Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1883/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2100/2021 saylı 20.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikasının M.E.Jukovski adına Milli Aerokosmik Universiteti X3 Maliyyə və Kredit ixtisasını bitirməyinə dair ona məxsus diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) barədə müsbət qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı, Ukraynada M.E.Jukovski adına Milli Aerokosmik Universiteti “X4”nun Maliyyət və Kredit ixtisasını bitirmiş, təhsil müəssisəsini bitirməyinə dair B 17 №.211520 saylı 30.06.2017-ci il tarixli diplom əldə etmişdir. O, diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, lakin əsassız imtina cavabı almışdır. Belə ki, 25.12.2019-cu il tarixli müraciətinə cavab olaraq cavabdeh bildirmişdir ki, “Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukraynanın M.E.Jukovski adına Milli Aerokosmik Universiteti “X4"nun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyrimümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cii il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları "nın 3.7-ci bəndinə əsasən, A 78B829919506 75 nömrəli müraciətiniz üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İddiaçı hesab edir ki, cavabdehin qeyd olunan imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2100/2021 saylı 20.05.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətini iddiaçı onunla əsaslandırılmışdır ki, M.E.Jukovski adına Milli Aerokosmik Universiteti “X4” tərəfindən ona verilmiş B 17 №.211520 saylı 30.06.2017-ci il tarixli diplomdan görünür ki, “maliyyə və ticarət mütəxəssisi” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Həmin diplomun əlavəsindən (surətindən) isə görünür ki, həmin ixtisas üzrə 4 il qiyabi tədris formasında təhsil almışdır. Diplom 01.08.2017-ci l tarixində A-48987- 17 nömrəsi ilə Haaqa Konvensiyasına (05.10.1961) müvafiq olaraq apostile olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məktubu ilə müəyyən etmək olur ki, 04.09.2013-çıxış Ukrayna; 16.09.2013-cü il-giriş Ukrayna; 15.05.2014-cü il-çıxış Ukrayna; 17-05.2014-cü il–giriş Türkiyə; 22.05.2015-ci il-çıxış Ukrayna; 02.06.2015-ci il giriş Ukrayna; 18.06.2016-cı il– çıxış Ukrayna; 29.06.2016-cı il– giriş Rusiya; 18.05.2017-ci il-çıxış Ukrayna; 17.06.2017-ci il-giriş Ukrayna. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2 bəndi nəzərədə tutur ki, qətnamə maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti enəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bu tələblər qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gələməyəcəyini bildirsə də, üzürlü səbəbləri barədə sübutlar təqdim etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Sultanlı iddiaçının sərhədkeçmə məlumatlarına əsasən iddiaçının Ukraynada faktiki olaraq olduğu müddət ərzində tədris yükünün mənimsəməsinin qeyri-mümkün olduğunu bildirərək, onun apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış birinci instansiyası məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı 2013-2017-ci illərdə Ukraynanın M.E.Jukovski adına Milli Aerokosmik Universiteti “X4”nun “Maliyyə və Kredit” ixtisası üzrə təhsil aldığı və ona B 17 №.211520 saylı 30.06.2017-ci il tarixli diplom verilmişdir. İşdən görünür ki, cavabdeh inzibati orqanın ekspert qrupu (iş vər.12 və 60) iddiaçının təhsil aldığı institutun tədris normativi üzrə tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkün olduğu, həm də aldığı ixtisasın mənimsənilməsi üçün dili bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilməsi əsası ilə, başqa sözlə, ekspert qrupunun mənfi rəyi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.7-ci bəndinə əsasən onun diplomu üzrə aldığı ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtana olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin imtinasının qeyd olunan əsasları ilə razılaşır. Belə ki, işə əlavə olunmuş diploma əlavədə iddiaçı “qiyabi” təhsilalma formasında təhsil almış və həmin müddət ərzində 240 kredit və 8640 saat tədrüs yükünü mənimsədiyi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin birinci instansiya məhkəməsinə ünvanladığı 12.03.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı həmin ölkədə 2013-cü ildə - 12 gün, 2014-cü ildə - 2 gün; 2015-ci ildə - 20 gün; 2016-cı ildə - 11 gün; 2017-ci ildə - 29 gün – ümumilikdə, 74 gün (1728 saat) olmuşdur. Halbuki, diploma əlavədən görürndüyü kimi, fənlər üzrə ümui tədris yükü 8640 saat təşkil edir. Göründüyü kimi, 74 gün ərzində iddiaçının diploma əlavədə qeyd olunan tədris yükünü mənimsəməsi tamamilə ağlabatan görünmür. Bandan əlavə, diploma əlavədən həmçinin görünür ki, iddiaçı “ukrayna dilində” təhsil almışdır. Cavabdeh orqanun ekspert qrupu tərəfindən isə müyyən edilmişdir ki, iddiaçı təhsil aldığı dili bilməsi qənaətbəxş deyil. Belə olan halda, institutun normativində nəzərdə tutulan tədris yükünü mənimsməsi üçün bu faktor da öz mənfi təsirini göstərməyə bilməz. «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın İİ.1.2-ci maddəsi nəzərdə tutur ki, müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik bacarıqlarının qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Həmin Konvensiyanın Vİ.1-ci maddəsində isə razılığı gələn Tərəfə belə bir diskresion səlahiyyət verilir ki, hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən, ümumi tələblər arasında əsaslı fərqlər olmadığı halda, tanıyacaqdır. Digər tərəfdən Azərbaycan Respublikasının 31 iyul 2000-ci il tarixli 919-İQ Qanununu Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında» Sazişin 5-ci maddəsinin tələbinə görə Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Sazişin qeyd olunan maddəsi ilə müəyyən edilən şərtinin mənasından göründüyü kimi, Ukrayna Respublikasında verilmiş diplom təhsilin müddətinə və təhsilin məzmununa uyğun gəlmədiyi halda, Azərbaycan Respublikası ərazisində tanınmasından söhbət belə gedə bilməz. Bu baxımdan iddiaçının həmin ölkədə tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı halda, iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olması və onun təhsil aldığı dili qənaətbəxş səviyyədə bilməməsi onun “maliyyə və kredit” ixtisası üzrə aldığı təhsilin məzmununa uyğun gəlməsi istisna olunur. Ona görə də məhkəmə kollegiyası cavabdeh orqanın ekspert qrupunun həmin əsaslardan çıxış edərək mənfi rəy verməsi ilə razılaşır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.2-ci bəndinə əsasən iddiaçının təhsil aldığı ixtisas üzrə bilik səviyyəsinin Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğunun ekspertiza qaydasında yoxlanılması tamamilə əsaslıdır Həmin “Qaydaları»n 3.6-cı bəndindən isə görünür ki, ekvivalentlik haqqında şəhadətnamə müsbət rəy olduqda verilir; 3.7-ci bəndinin birinci hissəsi isə nəzərdə tutur ki, mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsasdır. Beləliklə də müəyyən edilir ki, iddiaçının diplom üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən cavabdeh tərəfindən imtina olunması işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Həmin Məcəllənin 73.3; 73.3.2-ci maddələri isə nəzərdə tutulur ki, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. İşin müəyyən edilən halları isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən diskresion səlahiyyətlərini qanunvericiliyə uyğun həyata keçirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi işin hallarına və maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Ona görə də iddiaçının apellyasiya şikayətinin onun diploma dair sənədlərinin qaydasında olduğunu və dolayısı ilə birinci instansiya məhkəməsinin qərarının işin hallarına uyğun olmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Beləliklə də, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2100/2021 saylı 20.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2100/2021 saylı 20.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1883/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1883/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver