Məhkəmə qərarları › İş №2-1(103)-1880/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1880/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1880/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X28, üçüncü şəxslər X33 və X1 iştirakı ilə, İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X33, X9, X10, X11, X12, X34, X36, X16, X29 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2906/2021 saylı 26 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək - üçüncü şəxslər X17, Əzim-zadə X23, X2, X3, X4, X18, X25, X13 və X15 adlarına özəlləşdirilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, bununla əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı 'Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Beləliklə. Bakı şəhəri. Yasamal rayonu, Qədirli küçəsi 81 saylı ev "xxxx" MMC tərəfindən qiymətləndirilərək payçıların mülkiyyətlərində və faktiki istifadələrində olan sahələrə görə kompensasiya məbləği müəyyən edilmişdir. AN-İ ******* nömrəli 06.12.2018-ci il tarixli, AN-İ ******* nömrəli 15.08.2018-ci il tarixli, AN-İ ******* nömrəli 19.12.2018-ci il tarixli, AN-İ ******* nömrəli, 09.01.2019-cu il tarixli alqısatqı müqavilələrinə əsasən X36, X16, X29 və X34 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onların mülkiyyətlərində olan hissələrini İddiaçı xeyrinə özgəninkiləşdirmişdirlər. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin digər paylı mülkiyyətçiləri olan X33, Əzimzadə X23, X2, X3 və X4 mülkiyyətlərində, eyni zamanda faktiki istifadələrində olan sahələrinin bazar qiyməti müəyyənləşdirilərək İddiaçı tərəfindən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin şəxslərə kompensasiya məbləği təklif olunmuşdur. Lakin, qeyd olunan şəxslər kompensasiya məbləğlini könüllü almaqdan imtina etdikləri üçün İddiaçı X26, Əzim-zadə X30, X5, X6 və X7 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılmasına dair” iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İlkin iddia ərizəsi icraata qəbul edildikdən sonra ilkin iddia üzrə cavabdehlər tərəfindən İddiaçınə qarşı “torpaq, yaşayış və qeyri- yaşayış sahələrinə görə kompensasiyanın tələb edilməsinə dair" qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçılar Əzim-zadə X35 və qeyriləri 1 saylı Bakı İnzibati Məhkəməsinə vəsatətlə müraciət edərək inzibati işin aidiyyəti üzrə baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. 1 saylı Bakı İnzibati Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2-1(81)-1592/2019 nömrəli Qərardadı ilə vəsatət rədd edilmişdir. Qeyd olunan qərardad yuxarı instansiya məhkəmələrində mübahisələndirilsə də dəyişdirilmədən saxlanılmışdır və qanuni qüvvəsini almışdır. 1 saylı Bakı İnzibati Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2- 1(81)-1592/2019 nömrəli Qərardadı yuxarı instansiya məhkəmələrində mübahisələdirilənə qədər həmin iş üzrə inzibati icraat müvəqqəti dayandırılmışdır. Beləliklə də, həmin iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məhkəmə mübahisələri yekunlaşana qədər mübahisə predmeti olan evin mülkiyyətçiləri həmin ünvanda yerləşən tikili altında olan və həyətyanı sahə üzrə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdırlar. Göründüyü kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra, eyni zamanda Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı evin müəyyən hissəsi dövlət ehtiyacları üçün satın alındıqdan və İddiaçı mülkiyyətinə keçdikdən sonra üçüncü şəxslərin tikili altında olan və həyətyanı sahəyə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra, eyni zamanda Bakı şəhəri, Yasamal rayonu, Qədrli küçəsi, 81 saylı evin müəyyən hissəsi dövlət ehtiyacları üçün satın alındıqdan və İddiaçı mülkiyyətinə keçdikdən sonra üçüncü şəxslərin tikili altında olan və həyətyanı sahəyə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2906/2021 saylı 26 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: N.Abıyev) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən üçüncü şəxslərin ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə görə hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışının verilməsi qanunsuz olduğundan "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli və 29 dekabr 2018-ci il tarixli 572 nömrəli Qərarlarının və digər normativ hüquqi aktların müddəalarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən, İddiaçı tərəfindən Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət. Xidmətinə 22.06.20-ci il tarixli məktub ünvanlanmışdır. Həmin məktubla Bakı şəhəri Baş Planına uyğun olaraq Yasamal rayonunda köçürülməyə məruz qalmış dövlət ehtiyacları üçün satın alınmış ərazilərdə mövcud olmayan tikililərin, torpaq sahələrinin, o cümlədən, gələcəkdə dövlət ehtiyacları üçün alınması nəzərdə tutulmuş ərazilərdə torpaq sahələrinin, tikililərin qeyd olunan əsaslarla xüsusi mülkiyyət kimi qeydiyyata alınmasını, eyni zamanda xüsusi mülkiyyət kimi qeydiyyata alınmasına zərurət yarandıqda bununla əlaqədar olaraq İddiaçı mövqeyinin nəzərə alınması xahiş edilmişdir. Sözügedən məktuba Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov tərəfindən 07 avqust 2020-ci il tarixli **********26 nömrəli cavab məktubu ilə Yasamal rayonu ("Sovetski" adlanan) ərazisində yerləşən vətəndaşlara məxsus yaşayış, qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması planı üzrə əhatə olunan əraziyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.12,2018-ci il tarixli, 572 nömrəli Qərarı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin xidməti istifadəsində olan elektron kadastr baza xəritəsində məlumat xarakterli müvafiq qeydlərin aparıldığı bildirilmişdir. Məhkəmə öz qərarında "inzibatı məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 10 aprel 2015-ci ıl 5 saylı qərarının 2.3-cü bəndinə və AR İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərək pozuntuya yol vermişdir. Belə ki, məhkəmə hesab etmişdir kı, İddiaçı Daşınmaz əmlakın Dövlət Reyestrində cavabdeh inzibati orqan tərəfindən aparılmış qeydləri mübahısələndirsə də, məhkəməyə iddia ərizəsi ilə müraciət olunmazdan əvvəl qeyd olunan tələblə bağlı cavabdeh inzibati orqana müraciət olunmamışdır. Məhkəməyə iddia ərizəsi ilə müraciət olunmazdan əvvəl tərəflərindən cavabdeh inzibati orqana müraciət olunmuşdur. Cavabdeh inzibati orqana ünvanladıqları məktubun və cavabdeh inzibati orqanın cavab məktubunun surətlərini məhkəməyə tərəflərindən təqdim edilmişdir. Bunlara baxmayaraq, məhkəmə tərəfindən iddia mümkün sayılmamışdır və İddiaçı irəli sürdüyü iddia tələbi məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmadan qərardad qəbul edildiyi üçün iddiaçının ədalətli mühakimə olunmaq hüququ pozulmuşdur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X28 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxslər X33 və X9 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, X8, X6, X7, X27, X32, X14 və X19 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və qeyd olunan üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsinin və üçüncü şəxslərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri İddiaçı üçüncü şəxslər X17, Əzim-zadə X23, X2, X3, X4, X18, X25, X13 və X15 adlarına özəlləşdirilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, bununla əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının etibarsız hesab edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddiaçı tərəfindən Daşınmaz əmlakın Dövlət reyestrində cavabdeh inzibati orqan tərəfindən aparılmış qeydləri mübahisələndirilsə də, məhkəməyə iddia ərizəsi ilə müraciət olunmazdən əvvəl qeyd olunan tələblə bağlı cavabdeh inzibati orqana müraciət olunmamışdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə müraciət etmədiyindən və müraciətinə dair imtina olunması barədə yazılı məlumat almadığından hazırki iddiaya mövcud vəziyyətdə baxıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndinə görə məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Ali Məhkəmə Plenumunun hazırkı qərarında göstərilən hüquqi mövqeyindən də göründüyü kimi məhkəmələr işlərə baxarkən qanunvericilikdə nəzərdə tutulduğu hallarda iddiaçının həmin iddiası üzrə cavabdehin imtinasının olub-olmamasını, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İstinad olunan Ali Məhkəmə Plenumunun qərarında qeyd edildiyi kimi öhdəliyin qoyulması haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Daşınmaz əmlakın Dövlət reyestrində cavabdeh inzibati orqan tərəfindən aparılmış qeydlər mübahisələndirilsə də, məhkəməyə iddia ərizəsi ilə müraciət olunmazdan əvvəl qeyd olunan tələblə bağlı cavabdeh inzibati orqana müraciət olunmamışdır. İddiaçının apelyasiya şikayətindəki “Məhkəməyə iddia ərizəsi ilə müraciət olunmazdan əvvəl tərəflərindən cavabdeh inzibati orqana müraciət olunmuşdur” barədə dəlilinə və buna dair təqdim etdiyi sənədlərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş cavabdehə ünvanlanmış müraciətdən və müraciətin çatdırılması barədə qəbzdən görünür ki, qeyd olunan müraciət 02.06.2021-ci il tarixdə poçta təqdim edilmiş və 07.06.2021-ci il tarixdə isə cavabdeh tərəfindən xəbərnaməyə imza edilməklə qəbul olunmuşdur. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 26.11.2020-ci il tarixdə müraciət etmiş və 26 may 2021-ci il tarixdə iş üzrə yekun məhkəmə qərardadı qəbul olunmuşdur. Göründüyü kimi iddiaçının qeyd etdiyi müraciət cavabdehə iddia tələbi ilə məhkəməyə müraciət etdikdən və yekun qərardad qəbul olunduqdan sonra verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bakı şəhəri İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2906/2021 saylı 26 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar