Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1882/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2716/2021 saylı, 08.04.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi və müharibə veteranlarına verilən müavinətlərin ona ödənilməyən müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2716/2021 saylı, 08.04.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2716/2021 saylı, 08.04.2021-ci il tarixli ləğv edilməsini, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı bildirmişdir ki, anası rəhmətə getdiyi üçün Ramazan bayramı gecəsi – 12 may tarixində anası rəhmətə getmişdir. Bununla əlaqədar apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İş materiallarına əsasən müəyyən olunur ki, məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış qərar 16.04.2021-ci il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. Prosessual qanuna görə apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş 30 günlük müddət 15.05.2021-ci ildə tamamlanmalı idi. İddiaçı bu müddət ərzində apellyasiya şikayətini verməmiş, O, 12 may tarixində anasının rəhmətə getməsini bildirsə belə, həmin tarixə qədər şikayət verməsi üçün kifayət qədər – 27 gün vaxtı olmasına baxmayaraq bu nu etməmişdir. Eyni zamanda iddiaçı apellyasiya şikayətini poçtaya 08.06.2021-ci il tarixdə verimş və ötürülmüş müddətin bərpası haqqında ərizəni şikayətə əlavə etməmişdir. Apellyasiya məhkəməsi iddiaçıya hüquqi yardım göstərmək və onun dinlənilmə hüququnun təmin edilməsi üçün göndərdiyi müvafiq bildirişdə yuxarıda sözügedən ərizənin 08.07.2021-ci il tarixədək məhkəməyə təqdim edilməsini xahiş etsə də, iddiaçı yenidən prosessual müddətin bərpasına dair ərizəni təqdim etməmişdir. Belə olan halda iddiaçının şifahi məhkəmə iclasında göstərdiyi səbəb üzrlü səbəb kimi nəzərə alına bilməz. AR İPM-nin 24.1-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə müvafiq olaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, şikayət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2716/2021 saylı, 08.04.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1882/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1882/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver