Məhkəmə qərarları › İş №2-1(103)-1880/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1880/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1880/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı QƏRARİ (Açar sözlər: “iddiaçının şəhadətləndirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimovadan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8549/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.- 7.2-ci bəndlərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli 123 saylı əmrinin 191, 209-cu bəndlərinə uyğun aşağıda adları çəkilən sənədlər qeydiyyatda olduğu Azərbaycan Respublikasının SHXÇDX-nin yerli rayon şöbəsinin tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildikdən hərbi xidmət dövründə aldığı yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsinə baxılacaq və nəticəsi barədə ona məlumat veriləcəkdir: 1. Müayinə və şəhadətləndirilmək üçün qeydiyyatda olduğu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbəsinin göndərişi. 2. Hərbi xidmət keçdiyi (hansı hərbi hissələrdə və nə vaxtdan nə vaxta kimi hərbi xidmət keçdiyi qeyd olunmalıdır), Silahlı Qüvvələrdən tərxis olunduğu haqqında qeydiyyatda olduğu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbəsinin arayışı. 3.Hərbi xidmət dövründə müayinə və müalicə olunduğuna dair tibb müəssisəsindən verilmiş çıxarış epikrizi.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4/3.2311 nömrəli məktubu ilə bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 12.12 2022-ci il tarixli 4/2-8420 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin may-dekabr 1993-cü, yanvardekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyat kitablarında hərbi xidməti barədə məlumat olmadığına görə iddiaçıya "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

3. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli 8009 nömrəli məktubu ilə bildirilmişdir ki, Milli Ordunun əsgəri İddiaçı (stasionar kitabda vətəndaşın ata adı qeyd edilməyib) həqiqətən də xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sol budun yuxarı 1/3-nin güllə yarası (diaqnoz fərqli rəngli qələmlə yazılmışdır). Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 1994-cü ilə məxsus 3 nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 9-cu səhifəsində olan 2192-ci (sıra sayında 2 rəqəmi qaralanmışdır) sayındakı qeyd.

4. Müdafiə Nazirliyinin Hüquq idarəsinin 11/4984 nömrəli məktubu ilə bildirilmişdir ki, Vətəndaş İddiaçı Mohammad oğlunun aldığı xəsarətlərin N nömrəli hərbi hissədə hərbi xidmətdə olduğu zaman alınmasının dəqiqləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli 5/5481 nömrəli məktuba baxılmışdır. Sorğuya Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-7883 nömrəli cavabından, N nömrəli hərbi hissə komandirinin may-dekabr 1993-cü il, yanvar- dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında onun xidməti və yaralanması barədə məlumatların aşkar olunmadığı qeyd edilsə də, məktuba əlavə olunmuş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının mötəbər arayışların surətlərində, İddiaçı xx.xx.1994-cü il tarixdən 23 05.1994-cü il tarixədək stasionar müayinə və müalicədə olması göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetırilməyibsə, mötəbər hesab olunur.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona 2-ci qrup əlillik təyin edilmişdir. Əlilliyin təyin etmək üçün TSEK tərəfindən qoyulmuş diaqnoz sol budun yuxarı 1/3 distal hissəsinin güllə yaralanmasından sonra oturaq sinirin zədələnməsi, sol pəncənin sallanmasıdır. İddiaçı döyüşlərində iştirak edib yaralansa da, ona təyin edilmiş əlillik ümumi əlillikdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 4107 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı adına Mərkəzi Hərbi Hospitalda verilmiş 1464 saylı xx.xx.1998-ci il tarixli arayışdan görünür ki, o 15.04-xx.xx.1994-cü il tarixlərdə hospitalın təxirəsalınmaz cərrahiyyə şöbəsində “Sol baldırın dəlib-keçən odlu silah güllə yaralanması, oturaq sinirin zədələnməsi ilə” diaqnozu ilə müalicədə olmuşdur. Onun adına ilkin tibbi karta N saylı hərbi hissənin tibb tağımında xx.xx.1994-cü ildə açılmışdır. Qeyd edilən nəticə onun məhkəmə-tibbi müayinəsi zamanı sol budun orta 1/3-nın ön səthində, sol sağrının orta hissəsində aşkar edilmiş çapıqlarla təsdiq olunur. Həmin çapıqların İ Qarabağ müharibəsi zamanı xx.xx.1994-cü il tarixdə yaranması inkar olunmur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun yenidən hərbihəkim komissiyasından keçməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının şəhadətləndirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əfqanıstan Respublikasının vətəndaşı olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə 1993-cü ilin oktyabr ayından xx.xx.1994-cü il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissədə tağım komandiri kimi iştirak etmişdir. xx.xx.1994cü il tarixdə Füzuli rayonunun Əlixanlı kəndi uğrunda gedən döyüşlərdə sol budundan ağır yaralanmışdır. xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına sol budun yuxarı 1/3 hissəsinin yaralanması diaqnozu ilə qəbul olunmuşdur. Həmin dövrdən Azərbaycan Respublikasında yaşayır. Azərbaycanlı xanımla ailə qurmuş, 5 övlad atasıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona 2-ci qrup əlillik təyin edilmişdir. Əlilliyin təyin etmək üçün TSEK tərəfindən qoyulmuş diaqnoz sol budun yuxarı 1/3 distal hissəsinin güllə yaralanmasından sonra oturaq sinirin zədələnməsi, sol pəncənin sallanmasıdır. İddiaçı döyüşlərində iştirak edib yaralansa da, ona təyin edilmiş əlillik ümumi əlillikdir. Əlilliyin dəyişdirilməsi üçün Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etdiyi zaman iddiaçıya əlillik səbəbinin dəyişdirilməsi üçün zəruri sənədlərin təqdim edilməli olduğu bildirilərək təkrar həkim komissiyasına buraxılmamışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

10. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında göstərmişdir ki, vətəndaş Akbari X2 Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı ona yaralanmasının səbəb əlaqəsinin təyin edilməsi barədə qərar verilməsi tələbi ilə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-8549/2023 saylı sərəncamı və vətəndaş İddiaçı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə MN MHHK-na daxil olmuş və araşdırılmışdır. Aşağıdakı səbəblərə görə vətəndaş İddiaçı iddiasını tamamilə əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-Sİ Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.1-ci maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Əsasnamənin 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Əsasnamənin 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. 7.4 maddəsinə əsasən, "hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə, yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün esas ola bilməz. X9 14 mart 2008-ci il tarixli 123 saylı əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın" 209-cu maddəsinin tələblərinə uyğun olaraq İddiaçı qeydiyyatda olduğu SHXÇDX-nın Bakı şəhər Sabunçu rayon idarəsindən göndəriş və onun yaralanmasını təsdiq edən tibbi sənəd daxil olsa da, hərbi xidmət keçməsinə dair arayış MN MHHK-na daxil olmadığına görə onun yaralanmasının hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün deyildir. Yuxarıda qeyd olunanlara görə hesab edir ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8549/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xidmətdən buraxılma anında həmin an üçün şəhadətləndirilməmiş və yararlılıq kateqoriyası müəyyən edilməmişdir ki, cavabdehə müraciəti də məhz bununla bağlıdır. Cavabdeh isə Əsasnamənin tələbinə görə səbəbindən və işin hazırkı vəziyyəti üçün daha əhəmiyyətli faktiki hal kimi vaxtından asılı olmayaraq iddiaçının hüququnun realizəsini həyata keçirməmiş, Əsasnamənin tələbinə tam zidd olaraq vaxtın uzun müddət keçməsi səbəbindən müraciəti təmin etməmişdir. Halbuki hərbi xidmət keçmiş şəxslərin hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi və həmin vəzifənin səbəb və vaxtından asılı olmaması qanunvericiliyin tələbi, iddiaçının isə hazırkı iddiasının hüquqi əsası qismində çıxış edir.

b)Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8549/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

19. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK- Sİ Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin”: 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 7.1-ci maddəsinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olubolmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

25. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılamır və aşağıdakı səbəblərə görə vətəndaş İddiaçı iddiasını əsassız hesab edir.

26. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat”ın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir.

27. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur.Hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır.Hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir.(Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.1- 7.3-cü maddəsi)

28. Həmçinin, «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.4-cü maddəsinin tələblərinə əsasən, "hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə, yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz.

29. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli 123 saylı əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat" təsdiq edilmişdir.

30. Həmin Təlimatın 209-cu maddəsinin tələblərinə və «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.4-cü maddəsinin tələblərinə əsasən İddiaçı qeydiyyatda olduğu SHXÇDX-nın Bakı şəhər Sabunçu rayon idarəsindən göndəriş və onun yaralanmasını təsdiq edən tibbi sənəd daxil olsa da, hərbi xidmət keçməsinə dair arayış MN MHHK-na daxil olmadığına görə onun yaralanmasının hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün deyildir.

31. Belə ki, iddiaçının tələbinin qanuni və əsaslı hesab olunması üçün «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.4-cü maddəsinin tələblərinə əsasən İddiaçı hərbi xidmət keçməsi müəyyən edilməlidir.

32. Apellyasiya şikayətinin dəlilləri baxımından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə 2-1(103)-1880/2024 saylı, 07 may 2024-cü il tarixli sorğu göndərilərək İddiaçı xidməti barədə əmrlərin (iddiaçı 1993-cü ilin oktyabr ayından 1994-cü ilin may ayının 23-ə kimi N saylı hərbi hissədə xidmət etdiyini iddia edir) təsdiq edilmiş surətlərinin məhkəməyə göndərilməsi xahiş olunmuşdur.

33. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəmənin 2-1(103)-1880/2024 saylı, 07 may 2024-cü il tarixli sorğusuna cavabında bildirilmişdir ki, N saylı hərbi hissə komandirinin oktyabr-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.

34. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır.

35. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xidmətdən buraxılma anında həmin an üçün şəhadətləndirilməmiş və yararlılıq kateqoriyası müəyyən edilməmişdir ki, cavabdehə müraciəti də məhz bununla bağlıdır.

37. Halbuki, göründüyü kimi, N saylı hərbi hissə komandirinin oktyabr-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi halda, onun xidmətdən buraxılma anında həmin an üçün şəhadətləndirilməmiş olması dəlili də hər hansı fakta və hüquqi əsasa söykənmir.

38. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

39. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8549/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8549/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar