aşkar edilməmişdir.» İşin tədqiq olunan hallarına münasibətdə məhkəmə kollegiyası onu da qeyd edir ki, istər 2005-ci ilin reyestr məlumatlarında(i.v.123), istərsə də hazırkı günə olan elektron məhkəmə informasiya sitsteminin məlumatları üzrə "xxxx" firmasının hazırkı reyestr məlumatlarında (i.v.194) firmanın qanuni təmsiçsi kimi dövlət qeydiyyatından N.Ə.Kərimov keçdiyi görünür. Lakin iddiaçının əmək kitbabçasının qeydləri direktor «Quliyev R.A» adında şəxs tərəfindən imzlanmışdır. Digər tərəfdən onu də qeyd etmik lazımdır ki, iddiaçının həmin firmada xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il trixə qədər işləsə də xx.xx.2006-cı il taixdən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar onun xx.xx.2006-xx.xx.2006 dövrü üzrə fərdi hesabında məcburi sosial-sığorta haqları ödənişləri üzrə onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olmalı idi. lakin cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. Bundan əlavə, iddiaçının vaxtilə onunla bilikdər həmin firmada işlədiyini iddia etdiyi X2 işə əlavə olunmuş əmək kitabçasının qeydləri tədqiq olunduqda, müəyyən olunur ki, iddiaçı "xxxx" Firmasında xx.xx.1995-ci il tarixdən işə qəbul olunduğu halda, “X14” oğlu onun əmək kitabçasının qeydlərinə əsasən həmin firmada xx.xx.1992-ci il tarixədək işləmiş, eyni tarixli əmrlə işdən azad edilmişdir. Göründüyü kimi, bu hal iddiaçının 1995-2006-cı illərdə qeyd-şərtsiz "xxxx" firmasında işləməsi faktının sübutu kimi qiymətlənldirilə bilməz . Qeyd olunmalıdır ki, hazırkı mərhələdə elektron məhkəmə informasiya sistemi vasitəsilə adıçəkilən vət.X.Səfərovun əlaqə telefonu aranıb onunla əlaqə saxlandıqda, qəti şəkildə gəlib məhkəməyə ifadə verməyəcəyini bildirmişdir. İddiaçının təqdim etdiyi, vət.“X8” adında şəxsin iddiaçı ilə birlikdə işləməsinə dair notarial qaydada təsdiq olunmuş ərizəsinə gəldikdə isə, birincisi, onun əmək kitabçasının surəti iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamış, məhkəmə tərəfindən də həmin şəxs barəsində məlumatların əldə olunması mümkün olmamışdır. Üç məhkəmə iclasını buraxıb dördüncü məhkəmə iclasına gəlmiş iddiaçı isə qeyd olunan şəxslərin məhkəmədə şahid qismində ifadəsinin alınması üçün məhkəməyə yardımçı da olmamışdır. Halbuki, İPM-in 12.3-cü maddəsinin tələbinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanmasında məhkəməyə yardım etməyə borcludur. Digər tərəfdən həmin Məcəllənin 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə də, iddiaçının xx.xx.1995-xx.xx.2006-cı illərdə Nika” Firmasında işləməsi mötəbər sübutlarla öz təsdiqini tapmadığı halda, onun həmin dövr üzrə əmək fəaliyyəti sığorta stajı kimi qəbul edilməsi istisna olunur. Bu baxımdan, cavabdeh tərəfindən həmin dövr nəzərə alınmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanmasını imtina etməkdə haqlı olmuş, belə olan halda da bu imana iddiaçının hüquqlarını pozması kimi dəyərləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu sübuta yetirilmiş olsun. Birinci instansiya məhkəməsi tərəfindən isə iddianın təmin edilən hissəində hərtərəfli araşdırma aparılmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" Firmasında işlədiyi illərin onun sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını cavabdehə həvalə edilməsi barədə gəldiyi nəticə işin hallarına və maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarının tam ləğvini tələb edən cavabdehin apellyasiya şikayətinin, dəlilləri ilə iddianın təmin edilən hissəsində məhkəmənin işi tam araşdırmadığını, maddi və prosessual hüquq normalarını pozulması ilə qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-770/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı qismən, iddianın təmin edilən – “iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" Firmasında işlədiyi illərin onun sığorta stajına daxil edilməklə, pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd olunması və qərarın qalan, iddianın rədd olunması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-770/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı qismən, iddianın təmin edilən – “iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" Firmasında işlədiyi illərin onun sığorta stajına daxil edilməklə, pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərar, qalan, iddianın rədd olunması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-188/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-188/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver