Məhkəmə qərarları › İş №2-1(103)-188/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-188/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-188/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X8 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N7N8/2024 saylı N6 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N997-ci il tarixli N24 nömrəli arayışa əsasən İddiaçı həqiqətən N992-ci il tarixdən arayışın verildiyi tarixədək N nömrəli hərbi hissədə xidmət edir. İyul N-cü ildən fevral N994cü ilədək N nömrəli hərbi hissənin komandanlığının tərkibində Beyləqan, Tərtər, Füzuli rayonlarının hərbi əməliyyatların təminatında iştirak etmişdir. Əsas: N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.N-cü il tarixli, N34 nömrəli xx.xx.N-cü il tarixli, N7 nömrəli xx.xx.N997-ci il tarixli əmrləri. İddiaçı məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin 23-cü səhifəsindəki qeydə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-N797 nömrləi məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Füzuli rayonunda ezamiyyətdə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli 3-N3-N2-N/2R-95306/NN/23 nömrəli arayışa əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx N953cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İddiaçı ona “müharibə veteranı adının verilməsi” ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 4/3N956 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və X2 üzrə komissiya”nın xx.xx.202N-ci il və təkrar xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-334 nömrəli arayışına əsasən ezamiyyətləri döyüş tapşırığının icrası ilə əlaqəli olmadığına görə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının təkrar müraciətindən xx.xx.2022-ci il tarixli 4B6920 nömrəli məktubla imtina edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran adı və vəsiqəsinin verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.N953-cü il təvəllüdlü İddiaçı SHXÇDX-nin Əzizbəyov Rayon Şöbəsindən xx.xx.N972-ci il tarixdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.N974-cü il tarixdə hərbi xidmətini başa vurmuşdur. xx.xx.N974-cü il tarixdə hərbi xidmətini gizir kimi davam etmək üçün N saylı hərbi hissə tərəfindən Gizirlər Məktəbinə göndərilmiş və xx.xx.N975-ci il tarixinədək N60 saylı Gizir Məktəbində Len, HD-də müdavim xx.xx.N975-ci il-xx.xx.N977ci il tarixinədək N6 saylı HQ-in 825 saylı Aviasiya texnikasının təmiri zavodunda, aviasiya mexaniki vəzifəsində, xx.xx.N977-ci il tarixdən xx.xx.N980-cı il tarixədək HHQ-in N5 saylı Hərbi Avaiasiya Məktəbində təlimatçı yeməkxanasının müdiri və tədris Aerodromunda baş təlimatçı vəzifəsində, xx.xx.N983-cü il tərixə qədər hərbi xidmət müddəti uzadılmışdı. xx.xx.N980-cı il tarixdən xx.xx.N992-ci il tarixə qədər 34-cü HQ Cənub istiqamətində olan ordunun 98 saylı AV AQQ-in tərkibində yanacaq anbarının müdiri, ərzaq mallarının xidmətinin müdirinin köməkçisi vəzifəsində çalışmışdır. xx.xx.N992-ci il tarixdən xx.xx.N997-ci il tarixədək N saylı hərbi hissənin tərkibində əskərlər yeməkxanasının müdiri, ərzaq malların anbar rəisi vəzifəsində, xx.xx.N997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək N saylı hərbi hissənin tərkibində mühafizə bölüyünün tağım komandiri vəzifəsində xidmət etmişdir. xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək elan edilmiş Atəşkəsədək və təxris olunduğu xx.xx.N997-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyndə döyüşən ordunun tərkibində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il rarixədək döyüş tapşırığını yerinə yetirmək üçün Füzuli rayonuna ezam olunmuşdur. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsinə hərbi xidmət keçməsi barədə sorğu vermiş, lakin Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 4/2-334 saylı arxiv arayışında qeydlərdə, 7-ci abzasda, onun hərbi xidmət keçməsi barədə məlumatın olduğunu göstərir, 8-ci abzasda, isə onun hərbi xidməti və ezam olunması barədə məlumatın Arxiv İdarəsinə daxil olmadığını araşdırma aparmadan qeyd edir. Halbuki, onun hərbi xidmət keçdiyi dövrlər N992-ci il tarixdən 2002-ci il tarixədək baş gizir kimi hərbi xidmət keçmiş, 2002-ci il tarixdə yaş həddinə görə ordu sıralarından təxris olunmuşdur. Onun hərbi xidmət keçməsi barədə hərbi biletinin səhifələrində qeydlərin aparılması öz təsdiqini tapmışdır. Nəzərə çatdırır ki, Memarial Abidədə adları qeyd edilən N-ci X4 uğrunda həlak olan qəhrəmanların əksəriyyəti Milli Qəhrəman adına layiq görülmüşdürlər və həmin Memarial Abidədə adları qeyd edilən Şəhidlər N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına Şəhid olmuşdurlar, (foto şəkili ərizəsinə daxil edərək məhkəməyə təqdim edəcəkdir) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran Adlarının və X2 Üzrə Komissiyasının dediyinə görə N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. İştirak etməmişdirsə, onda həmin hərbi hissənin hərbi qulluqçuları hansı ölkənin ərazisində şəhid olmuşdurlar? Qeyd etmək istəyir ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran Adlarının və X2 Üzrə Komissiyasının xx.xx.2022-ci il tarixli 4/3-6920 saylı məktubunda qeyd edilib ki, xx.xx.2022-ci il tarixli iclasında baxılmış 830 saylı protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və onun ünvanına geri qaytarılmışdır. Baxmayaraq ki, onun N992-ci il tarixdən 2002-ci il tarixə qədər hərbi xidmət keçməsini təsdiq edən hərbi biletində olan məlumatlar olduğu halda ona Müharibə Veteranı adının və vəsiqəsinin verilməsinə imtina edilib və buna görə də, o, illərdir ki, bu barədə müvafiq orqanlara müraciət etsə də, heç bir müsbət cavab almamışdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı" adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərb hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N457 nömrəli məktubundan görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin müvafiq əmrləri əsasında Yevlax və Füzuli rayonuna müxtəlif tarixlərdə ezamiyyətə göndərilmişdir. Lakin iddiaçının Füzuli rayonuna hansı məqsədlə və hansı hərbi hissəyə ezamiyyətə göndərilməsi məlum deyil. Yəni, arxiv arayışdan da göründüyü kimi, iddiaçı döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar döyüş bölgəsinə ezamiyyətə göndərilməsi ilə bağlı məlumat yoxdur. Həmçinin iş materialına əlavə edilmiş mərkəzi arxivin xx.xx.2023-cü il tarixli 45N nömrəli arayışında “Azərbaycan Respublikası Silahlı Qvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı”nda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi görünür. Beləliklə, Mərkəzi Arxivin sözügedən məktublarından da görünür ki, İddiaçı Füzuli rayonuna ezamiyyətə göndərilsə də, o, döyüş tapşırığını yerinə yetirməsi ilə əlaqədar döyüş əməliyyatları bölgəsinə göndərilməmiş, həmçinin xidmət etdiyi N nömrəli hərbi hissə döyüşən hərbi hissələrin siyahısında olmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N7N8/2024 saylı N6 aprel 2024-cü il il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə yanaşı bildirilmişdir ki, bütün dəlillərin göstərməsinə baxmayaraq Müdafiə Nazirliyi qeyd etdiyi kimi, həqiqətən də o, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, bu barədə dəlil və sübutları var. Bakı İnzibati Məhkəməsi bunu nəzərə almamışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N457 nömrəli məktubundan görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin müvafiq əmrləri əsasında Yevlax və Füzuli rayonuna müxtəlif tarixlərdə ezamiyyətə göndərilmişdir. Lakin iddiaçının Füzuli rayonuna hansı məqsədlə və hansı hərbi hissəyə ezamiyyətə göndərilməsi məlum deyil. Yəni, arxiv arayışdan da göründüyü kimi, iddiaçı döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar döyüş bölgəsinə ezamiyyətə göndərilməsi ilə bağlı məlumat yoxdur. Həmçinin iş materialına əlavə edilmiş mərkəzi arxivin xx.xx.2023-cü il tarixli 45N nömrəli arayışında “Azərbaycan Respublikası Silahlı Qvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştiral edən hərbi hissələrin siyahısı”nda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi görünür. Beləliklə, Mərkəzi Arxivin sözügedən məktublarından da görünür ki, İddiaçı Füzuli rayonuna ezamiyyətə göndərilsə də, o, döyüş tapşırığını yerinə yetirməsi ilə əlaqədar döyüş əməliyyatları bölgəsinə göndərilməmiş, həmçinin xidmət etdiyi N nömrəli hərbi hissə döyüşən hərbi hissələrin siyahısında olmamışdır. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. (İPM-N3.2 və N7). Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtinanın iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-334 nömrəli arayışına əsasən ezamiyyətləri döyüş tapşırığının icrası ilə əlaqəli olmadığına görə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “qeyd” hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin NN-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 20N8-ci il tarixə olan dəyişikliyə əsasən) N-ci bəndinin tələbinə görə “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd N.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.N.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasınlan imtina edən cavabdeh inzibati orqan “N nömrəli hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmamasına və Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-334 nömrəli arayışına əsasən ezamiyyətləri döyüş tapşırığının icrası ilə əlaqəli olmaması”na istinad edir. Cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli N457 nömrəli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 2 №-li əmrində (əsas: §-63, sıra-N2, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) baş gizir «A.A.Раджабов»un xx.xx.N992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq əsgər yeməkxanasının rəisi vəzifəsinin icrasına buraxılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N59 №-li əmrində (əsas: §-N, səh-N40, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, vəzifəsi göstərilməmişdir) baş gizir «A.A.Раджабов»un xx.xx.Ncü il tarixdən xx.xx.N-cü il tarixədək Yevlax şəhərinə ezamiyyətə getmiş hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N63 №-li əmrində (əsas: §-5, sıra-2, səh-N44, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, vəzifəsi göstərilməşişdir) baş gizir «A.A.Раджабов»un xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək Yevlax şəhərinə ezamiyyətə getmiş hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N avqust N-cü il tarixli N68 №-li əmrində (əsas: §-N, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, vəzifəsi göstərilməmişdir) baş gizir «A.A.Раджабов»un xx.xx.N-cü il tarixdən Yevlax şəhərindən ezamiyyətdən qayıtmış hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N68 №-li əmrində (əsas: §-2, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, vəzifəsi göstərilməmişdir) baş gizir «A.A.Раджабов»un xx.xx.N-cü il tarixdən Yevlax şəhərindən ezamiyyətdən qayıtmış hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N80 №-li əmrində (əsas: §-7, səh-N6, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, vəzifəsi göstərilməmişdir) baş gizir «A.A.Раджабов»un xx.xx.Ncü il tarixdən xx.xx.N-cü il tarixədək Yevlax şəhərinə ezamiyyətə getmiş hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N89 №-li əmrində (əsas: §-N0, səh25, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, vəzifəsi göstərilməmişdir) baş gizir «A.A.Раджабов»un xx.xx.N-cü il tarixdən Yevlax şəhərindən ezamiyyətdən qayıtmış hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 38 №-li əmrində (əsas: §-4, səh-35, əmrdə adı, atasının adı tam yazılmamış, ezam olunma səbəbi qeyd edilməmişdir, məlumat olduğu kimi köçürülmüşdür, əmr rus əlifbası ilə yazılmışdır) baş gizir «A.A.Раджабов»un xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Füzuli rayonuna ezam olunması barədə məlumat vardır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş 2N fevral 2024-cü il tarixli 589 nömrəli məktubla bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 38 №-li əmrində (əsas: §-4, səh-34, əmrdə adı, atasının adı tam yazılmamış, ezam olunma səbəbi qeyd edilməmişdir, əmr rus əlifbası ilə yazılmışdır, atasının adının baş hərfi “A” yazılmışdır, məlumat olduğu kimi köçürülmüşdür) baş gizir A.İddiaçı Füzuli rayonuna ezam olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 47 №-li əmrində (əsas: §-5, səh 90, əmrdə adı, atasının adı tam yazılmamış, əmr rus əlifbası ilə yazılmışdır, atasının adının baş hərfi “A” yazılmışdır, məlumat olduğu kimi köçürülmüşdür) baş gizir A.İddiaçı Füzuli rayonundan ezamiyyətdən qayıtması barədə məlumat vardır. Qeyd edirlər ki, N №-li hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən İddiaçı xx.xx.N994-xx.xx.N994-cü il tarixlərdə Füzuli rayonuna ezam olunması barədə ezamiyyət vərəqələri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İşin apellyasiya baxışı zamanı verilmiş sorğulara əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, baş gizir İddiaçı barəsində N No-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 2 №-li, xx.xx.N-cü il tarixli N59 №-li, xx.xx.N-cü il tarixli N63 №-li, xx.xx.N-cü il tarixli N68 №-li, xx.xx.N-cü il tarixli N80 №-li, xx.xx.N-cü il tarixli N89 №-li, xx.xx.N994-cü il tarixli 38 №-li və xx.xx.N994-cü il tarixli 47 №-li nizami hissə üzrə əmrlərindən və XN0 barəsində xx.xx.N999-cu il tarixli 20 №-li protokoldan Arxiv Çıxarışları ünvanınıza göndərilir. HHQ və HHM Komandaninin xx.xx.N997-ci il tarixli 058 gm №-li əmrinə əsasən anbar rəisi, gizir İddiaçı N №-li hərbi hissədə vəzifəyə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli N56 №-li əmrilə (əsas: §-3, sıra-8, səh-68, əmrdə hərbi rütbəsi “gizir" yazılmışdır) xx.xx.N997-ci il tarixdən işini və vəzifəsini təhvil vermiş hesab edilərək hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli N84 №-li əmrində (əsas: §-N, sıra-7, əmrdə hərbi rütbəsi “gizir” yazılmışdır) “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, N №-li hərbi hissənin buraxılması ilə əlaqədar olaraq, gizir İddiaçı Ərzaq xidmətinin toxunulmaz ehtiyat saxlama yeri rəisi vəzifəsindən azad edilərək Vertalyot və Vertalyot Aviasiya alayının N №-li hərbi hissəsində XN3 Taborunda Mühafizə bölüyünün tağım komandiri vəzifəsinə təyin olunması qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin noyabr-dekabr 200N-ci il və 2002-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. X7 “Veteran adı və vəsiqəsi” verilmiş xx.xx.20N8-ci il tarixli 486 №-li protokol Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. XNN və XN2 “Veteran adı və vəsiqəsi” almamışdır. Sorğuda adı qeyd olunan X5 “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsas olun arxiv arayışı məhkəməyə təqdim olunmuşdur. Cavabdeh qurumun məhkəmə sorğularına əsasən təqdim etdiyi sənədlərdən görünür ki, sorğuda adları qeyd olunan şəxslərdən yalnız X5 “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Həmin vəsiqənin verilməsi üçün əsas olan arxiv arayışının məzmunundan müəyyən olunur ki, sonuncunun ezam olunduğu xx.xx.N994-xx.xx.N994-cü il tarixlər (ezamiyyətə göndərilmə və ezamiyyətdən qayıtma barədə nizami hissə üzrə əmrlərin tarixləri əsasında) iddiaçının ezam olunduğu tarixlərlə təxminən eyni dövrə təsadüf etsə də, Radik Maksimovun ezam olunduğu hərbi hissə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən N99N-ci ilin 9-dan N994-cü ilin may ayının N0-dək döyüş əməliyyatları aparan 70N nömrəli hərbi hissə olmuşdur. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, Müdafiə Nazirliyinin arxiv arayışında qeyd olunan- iddiaçının ezamiyyətə göndərilməsi və ezamiyyətdən qayıtması barədə məlumatların qeyd olunduğu əmrlər iddiaçının döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirməsi barədə qənaətə gəlmək üçün əsas vermir. Belə ki, həmin əmrlərin məzmunundan iddiaçının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparan hərbi hissəyə ezam olunduğu görünmür. Nəzərə alınmalıdır ki, iddiaçının ezam olunduğu N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmamışdır. O ki qaldı iddiaçının hərbi biletindəki qeydlərə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda adı çəkilən Əsasnamənin tələbinə görə yalnız hərbi biletdə olan qeydlər “Müharibə veteranı” adının verilməsi üçün əsas deyil, hərbi bilet, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda “Müharibə veteranı” adının verilməsi üçün hərbi döyüşlərdə iştirakı sübut edən sənəd hesab edilir. Hazırki işdə isə iddiaçının məhz qeyd olunan əsaslarla və döyüş əməliyyatlarının aparılmasına cəlb olunan hərbi hissəyə ezam olunması faktı təsdiqini tapmır. Belə olan halda müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri- şəxsin döyüş bölgəsində xidmət etməsi və onun tərxis olunması, ehtiyata buraxılması halı iş materialları ilə təsdiq olunmur. Bununla bağlı hazırki işdə cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. Oxşar işlər üzrə Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyi də belə olmuşdur.( 2-N(N02)-N08/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin təmin olunması, yəni xeyrinə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Əksinə, cavabdeh qurum iddiaçının tələb etdiyi inzibati aktın qəbulundan imtina üçün zəruri şərtlərin mövcudluğunu sübuta yetirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunur ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- N7N8/2024 saylı N6 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N7N8/2024 saylı N6 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova XN4 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar