Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1880/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı özünün övladları ilə məskunlaşdığı Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasında yaşayış sahəsi ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə barədə inzibati mübahisəyə dair iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6371/2020 saylı qərardadından cavabdehin nümayəndəsi M.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək özünün övladları ilə məskunlaşdığı Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağının əvəzinə, ailə tərkibinin sayına və məskunlaşdığı əraziyə uyğun olaraq yaşayış sahəsi ilə təmin olunması öhdəliyinin nın Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək iş üzrə yekun qərar qəbul edilənədək onu uşaqlarını hal-hazırda yeğanə yaşayış yeri olan Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağından məcburi qaydada çıxarılmalarının Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6371/2020 saylı qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilərək, iş üzrə yekun qərar qəbul edilənədək İddiaçı uşaqları ilə Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağından məcburi qaydada çıxarılmaları Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qadağan edilməsi qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardaddan cavabdehin nümayəndəsi M.Hüseynov apellyasiya şikayəti vermişdir. Cavabdehin nümayəndəsi verdiyi apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı övladları ilə birlikdə yaşayış sahəsi ilə təmin edilməsi tələbinə dair x xxxxxxxx 2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsində Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağından çıxarılmasının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qadağan edilməsini xahiş etmişdir. Göstərilənlərin məntiqi yekunu olaraq qeyd olunmalıdır ki, iddiaçının iddia ərizəsində irəli sürdüyü tələblə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsindəki xahişi ziddiyyət təşkil edir. Sözügedən müvəqqəti xarakterli müdafiə tədbiri verilmiş iddia tələbinə mütənasib olmamaqla yanaşı, iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədini özündə ehtiva etmir. Komitə məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması və sosial problemlərinin həlli sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edərək, Komitənin fəaliyyəti sözügedən sahədə təxirəsalınmaz vəzifələrin tələb olunan səviyyədə yerinə yetirilməsinə istiqamətləndirilmişdir. Göründüyü kimi, Komitə tərəfindən həyata keçirilən fəaliyyətin təməl prinsipi qismində əhalinin ən həssas qrupu olan məcburi köçkünlərin sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması çıxış edir. Komitə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə müvafiq olaraq, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında yalnızca məcburi köçkünlərin müvəqqəti yaşayış sahələri ilə təmin edilməsini həyata keçirir. Belə olan halda isə Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları obyektlərdən və ya yaşayış sahələrindən çıxarılmasından söhbət gedə bilməz. İddiaçı üçüncü şəxslər tərəfindən müvəqqəti məskunlaşdığı yataqxanadan çıxarılmasına dair ehtimalların mövcudluğu məhkəmənin məhz Komitəyə münasibətdə müvəqqəti xarakterli müdafiə tədbirini təmin etmə barədə qərardad qəbul etməsinə əsas deyildir. Belə ki, iddiaçının övladları ilə birlikdə Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağından məcburi qaydada çıxarılması, çıxarılmanı həyata keçirə biləcək şəxslərə qadağan edilməlidir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünləri müvəqqəti məskunlaşdığı ünvandan məcburi qaydada çıxarmadığından və ümumiyyətlə, Komitənin belə bir səlahiyyəti olmadığından, İddiaçı övladları ilə birlikdə məhz Komitə tərəfindən sözügedən ünvandan çıxarılmasına dair heç bir ehtimal mövcud deyildir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərar qəbuledilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyətinin 01/340 saylı xx xxxx 2020-ci il tarixli Arayışından müəyyən edilir ki, İddiaçı həqiqətən xx xxxxxx 1993cü il tarixə kimi Füzuli rayonunun Füzuli şəhərində yaşamış və məcburi köçkün olmuşdur, hal-hazırda məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayon Şərifzadə-1 küçəsi, Azərbaycan Texniki Universitetinin yataqxanasında 109 saylı otaqda köçkün kimi məskunlaşıb və ailə üzvləri olan X1, X3 ilə birgə yaşayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqli şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsas sayılır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməli, iş üzrə yekun qərar qəbul edilənədək İddiaçı uşaqları ilə Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağından məcburi qaydada çıxarılmaları Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qadağan edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, İPM-nin 41.1-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Göründüyü kimi, qanunvericilik müvəqqəti xarakterli müdafiədən istifadə haqqında ərizə üzrə qərar işin konkret (faktiki) və hüquqi hallarının qiymətləndirilməsi əsasında qəbul edilir. Məhkəmə müvəqqəti xarakterli müdafiədən istifadə haqqında ərizəni yoxlayarkən işin hallarını ümumi şəkildə araşdırmalı və qiymətləndirməlidir. Həmçinin maddədə “böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda” ifadəsi iddia üzrə tələbin uğursuzluqla nəticələnmə ehtimalının uğurla nəticələnmə ehtimalından azalması nəzərdə tutulur. Birinci instansiya məhkəməsi işin faktiki halları üzrə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirilmədən qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə müvafiq olaraq, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında məcburi köçkünlərin müvəqqəti yaşayış sahələri ilə təmin edilməsini həyata keçirir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının övladları ilə birlikdə Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağından məcburi qaydada çıxarılması, çıxarılmanı həyata keçirə biləcək şəxslərə qadağan edilməlidir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünləri müvəqqəti məskunlaşdığı ünvandan məcburi qaydada çıxarmadığından və ümumiyyətlə, Komitənin belə bir səlahiyyəti olmadığından, iddiaçının övladları ilə birlikdə məhz Komitə tərəfindən sözügedən ünvandan çıxarılmasına dair heç bir ehtimal mövcud deyildir. İddiaçının üçüncü şəxslər tərəfindən müvəqqəti məskunlaşdığı yataqxanadan çıxarılmasına dair ehtimalların mövcudluğu birinci instansiya məhkəməsinin məhz Komitəyə münasibətdə müvəqqəti xarakterli müdafiə tədbirini təmin etmə barədə qərardad qəbul etməsinə əsas ola bilməz. İddiaçı iddia edilən sözügedən yataqxananın otağından məhz cavabdeh tərəfindən məcburi qaydada çıxarılmasını təsdiq edən və müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini zəruri edən hallara dair heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin nümayəndəsi M.Hüseynovun apellyasiya şikayətinin məhkəmənin qərardadının qanunvericiliyə uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)- 6371/2020 saylı qərardadı ləğv edilməli, İddiaçı uşaqlarının hal-hazırda yeğanə yaşayış yeri olan Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağından məcburi qaydada çıxarılmalarının Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qadağan edilməsi barədə ərizəsi təmin edilməməlidir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin nümayəndəsi M.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6371/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı və uşaqlarının hal-hazırda yeganə yaşayış yeri olan Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağından məcburi qaydada çıxarılmalarının Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qadağan edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1880/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1880/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver